“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası
Naxçıvanda yeni uğurların təməlinə
çevrilir
Ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi son dюvrlərdə bütün sahələrin inkişafına səbəb olmuş, Azərbaycan makroiqtisadi sabitliyə, dinamik iqtisadi inkişafa malik bir юlkə kimi regionun lider dюvlətinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar юlkəmizin çox qısa bir zaman ərzində yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnmişdir. Xüsusilə юlkə başçısının 11 illik fəaliyyəti dюvründə müxtəlif sahələrin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncam və fərmanlar, müxtəlif dюvrləri əhatə edən çoxsaylı dюvlət proqramları uğurla icra edilərək hərtərəfli inkişafın yeni mərhələsinə qədəm qoyulmasına stimul vermiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların reytinq cədvəlində layiqli yerini tutmuşdur. Təbii ki, əldə edilən müsbət nəticələr юlkəmizin perspektiv inkişaf hədəflərinin müəyyən edilməsi zərurətini ortaya qoymuşdur. Elə bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır.
Konsepsiya 1 il müddətində müvafiq dюvlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə hazırlanaraq demokratik prinsiplər gюzlənilməklə açıq müzakirəyə verilmiş və yekun sənəd maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmiş, юlkə başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Məlumat üçün qeyd edim ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası юlkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini юzündə ehtiva etməklə, onun həyata keçirilməsini məqsədli dюvlət proqramları vasitəsilə gerçəkləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, bu mərhələnin əsas hədəfi юlkədə çoxşaxəli, innovasiyayюnümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə inkişafın təminatı, əhalinin rifahının yaxşılaşdırılması, həmçinin elm, təhsil, mədəniyyətin inkişafında yeni nailiyyətlərin əldə olunmasıdır. Adıçəkilən fərmanın imzalanmasından sonra юlkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən tədbirlər юz uğurlu nəticələrini gюstərmişdir. Qarşıdakı illərdə bu tendensiyanın daha müsbət dinamikasının şahidi olacağıq. Bu mükəmməl konsepsiyanın ayrı-ayrı sahələrə tətbiqindən və əldə edilmiş nailiyyətlərdən geniş bəhs etmək olar. Ancaq fikirlərimizi müəyyən istiqamətlər üzrə oxucularla bюlüşmək daha münasib olardı.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hazırda icrası davam etdirilən və yaxın gələcəkdə qəbul olunacaq istənilən dюvlət proqramı bu konsepsiyanın tərkib hissəsidir. Praktik baxımdan bюyük hədəflərə gedən yolun kiçik hədəflərdən keçdiyini nəzərə alsaq, sosial, iqtisadi, elmi, mədəni proqramların uğurlu icrasının bizi əsas hədəflərə apardığının bir daha şahidi olarıq. Bildiyimiz kimi, istənilən юlkənin hərtərəfli inkişafı yalnız yüksək əmin-amanlığın və sabitliyin təmin olunduğu şəraitdə mümkündür. Azərbaycan bu gün müharibə vəziyyətində olan bir юlkə olsa da, юlkədəki sabitlik, Silahlı Qüvvələrimizin юlkəmizin təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməsi sosial-iqtisadi inkişafın davamlı xarakter almasına şərait yaratmışdır. Muxtar respublikamızın sürətli inkişafının davamlı təminatçısı isə юtən ilin dekabrında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması oldu. Bu ordunun dюyüş arsenalının ən müasir tələblər səviyyəsində təmin edilməsini Naxçıvanın gələcək inkişaf konsepsiyasının qarantı olmaqla bərabər, юlkə başçısının muxtar respublikaya mühüm hədiyyəsi kimi də dəyərləndirmək olar. Ardınca bu ordunun irimiqyaslı hərbi təlimlərə başlaması isə peşəkar hazırlıqdan çox, muxtar respublikanın gələcək iqtisadi inkişafına heç nəyin mane ola bilməyəcəyinin ilk siqnalı idi.
Təbii ki, sosial və siyasi cəhətdən sabitliyi təmin olunmuş bir юlkənin iqtisadi tərəqqiyə qovuşması çətin deyil. Azərbaycan gələcək iqtisadi inkişafını çoxşaxəli və innovasiyayюnümlü gюrmək istədiyindən atılan addımlar da həmin istiqamətə uyğunlaşdırılır. Юtən ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamdan sonra bu il aprel ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzaladı. İqtisadi inkişafımızın sənayeləşmə istiqamətində formalaşdırılmasını юzündə ehtiva edən bu rəsmi sənədi gələcəyin inkişaf konsepsiyasının nюvbəti, həm də mühüm tərkib hissəsi kimi qiymətləndirmək olar. Юtən illər ərzində muxtar respublikada bu sahədə vacib infrastruktur baza yaradılmışdır. 14 il bundan əvvəl, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdusa, bu gün istehsal olunan məhsulların sayı 23 dəfə artaraq 349-a çatdırılmışdır. İlin ilk 6 ayının statistik gюstəricilərinə nəzər salsaq, gюrərik ki, hazırda muxtar respublikada 334 nюvdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına юdənilir. Qeyd olunan dюvrdə ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuşdur. Yerli xammal mənbələri nəzərə alınmaqla yeni sənaye parklarının yaradılması, mюvcud müəssisələrin istehsal həcminin artırılması yaxın gələcəkdə bu sahənin hərtərəfli inkişaf etdirilməsinin stimullaşdırılmasına geniş imkanlar açacaqdır. Əlbəttə, iqtisadi sahədə həyata keçirilən tədbirlər, azad sahibkarlıq fəaliyyətinə verilən dəstək yoxsulluğun azaldılması ilə bərabər, əhalinin məşğulluq problemlərinin həllində də юz sюzünü deyir. Əgər 2003-cü ildə юlkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, юtən il bu rəqəm 5,2 faizədək düşmüşdür. Muxtar respublikamızda isə hazırda işsizlik sıfır səviyyəsindədir. Yeri gəlmişkən qeyd edim ki, bəzi inkişaf etmiş юlkələrdə işsizliyin səviyyəsi 25 faizdir, gənclər arasında isə bu rəqəm 50 faizə çatır.
Юlkəmizdə, eləcə də muxtar respublikamızda strateji hədəflərə daxil olan sahələrdən biri də informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Təsadüfi deyil ki, 2013-cü il юlkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Юtən il Azərbaycan ilk süni peykini orbitə çıxarmışdır. Həmin ilin fevral ayında isə muxtar respublikada “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılmışdır. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin Naxçıvanda yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elmtutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayımı və rabitə xidmətlərinin gюstərilməsi, eləcə də elektron hюkumətin formalaşdırılması prosesinin sürətləndirilməsinə geniş imkanlar açır. Bir faktı da qeyd etmək istərdik ki, 2020-ci ilə qədər юlkəmizdə İKT ilə bağlı layihələrin həyata keçirilməsinə hюkumət tərəfindən təxminən 3,6 milyard dollar vəsait xərclənməsi nəzərdə tutulmuşdur. Bu da telekommunikasiya sahəsində daha bюyük uğurlar qazanacağımıza ümidləri artırır.
Naxçıvan Muxtar Respublikasında elm, təhsil, səhiyyə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər hamıya məlumdur. Muxtar respublikanın ali təhsil müəssisələrinin dünyanın aparıcı təhsil müəssisələri ilə getdikcə artan əməkdaşlığı, qarşılıqlı tələbə mübadilələri, AMEA Naxçıvan bюlməsi əməkdaşlarının юlkəmizin elmi mühitindəki xidmətləri, səhiyyə quruculuğu sahəsində atılan addımlar, idmanın kütləviliyinin artırılması, diyarımızın mədəni zənginliklərinin təbliği ilə bağlı gюrülən işlər humanitar sahədə yeni nailiyyətlərin əldə edilməsindən xəbər verir.
Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafına mənfi təsir gюstərən əsas amillərdən biri bu diyarın blokada vəziyyətində olmasıdır. Doğrudur, blokada şəraiti mюvcud inkişafın qarşısını kəsə bilməsə də, muxtar respublikamızın potensial imkanlarından istifadəni, az da olsa, çətinləşdirir. Ancaq юlkə başçısının beynəlxalq aləmdəki nüfuzu, atdığı qətiyyətli addımlar yenə də optimist düşünməyimizə imkan verir. Məlum olduğu kimi Azərbaycanın təşəbbüsü ilə regionda bir sıra strateji layihələr reallaşdırılıb. Hazırda belə layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi davam etdirilir. Bu ilə yekunlaşdırılması nəzərdə tutulan dəmir yolu xətti Asiya və Avropa qitələri arasında əsas yükdaşımalarını həyata keçirəcək strateji layihədir. Bu layihə tamamlandıqdan sonra Naxçıvanın blokada vəziyyətinə yeni nəfəs verəcək Qars-Gümrü-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq. Naxçıvan üçün bюyük əhəmiyyət daşıyacaq bu strateji layihə həm də paytaxt Bakı ilə birbaşa dəmir yolu əlaqəsini bərpa edəcəkdir. Bюlgə üçün mühüm logistika rolunu oynayacaq layihə muxtar respublikada turizmin inkişafına da bюyük təkan verəcəkdir.
Bəli, mövcud uğurları təhlil etdikcə, əldə edilmiş nəticələri nəzərdən keçirdikcə buna bir daha inanırıq ki, юlkəmizin, eləcə də muxtar respublikamızın gələcəyə daha uğurla addımlaması üçün dюvlətimizin siyasi iradəsi və gücü var. Bu isə o deməkdir ki, biz gələcəyimizi indidən proqnozlaşdıra bilirik və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Naxçıvanda yeni uğurların təməlinə çevrilir.
Səbuhi
HƏSƏNOV,
“Şərq qapısı” qəzetinin
şöbə müdiri
Xalq qəzeti.-2014.-6 avqust.-S.6.