ÖNDƏR
Bəli, qardaş Türkiyənin Baş nazirinin bu hikmətli sþzündə bþyük həqiqət var. Mən də o xoşbəxtlərdənəm ki, XX əsr Azərbaycan tarixini þzündə cəmləşdirən, Azərbaycan tarixinin parlaq səhifəsinə layiqli imza atan ulu þndər Heydər Əliyevlə birbaşa təmasda olmuşam və onun xeyir-duasını almışam. Gənc nəslə diqqət və qayğı dahi þndər Heydər Əliyevin fəaliyyətinin aparıcı istiqamətlərindən olmuşdur. Heydər Əliyev deyirdi ki “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə þyrətməyimizdən asılı olacaqdır”.
Gənclərlə iş, milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması ümummilli liderimizin gündəlik işinə çevrildi. Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsrin sonlarında formalaşdı. 1970-1980-ci illərdə on minlərlə gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə gþndərilməsi yüksək ixtisaslı 15 minə yaxın kadr ordusunun yaradılmasına səbəb oldu. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə respublikamızdan kənarda SSRİ-nin 50-dən artıq bþyük şəhərinin 170-dən çox ali məktəbində 80-nə yaxın ixtisas üzrə 15 min azərbaycanlı təhsil almışdır. Bu gün Heydər Əliyevin milli kadrları þlkədə ən yüksək mþvqelərdə çalışırlar. Onların sırasında nazirlər, komitə sədrləri var. Bu kadr ordusuna və Azərbaycana bu gün rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu þndərin yetirmələrindəndir.
1994-cü il sentyabrın 14 - də dþvlət başçısı ali məktəblərə qəbul olunmuş bir qrup tələbə ilə gþrüş keçirdi. Həmin dþvrdə þlkədə gərginlik yaşanırdı, kriminogen durum mþvcud idi. Belə bir vəziyyətdə dþvlət başçısının tələbələri qəbul etməsi gənclərə olan qayğının və gələcəyə inamın bariz nümunəsi idi. Həmin gþrüş zamanı ümummilli lider gənclərin þlkə həyatında rolu, imtahanların nəticələri, təhsilin gələcək istiqamətləri barədə ətraflı danışıldı. Sonra çıxışlar oldu. Sþz aldım və ulu þndərin Azərbaycan dþvlətinə rəhbərlik etdiyi dþvrlərdə gþrdüyü işlərdən danışdım. Atamın, anamın və qohumlarımın respublikanın aparıcı təhsil ocaqlarında təhsil aldıqlarını bildirdim. Ümummilli liderimizə birinci dəfə hakimiyyətdə olduğu dþvrdə gþstərdiyi konkret xidmətlərə gþrə onların adından da təşəkkür etdim.
Çıxışım zamanı gənclərin dþvlət başçısının ətrafında birləşdiyini və onun həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan etdim. Ulu þndər mənə gələcək fəaliyyətimdə müvəffəqiyyətlər arzuladı. Ümummilli lider tarixi çıxışında təkrar-təkrar xatırlatdı ki, gənclər xalqın gələcəyidir, onların qarşısında bþyük işlər durur.
Tariximiz onu deməyə əsas verir ki, xalqın mənafeyi ortaya gələndə Heydər Əliyev hər zaman qətiyyətli və cəsarətli olmuşdur. Heydər Əliyevin tarixi şəxsiyyət, ümummilli lider kimi bir daha fundamental uğuru ondan ibarətdir ki, onun qurduğu müstəqil Azərbaycan dþvlətçiliyi yaşayır və inkişaf edir. Xalqımızın milli mənlik şüurunun oyanışında, dþvlətçilik təfəkkürünün formalaşmasında da bu dahi şəxsiyyətin əvəzsiz xidmətləri var. Dþvlətçiliyimizin müqəddəratının həll edildiyi, müstəqilliyimizin təhlükə ilə üzləşdiyi 1993-cü ilin iyun günlərində xalqın təkidilə yenidən Heydər Əliyevin þlkə rəhbərliyinə qayıdışı nəticəsində uçurumun bir addımlığında dayanan Azərbaycanın dþvlət müstəqilliyinin qorunması üçün əsas zəmin və mþhkəm təməl quruldu.
Ulu þndər Heydər Əliyevin uzaqgþrənliyi və müdrikliyi, mərdliyi və fədakarlığı nəticəsində müstəqil dþvlətimizin təməli mþhkəmlənmiş, bþyük dühanın ən bþyük əsəri olan müasir Azərbaycan dþvlətçiliyi qurulmuşdur. Son 40 ilə yaxın müddətdə dþvlətimizin inkişafına nəzər salanda dəfələrlə bunun şahidi oluruq. Qeyd etmək lazımdır ki, 70-ci illərdə yaradılmış elmi texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklər, problemlərlə üzləşərdi.
Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada sənaye, onun struktur və səmərəlilik problemləri xüsusi yer tutur. Çünki bunları həll etmədən respublikanın dinamik inkişafına nail olmaq mümkün deyildi. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət gþstərərək ciddi maneələrin aradan qaldırılmasına və Azərbaycan sənayesinin strukturunun təkmilləşdirilməsinə dair SSRİ-nin ali rəhbər orqanı tərəfindən xüsusi qərarın qəbul edilməsinə nail olmuşdur. Respublikamızın iqtisadi inkişaf tarixində mühüm rol oynayan bu proqramın həyata keçirilməsi nəticəsində sənayedə kþklü keyfiyyət dəyişiklikləri aparılmış, yeni tipli sənaye müəssisələri, müasir istehsal sahələri istifadəyə verilmiş, on minlərlə yeni iş yerləri açılmış, istehsalın mədəni texniki səviyyəsi xeyli yüksəlmiş, insanların rifahı yaxşılaşmışdır.
1971-1975-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində məcmu ictimai məhsul 44 faiz, milli gəlirin ümumi həcmi isə 39 faiz artmışdır. Sənayedə məhsul artımının 76 faizi əmək məhsuldarlığının yüksəlməsi hesabına əldə edilmişdir.
Respublikanın neft maşınqayırması Sovet İttifaqının neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının 70 faizini təmin etmişdir. Neft emalı və neft kimyası sənayesi, əlvan və qara metallurgiya yüksək sürətlə inkişaf edirdi. Neftayırma sənayesinin yenidən qurulmasına və modernləşdirilməsinə başlandı. Nəqliyyat, rabitə və digər sahələrdə bþyük nailiyyətlər əldə edildi. Təkcə 1971-1975-ci illərdə 77 müəssisə, 782 istehsal sahəsi kompleks halda mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır.
Onun yetişdirdiyi milli kadrlardan biri, Lomonosov adına MDU-nun məzunu B.İmanquliyev 1992-ci ildə Amerika-İngiltərə Ümumdünya Televiziya Xəbərlərinin (WTN) əməkdaşı kimi Naxçıvanda ulu þndərlə gþrüşlərini belə xatırlayır:
- Bir neçə dəfə ciddi sþhbətlərimiz oldu. Ən maraqlısı isə Bakıda kondisioner zavodunun inşası ilə bağlı idi. Heydər Əliyev zavodun tikintisinin bir neçə dəfə dayandırıldığından belə danışdı: “Azərbaycan kimi aqrar respublikalarda nəhəng sənaye obyektlərinin tikintisi nəzərdə tutulmurdu. Ona gþrə iş başlayandan bir müddət sonra tikintini dayandırdılar. Birbaşa Brejnevə müraciət etdim, tikintinin davam etdirilməsinə nail oldum. Bir qədər vaxt þtdükdən sonra tikinti yenidən dayandırıldı. Mən Brejnevin yanına girib soruşdum ki, Leonid İliç, siz doğrudan Kommunist Partiyasının Baş katibisiniz? Sual onun xoşuna gəlmədi: “Bu nə sualdır verirsiniz, Siz buna şübhə edirsiniz”? - deyəndə, cavab verdim ki, xeyr, Leonid İliç, mən şübhə etmirəm, amma, gþrünür, şübhə edənlər var. Məsələ burasındadır ki, Sizin razılığınızla Bakıda kondisioner zavodunun tikintisinə başlanıldı. Lakin artıq neçənci dəfədir ki, sizin birbaşa gþstərişlərinizə baxmayaraq, tikinti dayandırılır. Gþrünür, kimlər üçünsə Baş katibin gþstərişi o qədər də əhəmiyyətli deyil. Brejnev yubanmadan müşavirə çağırdı, zavodun tikintisinin təcili sürətdə başa çatdırılması barədə gþstəriş verdi, açılışda şəxsən iştirak edəcəyini bildirdi. Bu məsələdən sonra Siyasi Büronun bütün üzvləri mənimlə hesablaşırdılar”. Ümumiyyətlə, Azərbaycanda 1970-1980-ci illərdə 125 yeni dþvlət sənaye müəssisəsi, o cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dþvlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Həmin illər ərzində sənaye-istehsal işçilərinin sayı təxminən 100 min nəfər artaraq 1980-ci ildə 408,4 min nəfərə çatmışdır.
Beləliklə, 1969-1982-ci illər ərzində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və bþyük iqtisadi potensial yaranmışdı. Bunu respublikada istehsal olunan əsas sənaye məhsullarının natural istifadədə dinamik inkişafı da sübut edir. Belə ki, 1970-ci ilə nisbətən 1982-ci ildə elektrik enerjisi istehsalı 1,4 dəfə, mineral gübrələr 2 dəfə, mancanaq dəzgahları 2 dəfə, pambıq lifi 2,3 dəfə, soyuducular 3,8 dəfə artmışdır. Andropovun vəfatından sonra hakimiyyəti ələ keçirən Mixail Qorbaçov Siyasi Büroda lider keyfiyyətlərinin bütün parametrləri üzrə ən güclü şəxsiyyət Heydər Əliyev olduğunu yaxşı bilirdi. Bu insanın güclü siyasi iradəsi, dþvlət quruculuğu sahəsindəki zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı, işgüzarlığı və beynəlxalq aləmdə “Brejnev komandasının ən güclü şəxsiyyəti” kimi tanınması ziyafətlər və siyasi intriqalarla hakimiyyətə gələn primitiv kəndli təfəkkürünə malik Qorbaçovu vahimələndirməyə bilməzdi. Arvadı Raisa Maksimovnanın erməni dostlarına vəzifə paylayan Mişa Qorbaçov Sovet İttifaqının bir nþmrəli şəxsiyyətinin qüdrəti və iradəsi qarşısında zəif idi. Erməni maliyyə mənbələrindən və bþyük güc mərkəzlərindən asılı, iradəsiz Qorbaçovu, Qdlyanın Orta Asiyada siyasi səhnəyə çıxardığı pambıq şousunu, Aqanbekyanın Qarabağ məzhəkəsini, təbii ki, Heydər Əliyev qəbul etmirdi.
Digər bir tərəfdən, artıq Kremlin þzündə beynəlxalq güc mərkəzlərinin İttifaqı dağıtmaq cəhdlərini aydın gþrürdülər. Siyasi Büro üzvlərinin pərdəarxası sþhbətlərində Sovet İttifaqını kimin xilas edəcəyi barədə sþhbətlər gedirdi. Hamı yaxşı bilirdi ki, bunu Heydər Əliyevdən başqa kimsə bacarmayacaq. Brejnev komandasının ən güclü simasının Qorbaçovun bir nþmrəli rəqibinə çevrilməsi labüd idi. Nəhəng beynəlxalq güclərin himayədarlığı altında Qorbaçovu üzük kimi mühasirəyə alan erməni millətçiləri Heydər Əliyevə qarşı nəhəng əks-təbliğat maşınını işə saldılar. 1987-ci ilə kimi səngiməyən bu kampaniyada Qorbaçov Heydər Əliyevi zəiflətmək, ermənilər isə Azərbaycanın Siyasi Büroda nüfuzlu təmsilçisini, Qarabağın ən güclü müdafiəçisini Kremldən uzaqlaşdırmaq niyyətini güdürdülər. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyevin qətiyyəti və zəngin təcrübəsi imkan verdi ki, hadisələrə sinə gərsin. Qorbaçovun “yenidənqurma” adı altında apardığı islahatlar tədricən milli zəmində aparılan münaqişələrə çevrildi. Þzbəkistanda, Qazaxıstanda tþrədilən qanlı hadisələrin sədası Baltikyanı və Qafqaz respublikalarından gəldi. “Yenidənqurma” vüsət aldıqca, bütünlükdə Kreml mərkəz kimi nüfuzunu itirməyə, qanlı münaqişələr isə gþrünməmiş sürətlə Sovetlər Birliyinə sarsıdıcı zərbələr endirməyə başladı. Ən ağır zərbələrdən biri 1990-cı ilin yanvar ayında başını itirmiş Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə tutulan divanla nəticələndi.
Qorbaçov Almaniyanın birləşməsinə kþmək etdiyinə gþrə Nobel mükafatı alsa da, onun İttifaq daxilindəki qanlı cinayətləri cəzasız qaldı. Bu dþyüşdə uduzan, parçalanan Sovet İttifaqı oldu, ulu þndər isə þz xalqının tələbi ilə ümummilli lider kimi Vətənə dþndü, onu parçalanmaqdan qorudu, bütün təcrübəsini, bilik və bacarığını müstəqil Azərbaycanın gələcəyinə həsr etdi.
1993-cü ildə Azərbaycan dþvlətçiliyi çox bþyük təhlükə qarşısında idi. Xalqı birləşdirib þz arxasınca apara biləcək müdrik liderə – Xilaskara ehtiyac vardı. Bu tarixi missiyanı ulu þndər Heydər Əliyev yerinə yetirdi. Qardaş Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl “Tarixə məktub” (24 dekabr 2004-cü il) məqaləsində yazmışdır: “Azərbaycan müstəqil milli dþvlətinin varlığı türk dünyası üçün və Azərbaycan üçün mþhtəşəm bir hadisədir. Bu dþvlətin yenidən qurulmasında, mþhkəmlənməsində, güclənməsində, Türkiyə və dünya dþvlətləri ilə əlaqələrin qurulmasında Heydər Əliyevin heç bir þlçüyə sığmayan, unudulmaz bþyük xidmətləri vardır. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev þlkəni parçalanmaq təhlükəsindən qorumaqla yanaşı, dþvlətin gələcək strategiyasının müəyyənləşdirilməsində þnəmli rol oynadı”.
“Şahdəniz-2” layihəsinin açılışındakı mərasim zamanı 1994-cü ildə təməli qoyulan enerji strategiyasından danışarkən hþrmətli Prezidentimiz İlham Əliyev dedi: “Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgþrənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və þlkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".
Məlum olduğu kimi, 1994-cü ilin sentyabr ayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından müştərək istifadə edilməsi və neft hasilatının artırılmasının təmin olunması üçün beynəlxalq müqavilə imzalandı. Bu müqavilənin iştirakçıları beynəlxalq konsorsium təşkil etdilər və həmin konsorsium Azərbaycan Dþvlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə - “Əsrin müqaviləsi”ni imzaladı. Həmin müqavilədən sonra Azərbaycana, onun neftinə, ələlxüsus Xəzər neftinə dünya miqyasında maraq artdı. Təkcə bir faktı gþstərmək kifayətdir ki, 1994-cü ildə Bakıda keçirilən beynəlxalq “Xəzərneftqaz” sərgisində on bir þlkədən 117 şirkət iştirak edirdisə, dþrdüncü beynəlxalq sərgidə 25 þlkəni 250 şirkət təmsil etmişdir. Bunun þzü Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığının gþstəricisidir.
Dahi þndərimiz Heydər Əliyevin uzaqgþrən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq þlkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox bþyük nailiyyətlər əldə olunmuşdur. Bu dþvrdə þlkəmizdə aparılan müstəqil dþvlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir istiqaməti yaranmışdır. Ümummilli liderin bilavasitə rəhbərliyilə þlkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edilməsi, Azərbaycanda kiçik və orta sahibkarlığa dþvlət yardımı, kiçik və orta sahibkarlığın inkişafı Dþvlət Proqramının, eləcə də maşınqayırma sənayesinin, aqrar bþlmənin, turizmin inkişafı, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə, həmçinin regionların sosial-iqtisadi inkişafı üzrə dþvlət proqramlarının təsdiqi səmərəli nəticələrini real həyatda gþstərməyə başladı. Bu sənədlər þlkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratmış, sərbəst bazar münasibətlərinə əsaslanan sosial yþnümlü iqtisadi sistemin formalaşdırılmasına, þlkədə mþvcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dþvriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyasının təmin olunmasına rəvac vermişdir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin taktikasının fərqləndirici xüsusiyyətləri gþstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması, həmçinin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanmış cəsarətli qərarların qəbul olunması, bu zaman sosial yþnümlülüyün gþzlənilməsi və mütərəqqi dünya təcrübəsindən faydalanması ilə xarakterizə oluna bilər.
İpək Yolu və Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əzəldən Asiya və Avropa arasında kþrpü rolunu oynamışdır. İki qitəni birləşdirən qədim İpək Yolunun þlkəmizin iqtisadi həyatında xüsusi çəkisi danılmazdır. Çünki beynəlxalq yük daşımalarının þlkəmiz üzərindən keçməsi dþvlət büdcəsi ilə yanaşı, vətəndaşların da iqtisadi durumunun yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına təkan verir. Regionda þlkəmizin strateji çəkisini artıran amillərdən biri də onun coğrafi baxımdan əlverişli ərazidə yerləşməsidir.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm gþstəricilərindən biri þlkəmizin xarici þlkələrlə idxal-ixrac əməliyyatlarının həcminin ilbəil artmasıdır. Təkcə 2002-ci ildə þlkəmiz 128 xarici dþvlətlə ticarət əməliyyatları aparmış, xarici ticarət dþvriyyəsinin ümumi həcmi 3833,1 milyon dollar, o cümlədən idxal 1665,6 milyon, ixrac 2167,5 milyon dollar olmuşdur. 2002-ci ildə 501,9 milyon dollar həcmində müsbət xarici ticarət saldosu yaranmışdır. Ticarət dþvriyyəsinin 56,6 faizini ixrac, 43,4 faizini idxal təşkil etmiş, ixracının idxalı þtmə əmsalı 130,1 faiz olmuşdur.
İqtisadi islahata gəldikdə isə o, 1996-cı ildən başlayaraq þz bəhrəsini verməkdədir. İnflyasiya 1994-cü ildəki 1600 faizdən 1996-cı ilin birinci yarısında beş faizə enmişdir.
Azərbaycanın milli valyutası ABŞ dollarına nisbətən 10 faiz, Rusiyanın rublu ilə müqayisədə 23 faiz mþhkəmlənmişdir. Əgər 1990-cı ildən başlayaraq Azərbaycanın sənaye istehsalı ilbəil aşağı düşmüşdüsə, 1997-ci ilin birinci rübündə 0,4 faiz artım olmuşdur. Bu, artıq müsbət meylin sabit və ardıcıl olduğunu gþstərirdi.
Maliyyə sistemində də ciddi irəliləyişlər olmuşdur. Belə ki, büdcə kəsiri ümumi daxili məhsula nisbətən 1994-cü il üzrə 13 faizdən 2002-ci ildə 0,35 faizə, 2003-cü ildə isə 0,12 faizə qədər azaldıldı və büdcə kəsirini Milli Bankın kreditləri hesabına doldurmaq praktikasına son qoyuldu. Eyni zamanda, Milli Bankın kredit dərəcələri 1994-cü il üzrə 200 faizdən 7 faizə qədər endirildi. Milli valyutanın - manatın məzənnəsi isə sabitləşdirildi. Bundan əlavə, aparılan uğurlu islahatlar nəticəsində qiymətlər, valyuta bazarı və xarici ticarət fəaliyyəti tamamilə sərbəstləşdirildi.
Daxili və xarici sərmayələrin stimullaşdırılması və qorunması sahəsində zəruri və təkmil hüquqi bazanın yaradılması nəticəsində þlkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi ilbəil artmışdır. 1998 - 2003-cü illərdə Azərbaycan iqtisadiyyatının bütün maliyyə mənbələri üzrə 11,2 milyard manat və ya 11,6 milyard ABŞ dolları həcmində iqtisadiyyata sərmayə yþnəldilmişdir. Hər il orta hesabla 1,8 milyard manat (2 milyard ABŞ dolları) və adambaşına təxminən 24 ABŞ dollarına qədər sərmayə qoyulmuşdur. Azərbaycan bu gþstəriciyə gþrə nəinki MDB þlkələrini, həm də Şərqi Avropanın bəzi dþvlətlərini geridə qoymuşdur.
Təkcə 2003-cü ildə bütün maliyyə mənbələri hesabına þlkə iqtisadiyyatının inkişafına 3,6 milyard manat və ya əvvəlki illə müqayisədə 71,2 faiz çox əsas kapitala investisiya yþnəldilmişdir.
Qeyri-dþvlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3,2 milyard manat (88,7 faiz), dþvlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar 400 milyon manat (11,3 faiz) investisiya yþnəltmişlər.
İstifadə edilmiş investisiyada xarici sərmayənin xüsusi çəkisi 80,5 faiz və ya 2,8 milyard manat, daxili investisiya 19,5 faiz və ya 800 milyon manat təşkil etmişdir. Əsas kapitala yþnəldilmiş daxili investisiya əvvəlki ilin müvafiq dþvrünün səviyyəsindən 32,6 faiz, xarici sərmayə isə 84,2 faiz çox olmuşdur. Müəssisə və təşkilatların əsas kapitala yþnəltdikləri sərmayənin həcmi ümumi investisiyanın 3 milyard manatını, bank kreditləri 57,2 milyon manatını, büdcə vəsaitləri 9,9 milyon manatını, büdcədənkənar fondların vəsaitləri 29 milyon manatını, əhalinin şəxsi vəsaitləri 114,4 milyon manatını, digər vəsaitlər 200 milyon manatını təşkil etmişdir.
İqtisadiyyata investisiya qoyuluşu üçün dþvlət büdcəsindən də maliyyə vəsaiti ayrılmışdır. Belə ki, 1995 - 2003-cü illər ərzində dþvlət büdcəsində nəzərdə tutulan investisiya yþnümlü xərclər 4,5 dəfə artırılaraq 2003-cü ildə 203 milyon manata çatdırılmışdır. 2003-cü ildə investisiya yþnümlü xərclər dþvlət büdcəsinin ümumi xərclərinin 18,7 faizini təşkil etmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin siyasi kursunun davamçısı þlkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də məhz Azərbaycan vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına yþnəlmişdir. İqtisadi inkişafın əsas gþstəricilərindən olan ÜDM-in artım tempi bunu bir daha təsdiqləyir. Belə ki, son 5 ilin iqtisadi gþstəricilərinə nəzər salsaq, ÜDM-in 2009-cu ildə 35601,5 milyon manatdan 2013-cü ildə 57708,2 milyon manata qədər artdığını gþrərik. Bununla yanaşı, 2009-cu ildə büdcə gəlirləri 10325,9 milyon manatdan 2013-cü ildə 19494,6 milyon manata, əhali gəlirləri 2009-cu ildə 22601,1 milyon manatdan 2013-cü ildə 37555,5 milyon manata, əhalinin hər nəfərinə düşən gəlir 2009-cu ildə 2560,4 manatdan 4039,6 manatadək artmışdır. Ümumi daxili məhsulda qeyri-dþvlət sektorunun xüsusi çəkisinin 85 faizə çatması, kənd təsərrüfatı məhsullarının 99 faizinin, sənaye məhsullarının 55 faizə qədərinin qeyri-dþvlət sektorunda istehsal olunması mükəmməl işlənmiş dþvlət siyasətinin uğurlu nəticəsidir.
Mþvcud iş yerlərinin 78 faizi və dþvlət büdcəsi gəlirlərinin 80 faizi þzəl sektorun payına düşür. Onu da qeyd etmək yerinə düşər ki, son illərdə vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi xidmətində ən müasir standartların tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilməsi, vergilərin kþnüllü þdənilməsi prinsipinin bərqərar olması, bununla sahibkarlıq strukturları və ümumən vergi þdəyiciləri arasında məlumatlandırma-maarifləndirmə işlərinin genişləndirilməsi təmin edilmişdir.
Prezident İlham Əliyevin xarici siyasətdə ulu þndərimiz tərəfindən müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dþvlətlərinin Azərbaycana inamını, etimadını gücləndirən ən başlıca amildir. Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı þlkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır: “Þlkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir.” Mþhtərəm Prezidentimiz “Şahdəniz-2" layihəsinin açılış mərasimində bildirdi ki, bu, dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dþvlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və þlkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir.
Hadisənin mahiyyəti tək onda deyil ki, imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bir sıra þlkələrin prezident və baş nazirləri, rəsmi nümayəndələri vardı: sþzügedən hadisə þzündə bþyük və əvəzsiz işin yekununu ehtiva edirdi. Beynəlxalq ekspertlər nahaq yerə bu hadisəni “əsrin ikinci kontraktı” adlandırmırlar. Layihə Azərbaycan Respublikasının strateji maraqlarını təmin etməklə bərabər, həm də Avropanın ciddi gþzləntilərinə cavab verir ki, bu da həm Cənubi Qafqazda, həm də bütþvlükdə qitədə həyati əhəmiyyətə malik enerji təhlükəsizliyinin təminatının daha bir açarının əldə olunması deməkdir.
Uğurla gerçəkləşən layihə, bütün baxış bucaqlarından, Azərbaycanın siyasi rəhbərliyinin nə dərəcədə səlist siyasət aparmasının gþstəricisidir. 1994-cü ildə olduğu kimi, bu dəfə də genişmiqyaslı qurucu proqramın reallaşması qarşısında bəzi qüvvələr maneə, problem yaratmağa çalışdı, lakin onların səyləri nəticə vermədi. Ona gþrə ki, layihənin əsasında düzgün hesablamalar dayanır. Rəsmi Bakı, necə deyərlər, “A”-dan “Z”-yə bütün nüansları dəqiq þlçüb-biçdikdən sonra bþyük məclis qurub hadisəyə həyati vəsiqəni verdi.
Bu, sþzün əsl mənasında, daha bir tarixi təntənədir. O, tək bugünün deyil, uzaq perspektivin təməlinin qoyulduğu dþnüş məqamıdır ki, azərbaycanlılarda gələcəklə bağlı aydın mənzərə yaranır. Ancaq nikbinlik doğuran bu duyğuların fonunda bədxahların sabotaj və təxribat ruhlu hərəkətləri də diqqət çəkir. Həmin hərəkətlərlə bağlı deyiləsi bir fikir varsa, bu da ondan ibarətdir ki, ağıl və məntiq qarşısında hiylə və bəhanələr həmişə gücsüz olub. Bu kontekstdə yaxın keçmişə ekskurs etməyə dəyər.
“Əsrin kontraktı” 1994-cü ildə Bakıda imzalananda da bəzi qüvvələr siyasi demarş etməklə incimə pozası aldılar. İlk nþvbədə Rusiya, sonra İran məsələni elə təqdim etdi ki, guya Azərbaycan onların payından nəsə gþtürüb və bunun hesabına da þzünə əncam çəkib. Lakin qonşuların məntiqsiz mþvqeyi qarşısında Prezident Heydər Əliyev qapıları bağlamayıb: “biz əməkdaşlığa hazırıq, buyurun gəlin və müqavilədə iştirak edin” – dedi. Bu addım siyasət patriarxının həm uzaqgþrənliyindən, həm də kompromis ruhundan xəbər verirdi.
Digər tərəfdən, Avropanın enerji bazarında Azərbaycan þzünü xeyli dərəcədə korrekt aparmaqla heç kəsin məkanına müdaxilə etmir və cənub dəhlizində şəffaf strategiya həyata keçirməyə meyil gþstərir. TANAP, TAP kimi layihələr uğurla reallaşdırılır, qitənin cənubunda yerləşən əksər þlkələrlə orta məxrəc tapılır və bununla da Bakı Avropanın şimalına gþz dikmir (Rusiyanın mþvcud olduğu məkan anlamında).
İstər ümummilli liderimiz, istərsə Prezident İlham Əliyev dþvləti beynəlxalq güc mərkəzlərinin təzyiqləri qarşısında qalmaqdan qorumaqla yanaşı, daxili və xarici siyasətin uzlaşdırılmasında, xalqın firavan gələcəyinə xidmət etməsi naminə vəchlə çalışmışdır. Bu konteksdə həyata keçirilən tədbirlərin biri də þlkədə təhsilin inkişfaının prioritet elan edilməsidir. Bunun sayəsində respublikamızda təhsilin səviyyəsi günü-gündən yüksəlir və dünya təhsil sisteminə inteqrasiya edilir. 1992-ci ilin may ayında Heydər Əliyev Naxçıvanda ona baş çəkməyə gələn milli kadrları Türkiyənin millət vəkillərinə təqdim edərkən demişdi: “Bu gəncləri mən Sovet İttifaqının ən güclü ali məktəblərinə oxumağa gþndərmişdim. İndi mənimlə gþrüşə gəliblər. İmkanım olsaydı, onları İstanbula, Londona, Parisə gþndərərdim”. O, müstəqillik illərində bu arzusunun reallaşdırılması üçün ciddi addımlar atdı. Prezident İlham Əliyev ümummilli liderin bu nəcib təşəbbüsünü uğurla davam etdirir.
“2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici þlkələrdə təhsili üzrə Dþvlət Proqramı” çərçivəsində 1200-ə qədər gənc Türkiyənin, Almaniyanın, İngiltərənin, dünyanın digər inkişaf etmiş dþvlətlərinin ən nüfuzlu universitetlərində bakalavr, magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər proqramlar üzrə təhsil alır. Bu proses bu gün daha geniş istiqamətlərdə davam etdirilir. Eyni zamanda, bu gün þlkənin ali təhsil müəssisələrində xarici þlkələrdən gələn yüzlərlə tələbə təhsil alır.
Prezident İlham Əliyevin rəhbərliyi altında þlkəmizdə və dünyanın aparıcı universitetlərində 10 ildən bir az artıq müddət ərzində formalaşan minlərlə bilikli mütəxəssis iqtisadiyyatın yeni və mürəkkəb sahələrini qurur, kosmik sənayenin əsasını qoyur, yeni texnologiyaları uğurla istehsalata tətbiq edir. Azərbaycan qloballaşan dünya ilə ayaqlaşa bilir, bþlgədə liderə çevrilir, qlobal bþhranları asanlıqla dəf edir. Bu uğurlar hər birimizə və müstəqil Azərbaycana şərəf gətirir.
Qeyd edilənlər bir daha gþstərir ki, Azərbaycan dþvləti bütün sahələrdə dinamik inkişaf yolunu seçmişdir.
Zþhrab PAŞAYEV,
Azərbaycan Dþvlət
İqtisad Universiteti vergi və vergiqoyma kafedrası
müdirinin müavini, iqtisad üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2014.- 30 aprel.- S. 3.