Xatirəsi daim
anılacaq və əbədi yaşayacaq...
Görkəmli akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 91-ci
ildönümü qeyd edilmişdir
Suraxanı rayonu
Suraxanı
rayonu Heydər Əliyev Mərkəzinin və rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə görkəmli
oftalmoloq alim, ictimai xadim, əməkdar elm xadimi, AMEA-nın ilk
qadın həqiqi üzvlərindən biri, tibb elmləri
doktoru, professor Zərifə xanım Əliyevanın anadan
olmasının 91-ci ildönümünə həsr olunmuş
konfrans keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə ulu öndərin
Heydər Əliyev parkında ucalan abidəsini ziyarət
etmiş, önünə tər güllər
düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevanın anadan olmasının 91-ci
ildönümü münasibətilə yaradılmış
guşədə qoyulmuş
büstü önünə tər güllər
düzmüş, foto, kitab sərgisinə
baxmışlar.
Tədbir
mərkəzin elektron lektoriya zalında davam etdirilmişdir.
Konftans iştirakçıları bir dəqiqəlik
sükutla akademik Zərifə xanım Əliyevanın əziz
xatirəsini yad etmiş, haqqında filmə baxmışlar.
Konfransı rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasov giriş sözü ilə
açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya
şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın anadan olmasının 91-ci ildönümü həm
ölkəmizdə, həm də onun hüdudlarından kənarda
geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə
anılır. Akademik Zərifə Əliyevanın alim kimi
qazandığı böyük uğurlar Azərbaycan tibb elmi
tarixində ayrıca bir mərhələ təşkil edir,
elmi fəaliyyəti çox zəngin və əhatəli
olmuşdur.
İlqar
Abbasov qeyd etmişdir ki, gözəl ana, vəfalı
ömür-gün yoldaşı, intellektual keyfiyyətləri
özündə birləşdirən ziyalı, dünya tibb
elminə əvəzolunmaz töhfələr vermiş
böyük oftalmoloq alim Zərifə xanım
Əliyevanın həyatı, elmi və yaradıcılıq
fəaliyyəti ilə daha yaxından tanış olduqca,
haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu
Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri
bəxş etdiyi böyük insanın obrazı canlanır,
gözlərimiz önündə onun portreti yaranır. Zərifə
xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə
olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük
şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə
olanların yaddaşında yüksək vətəndaşlıq,
humanizm və ürək saflığının mücəssəməsi
kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti
qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə
xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti
ilə bu istedadını tam gerçəkləşdirə
bilirdi.
Zərifə
Əliyevanın zəngin elmi fəaliyyəti,
qazandığı uğurlar barədə danışan 24
nömrəli şəhər poliklinikasının baş həkimi
Rəsul Abbasov, 24 nömrəli birləşmiş şəhər
xəstəxanasının həkimi Sülhiyyə Səmədova,
15 nömrəli Birləşmiş şəhər xəstəxanasının
həkimi Dürdanə Kəngərli, 23 nömrəli şəhər
poliklinikasının baş həkimi Şərəbanu
Yusifzadə və başqaları akademik Zərifə
Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində
apardığı tədqiqat işlərini xüsusi
vurğulayaraq qeyd etmişlər ki, akademik Zərifə
xanımın bir alim kimi qazandığı böyük
uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ
təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və
əhatəli olmuşdur.
Konfransda
səslənən fikirləri ümumiləşdirən icra
hakimiyyətinin başçısı İlqar Abbasov qeyd
etmişdir ki, akademik Zərifə xanım Əliyevanın
alim kimi qazandığı böyük uğurlar Azərbaycan
tibb elminin tarixində ayrıca bir mərhələ təşkil
edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli
olmuşdur.
Zərifə xanım Əliyeva
müasir, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, bütün mənalı
ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin -ümummilli lider Heydər
Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı olub.
Konfransın
sonunda akademik Zərifə xanım Əliyeva haqqında
mahnı səslənmişdir.
V.BAYRAMOV
Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 9.