Hər bir Qubadlı sakini doğma torpaq uğrunda döyüşə hazırdır
31 avqust Qubadlının işğalı günüdür
Aylar, illər bir -birini əvəz
edir. Azərbaycanın müstəqilliyi ildən-
ilə möhkəmlənir.
Bu gün respublikamız
öz inkişaf tempinə görə dünyanı heyrətləndirir.
Bütün qazanılan
uğurlara baxmayaraq, hələ də torpaqlarımız düşmən
tapdağı altındadır.
Doğma
yurd-yuvalarından didərgin
düşən bir milyondan çox qaçqın və məcburi köçkün
geri dönəcəkləri
günü böyük
həsrətlə gözləyirlər.
Elə Azərbaycanın
müxtəlif guşələrində
məskunlaşan Qubadlı
məcburi köçkünləri
də bu arzu ilə yaşayırlar. Onlar Prezident
İlham Əliyevin yeritdiyi siyasətə inanırlar. Yaxşı bilirlər
ki, ulu öndərin
siyasi kursuna sadiq olan Prezident
İlham Əliyev tezliklə Azərbaycanın
düşmən üzərində
qələbəsini təmin
edəcək və məcburi köçkünlər
doğma yurd-yuvalarına
qayıdacaqlar.
Bəli, bu gün Qubadlı əhalisi məcburi köçkün
həyatı yaşayır.
Qaçqın və Məcburi
Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsi onların həyat şəraitini yaxşılaşdırmaq üçün
icra hakimiyyətinə
həmişə yaxından
kömək göstərir,
bu insanların məşğulluğunu təmin
etmək, sosial vəziyyətlərini yaxşılaşdırmaq
üçün müxtəlif
layihələr həyata
keçirir. Nazirlər
Kabineti sədrinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov bu insanlarla tez-tez
görüşür, onların
vəziyyəti ilə
mütəmadi olaraq tanış olur. Təsadüfi deyil ki, 157 ailə son vaxtlar yeni mənzillə təmin olunmuşdur.
Bunu da xüsusi olaraq vurğulamaq lazımdır
ki, qubadlılar düşmənə qarşı,
sözün əsl mənasında, səngər
yaratmışdılar. Bu torpaq
uğrunda 238 nəfər
şəhid olmuş,
316 nəfər yaralanmış,100-dən çox Qubadlı əhalisi itkin düşmüşdür.
Qubadlı ən çox
Milli Qəhrəmanı
olan rayonlarımızdandır.
Onların sayı 8 nəfərdir.
Bu gün Bakının
və Sumqayıtın
Şəhidlər Xiyabanlarında
xeyli sayda Qubadlı şəhidi uyuyur. Rayon icra
hakimiyyəti bu qəhrəmanların ailələrini
həmişə diqqət
mərkəzində saxlayır,
onların qayğısını
çəkir. Söhbət zamanı bildirdilər ki, bu gün
hər biri Vətən uğrunda vuruşmağa hazırıq.
Onlar Ali Baş Komandanın əmrini gözləyirlər.
Nəbinin, Həcərin yurdunun
düşmən tapdağı
altında qalmasını
qubadlılar həqarət
hesab edirlər.
Dəfələrlə Sumqayıtda yerləşən
Qubadlı Rayon İcra
Hakimiyyətində olmuşam.
İcra hakimiyyəti üçmərtəbəli
yeni binaya köçürülmüşdür. Burada 150 nəfərlik geniş iclas zalı, işçilər
üçün rahat
iş şəraiti, qəbul otağı və digər xidməti otaqlar var. İcra hakimiyyətinin köhnə binasına isə rayonun təhsil və səhiyyə şöbələri
köçürülmüşdür.
Doğrudan da, məcburi
köçkünlərə xüsusi diqqət və qayğı göstərilir. Son on ildə onların həyat şəraitinin yaxşılaşması üçün
üç Dövlət
Proqramı qəbul olunmuşdur. Bu proqramlardan Qubadlı məcburi köçkünləri
də xeyli faydalanmışlar. Qubadlıların
kompakt məskunlaşdığı
Sumqayıtda, Bakıda
və Abşeronda onlar üşün 20 yeni məktəb tikilmiş, 12 məktəb
əsaslı təmir
olunmuş, bütün
məktəblər istilik
sistemi ilə təchiz edilmişdir. Bir sıra səhiyyə, mədəniyyət müəssisələri
inşa edilmiş, əhalinin məşğulluğunun
təmin olunması üçün tədbirlər
görülmüşdür. Rayon əhalisinin rahatlığı
üçün Sumqayıtdakı
“Şəfa” sanatoriyası
əsaslı təmir
edilmiş, burada 900 nəfərlik iki xeyir-şər yeri düzəldilmş, 67 ailə
mənzillə təmin
olunmuşdur. Ümumiyyətlə, 67 obyektdə təmir-tikinti işləri aparılmışdır.
İcra başçısı Malik
İsaqov deyir ki, bizə əhalinin
sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırmaq, məşğulluğunu təmin
etmək həvalə
olunub, biz də bu işi yerinə
yetirməliyik. Elə gün olur ki, bir neçə
rayonda məskunlaşan
insanlarla görüşməli
oluruq, onların problemlərini dinləyir,
imkan daxilində köməklik edirik.
Heç
kəsi qınamalı
deyil, Vətəndən
uzaq düşən bu insanların problemlərini həll etmək bizim borcumuzdur. Allaha şükür ki,
qüdrətli dövlətimiz
var. Bizim bütün müraciətlərimiz lazımınca
həll olunur. Buna görə Prezidentimizə
minnətdarıq. Bütün Qubadlı
camaatı cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Prezident seçkiləri
də bunu bir daha təsdiq
etdi.
İşçilərin gecəsi-gündüzü yoxdur. Doğrudur, rayon əhalisinin sayı o qədər də çox deyil, cəmi 35 836 nəfərdir.
Onlar ölkənin 42 rayonunda məskunlaşıblar. Hər bir
ailənin də öz qayğısı, öz problemi var. Biləsuvardan başlamış
ta Balakənə qədər hər rayonda, hər kənddə Qubadlı məcburi köçkünləri
ilə qarşılaşa
bilərsən.
Malik müəllim
deyir ki, Sumqayıt Şəhər
İcra Hakimiyyəti başçısına da
minnətdarıq ki, bizim hər hansı problemimiz yaranıbsa, yanımızda
olub. Bu gün bu şəhərdə Qubadlı uşaqları dərsə gedir, şəhərin park və
xiyabanlarında istirahət
edir, müxtəlif müəssisələrində çalışırlar. Bir neçə il əvvəl
dövlət proqramına
uyğun olaraq, Qara İlyasov adına I saylı Qubadlı orta məktəbinin 125 illiyini
təntənə ilə
qeyd etdik. Və elə Sumqayıtda həmin məktəb üçün yeni bina da inşa
edildi.
Ötən il işğalın 20 illiyi tamam oldu. Rayon
icra hakimiyyəti bununla bağlı silsilə tədbirlər keçirdi. Qubadlının
tarixi ilə bağlı çox qiymətli monoqrafiya (“Qubadlı: Qədim Azərbaycan torpağı
Zəngəzurun qapısı”
çap olundu, rayondan olan sair
və yazıçıların
əsərlərindən ibarət
toplu (“20 il Qubadlı həsrəti ilə”) hazırlandı. Kütləvi görüşlər keçirildi, elmi konfrans təşkil olundu. Bir sözlə, Qubadlı
heç vaxt unudulmur, bu gözəl
diyar haqqında filmlər çəkilir,
mahnılar yazılır.
Qubadlı Rayon İcra Hakimiyyətində
gənclərlə mütəmadi
olaraq iş aparılır. Onlarla görüşlər keçirilir, ictimai və dövlət işlərinə cəlb
olunur, idmanda nailiyyətlər qazanmaları
üçün şərait
yaradılır. Rayonda gənclərin
hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi
diqqət yetirilir.
Hərbi
xidmətə çağırışqabağı
gənclərlə görüşlər
əsl bayrama çevrilir.
Söz məktəbdən
düşmüşkən, qeyd etmək lazımdır ki, işğaldan sonra Qubadlının təhsil strukturu qorunub saxlanmışdır. Təhsilə dövlət qayğısının
nəticəsidir ki, bu il
166 nəfər ali məktəblərə qəbul
olunmuşdur. Onlardan
21 nəfəri 500-dən ,
8 nəfəri 600-dən yuxarı
bal toplaya bilmişdir.
Zaman Azərbaycanın xeyrinə işləyir. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır, ordumuz güclənir. Dövlət başçımız dəfələrlə vurğulamışdır ki, biz bir qarış torpağımızı da heç kəsə güzəştə getməyəcəyik. Cənab Prezident İlham Əliyevin apardığı davamlı, məqsədyönlü siyasət qubadlıları bir daha əmin edir ki, onlar yaxın vaxtlarda öz doğma torpaqlarına qayıdacaqlar. Bu, danılmaz həqiqətdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”.- 2014.- 30 avqust.- S. 11.