“Bakı-2015” rəsmiləri Beynəlxalq Olimpiya Akademiyası sessiyasının bağlanış mərasimində

 

“Bakı-2015” Avropa Oyunlarının rəsmiləri Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının 2014-cü il Avropa Gənclər Sessiyasının bağlanış mərasimində iştirak ediblər.

 

“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, mərasimdə birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) kommunikasiya şþbəsinin direktoru Uilyam Lui-MeriMilli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şþbəsinin müdiri Kþnül Nurullayeva gələn il þlkəmizdə keçiriləcək bu mþtəbər idman tədbiri ilə bağlı təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, þtən həftə təqribən 50 iştirakçıya Oyunların keçirilməsi strategiyasını inkişaf etdirməklə bağlı orijinal tapşırıq verilib. Qalib gələcək qrup gələn il “Bakı-2015”in açılış mərasimində iştirak etmək imkanı qazanacaq.

 

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos “Bakı-2015” layihəsinə cəlb edilməyin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “İlk Avropa Oyunlarının bu cür fəal nümayəndələrini gþrmək bizim üçün bþyük şərəfdir. Qarşıya qoyulan çətin və maraqlı tapşırığa qarşı müsbət münasibət bəslədiklərinə gþonlara minnətdarıq. Təşviqat kampaniyasının inkişaf etdirilməsi “Bakı-2015” Avropa Oyunlarına tþhfə vermək imkanından ilham alan bütün iştirakçıları cəlb etmək üçün gþzəl bir fürsətdir”.

 

Praktik seminar əsnasında komandalar təkliflərini BAOƏK rəhbərlərindən ibarət komissiyaya təqdim ediblər. Nəticədə “Bakıya velosipedlə” adlı kampaniya qalib seçilib.

 

2008-ci il Pekin Olimpiadasında çoxnþvçülük üzrə qızıl medal qazanmış ukraynalı idmançı Natalya Dobrınska deyib: “Bakıya velosipedlə” layihəmizin qalib seçilməsi bizim üçün şərəfdir. Avropa Oyunlarına getməyi səbirsizliklə gþzləyirik”.

 

Qeyd edək ki, Avropa þlkələrindən qatılacaq komandaların iştirakı ilə həyata keçiriləcək velosiped yürüşlərinin məqsədi “Bakı-2015” ilə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır.

 

Uilyam Lui-Meri bildirib ki, bu tapşırıq “Bakı-2015"in orijinal yanaşmaya meyl gþstərdiyini və Avropa Oyunlarının keçirilməsinə cəmiyyətin cəlb olunması istəyini nümayiş etdirir. Müsabiqədə qalib gələn layihə 2015-ci ildə keçiriləcək, Azərbaycan və Avropa cəmiyyəti üçün yadda qalacaq idman yarışlarının tapşırıqlarının müntəzəm həll olunması niyyətini əks etdirən peşəkar plandır.

 

Beynəlxalq Olimpiya Akademiyası, BECOG və Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş sessiya tarixi Olimpiya hərəkatının formalaşdırılmasında toplanmış mühazirələr və praktik seminarlardan ibarət idi.

 

Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılıb. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun bütün dünyada yayılmasıdır.

 

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015" Avropa Oyunları maraqlı və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.

 

“Bakı-2015” Avropa Oyunları idmanın 19 nþ üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman nþvüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.

 

İdmanın doqquz nþ 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin nþvlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondotriatlon daxildir.

 

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir.yaradılmasının başlıca səbəbkarı ulu þndərimiz olub . 1996-cı ilin 2 fevralında ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirildi. Bu forum þlkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2–fevral Gənclər Günü kimi təsis edilərək Azərbaycan tarixinə yazıldı. Bu gün də gənclərə olan diqqəti və qayğını mþhtərəm Prezidentimiz İlham Əliyev yeni vüsətlə davam etdirir. Gənclər üçün son illərdə yaradılan hər bir şəraitin altında onun imzası var. Biz bunun üçün cənab Prezidentimizə minnətdarıq.

Hər bir gənc kimi mənim də arzularım, planlarım var.Təhsilimi başa vurub Vətənə dþnərək əldə etdiyim bilik və təcrübəni Azərbaycanın iqtisadi inkişafı, xalqımın rifahı, bþyük layihələrin həyata keçirilməsi üçün istifadə edəcəyəm. Bir millət, iki dþvlət olan þlkələrimiz arasında əlaqələrin daha da genişlənməsi naminə þz səylərimi əsirgəməyəcəyəm.

 

 Elvin ƏJDƏRLİ,

 

Xalq qəzeti.-2014.-13 avqust.-S.6.