“Elektron
hюkumət” dövlət idarəçiliyinin
inkişafında mühüm mərhələdir
Dövlət idarəçiliyinin yeni mərhələsi olan “Elektron hюkumət”in əsası ulu юndər Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə (2003-2012-ci illər) Milli Strategiya” ilə qoyulmuşdur. Xatırladaq ki, həmin sənəddə 10 ilə yaxın bir müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet sahələr müəyyənləşdirilmiş, “elektron hюkumət”in yaradılması vacib məsələlərdən biri kimi юnə çəkilmişdir.
Proqramın əsas məqsədi юlkəni informasiya cəmiyyətinə keçidə hazırlamağa, İKT-nin inkişafını və tətbiqini təmin etməyə, insanları informasiya biliklərinə alışdırmağa, habelə rəqabətə davamlı iqtisadiyyat qurmağa və inkişaf etdirməyə zəmin yaratmaq olmuşdur.
Həyata keçirilən geniş miqyaslı tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan qolabal informasiya cəmiyyətinin qurulmasında ən юndə gedən юlkələrdən biridir. 2005-ci ilin noyabrında Tunisdə informasiya cəmiyyətinin inkişafı üzrə keçirilən ümumdünya sammitində Prezident İlham Əliyev çıxış edərək informasiya cəmiyyəti ideyasını dəstəkləmiş, texnoloji biliklərə əsaslanan cəmiyyətin yaradılması üçün Azərbaycanın elmi potensialının kifayət etdiyini bildirmişdir. Həmin vaxtdan юtən müddətdə respublikamızda normal rəqabət mühitinə malik İKT bazarı formalaşmış, respublikamızın regional və beynəlxalq İKT layihələrində iştirakı reallaşmış, Avrasiya Transmilli İnformasiya Magistralı və Avropa-Yaxın Şərq Yüksəksürətli İnformasiya şəbəkəsi, “Vətəndaşlıq vəziyyəti aktlarının dюvlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi” kimi layihələr gerçəkləşdirilmişdir. Bununla yanaşı, gюmrük sistemində idarəetmənin və prosedurların təkmilləşdirilməsi məqsədilə “Məlumatların юtürülmə şəbəkəsi və avtomatlaşdırılmş nəzarət sistemi” yaradılmış, Azərbaycan Dюvlət Neft Şirkətində “İnformasiyanın юtürülmə şəbəkəsi” və “Avtomatlaşdırılmış nəzarət sistemi” layihələri həyata keçirilmişdir. Eyni zamanda, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya və informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar qüvvəyə minmişdir.
Юlkə Prezidenti İlham Əliyevin 2011-ci il mayın 23-də imzaladığı “Dюvlət orqanlarının elektron xidmətlər gюstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman “Elektron hюkumət”in inkişafına müsbət təsir gюstərmişdir. Fikrimizi bir faktla əsaslandırmaq istərdik. Adı çəkilən sənədin icrası istiqamətində Vergilər Nazirliyi “Hüquqi şəxslərin elektron dюvlət qeydiyyatı” layihəsini reallaşdırmışdır. Nəticədə bu, adıçəkilən nazirlikdə məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə юz müsbət təsirini gюstərmişdir.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dюvlət Proqramı (Elektron Azərbaycan)” “Elektron hюkumət”in inkişafında mühüm mərhələ təşkil etmişdir. Adıçəkilən Dюvlət Proqramının məqsədi milli strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi olmuşdur. Bununla yanaşı, dюvlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının юdənilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
“Dюvlət orqanlarının elektron xidmətlər gюstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” юlkə Prezidentinin 23 may 2011-ci il tarixli fərmanında vurğulandığı kimi, respublikamızda “Elektron Azərbaycan”, eləcə də İKT-nin inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dюvlət orqanlarının əhaliyə beynəlxalq standartlara müvafiq elektron xidmətlər gюstərməsi sahəsində hüquqi baza artıq formalaşmışdır. Bu istiqamətdə modern və mobil idarəetmənin təmin edilməsi, dюvlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə elektron xidmətlərin gюstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Adıçəkilən fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Kюçkünlərin İşləri üzrə Dюvlət Komitəsinin rəsmi internet saytında “Elektron xidmətlər” bюlümü yaradılmış, elektron xidmətlər müəyyənləşdirilmiş, bu xidmətlərin inzibati reqlamentləri qurum tərəfindən tərtib və təsdiq olunmuşdur. Eyni zamanda, komitənin əməkdaşları Xüsusi Dюvlət Mühafizə Xidmətinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin hazırladığı elektron imzalarla təmin edilmişdir.
Yeri gəlmişkən, “Elektron hюkumət” portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Prezident İlham Əliyevin 5 fevral 2013-cü il tarixli fərmanı da “Elektron hюkumət”in inkişafına müsbət təsir gюstərmişdir. Belə ki, həmin fərmanla Azərbaycan Respublikasında dюvlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron hюkumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində gюrülən işlərin səmərəliliyinin artırılması, dюvlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
Qısa müddət ərzində “Elektron hюkumət” portalına yeni xidmətlər əlavə olunmuşdur. Məsələn, Müəllif Hüquqları Agentliyi 5 yeni elektron xidmətini “e-Gov” Elektron Xidmətlər Portalı vasitəsilə ictimaiyyətə təqdim etmişdir. Sюzügedən e-xidmətlərə müəlliflik hüququ ilə qorunan məlumat toplularının, müəlliflik hüququ obyektinin, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun, əlaqəli hüquqlar obyektinin və inteqral sxem topologiyalarının dюvlət qeydiyyatı üçün ərizə formaları daxildir. Bu xidmətlər vasitəsilə istifadəçi qeyd olunan sahələr üzrə ərizə formaları əldə etmək imkanı qazanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daha iki xidməti “Elektron hюkumət” portalına inteqrasiya olunmuşdur. “Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi” və “Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi” xidmətləri ictimaiyyətin istifadəsinə verilmişdir.
Dюvlət Statistika Komitəsi “Elektron hюkumət” portalında “Rəsmi hesabatların təqdim edilməsi” xidmətini istifadəyə vermişdir. Yeni xidmət vasitəsilə səhiyyə, humanitar, sosial, nəqliyyat, rabitə, turizm və digər xidmət statistikalarını, eyni zamanda, rəsmi statistik məlumatları əldə etmək mümkündür.
Юzəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər lisenziya almaq üçün “Elektron hюkumət” portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər. Artıq Səhiyyə Nazirliyinin “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciət” xidməti portala inteqrasiya edilmişdir.
Hazırda respublikamızda “Elektron Hюkumət”ə dair Dюvlət Proqramı çərçivəsində dюvlət orqanlarında elektron xidmətlərin tətbiqi getdikcə genişlənir. Bu isə modern və çevik idarəetmənin təmin edilməsinə, işin səmərəli təşkilinə və vaxt itkisinin qarşısının alınmasına şübhəsiz ki, юz müsbət təsirini gюstərir.
İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Dюvlət orqanlarının elektron xidmətlər gюstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, adıçəkilən nazirlikdə www.economy.gov.az internet saytında elektron xidmətlər bюlməsi yaradılmışdır. Bюlmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət nюvlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bюlmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dюvlət rüsumlarının və xidmət haqlarının юdənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dюvlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron юdənilməsi üçün imkanlar yaradılmışdır.
Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, məsul işçilərlə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dюvlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər də gюstərilir.
Azərbaycanda юzəl bюlmədə müasir texnologiyaların tətbiqi də diqqət mərkəzində saxlanılır və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış respublikamızda ilk elektron ticarət portalı - www.b2b.az saytı da belə layihələrdəndir. Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və gюstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrinin qurulmasına dəstək gюstərməkdir.
Xatırladaq ki, Almaniyanın GİZ təşkilatının dəstəyi ilə yaradılmış portal “business to business” modeli əsasında qurulmuşdur. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bюlməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların gюstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də gюstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.
İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2014-cü ilin 6 ayı ərzində elektron ticarət portalının xidmətlərindən 10000-dən çox istifadəçi yararlanmışdır. Portala müraciət edənlərin 1800-dən çoxu Rusiya, ABŞ, Türkiyə, Çin, Almaniya, Bюyük Britaniya, Hindistan, İndoneziya, Braziliya, İtaliya, Qazaxıstan, Estoniya, Gürcüstan, Danimarka, Yunanıstan, Latviya, Fransa, BƏƏ və digər юlkələrdən olan istifadəçilərdir. Ümumilikdə isə, istifadəyə verildiyi 2008-ci ildən indiyədək www.b2b.az portalının xidmətlərindən 36 mindən çox istifadəçi yararlanmışdır.
Əmlak Məsələləri Dюvlət Komitəsində də elektron xidmətlərin tətbiqinə xüsusi юnəm verilir. Adı çəkilən qurumda 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlanılmışdır. Hazırda komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dюvlət əmlakının юzəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Portalda orta və iri dюvlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin; kiçik dюvlət müəssisə və obyektlərin; başa çatdırılmamış tikililər kimi юzəlləşdirilən tikililərin юzəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mюvcuddur. Həmçinin yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dюvlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmət də istifadəyə verilmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”.-2014.-6 avqust.-S.6.