Azərbaycan xalçası
xalqımızın
milli dəyəri, sərvətidir
Humayə Məmmədova Lənkəran
şəhərində anadan
olub. Azərbaycan Neft Akademiyasını
bitirib. Taleyini isə xalçaçılığa
bağlayıb. Bu da təsadüfi olmayıb. Çünki
hələ gənclik
illərindən bu
sənətə böyük
həvəs göstərib,
sahənin incəliklərini
dərindən mənimsəyib.
1996-cı ildə onun Azərxalça
Elmi Yaradıcılıq
İstehsalat Birliyinin Quba Xalçaçılıq
İstehsalat müəssisəsinə
direktor təyin olunması da məhz bununla
bağlı olub.
2001-ci ildə isə adıçəkilən müəssisə
özəlləşdirilib və H. Məmmədova da o vaxtdan “Qədim Quba” Özəl Xalçaçılıq MMC-nin
direktoru vəzifəsində
çalışır. O, yaşadığı bölgədə
xalçaçılığın inkişafındakı xidmətlərinə
görə, hələ
2005-ci ildə Fəxri
diplomla təltif edilib.
H. Məmmədova söhbət
zamanı dedi ki, xalçaçılıq
Azərbaycanın ən
qədim el sənətlərindən
biridir. Qədim səyyahlar, salnaməçilər
ölkəmizdə toxunan
xalı-xalçanın yüksək
keyfiyyəti, zəngin
çeşniləri barədə
yazılı məlumatlar
verib, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının
Böyük İpək
yolu üstündəki
bütün ölkələrdə
məşhur olduğunu
bildiriblər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.
Azərbaycan
xalçaları naxışların
incəliyi və ilmələrin yüksək
sıxlığı, tərtibatın
orijinallığı, milli
koloriti ilə daha çox seçilir. Ölkəmizdə toxunan xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara tam cavab verir. Sapları boyamaq üçün
ancaq təbii rənglərdən istifadə
edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür.
İşlədilən bütün xammal
yerli məhsullardır.
Humayə
xanımın sözlərinə
görə, Azərbaycana
gələn xarici qonaqlar xalçalarımızın
gözəlliyinə valeh
olduqlarını dilə
gətirir, ölkəmizdə
bu qədim el sənətinin məhəbbətlə
yaşadılmasını yüksək
qiymətləndirirlər.
Müsahibim
söhbət zamanı
xüsusi vurğuladı
ki, Azərbaycan xalçaçılıq sənəti
sahəsində dünyanın
aparıcı ölkələrindən
biridir. Təbii
ki, bu məsələdə
– qədim el sənətimizin
yaşadılmasında, inkişafında,
dünyada təbliğində möhtərəm
Prezidentimiz İlham Əliyevin və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm rolu danılmazdır.
Mehriban xanım Əliyevanın
xalçaçılığa qayğısı ilə bağlı diqqəti bir məqama yönəldən H.Məmmədova
bildirdi ki, hörmətli Mehriban xanım son illər ərzində çox böyük əmək sərf edərək Azərbaycan xalçasını dünyada
tanıdıb. Artıq 2010-cu ildə Azərbaycan xalçası UNESCO-nun bəşəriyyətin
qeyri maddi-mədəni
irsi siyahısına daxil edilib. Bu, çox əlamətdar
hadisədir. Ona görə
ki, hər bir xalq, onun
mədəniyyəti o vaxt
öz dəyərini alır ki, o, dünya tarixinə düşür. Mehriban
xanımın səyi
nəticəsində biz buna nail olmuşuq...
H. Məmmədova ölkəmizdə
xalçaçılığın inkişafına göstərilən
qayğı ilə bağlı bir faktı da xatırlatdı.
Vurğuladı ki, bu ilin avqust ayında
Dənizkənarı Milli
Parkın ərazisində
Xalça Muzeyinin yeni binası istifadəyə verilib.
Orijinal üslubda inşa olunan həmin
bina bükülmüş
xalçanı xatırladır.
Burada Azərbaycan xalçaçılıq
məktəbinin bütün
istiqamətləri, yaşı
yüz illərlə ölçülən xalça
və xalça məmulatlarının geniş
çeşidi təqdim
edilir.
Sözügedən
muzeyin açılış
mərasimində çıxış
edən Prezident İlham Əliyevin dediyi “Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür
etmək mümkün
deyil” sözlərini indi də yaxşı
xatırlayıram. Bunu
maddi-mədəni irsimizə
verilən yüksək
qiymət kimi
dəyərləndirirəm.
Bəli,
Azərbaycan xalça
sənətinin vətənidir,
xalça muğam, memarlıq abidələri
kimi bizim milli dəyərimizdir. Biz öz xalçamızı,
xalçaçılıq sənətimizi qoruyuruq.
Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul
edilib. Bu isə sənəti yaşatmağa, onu gənclərə öyrətməyə
böyük stimul verir. Bir sözlə, xalçaçılıq sənəti
bizim böyük sərvətimizdir və əlbəttə, çalışırıq
ki, gənc nəsil bu sənətə
maraq göstərsin.
Biz gənclərə
təlqin edirik ki, xalça sənətinin əsası,
meyarı sayılan və xalçanın ana dili olan
ornament və şux, əlvan, fəlsəfi rəng ahəngləri digər xalqların yaratdığı xalçalardan
çox-çox fərqlənir. Bu fərqliliklər xalqımızın mədəni
dəyərlər sistemindən
qaynaqlanmasından xəbər
verir. Ona görə də
bu sənətin dərindən öyrənilməsi
və yaşadılmasını
daim diqqət mərkəzində saxlayırıq.
Humayə Məmmədova
söhbət zamanı
onu da xatırlatdı
ki,
Azərbaycan xalqının
mədəni irsi, tarixi, mədəniyyəti
çox zəngindir. Son illər ərzində
dünyanın müxtəlif
yerlərində Azərbaycanla
bağlı təqdimatlar,
sərgilər, konsertlər
keçirilir. Əlbəttə ki, xalça o təqdimatların mərkəzində
yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında
böyük bir dəyərdir. Mən hesab
edirəm ki, Azərbaycan xalçası
dünyada xalçaçılıq
sənətinin etalonudur.
Təsadüfi deyil ki, bizim xalçalarımız
dünyanın ən məşhur muzeylərində
nümayiş etdirilir.
Azərbaycanın
qədim xalçaçılıq
ənənlərinə sahib bölgələrindən biri
olan rayonumuzda da xalçaçılığın
tarixi qədimdir, V-VI əsrlərə gedib çıxır. Çiçi, Qımıl Alpan, Qırız, Ləcət və digər kompozisiyaların yer aldığı Quba xalçaçılıq məktəbi
özünəməxsus ilmələri,
üslubu və naxışlarına görə
fərqlənir.
Hazırda rayonumuzda bu ənənənin yaşadılmasına mühüm önəm verilir. Bu isə, təbii ki,
qədim sənətin,
necə deyərlər,
ömrünün uzanmasına, nəsillər arasındakı milli-mənəvi
bağlılığın daha da möhkəmlənməsinə
öz müsbət təsirini göstərir. Burada, əlbəttə, görkəmli
xalça ustalarının öz
təcrübəsini gənc
nəslə ötürmələri
mühüm şərtdir.
Rayonumuzda sahibkarlığa
mühüm önəm
verilməsi Quba
xalçaçılığının
da inkişafına öz müsbət təsirini göstərib.
Məhz bunun nəticəsidir ki, hazırda Quba həm də bu sənətlə şöhrət qazanıb.
Yeri gəlmişkən, Quba
xalçalarının bəzəyini
həndəsi naxışlardan
ibarət ornamentlərin
stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin
xalçalarında medalyonlu
çeşni üslubu
da geniş yayılıb. “Qədim
minarə”, “Qımıl”,
“Alpan”, “Qollu-çiçi”,
“Pirəbədil”, “Hacıqayıb”,
“Qırız”, “Cek” kimi ən parlaq
kompozisiyaları yaşadan xalçalarımız
bütün dünyada
tanınb.
Sadalananlar
arasında daha çox diqqət çəkən “Qədim
minarə”nin kompozisiyanın
əsasını namazlıq
xalçalarına xas
olan dini xarakter daşıyan, “kufi” xəttini xatırladan naxışlı
zolaqla haşiyələnmiş
böyük “göl” təşkil edir. Bu növ naxışlara
Ərdəbil, Bərdə
şəhərlərindəki orta əsr məqbərələrində
rast gəlinir. Bu xalçalar Quba
şəhərində və
onun ətraf xalça məntəqələrində
toxunur.
H. Məmmədova söhbətinin
sonunda onu da qeyd etdi
ki, Azərbaycanda xalçaçılığın inkişafına xüsusi
qayğı ilə yanaşılmasının bir
səbəbi də bu sənətlə böyük dəyərlərə
malik olan və bu dəyərləri
qoruya bilən ölkəmizin dünyada təbliğini reallaşdırmaqdır. Bu gün Azərbaycana
gələn xarici qonaqlar respublikamızda həyata keçirilən
abadlıq-quruculuq tədbirlərini
görür, yaradılan gözəlliyi
qeyd edirlər. Bununla yanaşı, eyni zamanda, ölkəmizin dəyərləri
ilə də tanış olurlar. Memarlıq, musiqi, rəssamlıq və şübhəsiz ki, xalçaçılıq sənəti
xalqımızın qürur
mənbəyidir.
V.
ƏLİYEV
Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.9.