Azərbaycanın xarici ticarət dövriyyəsi artır

 

Bu gün Azərbaycan ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilmiş, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan vermişdir. Diqqətəlayiq haldır ki, Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası da ildən-ilə genişlənir. Ölkəmiz təkcə AvropaAsiya ölkələri ilə deyil,  həm də Latın Amerikası, Mərkəzi AmerikaAfrika dövlətləri ilə ikitərəfli əməkdaşlığa diqqət yetirir.

 

Azərbaycanın ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra rəsmi Bakı bu məqama xüsusi diqqət yetirmiş, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi naminə səyini əsirgəməmişdir. Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaşdost Türkiyə ilə əlaqələr daim  yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşmişdir. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir  layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilmişdir. Həmçinin bu gün  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da   uğurla  davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regonal inkişafın sürətlənməsinə gətirib çıxaracaq. Eləcə də bununla Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur. Başqa sözlə, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu ildən-ilə möhkəmlənir, bu tendensiya dönməz xarakter alır.

 

Türkiyə ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin getdikcə güclənməsi ixracatın həcminin artmasında da özünü göstərir. Bu ilin yanvar-iyun aylarında qardaş ölkədən respublikamıza ixracatın həcmi 1 milyard 335 milyon 10 min dollar təşkil etmişdir.

 

Qeyd edilən dövrdə Türkiyənin ən çox əmtəə ixrac etdiyi ölkə Azərbaycan olmuşdur. Bununla bərabər, Türkiyəyə bu ilin yanvar-iyun aylarında Qazaxıstana 480 milyon 62 min dollar,  Türkmənistana 1 milyard 60 milyon 334 min dollar, Özbəkistana 289 milyon 445 min dollar, Qırğızıstana isə 194 milyon 620 min dollarlıq ixracat həyata keçirmişdir.

 

Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Respublikamızda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

 

Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

 

Azərbaycanın xarici ticarət coğrafiyasının genişlənməsi xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin ölkəmizə cəlb olunmasına öz müsbət təsirini göstərmişdir. Respublikamızda  bərqərar olmuş siyasimakroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi ölkəmizi  xarici investisiyalar üçün ən cəlbedici dövlətlərdən birinə çevirmişdir. Bugünədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlmişdir.

 

Xatırladaq ki, 1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuşbu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür.

 

Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, xarici investisiyaların geniş şəkildə cəlbi, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması,  təbii ki, ölkənin xarici ticarətində müsbət meyillərə təkan vermişdir. Belə ki, xarici ticarətin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Son 10 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artmışdır.

 

Bu ilin yanvar-iyun aylarında isə Azərbaycan rezidentləri dünyanın 134 ölkəsinin hüquqifiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə əmtəə ixrac olunmuş, 122 ölkədən isə idxal edilmişdir. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələridir.

 

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.

 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 20,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 16,5 milyard dollar, idxalın həcmi 4,1 milyard dollar təşkil etmiş, nəticədə 12,4 milyard dollarlıq müsbət saldo yaranmışdır. İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitkiheyvan mənşəli yağlar, şəkər, kimya sənayesi məhsulları, alüminiumondan hazırlanmış məmulatlar, idxal edilən məhsulların həcmində isə qida məhsulları, qara metallaronlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları üstünlük təşkil etmişdir.

 

Bu gün idxal-ixrac əməliyyatlarının yeni mərhələdə inkişafı dövlətin əsas məqsədlərindən biridir. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli 119 nömrəli fərmanına uyğun olaraq mövcud qanunvericiliyə dəyişikliklər edilməsi məhz bununla bağlıdır. Xatırladaq ki, bu, həmçinin  ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılmasına da öz müsbət təsirini göstərəcəkdir.

 

Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sadələşdirilərək gömrük orqanlarına təqdim olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılmışdır. 2014-cü il noyabrın 10-dan qüvvədə olacaq Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 saylı qərarı ilə təsdiq edilmişGömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”na əsasən, gömrük bəyannaməsi ilə birgə nəqliyyat və xarici ticarətin həyata keçirilməsini təsdiq edən sənədin təqdim olunması nəzərdə tutulmuşdur. Malların kateqoriyası və seçilmiş gömrük proseduru üzrə tələb olunan sənədlər və onların elektron formada da əvvəlcədən göndərilməsi mexanizmi müəyyənləşdirilmişdir. Yeni qaydalar gömrük nəzarətinə  sərf olunan müddətin qısaldılmasına, xarici iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sürətləndirilməsinə, qlobal ticarət-təchizat zəncirinin kompleks idarə olunmasında iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına, elektron xidmətlərin həcminin artırılmasına, biznesin aparılmasına və inkişafına əlverişli zəmin yaradacaqdır.

 

Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fizikihüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.

 

Vaqif BAYRAMOV,

 

Xalq qəzeti.-2014.-15 avqust.-S.1.