Yaddaşımızın
ən böyük abidəsi
Bu il Azərbaycanın tarixində və taleyində müstəsna yerə malik böyük şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür. Bu münasibətlə respublikamızın hər yerində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da bir sıra tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Şanlı tariximizin bu dövrü ilə bağlı sanballı kitabların, məqalələrin yazılması da tariximizin Heydər Əliyev dövrünün dərindən araşdırılması və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Keçmiş Sovetlər dövründə, həmçinin
Azərbaycan Respublikasının müstəqillik əldə
etməsindən sonrakı dövrdə – iki
əsrin qovşağında ölkəmizdə siyasi sabitliyin təmin
edilməsi, vətəndaş həmrəyliyinə nail olunması, milli
dövlətçiliyin möhkəmləndirilməsi, həyatın
müxtəlif sahələrində
uğur qazanılması, inkişafın əldə
edilməsi, o cümlədən,
Naxçıvan Muxtar Respublikasının
qorunub saxlanması, yaşaması və
inkişafı məhz böyük şəxsiyyət
Heydər Əliyevin adı ilə bağlıdır.
Hələ
1969-1982-ci illərdə Azərbaycana ilk dəfə
rəhbərlik etdiyi dövrdə ulu öndərin gördüyü
işlər və gələcək hədəflərə
hesablanmış fəaliyyəti onun
respublikamızın müstəqil ölkə kimi
gələcəkdə mövcud
olmasına inamından, uzaqgörənliyindən xəbər verirdi.
Bu illərdə
Heydər Əliyevin misilsiz idarəçilik
məharəti və qeyri-adi təşkilatçılıq
qabiliyyəti sayəsində Azərbaycanda sürətli inkişaf yolu qət edildi, iqtisadiyyatın, elmin,
mədəniyyətin bütün sahələrində
görünməmiş canlanma, irəliləyiş
müşahidə olunmağa başlandı.
Yeni böyük sənaye
müəssisələri, yaşayış binaları, avtomobil və dəniz yolları, Bakı şəhərində
metro xətləri, məktəblər, mədəniyyət
və səhiyyə ocaqları və.s tikilib
istifadəyə verildi. Paytaxtımızda
bir neçə böyük
memarlıq abidələri ucaldıldı. Şəhərimizin
mənzərəsini tamamilə dəyişən, ona yeni çalar
qatan bir sıra obyektlər
– Ali Sovetin binası,
“Gülüstan”, “Respublika”
(indiki Heydər Əliyev) sarayları, “Azərbaycan”,
“Abşeron”, “Moskva”
mehmanxanaları və onlarca digər
memarlıq abidələri ucaldıldı.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da əsaslı
fəaliyyət proqramı çərçivəsində dövrün sanballı tikinti-quruculuq
işlərinə start verildi,
həyatın müxtəlif sahələrini özündə
ehtiva edən müəssisələr, sosial obyektlər, yaşayış
binaları, istirahət zonaları tikilib
istifadəyə verildi.
Yeni Azərbaycan Partiyasının
qurucularından biri, Heydər Əliyev yolunun sədaqətli davamçısı,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov bu tarixi dövrü belə
qiymətləndirir:
“Məhz
bu dövrdən muxtar
respublika özünün
ikinci ömrünü
yaşamağa başladı. 1969-cu ildən
sonra mürəkkəb və çətin
tarixi şəraitdə həyata
keçirilən tədbirlər nəticəsində muxtar respublikada sənaye və
tikinti sahələrinin, aqraq-sənaye kompleksinin və onun istehsal infrastrukturunun
yüksək
inkişafı baş verdi.
Qədim Naxçıvan öz mineral suları hesabına keçmiş
Sovetlər İttifaqında və beynəlxalq iqtisadi
məkanda tanındı. 1969-cu ildən sonra
Naxçıvan Muxtar Respublikası böyük tikinti
meydançasına çevrildi. Bu illərdə möhtərəm Heydər
Əliyevin respublikanın rəhbəri kimi
Naxçıvana səfərləri mühüm
obyektlərin, yaşayış sahələrinin istifadəyə
verilməsi ilə əlamətdar olub, sosial obyektlərin tikintisinə ciddi diqqət yetirilmişdir.
Milli memarlığın son
naliyyətlərini özündə əks etdirən
binaların tikilib istifadəyə verilməsi
xalqın mədəniyyətinə, təhsilinə
qayğının ən parlaq təzahürüdür”.
Keçən
əsrin 90-cı illərinin əvvəllərində yenicə
müstəqillik əldə etmiş Azərbaycan
Respublikası ağır iqtisadi-siyasi vəziyyətdə
yaşayırdı. Xalqımız dözülməz siyasi böhranın məngənəsində
çalxalanır, naşı, başıpozuq rəhbərlər
isə bu vəziyyəti
günü-gündən daha da
ağırlaşdırır, vətəndaş
qarşıdurmasına rəvac verirdilər. Bu dövrdə müxtəlif
maneələrə baxmayaraq, Azərbaycan
xalqının yekdilliklə inandığı və güvəndiyi
böyük şəxsiyyət Heydər
Əliyev 1991-ci ilin payızında təntənəli
şəkildə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı və
sədri seçildi. Azərbaycanın
əksər dövlət orqanlarının rəhbərləri
öz səriştəsizlikləri ucbatından respublikanı xaosa sürükləyir, insanlarda
sabaha inam hissini öldürürdülər. Belə bir şəraitdə
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
və bütün strukturlarının ahəngdar
fəaliyyəti, əhalinin əzmkarlığı və
yüksək ruhla erməni silahlı
quruplaşmalarından qorunması respublikada
ümumi vəziyyətin normallaşacağına,
ulu öndər ölkənin siyasi rəhbərliyinə gələrsə, hər şeyin
yoluna düşəcəyinə, mövcud bəlalardan xilas
olacağına ümid
çırağı yandırırdı. O dövrdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi
bir sıra qərarlar, həqiqətən
də, sonralar Azərbaycan
Respublikasının başlıca qanunvericilik
aktlarının yaradılması üçün
təməl rolunu oynamışdır.
Xalqımızın və dövlətimizin əlamətdar
hadisələrinə və bayramlarına çevrilən bəzi
hadisələr də məhz Heydər Əliyevin
Naxçıvanda rəhbər olduğu
dövrdə verdiyi müdrik
qərarlara söykənmişdir. Bu qərarlardan
biri də bu il möhtərəm Prezidentimiz
İlham Əliyevin 14 yanvar
tarixli sərəncamı ilə 90 illik yubileyinin qeyd olunduğu
Naxçıvan muxtariyyətinin statusu ilə
bağlı idi. Məhz ulu
öndərin məqsədyönlü siyasəti sayəsində
bu məsələdə də tarixi uğura imza atıldı. Blokada
şəraitində yaşayan
Naxçıvanın statusunun qorunması
və müdafiəsi istiqamətində tutarlı sənədlər
əldə edildi. Dövlət
müstəqilliyimizin taleyi, möhkəmləndirilməsi
və gələcək nəsillərə
çatdırılması yolunda milli tariximizin
yaradıcısı və müasir
müstəqil dövlətimizin qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin siyasi
uzaqgörənliyi və sarsılmaz iradəsi ilə Azərbaycanın
demokratik dövlət olaraq əsaslarını hazırlamaq mərhələsində
olduğu kimi,
Naxçıvanın muxtariyyatı ilə bağlı vermiş olduğu siyasi və tarixi qərarlar
da milli dövlətçilik
xəritəsində Naxçıvan Muxtar
Respublikasının yerinin və rolunun uzaqgörənliklə göstərildiyini
ortaya qoymuşdur.
Bu gün
Naxçıvan Muxtar Respublikası iqtisadi və sosial
inkişafın səviyyəsinə və nəticələrinə
görə respublikamızın digər regionlarından əsaslı
şəkildə fərqlənir.
Bu
ilin 5 ayının statistik
məlumatlarına görə, Muxtar Respublikada 783 milyon 975 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur
(adambaşına düşən ümumi
daxili məhsul 2,3 faiz
artmışdır). Sənaye istehsalı artmış, onun
95,9 faizi malların, 4,1 faizi
isə xidmətlərin payına düşür.
Əsaslı tikinti, kənd təsərrüfatı,
nəqliyyat, informasiya və rabitə, əmtəə
dövriyyəsi və pullu xidmət, kredit resurslarından istifadə, sığorta
fəaliyyəti, turizm, xarici
ticarət, əhalinin gəlirləri, əməkhaqqı, bank əmanətləri, demoqrafik
vəziyyət sahələrindəki real
göstəricilər Naxçıvan Muxtar
Respublikasının bugünkü inkişaf xəttini göstərən əsas
meyarlar hesab edilir. Bütün bu uğurların əldə edilməsi Heydər
Əliyevin əsasını qoyduğu düzgün və məqsədyönlü
siyasətin varlığı ilə, bu yola bağlı olan
davamçıların apardığı gərgin işlə,
siyasətlə birbaşa
bağlıdır.
Heydər Əliyevin
dövlət siyasətində həyata keçirdiyi
önəmli məsələlərdən biri
də kadr siyasətinin düzgün
müəyyənləşdirilməsi olmuşdur.
Odur ki, dünya şöhrətli
siyasətçi və dövlət xadimi
Heydər Əliyevin 2003-cü ildə dünyasını dəyişməsi
Azərbaycanın haqq yolunun
dəyişməsi ilə nəticələnməmişdir.
Əksinə, bu yol
möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu
rəhbərliyi sayəsində daha da inkişaf etmişdir.
1993-2003 cü illərdə böyük
şəxsiyyət Heydər Əliyevin siyasi
hakimiyyət dövrü müstəqil Azərbaycan
dövlətinin yaşaması
və inkişafı baxımından təkrarolunmaz illər kimi tarixə çevrilmişdir.
Bu gün İlham Əliyev ümummilli
liderimizin siyasi kursunu yaradıcı surətdə davam etdirərək, taleyüklü
planları cəsarətlə həyata keçirməkdədir.
Təsadüfü deyil ki,
biz bu gün
Azərbaycanımızı, onun əzəli
torpağı olan Naxçıvanın
timsalında inkişaf sürətinə
görə bir sıra qabaqcıl dünya dövlətləri ilə müqayisə
edə bilərik. Bütün bunlar həyata keçirilməkdə olan Heydər Əliyev siyasətinin uğurlu gələcəyindən xəbər
verir.
Cari ilin aprel
ayında Naxçıvan Muxtar
Respublikasının 90 illik yubleyinə həsr
olunmuş tədbirində möhtərəm
Prezidentimiz İlham
Əliyevin çıxışı bu günkü Naxçıvan
reallıqlarının, onun
inkişafının, müasir Azərbaycan
modelinin dünya gərçəklikliyində
yerini, rolunu və əhəmiyyətini
bir daha açıq şəkildə təsəvvür
etməyə imkan yaratmışdır. Dövlət başçısının böyük razılıq hissi
ilə yüksək qiymətləndirdiyi müasir
Naxçıvanın inkişafı Muxtar
Respublika Ali Məclisinin
sədri cənab Vasif Talıbovun da qeyd etdiyi
kimi, məhz ulu
öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində
Azərbaycana – Naxçıvana gəlməsi və
xalqımızın dəvətilə siyasi
hakimiyyətə qayıtması ilə bağlıdır.
Bu
gün hər bir azərbaycanlı
təsdiqləyər ki, cənab Prezidentimiz İlham
Əliyevin rəhbərliyi ilə aparılan siyasət, ərazi
bütövlüyümüzün bərpası
istiqamətində görülən işlər, bütün sahələrdə həyata
keçirilən islahatlar, milli
potensialın dövlətin
inkişafına yönəldilməsi, Azərbaycanın beynəlxalq
aləmdə real nüfuz
və söz sahibi
olması... Heydər Əliyev ideyalarına ən böyük sədaqətin nümunəsi hesab edilə bilər. Görkəmli mütəfəkkir
Viktor Hüqonun dediyi kimi, dünyanın heç bir qüdrətli
ordusu isə böyük
ideyanın qarşısında duruş gətirə
bilməz.
Bəxtiyar ƏSGƏROV,
Naxçıvan Muxtar
Respublikasının Bakı
şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri,
filologiya üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.6.