Miniatür Kitab Muzeyində
tanınmış jurnalist Elmira
Əliyevanın kitabının təqdimatı olmuşdur
Aprelin 25-də Miniatür Kitab Muzeyində tanınmış jurnalist Elmira Əliyevanın “İnsanlar... Hadisələr... Zaman...” silsiləsindən üçüncü kitabının təqdimatı olmuşdur.
Təqdimat mərasiminə ziyalıları, tanınmış jurnalistlər, diplomatlar, Elmira Əliyevanın qələm dostları toplaşmışdı. Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova tədbirin açılışında çıxış edərək bu kitabın müəllifinin yaradıcılıq yolu haqqında söhbət açmışdır. O qeyd etmişdir ki, bu kitab Elmira Əliyevanın məqalələrinin sayca üçüncü toplusudur. Kitaba müəllifin müxtəlif vaxtlarda yazdığı 112 məqaləsi daxil edilmişdir. Zərifə Salahova vurğulamışdır ki, bu kitabda toplanmış oçerklərin qəhrəmanları Azərbaycanın həyatında böyük rol oynamışlar.
Belarusun Azərbaycandakı
səfiri Nikolay Patskeviç
demişdir: “Bu
kitabı oxuyanda başa
düşürsən ki, orada
təkcə ayrı-ayrı hadisələr əks
olunmamış, insanların həyatının tablosu çəkilmiş, hadisələr yaradıcı
şəkildə təsvir edilmişdir. Buna görə Elmira Əliyeva
adi jurnalist deyil, o, rəssam-jurnalistdir”. Diplomat xüsusi vurğulamışdır
ki, Elmira Əliyeva öz yazılarında həmişə mövzunun
mahiyyətinə varır,
onu könül süzgəcindən keçirir.
Səfir demişdir: “Onun yazılarından gənc nəsildə vətənpərvərlik hissi
tərbiyə etmək
üçün dərs
vəsaiti kimi istifadə etmək olar”.
Tədbirdə şair-tərcüməçi Siyavuş Məmmədzadə,
professor Gülrux Əlibəyova,
Azərbaycanın xalq
artisti Xuraman Qasımova, yazıçı-publisist,
Milli Məclisin deputatı Elmira Axundova və başqaları da çıxış etmişlər.
Qeyd edilmişdir
ki, Elmira Əliyevanın
kitabları mənəvi
həyat antologiyası
hesab edilə bilər. Onun yazılarında müəllifin qəlbinin
döyüntüsü eşidilir.
Ölkəmizin bir sıra tanınmış şəxsiyyətləri
haqqında geniş informasiyanın toplandığı
bu kitab Vətənimizin, millətimizin
nə qədər zəngin olmasına dəlalət edir. Elmira Əliyevanın qəhrəmanları müsbət
obrazlardır. O, insanlarda
nurlu və xeyirxah keyfiyyətləri üzə çıxarır.
AzərTAc-ın əməkdaşı Aidə
Vəliyeva müəllifə
AzərTAc-ın Baş
direktoru Aslan Aslanovun və agentliyin kollektivinin təbriklərini çatdırmışdır. O qeyd etmişdir ki, Elmira Əliyeva 20 ildən çox AzərTAc-da çalışmışdır. Agentliyin bütün əməkdaşları
onu öz işinin peşəkarı,
həssas və xeyirxah bir insan
kimi tanıyırlar.
Elmira Əliyeva bu kitabın təqdimatının təşkil olunması təşəbbüsünə görə muzeyin direktoru Zərifə Salahovaya minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu topluya daxil olan məqalələr onun AzərTAc-da işlədiyi illərdə yazılmışdır. E.Əliyeva demişdir: “Məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Jurnalistika mənim həyatımdır. Mən həyatımı öz sevimli peşəmdən ayrı təsəvvür etmirəm”.
Keçən əsrin 60-70-ci illərində Elmira Əliyeva “İzvestiya”
qəzetinin Azərbaycan üzrə xüsusi
müxbiri olmuşdur.
Sonra “Bakinski raboçi” qəzetində şöbə müdiri vəzifəsində
çalışmış, 1987-ci ildən 2010-cu ilə qədər
Azərbaycan Dövlət Teleqraf Agentliyində
işləmişdir. 10 il rus
dilində informasiya baş
redaksiyasının baş redaktoru
olmuşdur.
Xalq qəzeti.- 2014.- 26 aprel.- S. 6.