“Balıqçılıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Balıqçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
“Balıqçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. “Balıqçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq, balıqçılıq subyektlərinin
uçotunun formasını
və aparılması
qaydalarını üç
ay müddətində müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin Qanunun
9-cu maddəsinin altıncı
hissəsinə uyğun
olaraq, balıq və digər su bioresursları ovunun qaydalarını dörd ay müddətində
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
1.5. həmin Qanunun
12-ci maddəsinin birinci
hissəsinin ikinci cümləsinə uyğun
olaraq, akvakulturanın
həyata keçirilməsi
qaydasını dörd
ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
1.6. həmin Qanunun
12-ci maddəsinin ikinci
hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına
görə dövlət
rüsumu məbləğinin
müəyyən edilməsi
ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.7. həmin Qanunun
19-cu maddəsinin yeddinci
hissəsinə uyğun
olaraq, təbii balıqçılıq su
obyektlərinə balıq
və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması
hallarını və
qaydasını üç
ay müddətində müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.8. həmin Qanunun
19-cu maddəsinin doqquzuncu
hissəsinə uyğun
olaraq, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və
iqlimləşdirilmə obyektlərinin
daşınması qaydalarını
üç ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.9. həmin Qanunun
28-ci maddəsinin üçüncü
hissəsinə uyğun
olaraq, balıqçılıq
təsərrüfatı ekspertizasının
aparılması qaydasını
dörd ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.10. həmin Qanunun
30-cu maddəsinin üçüncü
hissəsinə uyğun
olaraq, su mühafizə zonalarında
və sahil mühafizə zolaqlarında
balıq və digər su bioresurslarının
xüsusi mühafizə
rejiminin tətbiq edilməsi qaydasını
üç ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.11. həmin Qanunun
33-cü maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, su bioresurslarının artırılması,
bərpası və mühafizəsi fondu haqqında əsasnamənin
layihəsini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.12. həmin Qanunun
35-ci maddəsinin üçüncü
hissəsinə uyğun
olaraq, akvakultura ilə məşğul olan fiziki və
hüquqi şəxslərə
tətbiq edilən vergi azadolmalarının və güzəştlərinin
müəyyən edilməsi
ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.13. həmin Qanunun
5-ci maddəsinin birinci
hissəsində, 13-cü maddəsinin
dördüncü və
beşinci hissələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.14. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
“Balıqçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.15. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Balıqçılıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Balıqçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun 21-ci maddəsinin
beşinci hissəsinin
dördüncü abzasında
və 33-cü maddəsinin
ikinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
3.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin
üçüncü, altıncı,
yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində,
11-ci maddəsinin beşinci
və altıncı hissələrində, 12-ci maddəsinin
birinci hissəsinin ikinci cümləsində,
ikinci hissəsinin birinci cümləsində,
üçüncü hissəsinin
ikinci cümləsində,
altıncı və yeddinci hissələrində,
19-cu maddəsinin yeddinci
və doqquzuncu hissələrində, 21-ci maddəsinin
beşinci hissəsinin
altıncı abzasında,
22-ci maddəsinin ikinci
hissəsinin beşinci
abzasında, 28-ci maddəsinin
üçüncü hissəsində
və 30-cu maddəsinin
üçüncü hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 9-cu maddəsinin dördüncü
hissəsində, 12-ci maddəsinin
beşinci, doqquzuncu və onuncu hissələrində, 18-ci maddəsinin
üçüncü hissəsində,
19-cu maddəsinin beşinci,
onuncu və on birinci hissələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
həyata keçirir.
4. “Balıqçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun:
4.1. 9-cu maddəsinin üçüncü,
yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində,
11-ci maddəsinin beşinci
və altıncı hissələrində, 21-ci maddəsinin
beşinci hissəsinin
altıncı abzasında
nəzərdə tutulmuş
məsələlərin tənzimlənməsi
məqsədi ilə,
bu Fərmanın
1.4-cü bəndində göstərilən
qaydalar aşağıdakıları
əks etdirməlidir:
4.1.1. balıqovlama biletinin formasını və verilmə qaydasını;
4.1.2. Azərbaycan Respublikasının
Qırmızı Kitabına
daxil edilmiş balıq və digər su bioresurslarının
ovuna icazə verilməsi hallarını
və qaydasını;
4.1.3. ovlanması nəzərdə
tutulan balıq və digər su bioresursları növlərini;
4.1.4. balıq və
digər su bioresursları ovunun yol verilən ümumi miqdarını (kvotasını);
4.1.5. balıq və
digər su bioresurslarının ovu üçün kvotaların
balıqçılıq subyektləri
arasında bölünmə
qaydasını;
4.1.6. idman və
həvəskar ovun həyata keçirilmə
vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarının və ölçülərinin məhdudlaşdırılması
hallarını və
qaydasını;
4.1.7. idman və
həvəskar ov nəticəsində ovlanan
balıq və digər su bioresurslarının
məskunlaşdığı mühitə qaytarılması
qaydasını;
4.1.8. balıq və
digər su bioresursları ovunun məhdudlaşdırılması, dayandırılması və
ya ona xitam
verilməsi hallarını
və qaydasını;
4.2. 12-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, üçüncü
hissəsinin ikinci cümləsində, altıncı
və yeddinci hissələrində, 22-ci maddəsinin
ikinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş
məsələlərin tənzimlənməsi
məqsədi ilə,
bu Fərmanın
1.5-ci bəndində göstərilən
qayda aşağıdakıları
əks etdirməlidir:
4.2.1. bioloji və
texnoloji əsaslandırmanın
qeydiyyata alınması
qaydasını;
4.2.2. bioloji və
texnoloji əsaslandırmanın
nümunəvi formasını
və şərtlərini;
4.2.3. akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatını;
4.2.4. akvakultura subyektlərinin bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilməsi qaydasını;
4.2.5. akvakultura təsərrüfatının fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Xalq qəzeti.-13 avqust 2014-cü il.-S.1-2.