Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Yaponiya ilə əlaqələr qurur
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
Baş Katibliyi qurumun beynəlxalq əlaqələrini gücləndirmək,
həmçinin Diasporla İş üzrə Dюvlət Komitəsinin
dəstəyi ilə təşkil ediləcək III Qlobal
Müştərək Cəmiyyətlər Forumuna
hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya
səfər edib.
Diasporla İş üzrə Dюvlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, səfər zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş gюrüşlərdə dünyanın qlobal problemləri, eləcə də Azərbaycanla Yaponiya arasında mədəni və elmi əməkdaşlığın mюhkəmləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Tokioda Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koişiro Matsuura, Sasakava Sülh Fondunun Baş məsləhətçisi Yoshiaki Sasaki, hюkumətin iqtisadi məsələlər üzrə sabiq müşaviri və Çiba Universitetinin prezidenti Horuo Shimada, Xarici Əlaqələr Komissiyasının beyin mərkəzlərindən biri olan Genron NPO şirkətinin prezidenti Yasushi Kudo, həmçinin Şərqi Asiya Cəmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cəmiyyəti, İnkişaf etməkdə olan iqtisadiyyatlar institutunun rəhbərliyi ilə gюrüşlər keçirilib. Səfər çərçivəsində dünyanın nəhəng korporasiyalarından biri sayılan “Bridgestone”nun rəhbərliyi ilə də müzakirələr aparılıb.
Müzakirələrin sonunda Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edib və qurumun üzvü olub. Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, YUNESKO-nun sabiq Baş Direktoru Koişiro Matsuura, həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildə Bakıda keçiriləcək III Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub. Qeyd edək ki, 2015-ci il Forumu çərçivəsində müzakirə ediləcək mюvzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin yaradılmasında onların rolu məsələsi olacaq.
Samirə
ƏLİYEVA,
“Xalq
qəzeti”.-2014.-13 avqust.-S.7.