Qazax: Qışa ciddi
hazırlıq görülüb
Yenicə istifadəyə verilmiş uşaq bağçasındayıq. Körpə uşaqların səsi bir-birinə qarışıb. Müəllimlər və tərbiyəçilər çalışırlar ki, bu yaxınlarda istifadəyə verilmış, hər cür şəraiti olan bağçanın imkanlarindan maksimum istifadə etsinlər. Otaqlarda müxtəlif oyuncaqlar, tədris vəsaitləri var, yataq şəraitlərinə, yeməkxanalarına, oyun zallarına söz ola bilməz. Bayırda soyuq olmasına baxmayaraq, uşaqlar burada yüngül geyimdədirlər, lap yayda olduğu kimi. Bağçanın özünün ayrıca qazanxanasının olması qışda yaranan problemləri birdəfəlik həll edib.
Qeyd edək ki, rayonda 100 yerlik digər belə
bir bağça da yaxın günlərdə istifadəyə
veriləcəkdir. Artıq burada tamamlama işləri görülür.
Heydər Əliyev Fondunun, şəxsən
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə istifadəyə verilən bu bağçalar rayonda həmin
sahədə olan problemləri xeyli azaldacaqdır.
Qazaxda qışda yaranan
problemlər həyata keçirilən məqsədyönlü
və ardıcıl tədbirlər nəticəsində, demək
olar ki, tədricən
aradan qaldırılır. Bunun
ən başlıca səbəblərindən biri
Qazaxda təbii qaz probleminin birdəfəlik həll
olunmasıdır.İndi elə kənd, qəsəbə yoxdur ki, “mavi
yanacaq” almasın. Bir vaxtlar meşələrə, necə deyərlər,
qənıim kəsilənlər, indi təbii
qazın imkanlarından geninə-boluna istifadə edirlər.
Amma burada da müəssisə rəhbərinin təşkilatçılğı,
işə can yandırması
başlıca amildir. Yəni magistral xətdə qazın olması, o demək deyil ki, hər hansı bina
lazımınca qızdırılır. Məsələn,
Azərbaycan Müəllimlər İnstitutu
Qazax filialının tədris
korpusları və yardımçı binaları hətta qazanxana olmasına baxmayraq,
qızdırılmırdı. Qış aylarında auditoriyalarda və fənn kabinetlərində normal dərs keçmək mümkün
deyildi. Başlı-başına
buraxılan bu iş
filialın yeni rəhbərliyi tərəfindən
birdəfəlik həll edildi. Qazanxana əsaslı şəkildə təmir
olundu, lazımi hissələr gətirildi,
avadanlıq alındı, borular dəyişdirildi
və artıq ötən qışdan başlayaraq
filialda bütün
işlər sahmana salındı və
filialın binası istiliklə təmin olundu.
Nəticədə nizam-intizam gücləndirildi,
dərsə davamiyyət yüksəldi, tədrisin keyfiyyəti
yaxşılaşdı.
Qeyd etmək yerinə düşər ki
hazırda bu elm
ocağı rayonda əsl ideoloji
mərkəzlərdən birinə çevrilib.
Ən müxtəlif tədbirlər,görüşlər,
yarışlar, müsabiqələr filialın gündəlik
həyat tərzinə çevrilib. Çünki burada həm
də şərait var. Filialın binasına daxil
olanda hiss edirsən ki, müasir bir tədris ocağındasan. Filialın direktoru, dosent Afaq Qasımova bütün
bunlara təşkilatçılıq
bacarığı və işə hədsiz məsuliyyəti
nəticəsində nail olub.
Qazaxda qışa hazırlığın gedişi
rayon icra hakimiyyəti
aparatının gündəlik fəliyyətinin tərkib hissəsidir
desək,yanılmarıq. Əvvəllər bir
sıra yaşayış məntəqələrində təbii
qazın olmaması rayon icra
hakimiyyətini bəzi təşkilat rəhbərlərinə qarşı nisbətən yumşaq davranması ilə müşahidə
edilirdisə, hazırda bu işə tələbkarlıq
çox yüksəkdir. Rayon
icra hakimiyyətinin
başçısı Ayaz Əsgərov
hər yığıncaqda, şura
iclaslarında təsərrüfat rəhbərlərini bir-bir dinləyir, onların hesabatını tələb
edir,lazım gəldikdə operativ kömək
göstərir. Sonuncu dəfə daha ciddi söhbət
keçən ay, 2014-2015-ci il qış mövsümünə
hazırlıqla əlaqədar rayonun
müəssisə və təşkilatlarında görülmüş işlərə dair məsələnın şura
iclasında müzakirəsi zamanı olub.
Nəticə də göz
qabağındadır. Rayon icra hakimiyyətinin məsul
işçiləri Məmməd Alıyev və Məhəmməd
Orucovla birlikdə hansı müəssisəyə,məktəbə,
uşaq bağçasına, xəstəxanaya
baş çəkdiksə adamların
qışa necə ciddi
hazırlaşdıqlarının şahidi
olduq. Doğrudur,
nöqsanlar var,heç
də hər yerdə vacib məsələyə
eyni məsuliyyətlə
yanaşmayıblar. Amma
başlıcası odur ki,təsərrüfat
rəhbərləri haqlı tənqidlərdən nəticə
çıxara biliblər, qışda normal
şərait yaratmaq üçün
müvafiq tədbirlər görüblər.
Onlardan biri də kommunal müəssisələri
kombinatının direktoru Mahmud
Mirzəyevdir. Artıq üçüncü
ildir ki,bu vəzifədə
çalışır. Şəhərin təmiz,abad
saxlanması,yaşıllıqların salınması və qulluq edilməsi onun rəhbərlik
etdiyi kollektivdən çox
asılıdır. Şəhərin müxtəlif yerlərində,
park və xiyabanlarda, yol kənarlarında yenicə əkilmiş ağaclar,gül kolları,yaşıl çəmənliklər (qazonlar) diqqətimizi cəlb etdi.
Öyrəndik ki kombinat
işçiləri artıq 1000 ədəd sərv
ağacı əkib, “İran gülü” adlanan çoxlu kol
basdırıblar.Şəhərin təmiz saxlanması da öz yerində. Bu yaxınlarda rayon icra hakimiyyətinin köməyi ilə iki ədəd məişət
tullantısı daşıyan maşın alınıb.
Qışa lazımi hazırlıq görülüb.
Kifayət qədər duz tədarükü
edib, texnikanı tam
işlək vəziyyətə gətiriblər.
Rayon qaz istismar idarəsi
bir sıra küçələrdə və
kəndlərdə müxtəlif diametrli
qaz xətləri çəkərək,
dairəvi birləşmə yarada bilib. Şəhərin müxtəlif yerlərində
aşınmaya səbəb olan qaz xətləri yeniləri ilə əvəz
olunub.
Qazaxbəyli, Xanlıqlar,Yuxarı Salahlı, Aslanbəyli kəndlərində
də bu istiqamətdə xeyli
iş görülüb.
Rayondakı 27
saylı Yol İstismar
İdarəsi də qışa ciddi
hazırlaşıb. İdarədəki avtomaşınlar, ekskavatorlar, avtoqreyderlər,buldozerlər və
digər mexanizmlər tam işlək vəziyyətə
gətirilib,yanacaq, ehtiyat hissələri tədarük
olunub. Lakin nəzərə almaq
lazımdır ki, ötən qış
mövsümündə məhz bu idarənin
zəif işi nəticəsində şəhərin
küçələrində avtomaşınların hərəkəti
pozulmuş və digər xoşagəlməz
hallara yol verilmişdir. Gözləyək, görək,
heç olmasa bu qış idarənin rəisi H.Hadıyev ona edilən iradlardan nəticə
çıxaracaqmı.
Rayonun məktəblərində də
qışa hazırlıqla bağlı müəyyən
işlər görülmüşdür.
Cəfərli və Kəmərli kənd tam orta məktəblərində
əsaslı təmir işləri, digər məktəb
binalarında isə yerli bələdiyyələr
və icra nümayəndəlikləri tərəfindən
cari təmir işləri
aparılmışdır. Hazırda rayonda
29 məktəb binasının ayrıca istilik
sistemi var və bunlardan 25-i təbii qaz,
4-ü isə maye yanacaqdan
istifadə edir. Bundan əlavə,
9 məktəbdə odun yanacağından
istifadə olunur. Amma burada da problemlər var, rayon təhsil
şöbəsi müvafiq qurumların
köməyi ilə məktəblərin hamısının normal istiliklə təmin edilməsinə nail olmalıdır.
Səhiyyə, mədəniyyət
müəssisələrində qışa hazırlıqla
bağlı az iş
görülməyib və nəticədə keçən il baş verən nöqsanlar hələ ki,
özünü büruzə vermir. Doğum evində, Ruhi əsəb xəstəlikləri
xəstəxanasında, poliklinikalarda, bir sıra kənd tibb və
həkim məntəqələrində aparılan cari təmir işləri qışda arzuolunmaz problemlərin ortaya
çıxmasının yəqin ki,
qarşısını almağa kömək
edəcək.
Şəhərdəki
1 saylı uşaq musiqi
məktəbinin 10 sinif otağına qaz xətti çəkilməsi nəticəsində
uzun illərdən belə davam
edən problem aradan
qaldırılmışdır. Amma digər
otaqların elektrik cihazları ilə
qızdırılması bir o qədər də etibarlı deyil
və yəqin ki, tezliklə digər otaqlara da təbii qaz xətti çəkiləcəkdir. Rayon mədəniyyət mərkəzinin özünün binasında köhnə pəncərə
çərçivələri yeni plastik çərçivələrlə əvəz
edildiyi üçün
otaqlarda hərarət normallaşıb.
Qazax həm də iri
heyvandarlıq rayonu olduğundan
qışlamanın yüksək səviyyədə
keçirilməsi üçün
qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir. Bu baxımdan rayondakı baytarlıq idarəsi
kollektivinin də üzərinə böyük məsuliyyət düşür.
Xüsusilə heyvanların saxlanma şəraiti,yanacaq
ehtiyatı yaratmaq üçün
təsərrüfat rəhbərləri ilə lazımi
söhbətlər aparılması,profilaktik tədbirlər
görülməsi çox vacibdir. Doğrudur,rayon baytarlıq idarəsi bu sahədə
müəyyən işlər görsə də,
bütövlükdə, onun fəaliyyətindən
narazılıqlar var. İstər
yazılı,istərsə də şifahi
müraciətlərdə idarənin rəisi İlqar
Orucovun nəzarət etməli olduğu işlərin bir
sıra hallarda başlı-başına
buraxıldığı bildirilir. Şəhər
bazarında,digər yerlərdə kəsilən və
satılan ətlərə,digər məhsullara nəzarət
yoxdur. Yoxlamalar və
satışa icazə bir çox
hallarda formal xarakter daşıyır və bu,
ayrıca yazının mövzusu olduğu üçün
hələlik deyilənlərlə kifayətlənirik.
...Qazaxda
elə bir sahə yoxdur
ki, inkişaf etməsin
və ya nəzarətdən kənarda
qalsın.
Ölkə
Prezidenti İlham
Əliyevin sərəncamları ilə bu
rayona kifayət qədər vəsait
ayrılmış və nəticədə son
illər rayonda infrastuktur
əməlli-başlı yenilənmiş, yollar
salınmış, çoxlu digər sosilal obyektlər tikilib
istifadəyə verilmiş, qaz, elektrik enerjisi
problemləri həll olunmuşdur. Mənfur qonşu
ölkənin rayonları (Qazaxın Ermənistanla 168 kilometr məsafədə sərhədi var) bütün bunları
görür və özlərində olan şəraitsizliyə dözməyərək,
yurdlarını tərk edirlər.
Qazax bütün fəsillərdə
gözəldir. Payız-qışın isə öz füsunkarlığı var. Təbiət o zaman adama xoş
təsir bağışlayır ki, evində-
ocağında şəraitin olsun, hər
cür qayğılardan uzaq
olasan. Bax, bu gün Qazaxda
vəziyyət belədir. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun dediyi
sözlərlə qeydlərimizi yekunlaşdırırıq:
– Bu
gün hər bir Qazax sakininin önünə
alnıaçıq, üzüağ
çıxa bilməyimizə görə möhtərəm Prezidentimiz cənab İlham
Əliyevə olduqca minnətdarıq.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 4 dekabr.- S.10.