Əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir

 

Azərbaycan iqtisadiyyatının uğurlarının son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı cənab İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah  edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

 

Son illərin  reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

 

Ölkəmizdə sosialyönümlü iqtisadi siyasətin uğurla reallaşdırılması nəticəsində  bu ilin birinci yarısında 65,1 min yeni, o cümlədən 52,8 min daimi yeri açılmışdır ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılmış yerlərinin 69,3 faizi regionlarda, 83,9 faizi qeyri-dövlət sektorunda açılmışdır.

 

2014-cü ilin yeddi ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4,7 faiz artaraq 21 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,4 faiz artaraq 2239,1 manata çatmışdır. Gəlirlərin 70,3 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

 

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuşyanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 705,6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622,3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726,4 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat olmuşdur.

 

Yeddi ayda əhalinin banklardakı əmanətlərinin qalığı 6,7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artmışdır. Əmanətlərin 4,2 milyard manatı və ya 62,5 faizi milli, 2,5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ilə nisbətən müvafiq olaraq 17,1 faiz və 7,9 faiz artmışdır.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq  vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. 2014-cü il iyul ayının 1-i vəziyyətinə ölkədə pensiyaçıların sayı 1285 min nəfər olmuş və ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 172,2 manata çatmış və orta əmək haqqının 39,2 faizini təşkil etmişdir. Hazırda ölkədə 332,2 min nəfər sosial müavinət, 60,9 min nəfər birdəfəlik müavinət, 50,2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 126,6 min ailənin 555,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alır.

 

Göründüyü kimi, sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi heçsosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Məhz elə buna görə də Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının reallaşdırılmasıdır. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunaraq qüvvəyə minmişdir. Ünvanlı sosial yardımların verilməsində dövlətin məqsədi heç də insanları ələbaxımlığa, dövlətin himayəsinə öyrətmək deyil, əksinə, işlə təmin etmək, maddi rifah halının yüksəldilməsinə nail olmaqdır.

 

Azərbaycanda neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd edilmişdir ki, Azərbaycan insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerdədir. Respublikamızın  orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi də məhz sosial-iqtisadi siyasətin müsbət göstəricisidir. Həmin  məruzədə həmçinin vurğulanmışdır ki, 1950-ci ildən sonra belə sürətli inkişafa yalnız 13 ölkə nail olmuşdur. Bu, Azərbaycanın böyük uğurudur.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri tərəfindən hazırlanmış “İnsan inkişafı hesabatı-2014"-də isə Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutmuşdur. Xatırladaq ki, bu qiymətləndirmədə ayrı-ayrı dövlətlərdə insanların yaşayış səviyyəsi, orta ömür uzunluğu,  savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınmışdır.

 

Orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan hazırda Qafqazda birinci yerdədir. Bu, onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata kecirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.

 

İnsan inkişafı hesabatı-2014"-də diqqətçəkən bu göstəricilər respublikamızda həyata keçirilən  siyasi kursun mərkəzində insan amilinin dayanmasından xəbər verir. Başqa sözlə, bu, Azərbaycanda insanların sosial şəraitinin daha da yaxşılaşdırılması, insan kapitalının  prioritet məsələ kimi önə çəkilməsi ilə bağlıdır.

 

Ölkəmiz hazırda inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir. Bundan başqa, son on il ərzində milli büdcə 19 dəfə artmışdır. Ekspertlər tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat yüksələcəyi proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da ölkəmizdə dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin yoxsulluğun daha da azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

 

Proqnozlara əsasən, 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da yüksələcək. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz çoxalaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər artacaq. Həmin dövrdə orta aylıq əmək haqqı təxminən 41 faiz artaraq 618 manata çatacaq.

 

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

 

 

 

Vaqif BAYRAMOV,

 

Xalq qəzeti.- 2014.- 31 avqust.- S. 1.