Dünən Nizami Kino Mərkəzində xalq
artisti Şahmar Ələkbərovun
xatirə gecəsi keçirilmişdir
Unudulmaz sənətkarlar
Onu xatırlamaq , filmlərini yad etmək, əslində, milli kino tariximizə hörmət və ehtiramın əlamətidir. Çünki Şahmar Ələkbərov Azərbaycan milli kinosunun dəyərli aktyor və rejissorlarındandır. 1960-1970-ci illərdə kinomuzun tək-tək filmi olardı ki, Şahmar Ələkbərov orada çəkilməmiş olsun. Həm də söhbət təkcə filmlərdə çəkilməkdən getmir. Onun rolları milli ruhlu idi, insanlara sevinc, nikbinlik ruhu aşılayırdı. Bu rollar bizim kinoda yeni idilər. Onları sevməmək, bu qəhrəmanların taleyi barədə düşünməmək qeyri-mümkündür.
Mən bu rolları bir-bir saya bilərəm. Amma, məncə, buna ehtiyac yoxdur. Onsuz da onları tamaşaçılar yaxşı tanıyırlar. Xatirə gecəsində bu rollardan, Şahmar müəllimin çəkdiyi filmlərdən böyük məhəbbətlə danışdılar. Başqa cür ola da bilməzdi. Bu gecəyə toplaşanların da məqsədi Şahmar Ələkbərovu bir daha yad etmək idi. Mən də istəyirəm ki, yaxşı tanıdığım, sənətinə yaxından bələd olduğum bu böyük sənətkarın yaradıcılığı barədə fikirlərimi oxucularla bölüşüm.
O, peşəkar kino aktyoru idi. Bu sənətdə püxtələşmiş,böyük sənət
korifeylərindən dərs
almışdı. Böyük aktyor
Rza Təhmasib məktəbinin yetirməsi
idi. Adil İskəndərovun rəhbərlik etdiyi kinostudiyada işləmişdi.
Və burada onun sənət
yolu “Dağlarda döyüş” filmindəki
Fərruxla başlamışdı.
Deyə bilmərəm ki, bu rol şedevr
idi, ancaq yeni başlayan gənc aktyor üçün böyük
sınaq idi. Onun rolları arasında daha çox rəğbət bəslədiyim
qəhrəman Məzahir
idi. “Mən
ki, gözəl deyildim” filmindəki Məzahiri sevdirən çox əlamətlər
var. O, sadədir, təmkinlidir,
xoşxasiyyətdir. Bunlar əslində
elə Şahmarın
öz xarakteri idi. Gülüşü də, səmimiyyəti
də filmin mövzu yükünü xeyli yüngülləşdirir.
Şahmarın müxtəlif mövzulu filmlərinə baxmışam. Onların
hər birində Şahmarın istedadının
əlamətləri var. Cavidan
( “Babək”), Qatır Məmməd (“Qatır Məmməd”) kimi tarixi qəhrəmanlarda
Şahmarın xalq ruhuna məhəbbətinin
əlamətləri aydın
duyulur. O, tarixi sevirdi, tarixi rollar oynamaqda çox həvəsli idi. Amma müasir qəhrəmanlar
da onun ifasında
maraqlı alınırdı.
Şahmar Ələkbərovun yaratdığı
150-yə yaxın ekran
qəhrəmanlarının heç biri digərinə bənzəmir. Hər rolu
üçün aktyor
yeni cizgilər tapır, həmişə
ampluadan uzaqlaşmağa
çalışırdı.
İman
( “Axırıncı aşırım”), Qəzənfər
(“Yeddi oğul istərəm”) rolları eyni dövrün qəhrəmanları olsalar
da, tamamilə fərqli xarakterlərdir. Bütün bunlar haqqında xatirə gecəsində geniş bəhs olunmuşdur.
Sonra onun tərcümeyi- halından
da söhbət açılmışdır. Bildirilmişdir
ki, xalq artisti, görkəmli aktyor və rejissor Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə anadan olmuşdur. O, indiki Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
aktyorluq fakültəsini
bitirmişdir. Şahmar Ələkbərov
universitetdə assistent
işləmiş, sonralar
aktyor sənətindən
dərs demişdir.
Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olmuş, bir çox maraqlı obrazlar qalereyası yaratmışdır.
Vurğulanmışdır ki, Şahmar Ələkbərov bacarıq
və istedadını
rejissorluq sahəsində
də sınamışdır. O, rejissor
Gülbəniz Əzimzadə
ilə birgə Anarın “Şəhərin
yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş vermişdir. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkmişdir.
Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.
Görkəmli sənətkar və gözəl insan Şahmar Ələkbərov
1992-ci ildə 49 yaşında
vəfat etmişdir.
Tədbirdə Şahmar Ələkbərovun
çəkildiyi, həmçinin
rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər
göstərilmişdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”.-2014.-15 avqust.-S.6.