Əli
HƏSƏNOV: Azərbaycanla Türkiyənin yekdil
siyasəti real nəticələr verir
Özlərini
“soyqırımına məruz qalmış xalq”
kimi qələmə verən ermənilərin,
əslində özləri onilliklər boyu
türk və Azərbaycan xalqlarına
qarşı kütləvi qətliamlar törətmişlər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Publika.az-a müsahibəsi:
– Aprelin 24-də dünya erməniləri ötən
əsrin əvvəllərində
Osmanlı İmperiyasında
baş vermiş qondarma “erməni soqyırımı”nın
99-cu ildönümünü qeyd etmişlər. Çoxları hesab edir ki, ermənilər yalan üzərində qurduqları bu təbliğat kampaniyasının
miqyasını nə
qədər genişləndirsələr
də, artıq əvəlki effekti ələ edə bilmirlər. Siz bu haqda nə düşünürsünüz?
Ümumiyyətlə, bu “soyqırımı”
iddiasının kökləri
haqqında fikrinizi bilmək maraqlı olardı.
– Həqiqətən də,
uzun illər boyu bu mifi
dünyaya qəbul
etdirməyə çalışan
Ermənistan rəhbərliyi
və diasporu, bu il Birinci
dünya müharibəsi
zamanı Osmanlı İmperiyasında baş vermiş hadisələrin
mahiyyətini və tarixi həqiqətlərin
təhrifinə yönəlmiş
kampaniyanı gücləndirməyə
çalışmışdır. Bu da onunla bağlıdır
ki, gələn il dünya
erməniliyi bu qondarma “soqyırımı”nın
100 illiyini qeyd etməyə hazırlaşır
və indiki kampaniyanı, bu “yubiley tədbirləri”nə
hazırlıq kimi də qiymətləndirmək
olar. Amma bu məsələyə siyasi maraqlar prizmasından deyil, obyektiv tarixi kontekstdən yanaşanlar söhbətin genişmiqyaslı
saxtakarlıqdan getdiyinə
şübhə etmirlər.
Çünki tarixi faktlar
və gerçəkliklər
sübut edir ki, özlərini “soyqırımına məruz
qalmış xalq” kimi qələmə verən ermənilərin,
əslində özləri
onilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı kütləvi
qətliamlar törətmişlər.
Bütün tarixi sənədlər sübut
edir ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasında
yaşanmış hadisələrin
kökündə erməni
xalqına qarşı
soyqırımı siyasəti
deyil, erməni əsilli vətəndaşların
öz dövlətlərinə
qarşı qaldırdıqları
silahlı üsyanın
yatırılması dayanmışdır.
Türkiyə ordusunun cəbhə
xəttində olmasından
istifadə edən erməni quldur dəstələri yüzlərlə
türk kəndini viran qoymuş, yüz minlərlə dinc əhalini - qoca, qadın və uşaqları qətlə yetirmişlər.
Bu qətliamın qarşısını almaq
üçün Osmanlı
dövləti cəbhə
xəttinə yaxın
ərazilərdə yaşayan,
təxribat və sabotaj yolu ilə
türk ordusunun mövqelərini zəiflədən
erməni əhalisini imperiyanın digər ərazilərinə köçürmüşdür.
Xüsusi olaraq xatırlatmaq
istəyirəm ki, cəbhə bölgəsindən
uzaqda yaşayan erməni əhalisinə bu köçürülmə
şamil edilməmişdir.
Bu faktın özü,
dövlət səviyyəsində
hansısa “soyqırımı”
törədildiyi haqqında
iddiaların əsassız
olduğunu sübut edir. Bu gün
məhz tarixi həqiqətlərin üzə
çıxacağından ehtiyat etdiyi üçün dünya erməniliyi Türkiyənin
arxivlərin açılması
və birgə tarixi tədqiqatların aparılmasına dair təklifini rədd edir.
Amma bütün bunlara baxmayaraq, bu gün mifik deyil, real soyqırımının
kimlər tərəfindən
törədildiyinə, həm
Osmanlı İmperiyasında,
həm də Azərbaycanda əsl soyqırıma türk və azərbaycanlı əhalinin məruz qaldığına dair həqiqətləri ört-basdır
etmək mümkün
deyil.
– Belə demək mümkündürmü ki,
Azərbaycanın müstəqillik
qazanması və güclənməsi ilə
erməni diasporu və lobbisinin onilliklər boyu tarixi saxtalaşdırmağa
yönəlmiş siyasəti
zəifləmiş və
iflasa uğramışdır?
– Bəli, tamamilə doğrudur. Uzun illər Türkiyə
bu saxtalaşdırma siyasətinə qarşı
təkbaşına müqavimət
göstərməli olmuşdur.
Lakin bu müqaviməti effektli qura bilməmişlər.
Bu, ilk növbədə, Türkiyənin xaricdə
mütəşəkkil və
siyasi proseslərə
ciddi təsir göstərmək gücündə
olan diasporunun yoxluğu, ermənilərin
isə əksinə, diaspor quruculuğuna prioritet sahə kimi yanaşması ilə bağlı olmuşdur. Bundan başqa, Türkiyənin
özündə də
ermənilərin yalan
üzərində qurulmuş
təbliğatına ciddi
əhəmiyyət verilməmişdir.
Bu gün isə
Türkiyə rəhbərliyi
bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır, bunun verə biləcəyi fəsadları dərindən
təhlil edir və lazımi addımlar atır. Digər tərəfdənsə, bu
gün Türkiyə artıq meydanda tək deyil. Regionda mövqelərini kifayət qədər möhkəmləndirmiş, aktiv
xarici siyasət yürüdən, xaricdə
mütəşəkkil diaspor
təşkilatları ilə
proseslərə aktiv təsir göstərmək
iqtidarında olan Azərbaycan kimi müttəfiqi var. Bilirsiniz
ki, bir neçə
il əvvəl Fransa parlamentində qəbul edilmiş “soyqırımı”nın
danılmasını kriminallaşdıran
qanunun sonradan qüvvəsini itirməsində
Azərbaycan həm rəsmi şəkildə,
həm də bu ölkədəki diaspor təşkillatlarının
köməyi ilə çox mühüm rol oynadı.
Bu, bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin
bu istiqamətdə yekdil siyasəti real nəticələr verir.
– Əsl soyqırımı
türklərin ermənilərə
qarşı deyil, ermənilərin türklər
və azərbaycanlılara
qarşı törətdiyini
nəzərə alsaq,
bu gün Azərbaycan dövləti
bu tarixi həqiqətlərin üzə
çıxması üçün
hansı real addımlar
atır?
– Məhz Azərbaycan
dövlətinin bu istiqamətdə həyata
keçirdiyi siyasətin
nəticəsidir ki, bu gün artıq
hadisələrin real inkişafı
haqda dünyada müəyyən təsəvvür
formalaşır. Bu, faktdır
ki, tarixən azərbaycanlıların yaşadığı
əraziləri qəsb
etmək məqsədi
güdən ermənilərin
artıq 2 əsrdir həyata keçirdikləri
düşünülmüş soyqırımı nəticəsində
minlərlə yaşayış
məntəqəmiz yerlə-yeksan
edilmiş, yüz minlərlə soydaşımız
xüsusi qəddarlıqla
öldürülmüşdür.
1905-1906 və 1918-1920-ci illərdə
Bakı, Gəncə,
Şuşa, Cəbrayıl,
Şamaxı, Quba, Qarabağ, Naxçıvan
və digər bölgələrdə yüzlərlə
azərbaycanlı kəndi
yer üzündən silinmiş, on minlərlə
dinc sakin öldürülmüş, mədəniyyət
abidələri məhv
edilmişdir.
Bu soyqırımı siyasəti XX əsrin ortalarında da davam etmişdir, ancaq bir qədər
fərqli şəkildə
- kütləvi deportasiya
formasında. 1948-1953-cü illərdə Ermənistan
SSR-də yaşayan on
minlərlə azərbaycanlı
öz doğma torpaqlarından kütləvi
şəkildə köçürülmüşdür.
Təəssüf ki, ermənilərin XX əsrin əvvəllərindən mərhələli şəkildə apardığı ardıcıl etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Soyqırımının 1988-ci ildən başlayan mərhələsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyon insan doğma yurd-yuvalarından qovulmuş, on minlərlə azərbaycanlı qətlə yetirilmişdir. 1992-ci il fevralın 26-da isə Xocalıda XX əsrin ən dəhşətli qətliamlarından biri törədilmişdir: yerlə-yeksan edilmiş yaşayış məntəqəsində 613 dinc sakin xüsusi qəddarlıqla məhv edilmişdir.
Uzun illər boyu biz bu acı həqiqətləri dünyaya çatdırmaqda çətinlik çəkmişik. Amma ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan informasiya blokadasını yarmağı bacardı və bu gün biz artıq öz səsimizi bütün dünyaya çatdırmaq gücündəyik. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla, hər il martın 31-i Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu gün Azərbaycan diplomatik istiqamətdə cənab Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında hücum taktikasını seçərək, həm 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr, həm də azərbaycanlılara qarşı 2 əsrdir davam edən və bəşəriyyət əleyhinə cinayət sayıla biləcək qətliamlar haqda həqiqətləri dünya birliyinə çatdırmaq üçün düşünülmüş və ardıcıl siyasət aparır.
– Bu istiqamətdə atılan addımların daha da effektli olması üçün nə etmək lazımdır?
– Artıq qeyd etdiyim kimi, Azərbaycan bu istiqamətdə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə effektli addımlar atmaqda davam edir, həm ölkə daxilində, həm da xaricdə ermənilərin yalan üzərində qurulmuş təbliğatının ifşa olunması, tarixi saxtalaşdırmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülür. Bu işdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun, xüsusən fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin ciddi effekt verdiyini diqqətə çatdırmaq istəyirəm. Bundan başqa xarici ölkələrdəki diaspor təşkilatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr də bu işdə yaxından iştirak edirlər. Bu koordinasiyalı fəaliyyət nəticəsində azərbaycanlıların soyqırımına həsr olunmuş etiraz aksiyaları, anım mərasimləri, beynəlxalq konfranslar, sərgilər və digər tədbirlər təşkil edilir. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 5 ildə Xocalı soyqırımı ilə bağlı dünyanın 50-yə yaxın ölkəsində 1000-dən artıq tədbir keçirilmişdir. Artıq dünyanın 7 ölkəsi, ABŞ-ın 10-dan artıq ştatı Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımışdır.
Bir sözlə, bu sahədə görülən işlərin
real nəticələri, əldə olunan uğurlar göz qabağındadır. Amma etiraf
etmək lazımdır ki, erməni diasporu və lobbisinin təsiri
altında olan bir çox ölkələr hələ də tarixi faktlara,
reallığa və həqiqətə göz
yummaqdan, tarixi
saxtakarlığı isə həqiqət kimi
qəbul etməkdən çəkinmirlər. Odur ki, Azərbaycan bundan sonra da bu
istiqamətdə fəal və qətiyyətli mövqe nümayiş
etdirəcək, biz Ermənistanın və
erməni lobbisinin iftira
üzərində qurulmuş qərəzli
təbliğatını zərərsizləşdirmək üçün hücum
taktikasını davam etdirəcəyik. Çünki biz əminik
ki, vandalizm, terror və soyqırımı
siyasətinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi yalnız
Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin
gələcəkdə bir daha
bu cür faciələr
yaşamaması üçün böyük əhəmiyyət
daşıyır.
Xalq qəzeti.- 2014.- 26 aprel.- S. 3.