“Təmiz Binəqədi” sosial layihəsinə dəstək məqsədilə iməcilik keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan son illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuş, bir çox uğurlara imza atmışdır. Respublikamız iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasiiqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir.

 

Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşır. Bu dövr, həmçinin Azərbaycan xalqının maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəlməsi, ölkənin şəhər və kəndlərinin, eyni zamanda, paytaxt Bakının, onun qəsəbələrinin simasının dəyişməsi və yeniləşməsi ilə də səciyyələnir.

 

Hazırda da Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində paytaxtda uğurlu infrastruktur layihələri həyata keçirilir, kommunalsosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşdırılır, abadlıq işləri geniş vüsət alır, əhalinin həyat səviyyəsi daha da yüksəlir.

 

Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir.

 

Dövlət Proqramına əsasən, təmirdə olan Binəqədi rayonundakı 115 saylı tam orta məktəbin istifadəyə verilməsi ərəfəsində iməcilik təşkil edilmişdir. İməcilik adı çəkilən məktəbin şagirdləri və məzunlarının təşəbbüsü ilə -“Bakı  2015” ilk Avropa Oyunlarına hazırlıq ərəfəsində reallaşdırılan “Təmiz Binəqədi” sosial layihəsinə dəstək məqsədilə keçirilmişdir.

 

İməciliyin sonunda şagird və məzunlar üçün çay süfrəsi təşkil edilmişdir.

 

Xatırladaq ki, paytaxtın şimal qapısı sayılan Binəqədidə “Təmiz Binəqədi” sosial layihəsinin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, küçə və məhəllələrdə, parkxiyabanlarda aparılan təmizlik və abadlıq işlərini mütəşəkkil formada davam etdirməkdir.

 

Vaqif BAYRAMOV,

 Xalq qəzeti”.-2014.-12 avqust.-S.7.