Azərbaycanın müstəqil xarici siyasəti onun dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir

 

1993-cü ilin yayından  Azərbaycanın ictimai-siyasi həyatında situasiya dəyişməyə başladı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə əsaslı islahatların təməli qoyuldu.  Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını müəyyənləşdirərkən əsasən diplomatik vasitələrə üstünlük vermişdir. Bu gün hər kəsin haqqında danışdığı “balanslaşdırılmış xarici siyasət kursunun  əsası məhz ümummilli lider tərəfindən qoyulmuşdur. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab vermişbu gün də həmin siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir.

 

 Ulu öndər Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələrini müəyyənləşdirərkən qarşıya qoyduğu əsas vəzifələr bunlar olmuşdur:

 

— ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək;

 

—mənafeyi Azərbaycanın milli maraqları ilə, həmçinin, dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə dövlətimizin mövqeyini möhkəmlətmək;

 

regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək;

 

— xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək;

 

xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaqbu kimi təşkilatlarda fəal iştirak etmək.

 

Heydər Əliyev həmin dövrdə  mürəkkəb və çətin  vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi.  Ulu öndər 1993-cü il oktyabr ayının 10-da keçirilən andiçmə mərasimində həmin vəzifələri müəyyənləşdirərkən demişdir: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.

 

Ümummilli lider bunun üçün önəmli vəzifə kimi bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Əsas diqqət  Azərbaycanın  müstəqilliyinin təmin edilməsi və qorunub saxlanılmasına  yetirilir. Bu, o demək idi ki, Azərbaycan öz müstəqilliyini  qoruyacaqdaimi  edəcək. Ulu öndər qətiyyətlə bildirirdi ki, Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir: “Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır. Elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”.

 

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk vaxtlar hakimiyyətə rəhbərlik edənlərin dövlət idarəçəliyində, xüsusilə xarici siyasət sahəsində buraxdıqları kobud səhvləri diqqətə çatdıran ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, ərəb dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabərhüquqlu əlaqələri olmalıdır”.

 

Heydər Əliyev AXC-Müsavat hakimiyyəti dövründə  Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu bildirir, bu siyasi xəttin acı nəticəsi kimi dünya birliyinin Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, əsl həqiqətlərdən xəbərsiz olduğunu qeyd edir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə”  kimi dəyərləndirirdi. Ölkənin mənafelərini qorumağı, beynəlxalq aləmə intteqrasiyanı prioritet hesab edən, bu  istiqamətdə hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini xüsusi qeyd edən Heydər Əliyev çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Bu zaman Azərbaycanın dövlətçilik mənafeləri hər şeydən üstün tutulmuş, müxtəlif dövlətlərin Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraqnüfuz dairəsi uğrunda mübarizələri də  nəzərə alındı.

 

Ulu öndərin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

 

 Heydər Əliyevin xarici siyasət sahəsində qarşıya qoyduğu prioritet vəzifələrdən birinüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq və bu qurumlara üzv olmaq idi. Ümumilli lider Heylər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilmişdir. Beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyev NATO-nunSülh Naminə Tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri olmuşdu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarət idi  ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və digər sahələrdə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratmışdır.

 

Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından  çox zəruri idi. İlk növbədə, müstəqillik yolunda ilk addımlarını atan Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi. Digər tərəfdən, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlı idi  və çoxtərəfli diplomatiya siyasəti yeridirdi.  Azərbaycanın müharibə şəraitində olması, mənfur qonşumuz olan Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qalması tələb edirdi ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun  müstəqilliyimizin qorununb saxlanılmasında bu qurumların gücündən istifadə etsin.

 

Onu da qeyd edək ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Xəzər hövzəsinin dünyaya açılmasının ilk təşəbbüskarıdır. Respublikamız müstəqil dövlət kimi  tədricən bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa başladı. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və çoxlu sayda digər təşkilatlara üzv oldu. Ölkəmiz həmçinin NATO və Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi önəm verib.  Ulu öndərin düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində müstəqil dövlətimiz bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə  öz milli maraqlarını gerçəkləşdirir, eyni zamanda dünya birliyinə öz töhfəsini veririr. Onu da qeyd edək ki, illər keçdikcə beynəlxalq təşkilatlarla əlaqələrimiz daha da genişlənmiş, getdikcə daha çox qurumlarla əlaqə yaradılmışdır. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

 

Heydər Əliyevin xarici siyasət kursunun digər bir mühüm prioriteti Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Azərbaycan bu nüfuzlu qurumla əməkdaşlığında milli iqtisadiyyatı səmərəli inkişaf etdirməyi, milli iqtisadiyyatın Avropanın iqtisadi və maliyyə məkanına tam inteqrasiyasını və ümumavropa proseslərində, xüsusən, Avropa təhlükəsizliyinin sabit və səmərəli arxitekturasının qurulmasında öz rolunu və əhəmiyyətini daim artırmağı qarşısına məqsəd qoymuşdur. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiyaqeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrini genişləndirməsi, xüsusilə, inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Avropa İttifaqının göstərdiyi yardım Azərbaycanda islahatlar prosesinin sürətləndirilməsinə, müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilmişdir.

 

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ümumilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır. Yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər ümumilli liderin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.  Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətdə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması ana xətti təşkil etmişdir.  Bu istiqamətdə  məhz  ulu öndərin  qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edilmişbundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlanmışdı. Daha sonra, 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında  Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olunmuşdu. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilmiş və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş  sənəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi

nailiyyət idi.

 

Zirvə toplantısı zamanı ümummilli liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edilmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottininin adından verilmiş bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunmuşduLissabon sammitinin Yekun sənədlərinə əlavə edilmişdi. Ümumiyyətlə, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150  görüş keçirmişdir. Azərbaycan Prezidenti bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT- in, NATO-nun , Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdir.

 

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən  Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Son on ildə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil, həmçinin dünya birliyində inkişaf etmiş müstəqil dövlətə çevrilmişdir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın 155 ölkəsindən dəstək alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olmasına, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmişbir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də, yüksək səviyyəli tədbirlər təşkil etmişdir.  Bundan başqa, ölkəmiz hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir.

 

Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

 

 Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Son iki il ərzində ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, KolumbiyaUruqvayda isə təmsilçilik ofisləri açılmışdır. Bundan başqa, Azərbaycanda Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlamışdır.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində həyata keçirilən düşünülmüş srtategiya artıq özünü büruzə verməkdədir. Ermənistan prezidenti artıq dünya dövlətləri tərəfindən rəsmən qəbul olunmur. İşğalçı dövlətin başçısının Argentinaya səfəri zamanı da bunun şahidi olduq. Latın Amerikası ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi erməni lobbisinin arxa cəbhəsinə çevrilsə də, bu regionda da  işğalçı Ermənistan dövlətini  sıxışdırmağa geniş imkanlar açılıb. Avrasiya İttifaqına üzvlüklə bağlı biabırçı diplomatik məğlubiyyətdən sonra  Ermənistan prezidenti Serj Sarkisyanın Cənubi Amerikaya səfərinin rüsvayçılıqla bitməsi artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Ermənistan kütləvi informasiya vasitələri də Sarkisyanın bu biabırçı səfərini “ prezidentin ağlasığmaz uğuru” adlandırmışdır. Argentinaya  səfəri zamanı işğalçı dövlətin prezidenti Serj Sarkisyan protokol qaydalarına uyğun qarşılanmayıb. Üstəlik, Buenos-Ayresdə hava limanında prezident başda olmaqla bütün nümayəndə heyətini yoxlamaq qərara alınıb. Görünür, Argentinanın hüquq-mühafizə orqanları da günahsız insanların qətlə yetirilməsində bilavasitə iştirakçı və təşkilatçı olan Ermənistan prezidentininonun ətrafının özləri ilə silah-sursat gəzdirmələrindən ehtiyatlanıblar. Bu fakt da təsdiqləyir ki, Azərbaycanın hücum diplomatiyası artıq öz bəhrəsini verir.

 

Azərbaycan Prezidentinin səfərləri zamanı Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq gündəlikdə duran əsas məsələ olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə tərəf-müqabillərimizin diqqətinə çatdırılmışdır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın geri qayıtması üçün zəruri diplomatikhüquqi əsasların yaradılması istiqamətində aparılan işlər daha da genişləndirilmişdir.

 

Göründüyü kimi, düşünülmüs siyasi strategiya, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun uğurla həyata keçirilməsi  müstəqil dövlətimizi dünya birliyinin layiqli, demokratik, sülhsevər dövlətləri sırasına qoşmaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı  müstəqil dövlətimizin beynəlxalq aləmdə  mövqelərinin  daha da yüksələcəyinə olan ümidləri  getdikcə  artırır.

 

 Havva MƏMMƏDOVA,

 

tarix elmləri doktoru,

 

"Xalq qəzeti".-2014.-17 avqust.-S.3.