Türkiyə ictimaiyyəti Prezident İlham Əliyevin Praqadakı mövqeyini alqışlamaqda davam edir

 

Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən  “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə ən yaddaqalan məqam kimi qeyd etdiyimiz bu dialoq hələ də Türkiyə mətbuatının və qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı işğalçı Ermənistanın rəhbərini, beynəlxalq aləmdəki erməni diasporunu və Azərbaycan ərazisində yaradılmış Ermənistan respublikasının bütün əhalisini mat vəziyyətinə gətirmişdi. Nəinki Prezident Sarkisyan, hətta, Qərbdəki erməni  lobbiçiləri də Praqa sammitindən neçə gün keçməsinə baxmayaraq, hələ bu zərbədən özlərinə gələ bilmirlər. Bu qısa yazıda isə məqsədimiz həmin olaya qardaş Türkiyədə verilən reaksiyanı üzə çıxarmaqdır. Hörmətli oxucuların nəzərinə çatdırdığımız aşağdıdakı cümlələrin və ifadələrin hər birində bir türk həmrəyliyi, qardaş sevinci və əsl insani qiymətləndirmələr əks olunur. Etiraf edək ki, sosial şəbəkələrdən seçdiyimiz bu ayırmaların heç birində dəyişiklik etmək istəmədik. Anadolu türkləri rəsmi Bakının Praqada nümayiş etdirdiyi mövqeyə hansı münasibəti bildiribsə, Azərbaycan türkləri həmin münasibəti olduğu kimi oxusunlar.

Şehvar Özmən Otmanoğlu: Nəticədə türkə türkdən başqa dost yoxdur.

Fuad Zəki: Azərbaycan cümhurbaşqanının bu hərəkəti hər bir türk üçün örnəkdir.

Uğur  Türk: Qardaşlıq bu iştə...

Cansın-canımsın Azərbaycanım, can qurban sizə qardaşlarım.

Yaşasın bütöv Azərbaycan, yaşasın böyük Türkiyə.

Ali Sesiguzəl: Qardaşlıq budur. Olmadığın yerdə də səni qoruyur.

Nurəddin Özalp:  Türkləri böyük edən mərhəmətli olmalarıdır. Mərhəmətə möhtac olanlara mərhəmət göstərməkdən qorxmamaları türklərin başucalığıdır. Peyğəmbərimiz (s.) də  dinimizbunu buyurur.

Rafet Doğan: Dostum yoxdur demə, ey türk xalqı. Bizimbir dostumuz varbizi beynəlxalq platformada dəstəkləyir. Sevincimizə sevinir, kədərimizə kədərlənir. Təşəkkürlər, sayın Əliyev, təşəkkürlər, Azərbaycan!

Ali Sinan Gültəkin:  Budur, anlayın artıq, türkün türkə dəstəyi belə olur.

Nevin Çavuşoğlu: Bilin ki, Türkiyənin qardaşı Azərbaycandır. Salam olsun Azərbaycanımıza...

Kamil Altuntaş: Əllərindən öpürəm, başqanım İlham Əliyev !

Serhat Coğunlular: İndi qoyhepimiz ermeniyiz” deyən nankorlar utansınlar. Buyurun sizə cavab. Bu da sizə erməni. Bu da sizə Azərbaycan türkünün fərqi. Allah bütün türkləri və müsəlmanları qorusun !

Arslan Gökhan Aktaş:  Əmin edirəm ki, cənab Əliyev bir çox türk ölkələri liderlərindən daha zəkalı və cəsarətlidir. Əsl türk belə olmalıdır.

Mahmur Yüksel: Azərbaycanlı qardaşlarımızı və hörmətli İlham Əliyevi bu gözəl çıxış münasibətilə təbrik edirəm.  Bütün dünya türklərinə eşq olsun!

Muhammed Akyıldız: Türk milləti dünyanın harasında olursa-olsun, eyni nəfəsi dərməkdədir. Ermənilər Xocalıda etdiklərinin bir gün mütləq hesabını verəcəklər. Bizim qardaşlığımız əbədidir. İlham Əliyev böyük liderdir.

Bayram Murat: İlham Əliyevi Allah başımızın üstündən əskik etməsin...

Ramazan Can Ayvaz: Damardakı qan ürəkdəki cəsarət hər bir şey bu türk oğlu türkdə var. Səsiniz hər zaman var olsun, sayın İlham Əliyev. Atanız da belə ürəkliydi. Allah rəhmət eləsin!

Novruz Daye: Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Unutmayaq, azərbaycanlılar oğuz türkləridir.

Adəm Elik:  Allahım dünyadakı bütün türkləri qorusun. Maşallah olsun İlham Əliyevə.

Rıza İyidoğan : Türkiyə- Azərbaycan - qanı da bir, canı da bir iki məmləkət, iki Vətən.

Cengiz Coşqunişık: Avropa Birliyi yerinə Türk Birliyinin arxasınca qaçmaq lazımdır. Bu birliyi qurmaq üçün tələsmək lazımdır. Bu çıxış bunu bir daha isbatladı.

Ərdəm Yasin Aygün: Halal olsun azərbaycanlı qardaşlarımıza. Qardaşlıq dediyiniz bax belə olur. Bizim qardaşlığımızı istəməyənlərin acığına: İki dövlət- bir millətik- deyək hər zaman.

Vedat Kezil: Soyqırımı türklərlə bağlamağa cəhd edən erməni zehniyyəti etdikləri qırğınları türklərin üstünə atmağa çalışırlar. Dünyada 250 milyondan çox türk var. Belə böyük xalqın soyqırımı nəyinə lazımdır? Biz həmişə bir olmuşuq, hürr olmuşuq! Qardaşımız hörmətli İlham Əliyev çox sağ olun! Çox sağ ol Azərbaycan!

Beytullah Kaytancılar: Azərbaycan və Türkiyə hər iki dövlət oğuzun yadigarıdır. Düşmən həmişə düşmənçiliyini edəcək. Buna bax, bu cür uymamaq lazımdır.

Murat Muratxan: İnşallah, bir gün türk dövlətlərini birləşən görək. Onda baxaq erməni və onun havadarlarının gücünü. Bütün Turan ellərinə birlik, qardaşlıq arzulayıram.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 7.