Heydər Əliyevin inkişaf strategiyası - müstəqilliyin təntənəsinə aparan yol

 

Azərbaycanın iqtisadisiyasi modernləşməsi təcrübəsinin unikallığı ondadır ki, qonşularından fərqli olaraq, Azərbaycan ötən 20 ildə sabit bir model yarada bildibunun sayəsində, tarix üçün çox qısa bu zaman hüdudlarında, sənayenin inkişaf tempinə, gəlirlərin həcminə və həyat səviyyəsinə görə lider dövlətlər sırasına çıxdı.

Unutmaq olmaz ki, sovet imperiyasından qopan Azərbaycanın müstəqil dövlətçiliyinin qurulması siyasi kataklizmlərin  dərinləşdiyi, separatizmin kəskinləşdiyi, o cümlədən ölkənin öz ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə gedirdi. Hadisələrin cərəyan etdiyi belə bir vaxtda siyasi şəraitin sabitləşməsinə tələbat, Azərbaycanın iqtisadi modernləşməsi və milli dövlətçiliyin qurulması kimi vəzifələr güclü icra hakimiyyəti vertikalının və dövlətin simvolu olan prezidentin rolunun gücləndirilməsini tələb edirdi.

1993-cü il oktyabrın 3-də prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gələn ümummilli lider Heydər Əliyev Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin təmin olunması, ölkə daxilində siyasi vəziyyətin sabitləşməsi üçün qəti tədbirlər gördü, iqtisadi sahədə antiböhran islahatlarını həyata keçirərək ölkənin hazırkı inkişaf modelinin əsasını qoydu. Amma qarşıda çox böyük vəzifələr və vacib işlər dururdu.

 Siyasi sahədə vəzifələr bəlli olsa da, iqtisadiyyatı ayağa qaldırmadan müstəqil milli dövlətçilik arzularını gerçəkləşdirməyi mümkün hesab etmək əsla düzgün olmazdı. İqtisadiyyatda uğur qazanmaq üçünsə köhnə planlı təsərrüfat mexanizmindən xilas olub yeni, bazar iqtisadiyyatına keçmək lazım idi. Bunun əsas şərtləri isə şəxsi mülkiyyətin toxunulmazlığını təmin etmək, hakimiyyətin və mülkiyyətin bölgüsünü həyata keçirmək, vahid mülkiyyətçilikdən, ölkədə iqtisadi münasibətlərin subyekti olmaqdan  imtina etməkdən ibarət idi. Dövlət inflyasiya ilə mübarizə və şəxsi investisiyaların, o cümlədən xarici investisiyaların stimullaşdırılması sahəsində fəal siyasət aparmalı, ciddi antimonopoliya siyasəti həyata keçirməli, ekologoya, səhiyyə, təhsil, elmin inkişafı, mədəniyyətlə bağlı qayğıları, kasıblar və əmək qabiliyyəti olmayanların qayğılarını üzərinə götürməli idi.

Dünyadakı siyasi sistemlər, dövlət quruculuğu haqqında çox geniş bilgiyə malik və zəngin dövlət idarəçiliyi təcrübəsi olan Heydər Əliyev müstəqil Azərbaycanda elə bir  dövlət qurmaq istəyirdi ki, burada iqtisadiyyat planlaşmanın sərt səfərbərlik qanunlarına deyil, daim artan innovasiyalara tabe olsun.  Planlı iqtisadiyyatın uzun müddət hakim olduğu postsovet ölkəsində buna nail olmaq üçün böyük siyasi iradə, dövlətin funksiyalarını keyfiyyətcə dəyişmək qətiyyəti lazım gəlirdi. Bu iradə və qətiyyəti də yalnız Heydər Əliyevdə görmək olardı.

Ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın zəngin təbii sərvətləri və iqtisadi potensialı  ona böyük rəqabət üstünlüyü yarada bilər və dünyada öz layiqli yerini tutmağa geniş imkanlar açacaq. Ona görə də Heydər Əliyev yaranan bu vəziyyəti düzgün qiymətləndirərək, Azərbaycandakı neft yataqlarının işlənməsi barədə Qərb şirkətləri ilə danışıqları sürətləndirməyə başladı.

1994-cü il sentyabrın 20-də Azərbaycan höküməti dünyanın 14 nəhəng neft-qaz şirkəti ilə “Əsrin müqaviləsi”ni imzaladı. Sonralar ulu öndər Heydər Əliyevin dünyaya səs salan  neft strategiyasının ilk parlaq qələbəsi kimi tarixə yazılan bu müqavilə, ölkəyə investisiyaların cəlb olunmasında və sənayenin inkişafında müstəsna rol oynadı.

Qonşu Gürcüstandan və Ermənistandan fərqli olaraq, 1990-cı illərin ortalarından başlayaraq, 2000-ci illərin əvvəllərinə qədər Azərbaycanda evolyusiya yolu ilə, siyasi sarsıntılar və vətəndaş qarşıdurmaları baş vermədən mövcud siyasi-hüquqi inkişaf modeli formalaşmağa başladı. Bununla yanaşı, Azərbaycan, nəinki öz qonşularından, hətta MDB dövlətlərinin əksəriyyətindən daha tez qanunvericilik sistemini modernləşdirməyə başladı və demokratik azadlıqların addım-addım genişləndirilməsi üçün hüquqi baza yaratdı.

Təməlində azad iqtisadi inkişaf, sosial-mədəni tərəqqi, xalqın rifahının yüksəlməsi, ölkənin ümumi inkişafı duran bu strategiya tarix üçün çox qısa bir zamanda Azərbaycanın iqtisadi-siyasi simasını ağıla gəlməyən dərəcədə dəyişdi, xaosanarxiyadan zəif düşmüş dövlətçiliyi hərəkətə gətirdi və ölkənin “xəstə” orqanizminin həyat fəaliyyətini özünə qaytardı.

Prezident Heydər Əliyevin həyata keçirdiyi strategiyanın ilk mühüm uğurlarından biri ölkədə yaratdığı münbit investisiya şəraiti nəticəsində Azərbaycana xarici kapital axınının artması idi. Neft-qaz ehtiyatlarına görə xarici neft şirkətləri üçün daim maraqlı olan Azərbaycan əsrin son illərində, sözün əsl mənasında, MDB ölkələri arasında birbaşa böyük xarici investisiyalar alan Rusiyadan və Qazaxıstandan sonra  üçüncü yerdə idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatı heç bir xarici investisiya almamışdısa, artıq 1994-2000-ci illərdə ölkəyə 5,5 milyard dollar birbaşa investisiya yatırılmışdı. Bu investisiyaların 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə infrastrukturun və sənayenin başqa sahələrinin inkişafına yatırılmışdı. Beləliklə zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan artıq Avropanın və bütövlükdə Qərbin “böyük enerji oyunundamühüm rol oynayan dövlətə çevrildi.

Makroiqtisadi göstəricilərə diqqət yetirsək görərik ki, 1997-ci ildən Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olunması, iqtisadiyyatda enmənin dayanması meyilləri, ümumi daxili məhsulun (ÜDM) artım tendensiyası müşahidə olunmağa başlanmışdır. Hakimiyyətin konsolidasiyası sayəsində çox az bir zamanda iqtisadiyyatın yüksələn templə inkişafını təmin etmək mümkün oldu. 1995-2003-cü illərdə ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən ÜDM-in həcmi 3 dəfə, orta aylıq əmək haqqı isə 5,3 dəfə artmışdır. Bununla yanaşı, xarici investisiyaların həcmi 10 dəfə, daxili investisiyalar 5 dəfə, büdcə gəlirləri 3 dəfə artmış, büdcə kəsiri isə minimuma enmişdir. Maraqlı cəhətlərdən biriondan ibarətdir ki, yeni formalaşmağa başlayan özəl sektorun ÜDM-də payı 2003-cü ilə qədər 73 faizə qalxmışdır.

Xüsusi qeyd etmək lazımdır ki, xarici investisiyalar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirməklə yanaşı, onun tranzit ölkəyə çevrilməsində də mühüm rol oynamışdır. Ulu öndər Heydər Əliyevin neft strategiyasının mühüm elementlərindən olan beynəlxalq layihələr–Bakı-Tbilisi- Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təkcə Azərbaycan neftinin və qazının Avropaya nəqli üçün deyil,  həm də Qazaxıstanın və Türkmənistanın enerji resurslarının ixracında mühüm alternativ vasitəyə çevrilmişdir. Bunlar sadəcə bir bir neft nəql edən marşrutlar deyildi. Ulu öndər ölkənin əlverişli cografi mövqeyindən maksimum istifadə etməklə, tarixi keçmişin təcrübəsinə – “Böyük İpək Yoluna yeni həyat verməklə  Azərbaycanın böyük perspektivlər vəd edən  Avropa-Qafqaz-Asiya marşrutunda əsas tranzit mərkəzinə çevrilməsinə çalışırdı.

Zaman göstərdi ki, dünyanın hər hansı ölkəsində olduğu kimi, Azərbaycanda da  addım-addım öz əsas prinsiplərini gündəlik həyat normasına çevirən demokratiya iqtisadiyyatın çiçəklənməsi üçün münbit zəmin yaradır. Məhz ona görə Prezident İlham Əliyev hakimiyyətinin ilk günündən Heydər Əliyevin bu istiqamətdə strateji xəttini davam etdirərək, demokratiyanı təkmilləşdirməklə Azərbaycan cəmiyyətinin və onun iqtisadi bazisinin modernləşdirilməsinin əsasına çevirməkdə israrlı olduğunu bütün  dünyaya bəyan etdi.

Azərbaycanın başqa seçimiyox idi: ya staqnasiya, ya da modernləşmə. Gənc Prezident İlham Əliyevin dövlətçilik düşüncəsinin praqmatizmi onda idi ki, o tərəqqiyə aparan yolu–modernləşməni seçdi. Əsas diqqət bütün ölkə boyu infrastrukturun müasir innovasiyalara uyğun olaraq genişləndirilməsinə yönəldi: genişmiqyaslı məktəb tikintisinə, yolların modernləşdirilməsinə, şəhər və qəsəbələrin elektrik güclərinin artırılmasına başlanıldı, rabitə və kommunikasiya sisteminin kəskin yüksəlişi baş verdi. Bununla paralel olaraq, Heydər Əliyevin sahibkarlığın inkişafı istiqamətində başladığı siyasət də davam etdirilərək bu mexanizmin inkişafı və bərqərar olması üçün bir çox tədbirlər gerçəkləşdirildi– inzibati maneələr aradan qaldırıldı, biznesə olan vergi təziyqlərinə son verildibu sahənin kreditlərlə təmin edilməsinə geniş imkanlar yaradıldı.

Bir-birinin ardınca ölkənin sosial-iqtisadi inkişafının yeni hədəflərini müəyyənləşdirən dövlət proqramları işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Dövlət başçısının qəbul etdiyi qərarlarda, müxtəlif çıxışlarında dəfələrlə mövcud inkişaf tendensiyasının, modernləşmənin davam etdirilməsini bəyan etməsi  respublika hökuməti qarşısında da strateji bir  vəzifə kimi qoyulmuşdu. Böyük neft gəlirləri ilə yanaşı, həyata keçirilən iqtisadi islahatlar, neft gəlirlərinin səmərəli idarə edilməsi və yönəldilməsi hesabına 2005-2007-ci illərdə Azərbaycan artıq ÜDM-in illik artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrildi. ÜDM-in artımı 2005-ci ildə 26,4 faizə, 2006-cı ildə rekord səviyyəyə–34,5 faizə, 2007-ci ildə isə 25 faizə yüksəldi. Dünyada baş verən maliyyə-iqtisadi böhranına baxmayaraq, 2008-ci ildə də Azərbaycan iqtisadiyyatı reqressiyaya məruz qalmayan çox az sayda ölkə iqtisadiyyatlarından biri oldu və həmin ildə ÜDM-in artımı 10,8 faizə çatdı. Nəticədə qısa bir zaman çərçivəsində Azərbaycan böyük bir inkişafa, iqtisadi sıçrayışa, əslində çoxlarının gözləmədiyi möcüzəyə nail oldu.

Statistik məlumatlar göstərir ki, Azərbaycanın neft-qaz sənayesinə 50 milyard dollardan çox, 1995-ci ildən bu günə qədər isə bütövlükdə ölkə iqtisadiyyatına 120 milyard dollardan çox investisiya yönəldilmişdir. Bununla belə, ölkənin valyuta ehtiyatları 53 milyard dollara çatmışdır.

2003-2013-cü  illər ərzində 2 mindən çox istehsal təyinatlı obyekt istismara verilmiş, metallurgiya, maşınqayırma, emalkimya sənayesi, tikinti materialları və digər sahələrdə yüksək inkişaf tempinə nail olunmuşdur. Bunun 100-dən çoxu iri sənaye müəssisəsidir.

Azərbaycanın inkişaf modelindən bəhs edərkən regionların sosial-iqtisadi inkişaf proqramlarını xüsusi qeyd etmək lazımdır. Hər biri beş ilə nəzərdə tutulan və mahiyyətcə 10 illik bir dövrü–2004-2013-cü illəri əhatə edən dövlət proqramlarının reallaşması regionların sosial-iqtisadi mənzərəsini kökündən dəyişdi. Ölkə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

2004-2013-cü illərdə Azərbaycanda ÜDM orta hesabla 3,2 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə,  strateji valyuta ehtiyatları 31,3 dəfə artaraq 50 milyard dolları keçdi. Nəinki Cənubi Qafqazda, bütövlükdə MDB məkanında görünməmiş bu yüksəliş əhalinin sosial vəziyyətinə də öz müsbət təsirini göstərdi. Əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqının məbləği 5,5 dəfə artdı, yoxsulluğun səviyyəsi 8,4 azalaraq 5,3 faizə, işsizliyin səviyyəsi iki dəfə azalaraq 5 faizə düşdü.

Statistika göstərir ki, son 10 ildə regionlarda 56 min yeni müəssisə işə salınmış, 900 mini daimi olmaqla 1,2 milyon yeri yaradılmışdır. Bu müddətdə  17 yeni elektrik stansiyası istismara verilmiş, respublikayerli əhəmiyyətli 8,3 min kilometr yeni yol salınmış və ya təmir olunmuşdur.

Bütün bunlar Azərbaycan iqtisadiyyatının gələcək modernləşməsinin əsasına çevrildi. İndi Qafqaz iqtisadiyyatında aparıcı rol oynayan Azərbaycan təkcə regionun iqtisadi lideri deyil, həm də onun lokomotivinə çevrilmişdir. Çünki hazırda  Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir.

Azərbaycanın iqtisadi sahədə əldə etdiyi bütün bu uğurlar, həmçinin ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətqabiliyyətli, innovasiyalı iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, yüksək reytinqli agentliklərin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fondların və agentliklərin diqqətindən kənarda qalmır və onlar tərəfindən yüksək qiymətləndirilir. “Moodys”, “Fitch Raitings”, “Standard and Poorskimi dünyanın aparıcı reytinq agentlikləri hətta inkişaf etmiş ölkələrin maliyyə reytinqlərini aşağı saldıqları bir vaxtda, Azərbaycanın maliyyə reytinqi ardıcıl olaraq qalxır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 39-cu yeri tutmuşdur.

Təbii ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Azərbaycana gətirdiyi tərəqqini, xalqın rifahına verdiyi töhfələri bir yazı ilə tam əhatə etmək mümkün deyil. Biz müstəqillik tariximizin 20 idən bir qədər artıq zaman çərçivəsində əldə olunan nəhəng uğurların yalnız ümumi mənzərəsini  göstərə bildik. Ancaq müstəqil Azərbaycanın inkişaf strategiyası təkcə bu 20 ilə hesablanmamışdır. İnkişaf və tərəqqi strategiyası ölkənin böyük gələcəyi üçün nəhəng layihələri hədəfə almışdır.

Postsovet müstəvidən ayrılıb qloballaşan dünyaya qovuşan Azərbaycanın bələdlədiyi iqtisadi oriyentirlər yaxın on il üçün Prezident İlham Əliyev tərəfindən bəyan edilmişdir. Bu gün dövlət başçısının Azərbaycan hökuməti qarşısında qoyduğu əsas vəzifələrdən biri növbəti 10 ildə qeyri-neft sektoru hesabına ÜDM-i iki dəfə artırmaqdır.

Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin inkişaf  və tərəqqi strategiyasını qətiyyətlə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, ildən-ilə güclənir və xalqın rifah halı durmadan yaxşılaşır. Dövlət başçısının qeyd etdiyi kimi “...Bu gün Azərbaycan ən dinamikuğurla inkişaf edən ölkələrlə bir cərgədədir. Əminəm ki, növbəti illərdə də bu dinamikanı qoruyub saxlayacaq və ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik.”

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 27 aprel.- S. 4.