Müstəqil Azərbaycan
dövlətinin
memarı və xilaskarı
Böyük alman filosofu Tomas deyirdi ki, Yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib. Məhz belə oğullar öz xalqı, dövləti uğrunda mübarizə apararaq onun gələcəyini müəyyənləşdirir. Dünyada sayı çox olmayan belə oğullardan biri də ulu öndər Heydər Əliyevdir. Allah məhz onu Azərbaycan xalqına Xilaskar kimi bəxş etmişdir.
Müstəqillik,
azadlıq hər bir xalqın var olması üçün
əhəmiyyətli bir amildir.
Azadlıq istər fərd olaraq hər bir vətəndaş üçün,
istərsə də bütöv xalq – millət üçün
müqəddəs, əvəzolunmaz nemətdir. Milli kimliyini əbədi
etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar.
Cəmi 23 ay yaşayan
Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 27-də süqut etdi. Və tarix göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, yaşatmaq onu qazanmaqdan qat-qat çətindir. Bəli, bu
gün biz müstəqil
Azərbaycan Respublikasının
azad vətəndaşlarıyıq.
Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər
Heydər Əliyevə
əbədi minnətdarıq.
Qədirbilən xalqımız ümummilli
liderin bu tarixi xidmətini yüksək qiymətləndirir
və onu heç vaxt unutmayacaqdır.
Azadlıq
Allahıtək
əyləşib öz yerində,
Yerin, göyün nuru var
Peyğəmbər gözlərində
Sadəliyi nur
saçır,
əzəməti dərində
Gedir polad çiyində
Kəpəz,
Qoşqar boyda yük
Dədə Heydər
– Atatürk!
Müstəqillik əldə
etdikdən sonra ən mühüm və çətin iş dövlət quruculuğunun həyata keçirilməsidir. Ümummilli
lider bunu nəzərə alaraq dövlət quruculuğu prosesinə ilk addım kimi, yeni Konstitusiyanın
qəbul edilməsindən
başladı. Müstəqil Azərbaycanın milli və bəşəri dəyərlərə söykənən,
beynəlxalq qurumlar tərəfindən yüksək
qiymətləndirilən, ölkənin
demokratik inkişafı
yolunu müəyyənləşdirən
əsas qanunu qəbul olundu. Ölkədə sabitlik bərpa
edildi, qanunçuluq möhkəmləndirildi. Torpaq islahatları,
sosial-iqtisadi sahədə
digər islahatlar həyata keçirildi.
Ulu
öndərin diqqətindən
heç bir sahə kənarda qalmırdı. Həyatın elə bir sahəsi
yoxdur ki, bu dahi insan
orada öz imzasını qoymasın.
Bu böyük şəxsiyyət
siyasətdən tutmuş
mədəniyyətə qədər,
iqtisadiyyatdan tutmuş
idmana qədər,
elm-təhsildən səhiyyəyə
qədər – bütün
sahələrə diqqət
və qayğı göstərməklə onların
tərəqqisinə, çiçəklənməsinə
nail oldu.
Ulu
öndər azərbaycançılıq
ideologiyasının yaradıcısı
kimi xalqın həmrəylik, vətənpərvərlik
hisılərini gücləndirməklə
vahid məqsəd – güclü Azərbaycan dövləti yaratmaq uğrunda mübarizədə
bütün qüvvələri
birləşdirə bildi. Təkcə Azərbaycanda deyil,
bütün dünyadakı
azərbaycanlıların təşkilatlanmasına
nail oldu.
Təsadüfi deyil
ki, 2001, 2006, 2011-ci illərdə müstəqil
Azərbaycanımızın paytaxtı Bakı şəhərində dünya
azərbaycanlılarının qurultayları keçirildi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı
kimi Prezident İlham Əliyev bu
siyasəti uğurla həyata keçirir. Xaricdəki Azərbaycan
diasporuna diqqətin artırılması, Heydər
Əliyev Fondunun yaradılması, onların
fəaliyyətinin genişləndirilməsi
və s. ümummilli liderin bu sahədəki
siyasətinin məntiqi
davamıdır.
Dünya Azərbaycanlılarının
III Qurultayındakı çıxışında
Prezident İlham Əliyev bu barədə demişdir:
“Bu ənənənin təməlini
2001-ci ildə ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə
Bakıda ilk dəfə
olaraq dünya azərbaycanlıları bir
araya gəldilər.
...Hələ 1991-ci ildə
Naxçıvanda onun
təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
kimi elan edilmişdir. Bu gün
31 dekabr bizim milli bayramımızdır.
Dünya
miqyasında Azərbaycanın
tanınması ulu öndərin əsas amallarından biri idi. O,
müstəqil Azərbaycan
dövlətçiliyinin inkişafına
və möhkəmlənməsinə,
Azərbaycan həqiqətlərinin
dünya birliyinə çatdırılmasına, dövlət bayrağımızın ən
yüksək zirvələrdə
dalğalanmasına nail oldu.
Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu sahədə
mühüm addımlar
atmaqla ölkəmizin
xoş gələcəyinə
öz layiqli töhfələrini verirlər.
Heydər
Əliyevin Vətən,
xalq qarşısındakı
xidmətlərini saymaqla
tükənməz. O, dahi siyasətçi kimi bir ölkənin,
yaxud bir regionun çərçivəsinə
sığışmır. Ulu öndər dünya miqyaslı siyasətçidir.
Bu faktı dünyanın
görkəmli dövlət
xadimləri, siyasətçiləri
dəfələrlə etiraf
etmişlər. Fransanın
sabiq Prezidenti Jak Şirak Heydər Əliyevi belə qiymətləndirirdi:
“Bu qeyri-adi şəxsiyyət
Azərbaycanı çiçəklənmə
yoluna gətirib çıxarmışdır”.
Gürcüstanın sabiq Prezidenti E.Şevardnadze isə onun böyüklüyünü
belə ifadə etmişdir: “İyirminci əsr liderlər əsridir. Əsrin lideri isə
Heydər Əliyevdir”.
Heydər
Əliyev Azərbaycanda
sabitlik, əmin-amanlıq
yaratdı. Milli-mənəvi dəyərlərimizi yaşatdı.
Böyük uğurlara imza
atdı. Dünya
Azərbaycana Heydər
Əliyev zirvəsindən
baxmağa başladı.
Dünya mədəniyyətinə
Nizamilər, Füzulilər,
Şah İsmayıllar
bəxş edən xalq Heydər Əliyev kimi dahini də yetirdi. Bu dahi XX əsr Azərbaycanın möhtəşəm bir tarixini yaratdı.
Bəli,
Heydər Əliyev möhəşəm bir tarix yaratdı. Elə bir tarix ki,
nə qədər bəşər var, nə qədər bu dünya var,
nəsillər onu öyrənəcək, dərs
alacaq.
Ulu öndər SSRİ adlı nəhəng dövlətin bel sütunu sayılan DTK orqanlarındakı fəaliyyətindən
başlayaraq ölümün
gözünə dik baxa-baxa haralardan keçmədi ?! Kremlin sərt
və mürəkkəb
siyasət meydanına
qədər irəlilədi,
ağır mübarizələrdən
keçdi və sonda döyüş meydanından qalib çıxdı. Heydər Əliyev
bu xidməti soyuq baş, isti ürək, təmiz əl prinsipi ilə həyata keçirirdi.
O, öz ağlı, dərin zəkası, iti siyasəti ilə dünyanı heyrətdə qoydu.
Ulu öndər deyirdi: “Həmişə fəxr etmişəm və bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Biz də fəxr
edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə
müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli
olan bir ölkənin vətəndaşıyıq.
Vətən və
vətəndaşlıq! Dövlət
və dövlətçilik!
Azərbaycan və azərbaycançılıq! – Bunlar ən böyük amalımız
olmalıdır. Gəlin
unutmayaq ki, öz dövlətinə,
Vətəninə və
millətinə, öz
bayrağına, himninə
və Prezidentinə hörmətlə yanaşan,
onu ürəkdən sevən, ona sadiq olan xalqlar
tarixin sınağından
hər zaman üzüağ, qalib çıxıblar.
Azərbaycan
xalqı müdrik xalqdır, o, ən çətin vəziyyətdən
alnıaçıq, üzüağ
çıxıb. Ulu öndərimizin dediyi
kimi, “ Azərbaycan xalqı dünyaya nümayiş etdirdi ki, o,
yenilməzdir, qəhrəmandır... onun
iradəsini sındırmaq mümkün deyil”.
Rasim MƏMMƏDOV,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin
birinci vitse-prezidenti
Xalq qəzeti.- 2014.- 12 dekabr.- S.6.