Ulu öndərimizin adına layiq fond

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən 45 il keçir. Heydər Əliyev fenomen tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmişdir. Həmin dövr – 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycanın tarixində tərəqqi və  inkişaf dövrü kimi qalacaqdır. Məhz Heydər Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan tamamilə fərqli iki ictimai-siyasi formasiyada ən yüksək zirvələrə qalxa bilmişdir.

 

Mən fəxr edirqürur hissi keçirirəm ki, 50 illik jurnalistlik fəaliyyətimin ən maraqlı, qaynar və məhsuldar illəri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərinə təsadüf etmişdir. Keçən əsrin 70-80-ci illərində milli mətbuatımızın flaqmanı sayılan “Kommunist” qəzetinin (indikiXalq qəzeti”) Mil-Muğan bölgəsi üzrə xüsusi müxbiri işləyərkən ümummilli lider Heydər Əliyevlə çoxsaylı görüşlərimi ömrümün ən unudulmaz, bəxtəvər günləri kimi xatırlayıram. Bu xatirələr ulu öndərin anadan olmasının 90 illiyi münasibətilə hazırlayıb nəfis şəkildə çap etdirdiyim “Azərbaycanı dünyaya tanıdan Böyük İnsan” kitabımın əsas məğzini təşkil edir. Bu əsər mənim Heydər Əliyev şəxsiyyətinə olan böyük hörmət və ehtiramımın parlaq təcəssümüdür.

 

Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz fərmanı ilə təsis etdiyi ictimai fond Heydər Əliyevin unudulmaz xatirəsini əbədiləşdirmək istiqamətində möhtəşəm işlər görür. Ümummilli liderimizin özü kimi onun adını daşıyan fond da qisa müddət ərzində dünya şöhrəti qazanmışdır.

 

Bu il Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 10 il keçir. On il ərzində fond saysız-hesabsız uğurlara imza atmış, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ciddi islahatların aparılmasına öz töhfəsini vermişdir. Heydər Əliyev Fondu həmçinin ölkəmizin dünyada təbliği və zəngin milli, tarixi dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərmişdir.

 

Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və qədim tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsinə və geniş vüsət almasına səbəb olmuşdur. Bu nəcib işin önündə fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva gedir. Mehriban xanım Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür.

 

Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrildi. Yarandığı gündən fondun qarşısına qoyduğu məqsədlər miqyası ilə fərqləndi. Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə diqqət yönəltdi. Məqsədlər o qədər aydın və ali oldu ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər bir kəsin ümid yerinə çevrildi. Gördüyü işlərin əhəmiyyətinə, miqyasına və sambalına görə Azərbaycanda alternativi olmayan fond ötən illərdə ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verdi.

 

Elə ilk dövrdən təhsilə yardımı vacib hesab edən fond ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan bu sahəyə yönəltdi. Bu, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsində öz əksini tapdı. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə real mənzərəni qiymətləndirmək üçün ölkədəki məktəb binalarının ümumi vəziyyəti öyrənildi. Ötən dövrdə görülən işlər nəticəsində fondun xətti ilə inşa olunan orta məktəblərin sayı 500-ə çatdı. Dövlətin də bu proqrama qoşulması 10 il ərzində ölkədə 3 minə yaxın təzə məktəb binasının tikilməsi ilə nəticələndi. Bununla yanaşı, “Təhsilə dəstək” layihəsini də uğurla həyata keçirən Heydər Əliyev Fondu Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirdi, Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən quruldu. Bakıda yəhudi uşaqları üçün 450 şagird yerlikXabad-Or-Avner” Təhsil Mərkəzi və fransız liseyi yaradıldı. Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atdı, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramını irəli sürdü. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında daha çox rəğbət qazandırdı. Proqram çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edildiyeni, müasir avadanlıqlarla təchiz olundu. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş kimsəsiz qızlar üçün Azərbaycanın birinci xanımının təşəbbüsü ilə paytaxtın Nizami rayonunda 50 mənzillik yaşayış binası inşa edildi. Sonralar 68 mənzilli daha bir belə yaşayış binası da tikildi.

 

Ötən 10 ildə Heydər Əliyev Fondu ölkədə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də güclü təkan vermişdir. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, fond cəmiyyəti narahat edən bir sıra problemlərin həllinə yardım etmişdir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələrin icrasına başlanması cəmiyyətdə böyük əks-səda doğurdu. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikildi. Bundan başqa, Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olundu.

 

Heydər Əliyev Fondu ölkədə aparılan idman siyasətinə də öz töhfəsini vermişdir. Bədii Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilən, müasir arxitekturası ilə göz oxşayan Milli Gimnastika Arenası görənləri valeh edir. Bundan başqa, ölkə üzrə bir çox yeni idman qurğuları da fondun təşəbbüsü ilə inşa olunmuşdur. Təsadüfi deyil ki, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva sədrlik edir. Fondun təşəbbüsü ilə başlanan “Hərəmiz bir ağac əkək!” aksiyası da böyük uğurla keçmişdir.

 

2009-cu ildə “Azərbaycan” nəşrini təqdim edən fondun Rusiya, Rumıniya, Türkiyə, ABŞ və digər ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri bu gün fəallıqları ilə seçilir. Bu sırada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rusiya Nümayəndəliyi və onun həyata keçirdiyi layihələr, xüsusilə də “Xocalıya ədalət!” kampaniyası beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdur.

 

Tarixi keçmişimizə, xalqımızın qan yaddaşına həssas münasibətilə seçilən Heydər Əliyev Fondu Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında və 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri mart qırğınları zamanı yandırılan Şamaxı Cümə məscidinin əsaslı bərpasında yaxından iştirak etmişdir.

 

Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində apardığı işlər də təqdirəlayiqdir. Tolerantlıq mühitinin qorunub saxlanması fondun dəstəyi ilə keçirilən beynəlxalq konfranslarda, musiqi festivallarında da öz əksini tapmışdır.

 

İnsan hüquq və azadlıqlarının qorunmasına xüsusi dəstək verən Heydər Əliyev Fondu 2007-ci və 2009-cu illərdə amnistiya təşəbbüsü ilə çıxış etmişdir.

 

Mehriban xanım Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu siyahıya, həmçinin İçərişəhər Tarixi-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, Novruz bayramı da daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunmuş, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilmiş, “Muğamteleviziya müsabiqələri keçirilmişdir.

 

Heydər Əliyev Fondu bir çox beynəlxalq musiqi festivallarının da təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. “Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2012-ci ildə 57-ci dəfə keçirilən müsabiqəni uğurla reallaşdırdı, ölkəmiz bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

 

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinin uğurlarıdır ki, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, ədəbiyyatşünas alimpedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyləri UNESCO səviyyəsində qeyd olundu, xalq artisti, bəstəkar Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomu hazırlandı, dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Parisdə fərdi sərgisi təşkil edildi. Fransanın sənət nümunələrinin toplandığı “Fransız inciləri” kolleksiyası Bakıda nümayiş olundu.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda Müasir İncəsənət Muzeyi yaradıldı, açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyətə başladı. Xalqımızın ümummilli liderinin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyinin açılışı oldu.

 

Heydər Əliyev Fondu həm də Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihələrin müəllifidir. Bu münasibətlə fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin təbliğində mühüm rol oynadı, Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşdü.

 

Heydər Əliyev Fondu Fransanın 20-dən çox regionunda xüsusi mərasimlər keçirdi, 2013 və 2014-cü illərdə beynəlxalq kino festivallarından da yaxşı tanıdığımız Kann şəhərində Azərbaycan mədəniyyəti günləri baş tutdu.

 

Heydər Əliyev Fondu xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına dəstək verdi. Əvvəlcə Fransanın paytaxtı Parisdə, daha sonra Vyanada Azərbaycan Mədəniyyəti Mərkəzləri fəaliyyətə başladı.

 

UNESCO-nunİSESKO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva Luvr muzeyində aparılan bərpa işlərinə qoşuldu, Parisdə 1669-cu ildə Fransa Kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail oldu. Bununla da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ulu öndərin ideyalarını yaşadaraq ümumbəşəri dəyərlərə öz töhfəsini verdibu proses indidavam edir.

 

Mehriban Əliyeva Azərbaycan Prezidentinin xanımı kimi dövlətimizin başçısının məsuliyyətini onunla birgə bölüşür. O, mərhəmət, xeyirxahlıq yolunu seçmişdir, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. Məhz bu əbədiyaşar prinsiplər onun fəaliyyətinə dünyada böyük maraq qazandırmış, bu isə ona təqdim olunan çoxsaylı mükafatlarda öz əksini tapmışdır. Lakin bütün təltiflərdən ən əzizi təbii ki, ulu öndər Heydər Əliyevin adını daşıyan mükafatdır. Prezident İlham Əliyev Mehriban Əliyevanın xidmətlərini 2008-ci ildə – ulu öndərin anadan olmasının 85-ci ildönümündə ona Heydər Əliyev mükafatını təqdim etməklə dəyərləndirmişdir.

 

Böyüknadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan, son nəfəsə qədər ali məqsədlərə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdən idi. Ümummilli liderin adını daşıyan fondu xalqımıza ən çox sevdirən isə onun insani prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara qayğı göstərmək, yaxşılıq etmək!

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə nitq söyləyərkən Prezident İlham Əliyev demişdir: “...Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Bizonun davamçıları isə bundan sonra da ulu öndərin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq”.

 

Telman ƏLİYEV,

 

Xalq qəzeti”.-2014.-3 avqust.-S.2.