Azərbaycanın xarici siyasəti
beynəlxalq aləmdə ona inamı artırır
Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş şəkildə həyata keçirilən daxili və xarici siyasəti, həmçinin iri infrastruktur layihələrinin reallaşdırılması respublikamızı Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkəyə çevirib. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir. Xarici sərmayələrin həcminə görə də ölkəmiz postsovet məkanında lider dövlətdir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 30 faizi xarici sərmayədir. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olmuşdur.
Azərbaycanın
öz enerji təhlükəsizliyini
tam şəkildə təmin etməsi və
bu gün başqa ölkələrin enerji
təhlükəsizliyinin təmin olunmasında böyük rol oynaması
dünya birliyi tərəfindən
də yüksək qiymətləndirilir. Bütün
bunların nəticəsidir ki, bu gün ölkəmiz regional əməkdaşlıq məsələlərində
lider rolunu oynayır.
Azərbaycanın dünya birliyində əlaqələri getdikcə
genişlənir. Bu, ilk
növbədə, dövlət başçısının yeritdiyi uğurlu xarici siyasətin və ölkəmizdə ictimai-siyasi sabitliyin
davamlı olmasından irəli gəlir. Hazırda
Azərbaycanın xarici ölkələrdə
60-a yaxın səfirliyi, 5 beynəlxalq təşkilat
yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik
ofisi və 7 fəxri konsulluğu
fəaliyyət göstərir. Ölkəmizin beynəlxalq aləmdə
getdikcə artan reytinqi
növbəti illərdə xaricdəki diplomatik
korpuslarımızın sayının artacağını istisna etmir.
Dünyanın, demək olar ki, bütün dövlətləri
ölkəmizin ərazi bütövlüyünü
dəstəkləyir və bizimlə əməkdaşlıq
etməkdə maraqlı olduqlarını gizlətmirlər. Təbii
ki, bütün bunlar dövlətimizin
başçısının uzaqgörənliyinin və praqmatik düşüncəsinin məhsuludur.
Bunu xarici ölkələrin
siyasi xadimləri, görkəmli şəxsiyyətləri
və aparıcı kütləvi informasiya
vasitələri də bəyan edirlər. Bu
günlərdə Türk Dünyası Bələdiyyələr
Birliyinin “Perspektiv”
jurnalında dərc olunmuş “Azərbaycan
Prezidenti İlham
Əliyev – uğurlu dövlət
başçısı örnəyi” sərlövhəli məqalədə
bildirilir: “Seçkilərdə əhalinin
85 faizinin səsini qazanaraq
üçüncü dəfə Prezident seçilən İlham
Əliyev Azərbaycanı iqtisadi və siyasi sahədə inkişaf
etdirərək beynəlxalq aləmdə söz
sahibinə çevirib. Azərbaycanda
əhalinin rifah halı
yaxşılaşır, təhsil, səhiyyə və digər
sahələrin inkişafına böyük
əhəmiyyət verilir. İlham
Əliyev milli maraqlar
məsələsində çox həssas
dövlət xadimidir, onun
yürütdüyü xarici
siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir”.
“Los Angeles Times” qəzetinin ispandilli
versiyası olan “Hoy Los Angeles” nəşrində
dərc olunan məqalədə də diqqətçəkən
məqamlar çoxdur. Qəzet yazır: “Müstəqilliyin əldə olunmasından
keçən dövr ərzində Azərbaycan
dünya iqtisadiyyatı üçün
model ölkəyə çevrilib,
sosial sahəyə qoyduğu
sərmayələr və apardığı modernləşmə
siyasəti ilə dünyanın inkişaf
etmiş dövlətləri ilə eyni səviyyəyə qalxıb”.
Azərbaycan dünyada
sülhsevər, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə
yanaşan müstəqil dövlətdir.
Düşmən əsarətində olan ərazilərimizin
azad olunması üçün
bizim qüdrətli, nizami
ordumuz var. Milli Ordumuz
işğalçı Ermənistan silahlı qüvvələrini
ərazimizdən çıxarmağa qadirdir.
Son hadisələr də bunu
təsdiqləyir. Bütün bunlara baxmayaraq,
Azərbaycan Prezidenti işğal
altında olan ərazilərimizin beynəlxalq
hüququn norma və
prinsipləri çərçivəsində azad
edilməsinin tərəfdarıdır və bunu
dəfələrlə bəyan edib.
Ölkəmizin ərazi bütövlüyünü
qəbul edən və dəstəkləyən beynəlxalq
birlik də Azərbaycan Prezidentinin
bu mövqeyini dəstəklədiyini
bəyan edib. Dünyanın super dövlətlərindən biri olan ABŞ-ın
tanınmış ictimai xadimləri Prezident Barak Obamaya müraciət edərək dünyada sülh və əmin-amanlıq
tərəfdarı olan Azərbaycana dəstək
verməyə çağırıblar. ABŞ konqresmenləri
Robert Aderholt və Mayk Doylun Prezident
Barak Obamaya müraciətində
bildirilir: “ABŞ Azərbaycana dəstək
verməlidir. Regiondakı mövcud
çağırışlara baxmayaraq, Azərbaycan
Birləşmiş Ştatlarla tərəfdaşlığa
sadiq qalır, Əfqanıstandakı antiterror əməliyyatlarına dəstək,
Avropanın enerji təhlükəsizliyinə
töhfə verir”.
Bu
gün yüksək tribunalardan
Ermənistanın işğalçı dövlət kimi təqdim olunması və öz
ordusunu işğal
etdikləri Azərbaycan ərazisindən geri
çəkmək tələbi ərazi bütövlüyümüzün
beynəlxalq səviyyədə dəstəklənməsinin nəticəsidir. Bir faktı
xatırlatmaq yerinə düşərdi. Avropa
Parlamentinin slovakiyalı deputatı Boris Zalanın dediklərindən: “Azərbaycan
torpaqlarının işğal altında
qalması davamlı ola bilməz. Bu, Avropa
İttifaqının xarici siyasəti
qarşısında duran real
məsələdir. Son hadisələr
sözdə dondurulmuş münaqişənin
hər an həqiqi müharibəyə
çevrilə biləcəyini göstərdi. Biz münaqişənin həlli naminə qətiyyətli
addımlar atmalıyıq”.
Ermənistanın
işğalçılıq siyasəti, qonşu
dövlətlərin ərazilərini öz
torpaqları kimi təqdim etmələri
artıq beynəlxalq birliyi təngə gətirib.
Erməni lobbisinin bütün cəhdlərinə baxmayarq, dünyanın müxtəlif ölkələrində
Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyən qətnamələrin qəbul
olunması Ermənistan rəsmilərinin bütün
çirkin niyyətlərini alt-üst edir. Bu ilin əvvəlində
ABŞ-ın Nyu-Meksiko ştatı
Senatının Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyən qətnamə qəbul etməsi erməni
lobbisinə vurulan ən böyük
zərbələrdən biri oldu. Həmin qətnamədə bildirilir ki, Azərbaycanın
ərazi bütövlüyü ABŞ tərəfindən
dəstəklənir və beynəlxalq birlik
Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Qeyd olunur
ki, Ermənistan-Azərbaycan münaqişəsinin
həlli ilə məşğul olan
ATƏT-in Minsk qrupuna
münaqişəni beynəlxalq hüququn
norma və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri,
eləcə də ATƏT-in qəbul etdiyi
qərar və sənədlər əsasında həlli
həvalə olunub.
Sənəddə
vurğulanır ki, BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş
822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir
və bütün erməni
qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. NATO, İslam
Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi
beynəlxalq təşkilatlar da daxil olmaqla, bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin
Azərbaycanın ərazi bütövlüyü
və sərhədləri çərçivəsində
həllini dəstəkləyir.
Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan
münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir.
Bundan əvvəl isə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək Azərbaycanın
ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi.
Son vaxtlar Ermənistanın
dövlət rəsmiləri iddia edirlər
ki, guya BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrdə
konkret olaraq Ermənistan
dövlətinin işğalçı olması qeyd edilməyib. Bu da növbəti bir
yalandır. Çünki BMT Təhlükəsizlik
Şurası 1993-cü ildə qəbul etdiyi
dörd qətnamədən sonra bir neçə dəfə
də Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyən qətnamə qəbul edib. Həmin qətnamələrdə də
Ermənistanın işğalçılıq siyasəti pislənilir.
Xatırladaq ki, 2004-cü ilin
noyabrında Azərbaycanın işğal
olunmuş ərazilərinə dair məsələnin qurumun
tribunasında müzakirə edilməsi Ermənistanın
dövlət rəsmilərini bir daha ifşa etdi. Hətta, Ermənistan hakimiyyəti bu prosesdən təlaşlanaraq qondarma Dağlıq Qarabağ
respublikasını tanıyacaqlarını,
danışıqlar prosesindən çıxacaqlarını
bəyan etmişdilər. BMT-dəki bu
müzakirələr digər beynəlxalq təşkilatlara da təsir etdi və
2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament
Assambleyası Ermənistanın təcavüzünü pisləyən
qətnamə qəbul etdi.
“Avropa
Şurası Parlament Assambleyası
(AŞPA) Dağlıq Qarabağ da daxil olmaqla,
Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsini tələb edir”.
Bu fikri isə
AŞPA-nın sabiq sədri Luis Mariya de
Puç səsləndirib. O deyib ki, AŞPA Azərbaycanın
ərazi bütövlüyünü və
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu hər
zaman qeyd edib və edir: “Mən bu gün burada
bu barədə bəyan edirəm. Bir həftədən sonra
isə Ermənistanda səfərdə olacağam
və bunu orada da deyəcəyəm”.
Onun sözlərinə görə, söylədiyi
fikirlər AŞPA-nın sessiyasında qəbul olunmuş qətnamədə də öz əksini tapıb. Sənəddə
qeyd olunub ki, “Avropa Şurası Azərbaycanın
ərazi bütövlüyünü, onun beynəlxalq aləm tərəfindən qəbul
olunmuş sərhədlərini
tanıyır və erməni ordusunun işğal edilmiş ərazilərdən
dərhal çıxarılmasını tələb edir”.
2008-ci il martın 14-də BMT-nin
Baş Məclisi geniş
iclasında 62-ci sessiyanın gündəliyinə 20-ci bənd
kimi əlavə edilən “Azərbaycanın
işğal edilmiş
ərazilərində vəziyyət” məsələsini yenidən
müzakirə edib. 9 bənddən ibarət
olan qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edirdi. Eyni zamanda, Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə tanınan
sərhədləri çərçivəsində ərazi
bütövlüyünə dəstək verir,
işğal olunmuş
bütün ərazilərdən Ermənistan
qüvvələrinin tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edir
və məcburi köçkün
düşən azərbaycanlıların öz
yurdlarına qayıtması üçün
müvafiq şəraitin
yaradılmasını əks etdirirdi. Beləliklə,
BMT-nin Baş Məclisi
“Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”
barədə daha bir qətnamə
qəbul edib. Sənəddə
“Azərbaycanın Dağlıq Qarabağ
regionunda və ətraf rayonlarda
silahlı münaqişənin beynəlxalq sülh
və təhlükəsizliyi sual
altında qoymasından” və Cənubi Qafqaz
ölkələrinin humanitar vəziyyətinə
mənfi təsir göstərməsindən ciddi
narahatlıq ifadə olunub. Baş Assambleya üzv dövlətləri Azərbaycanın
suverenliyinə və beynəlxalq aləmdə
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyünə hörmət etməyə
və dəstəkləməyə çağırır: “Baş Assambleya
bir daha bildirir ki, heç
bir dövlət Azərbaycan
Respublikasının ərazilərinin işğalı nəticəsində
yaranmış vəziyyəti qanuni vəziyyət
kimi tanımamalıdır və bu vəziyyətin saxlanmasına yardım
göstərməməli və ya şərait
yaratmamalıdır”. Qətnamədə, həmçinin,
“erməni qüvvələrinin Azərbaycan
Respublikasının bütün zəbt edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılması” zərurəti qeyd
edilib.
Böyük əhəmiyyət kəsb edən bu sənəd Azərbaycan
diplomatiyasının növbəti uğurlarından biri hesab edilir.
Çünki Ermənistanın
işğalçı dövlət olması dünyanın ən
mötəbər qurumlarından birinin qəbul
etdiyi qətnamədə öz
əksini tapırdı. Ancaq təəccüb və təssüf
doğuran bir məsələ
yaranmışdı. Belə ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması missiyasını öz
üzərinə götürən ATƏT-in Minsk
qrupunun həmsədr ölkələri bu qətnamənin əleyhinə
çıxmışdılar. Bu da ciddi narazılıqlara
səbəb oidu. Əslində, burada təəccüb doğuracaq
bir şey yox idi. Çünki
Minsk qrupunun ikili mövqe və riyakar siyasət yerirməsi birinci
hal deyildi. Biz dəfələrlə bu
qurumun belə ikili standartlar nümayiş
etdirməsinin şahidi olmuşuq.
Minsk qrupunun 20 ildən
artıq vasitəçilik missiyası zamanı bir dəfə də olsun
işğalçını öz adı
ilə çağırmaması ikili standartlar nümayiş
etdirməsinin bariz nümunəsidir.
Bu il noyabrın 12-də
Ermənistan ordusuna məxsus hərbi helikopterin Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərinə hücumu zamanı məhv
edilməsi, nədənsə, ATƏT-in Minsk
qrupunu da ciddi narahat edib.
Hətta, bu barədə bəyanat da veriblər. Həmsədrlər Azərbaycan
Silahlı Qüvvələrinin vurduğu
hərbi helikopterin düşdüyü
ərazini “neytral zona”
adlandırıblar. Azərbaycan tərəfinin bu bəyanata ciddi etiraz etdiyini görən Minsk qrupu guya
“səhvini” düzəldərək, “neytral
zona”nı, “məskunlaşmamış zona”
ilə əvəz edib. 20 ildən
artıqdır ki, guya
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında vasitəçilik edən
Minsk qrupu,
doğrudanmı bu vaxta
qədər hələ də dərk edə bilmir
ki, Ermənistan Azərbaycan ərazisinin
20 faizini işğal edib. Hər dəfə işğal olunmuş ərazilərə
“turist” səfərinə gedən Minsk qrupu həmsədrlərinin
başları görəsən nəyə qarışır ki, onlar işğal
altında olan ərazilərdəki
dağıntıları, erməni vəhşiliyini
görmürlər? Minsk qrupu həmsədrlərinin fəaliyyətindəki
ziddiyyətlərə fikir verin. Həmsədrlər təmsil etdikləri
dövlətlərin adından danışırlarsa, Amerika Birləşmiş Ştatları da, Rusiya da,
Fransa da Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır. Ancaq qurum
rəsmiləri təxribat xarakterli bəyanat
yayırlar. Onlar çox
yaxşı bilirlər ki, o
ərazilər Azərbaycanın əraziləridir. Bu faktı da yaxşı
bilirlər ki, Ermənistan 20 ildən
artıqdır ki, Azərbaycanın 20
faizdən artıq torpaqlarını işğal
altında saxlayır. Minsk qrupu
həmsədrlərinin hər zaman olduğu, kimi bu dəfə də riyakar
mövqe nümayiş
etdirmələri münaqişənin tənzimlənməsinə
xidmət etmir. Həmsədrlər
işğalçı dövlətə təzyiq etmək əvəzinə,
belə təxribat xarakterli bəyanatlarla ədalətsizliklərini
bir daha ortaya qoyurlar.
Bu qurumun ikili standartlar nümayiş etdirməsi artıq beynəlxalq
aləmdə də narazılıq yaradır. Estoniya
parlamenti üzvünün
fikri də bunu təsdiqləyir:
“Dağlıq Qarabağ, eləcə
də işğal olunmuş
ətraf rayonlar Azərbaycan
Respublikasının tərkib hissəsidir və ölkənin
ərazi bütövlüyü beynəlxalq
səviyyədə tanınır. 20 ildə aparılan işlərin
heç bir nəticə
verməməsi onu göstərir ki, Minsk qrupu
bu məsələyə yenidən
baxmalıdır”.
Azərbaycanın ərazi
bütövlüyünün
dünyanın bütün dövlətləri
tərəfindən dəstəklənməsi işğal
altında olan torpaqlarımızın azad olunmasına böyük
inam və ümid
yaradır. Prezident İlham
Əliyev də dəfələrlə bəyan edib ki, münaqişənin
tənzimlənməsi prosesində Azərbaycanın mövqeyi birmənalıdır – Azərbaycanın
ərazi bütövlüyü bərpa
edilməlidir. Dövlət başçısı öz çıxışında qəti surətdə
bildirib ki, Azərbaycanın
ərazi bütövlüyü
danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 5 dekabr.- S.1.