Milli xarakterlərin mahir ifaçısı

 

Bəzi  sənətşünaslar Məmmədrza  Şeyxzamanovu  yalnız müsbət  xarakterlərin mahir ifaçısı kimi xarakterizə edirlər. Onun  bu ampluadan  kənara  çıxa bilmədiyini  irad kimi səsləndirirlər. Əslində,  burada  bir həqiqət olsa da,  Məmmədrza müəllim əsasən müsbət xarakterlər yaratsa da, onların hər birində  yeni bir  cizgi  tapır,  birinin digərinə bənzəməsinə yol vermirdi.

 

Məsələn, “Tütək səsi” filmindəki  İsfəndiyar kişi ilə “Əhməd haradadır?”  komediyasındakı Şirin kişinin  rollarını  necə bir-birinə bənzətmək olar? Bunlar hər ikisi müsbət  qəhrəmanlar  olsalar da  tamamilə  fərqli personajlardır. Onların hər birinin özünəməxsus daxili  aləmi, dünyagörüşü, şəxsi keyfiyyətləri var. Elə  onun başqa  qəhrəmanları da  biri  digərinə bənzəmir.

 

Əslində,  o, mənfi tipləri  yaratmaqda usta idi. “Nəsimi” filmində tamaşaçılar M. Şeyxzamanovu  Şeyx Əzəm rolunda görəndə bir az təəccüb hissi keçirdilər. Nə idi bu təəccübə səbəb olan?  Əvvəla, buna alışmamışdılar. İkincisi, aktyor müsbət ampluada əvəzsiz ifaçı idi. Ancaq Şeyx rolu onun ampluadan uzaqlaşma bacarığını təsdiq etdibiz Şeyxzamanovun ifasında tam yeni bir qəhrəman gördük.

 

Məmmədrza Şeyxzamanov  1915-ci ilin avqust ayında  Gəncə  şəhərində dünyaya göz açmışdı.  Uşaqlıqdan aktyorluğa  həvəs  göstərirdı. Bu həvəs  onu  sonradan  Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində  Gəncə Dram Teatrının səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər.

 

Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”), İmamyar, Aydın (“Yaşar, ”Aydın"), Edqar (“AntoniKleopatra”), Hacı Həsən (“Ölülər”), İxtiyar (“İblis”) və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı. Aydın diksiya, özgələşmək qabiliyyəti, obrazın daxilinə nüfuz etmək bacarığı onun yaradıcılığı üçün xarakterik əlamətlər idi.

 

Onu teatrın kollektiviçox sevirdi. Məmmədrza müəllim öz ağsaqqal məsləhətləri ilə insanların köməyinə gəlməkdən həzz alardı. Ömrünün sonuna kimi bu teatrda çalışdı. Burada fəxri adlara, Dövlət mükafatına layiq görüldü.

 

Deyirlər ki, Məmmədrza Şeyxzamanov rollarında olduğu kimi, həyatda da sadə və təvazökar insan idi. Ən əsası isə, yüksək səmimiyyəti onu daha çox sevdirirdi. O, Azərbaycan teatrında bir məktəb yaratmışdı. Onun teatrdakı fəaliyyəti elmi axtarışların hələ də əsas mövzusu olmayıb. Bu böyük sənətkarın yaradıcılığının tədqiqinə bu gün böyük ehtiyac var.

 

Kino sənətimizin tarixi ilə maraqlananlar yaxşı bilirlər ki, Məmmədrza Şeyxzamanov Azərbaycan milli kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir. Onun kino rolları üçün xarakterik olan cəhət bundan ibarətdir ki, onlar sadə adamlar olsalar da, daxilən zəngindirlər.

 

Məmmədrza Şeyxzamanovla hər dəfə ekranda qarşılaşmaq adamda gözəl və səmimi hisslər doğurur.  “Tütək səsi” filmində sazdaRuhaniifa olunanda biz o gözəl insanı böyük məmnunluqla yad edirik. Bu filmə tamaşa edənlər orada həmin yanğılı havanın sədaları altında evinə qaçansonra da evdə sazı sinəsinə basıb “Ruhanini dilləndirən köhnə çuxalı İsfəndiyar kişinin obrazını yəqin ki, yaxşı xatırlayırlar. Bu elə Məmmədrza Şeyxzamanovun özü idi. O, bu dəhşətli müharibəni görmüşdü. Ağrılarını da dadmışdı. Günlərin birində rejissor ona İsfəndiyar kişinin rolunu tapşıranda içində bir rahatlıq tapmışdı. Talelər necə də bir-birinə yaxın olarmış.

 

İsfəndiyar kişi kəndin ağsaqqalıdır. Cəbhədən qara kağız alan neçə-neçə insana təskinlik verib arxa durmuşduindi oğlunun qara kağızını alanda özü ilə tənha qalır və yeganə söykənəcəyi “Ruhaniolur. O, təbiətən ağsaqqal idi. Deyirdilər, elə gəncliyindən ağır, sanballı adam olub. Teatrda işləyirdi və elə hər il də kinostudiyanın bir filmində çəkilirdi. Xeyirxah adamların rollarını oynayırdı. Demək olmazdı ki, Məmmədrza müəllim aktyorluq edirdi, o özünü yaşayırdı, içində, qəlbində olanları obrazlar vasitəsilə ifadə edirdi. Bəlkə də, aktyorluq, doğrudan da, elə budur. Qılınc Qurban kimi “əjdaha”ların qabağına ancaq İsfəndiyar kimi daxilən güclü insanlar çıxa bilərdi. “Qurban, ürək, qəlb məsələsidir, sən qarışma” - deyəndə, Qılınc Qurbanı bu sözlər elə bil qılınc kimi kəsir.

 

Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.

 

İlk dəfə onuBöyük dayaq” filmində görmüşdüm. Ona qədər isə “Qızmar Günəş altında”, “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Leyli və Məcnun” filmlərində çəkilmişdi. Mənim gördüyüm həmin “Böyük dayaq” filmində M.Şeyxzamanov rayon partiya komitəsinin katibi rolunda oynayırdı. Rüstəm kişinin cəbhə dostu olmuş bu adam ona kömək etmək istəyir. Kolxoz sədri Rüstəmin düşmənlərini ortaya çıxarır. Amma ona da öz iradını bildirir. “Xalqa söykənmək lazımdır” - deyir. Bu, əslində, o qədər də böyük rol deyildi. Ancaq M.Şeyxzamanov onu səmimi və yumşaq bir ifadə ilə tamaşaçıya çatdırır və elə hiss edirsən, o, əsas qəhrəmanlardan biridir.

 

Məmmədrza müəllimin bir qeyri-adi rolu da var. O, hər birimiz üçün əziz qiymətli olan Adil İskəndərovunƏhməd haradadır?” filmindəki Şirin kişi obrazıdır. Şirin azərbaycanlı kənd kişilərinin tipik nümunəsidir. O, məişət əhvalatları zəminində çəkilmiş bu şirin, yumşaq komediyanın bədii yükünün daşıyıcılarındandır. Mən bilirəm özgə millətlər bu filmə baxanda hansı hisslər keçirirlər, ancaq hər dəfə kinoteatrlarda bu film nümayiş etdiriləndə adamlar çox gözəl əhval-ruhiyyə ilə zalı tərk ediblər. bu şadyanalıqdan böyük pay da məhz Məmmədrza müəllimin adına bağlıdır. Nəcibə xanım Məlikova, A.Cavadov, L.Abdullayev, M.Mərdanov neçə-neçə seçmə aktyorlarımızın güclü oyunları məhz Məmmədrza müəllimin gözəl ifası ilə tamamlanır.

 

O, yüksək duyğulu insan idi. Rejissorlar deyirdi ki, onunla işləyəndə adam yorulmaq bilmir. Tərəfdaşlarına yaxşı oyun üçün şans verirdi.

 

Liftçi qızqısametrajlı bədii filmində ona bir rəssam rolu verilmişdi. Bu filmə baxanlar onun gözlərindəki həyat eşqini duymamış deyillər. O, doğrudan da, belə həssas adam idi. Oynadığı rolların öz ifası ilə portretini yaradırdı. Rənglərin, sözlərin çalarlarını duyan adam idi.

 

Teatrda ona o qədər rəngarəng rollar vermişdilər ki, daha başqalaşmağa şans da yox idi. Ancaq onun həmişəehtiyat”ı olardı son anda istedadı köməyinə gələrdi.

 

Öz yaradıcılığı ilə milli teatr kino sənətinin inkişafına xidmət etmiş, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanovun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

 

 

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.-2014.-27 avqust.-S.7.