Ulu öndərin daim yaşayan,
yeni uğurlar qazanan böyük siyasəti
Adətən, hər hansı insanı xatırlayanda, birinci növbədə, onun əməlləri gözlərimiz qarşısına gəlir. Bu mənada biz həmin insanı deyil, onun əməllərini yada salır, buna əsasən özünə qiymət veririk. Bu baxımdan biz ümummilli liderimiz Heydər Əliyevi xatırlayanda, birinci növbədə, onun dünya miqyaslı siyasi liderə, görkəmli dövlət xadiminə və dahi şəxsiyyətə məxsus keyfiyyətləri gözlərimiz qarşısında canlanır. Bütün bu yüksək keyfiyyətlər onun 35 ilə yaxın müddətdə ölkəmizə rəhbərliyi dövründə həyata keçirdiyi siyasətdə təzahür etmişdir.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə qazandığımız böyük
nailiyyətlərin də, özünün
dünya miqyasında nadir
şəxsiyyət, görkəmli dövlət xadimi, siyasi lider kimi
tanınmasının və qəbul edilməsinin də əsas
mənbəyi onun yeritdiyi
siyasət olmuşdur.
Müasir dövrdə Heydər Əliyev
siyasətini yeni formalarda
yaradıcılıqla davam və inkişaf etdirmək
onun layiqli varisi Prezident İlham Əliyevə də böyük
müvəffəqiyyət qazandırmışdır. Bu siyasət ölkəmizin ildən-ilə sürətli
inkişafına səbəb olur və
dünyanın inkişaf etmiş
dövlətləri arasında öz layiqli yerini tutmasına doğru aparır.
Heydər
Əliyev siyasətinin böyük uğurlar qazanması və əbədiyaşarlıq
rəmzinə çevrilməsi onunla əlaqədardır
ki, bu siyasət öz xalqını sevmək, onun
yaradıcı qüvvəsinə inanmaq, bütün sahələrdə xalqın
inkişafına xidmət etmək arzusu, bu istəyin siyasətin bütün sahələrində
öz ifadəsini tapması prinsipi üzərində qurulmuşdur.
Xalq
yalnız öz mənafeyinə uyğun siyasəti qoruyur,
müdafiə edir və yaşdır. Ümummmilli liderin siyasəti
öz ideya istiqamətlərini
obyektiv reallıqdan alırdı, elmə əsaslanırdı
və Azərbaycanın inkişaf üçün böyük
imkanlara malik olması
ilə diqqəti cəlb edirdi. Bu siyasət öz ideya istiqamətini obyektiv
reallıqdan alırdı, uzunmüddətli, aydın, elmi cəhətdən əsaslandırılmış,
strateji məqsədlər qarşıya qoyurdu və dəqiq həyata keçirirdi.
Ulu öndər Heydər Əliyevin siyasəti
iqtisadiyyatın tarixi inkişaf
xüsusiyyətlərini, mövcud vəziyyətini,
dünyada gedən qloballaşma
proseslərini və ölkəmizin maliyyə-investisiya
imkanlarını nəzərə almaqla
aparılır və nəticədə müvəffəqiyyət
qazanırdı. Heydər Əliyev siyasətinin ona qələbələr
qazandıran mühüm xüsusiyyəti
çevik xarakter
daşıması idi. Bu siyasət bir
tərəfdən özünün
başlandığı vaxt mövcud olan şəraitin
obyektiv qiymətləndirilməsindən və
həmin dövrün tələbatının
nəzərə alınmasından yaranır, həmin şəraitə
uyğunlaşır, digər tərəfdən bu şəraiti məqsədyönlü
surətdə dəyişməyə yönəlirdi.
Şərait dəyişdikcə
siyasət də dəyişir və yeni
şəraitin tələbatına uyğunlaşır,
qarşıya çıxan yeni vəzifələrin
yerinə yetirilməsini öz siyasətinin
hədəfinə çevirirdi. Heydər
Əliyev siyasətinə xas olan və ona qələbələr
gətirən bu keyfiyyətlər onun həm XX əsrin 70-80-ci illərindəki,
həm də müstəqillik illərindəki sosial-iqtisadi inkişaf
siyasətinə eyni dərəcədə
aiddir.
1969-cu il iyul ayının 14-də
keçmiş SSRİ-nin
siyasi səhnəsində ulduz
kimi parlayan Heydər
Əliyevin Azərbaycan Kommunist
Partiyasının birinci katibi
seçildiyi vaxt
respublikamız iqtisadi durğunluq,
siyasi və mənəvi tənəzzül
vəziyətində idi. Əvvəlki illərdə
öz nefti ilə
SSRİ iqtisadiyyatında liderlik
mövqeyinə malik olmuş
respublika bu mövqeyini itirdikdən sonra
SSRİ hökumətinin diqqətindən kənarda
qalmışdı. İqtisadiyyatın digər sahələrinin
(qeyri-neft sektorunun) inkişafına keçid
lazımi səviyyədə və sürətlə təmin
edilmədiyindən onun bütün
sahələrində inkişaf
sürəti kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük
təşkil etdiyindən və texniki
bazası köhnə olduğundan səmərəliliyi
aşağı idi.
Nəticədə,
Azərbaycan milli gəlirin artım
sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin
orta göstəricisindən (1960-cı ilə
nisbətən 1970-ci ildə SSRİ-də milli
gəlir 2 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən
2,4 dəfəyə qədər,
Azərbaycanda isə, 1,6 dəfə artmışdı)
geri qalır, bu
göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən
birini tuturdu.
İqtisadiyyatın əsas sahələri olan
sənaye və kənd təsərrüfatında bu gerilik özünnü
daha qabarıq surətdə göstərirdi.
1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu
78 faiz
artmışdı və bu göstəriciyə
görə müttəfiq respublikalar
arasında axırıncı yer tuturdu, taxıl, pambıq, üzüm,
kartof, bostan-tərəvəz məhsulları
istehsalında məhsuldarlıq müttəfiq respublikaların
çoxundan geri qalırdı.
Məhsuldar qüvvələrin
yerləşməsinin yaxşılaşması sahəsində
xeyli müvəffəqiyyət
qazanılmasına baxmayaraq regionların əksəriyyətində
sənayenin nisbətən sürətli inkişafı kifayət
qədər təmin edilmirdi. Nəticədə Abşeron iqtisadi rayonunun respublika sənaye məhsulu istehsalında xüsusi çəkisi 55 il
ərzində cəmi 18,6 faiz azalanraq 1913-cü ildəki 91,4 faizdən 72,8
faizə düşmüşdü.
Bakı şəhəri sənaye məhsulunun ərazi təmərküzləşməsinə
görə dünyada nadir
şəhərlərdən biri olaraq qalırdı.
Beləliklə,
ölkə iqtisadiyyatının bütün
sahələrində gerilik
yaranmışdı, respublikanın SSRİ iqtisadiyyatında mövqeyi itirilmişdi, əmək
intizamı zəifləmiş, dövlət plan
tapşırıqlarının yerinə yetirilməsi
qarşısında məsuliyyət hisnsi
azalmışdı. İnzibati rayonlarda və kəndlərdə işsizlik artmaqda idi. Respublikada istehsalın
sürətli və səmərəli inkışafı üçün böyük
imkanların olmasına əhalinin inamı
azalmışdı. Respublikada yaranmış sosial-iqtisadi
durum Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi altında hərtərəfli təhlil
olundu, gərginliyin səbəbləri aşkara çıxarıldı və onların aradan qaldırılması, əmək
intizamının möhkəmlənməsi, iqtisadiyyatın
sürətli inkişafı, səmərəliliyin
artırılması üçün tədbirlər
görüldü. İqtisadiyyatın
inkişafına etibarlı maliyyə təminatı yaratmaq üçün
Heydər Əliyevin təkidli təşəbbüsü ilə
SSRİ hökuməti Azərbaycanın xalq
təsərrüfatını bütövlükdə və onun ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün
beş dəfə xüsusi
qərar qəbul etdi. Azərbaycan
iqtisadiyyatının aparıcı sahələrinə, o cümlədən neft sənayesinə
qoyulan maliyyə vəsaiti
artırıldı.
Sənayedə yeni texnika və
texnologiyanın tətbiqinə dövlət tərəfindən
xüsusi qayğı göstərilirdi. Neft
emalının texniki bazası tamamilə
yenidən quruldu, yeni neft emalı qurğuları işə
salındı. Heydər Əliyevin respublikaya
rəhbərlik etdiyi illərdə sənayedə
581 adda yeni tipli maşın, avadanlıq, aparat,
cihaz nümunələri
yaradılmış, 310 avtomatlaşdırılmış xətt,
1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi
və i.a. istifadəyə verilmişdir.
Məhsuldar
qüvvələrin yerləşməsinin təkmilləşməsi,
xırda və orta sahələrin sürətli
inkişafı ön plana
çəkildi. 1970-82-ci illərdə istismara
verilmiş 213 sənaye müəssisəsinin
70 faizi regionların payına düşürdü. Nəticədə, sənaye
məhsulu istehsalında Abşeron iqtisadi rayonunun xüsusi çəkisi
1970-ci ildəki 72,8 faizdən 59,8 faizə düşdü,
digər iqtisadi rayonların xüsusi çəkisi 41,2 faizə yüksəldi.
Bütün bu və ya digər əsaslı tədbirlər nəticəsində
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf
etdi və səmərəliliyi yüksəldi.
1970-ci ilə nisbətən 1982-ci ildə milli
gəlir 2,5 dəfə, kənd təsərrüfatı məhsulu
2,6 dəfə, sənaye məhsulu 2,9 dəfə (1985-ci ildə)
artmışdı. Bu göstəricilər
həm ittifaqın orta göstəriciləridən,
həm də əksər respublikaların göstəricilərindən
yüksək idi. İstehsal
edilən məhsulların keyfiyyətinə görə də
Azərbaycan müttəfiq respublikalar
arasında qabaqcıl mövqeyə
çıxmışdı.
Təşəbbüskar
və enerjili lider Heydər
Əliyev xalq təsərrüfatının
artan tələbatını ödəmək
üçün yüksək ixtisaslı
peşəkar ali təhsilli mütəxəssislər
hazırlamağa böyük diqqət yetirirdi. SSRİ-nin qabaqcıl ali məktəblərində
təhsil almağa hər il
orta hesabla 800 nəfərə
yaxın gənc göndərilirdi, eyni zamanda Azərbaycanda olan ali məktəblərdə də ali təhsilli kadr
hazırlığına böyük
qayğı göstərilirdi.
1970-1985-ci
illərdə Heydər Əliyev iqtisadi
siyasətinin müvəffəqiyyətlə həyata
keçirilməsi nəticəsində Azərbaycan
iqtisadiyyatının inkişafında əldə olunmuş nailiyyətlər, toplanmış istehsal potensialı, hazırlanmış kadrlar, toplanmış təcrübə
müstəqillik illərində respublika iqtisadiyyatının inkişafı və
dünya iqtisadiyyatına inteqrasiyasında
müstəsna rol oynamışdır və
yenə oynayır. Lakin əgər 80-ci
illərin axırları və 90-cı illərin əvvəllərində
baş verən böhran
vəziyyəti olmasaydı bu rol daha
böyük ola bilərdi.
1993-cü ilin ortalarında Azərbaycan xalqının xahişi, təkidli tələbilə Heydər
Əliyev ikinci dəfə hakimiyyətə
gələndə onun keçən əsrin
70-80-ci illərində böyük zəhmət,
təşkilatçılıq işi
hesabına yüksək səviyyədə inkişafına nail olduğu iqtisadiyyat dağılmış, dərin, iqtisadi, siyasi, mənəvi
böhran, kəskin işsizlik
və yoxsulluq xalqı ideya-siyasi
cəhətdən parçalamışdı.
Respublikamızın
gələcək taleyinə cavab vermək
məsuliyyətini öz üzərinə
götürməyi bacaran bir
dövlət qurumu, siyasi
lider olmadığına görə,
ölkəmiz sözün həqiqi mənasında
vətəndaş müharibəsi vəziyyətinə düşmüş, parçalanmaq
və öz müstəqilliyini tamamilə itirmək təhlükəsilə
üz-üzə dayanmışdı. Ümummilli
Heydər Əliyev 1993-cü ildə ölkəmizin böhrandan çıxması və demokratik cəmiyyət quruculuğunun
onun tərəfindən müəyyənləşdirilmiş
başlıca prinsiplərini bəyan etdi:
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən
sonra ölkədə siyasi
sabitliyi təmin etmək; demokratik,
hüquqi, sivilizasiyalı dövlət qurmaq; respublikanın iqtisadiyyatında islahatlar aparmaq və bazar iqtisadiyyatına keçmək; öz iqtisadiyyatını dünya
iqtisadiyyatına bağlamaq.
Ulu öndər Heydər Əliyev öz
məqsədyönlü siyasətində bu
prinsipləri ardıcıl olaraq mərhələ-mərhələ
həyata keçirdi. 1993-1997-ci illərdə
həyata keçirilən iqtisadi və siyasi xarakterli tədbirlər
(1994-cü il may
ayının 12-də Ermənistanla atəşkəs
müqaviləsi, 1994-cü il sentyabrın 20-də
“Əsrin neft müqaviləsi”nin
bağlanması və icrasına başlanması, 1995-ci ilin noyabrın 12-də Azərbaycanın yeni konstitusiyasının qəbulu,
torpağın, dövlət mülkiyyətinin özəlləşdirilməsi
proqramlarının icrası və i.a.) nəticəsində
ölkədə siyasi sabitliyə nail olundu, demokratik dövlət quruldu.
Ölkə iqtisadiyyatında böhranın qarşısı
alındı, bazar iqtisadiyyatının və
dünya iqtisadiyyatına inteqrasiyanın əsasları
yaradıldı.
1997-2002-ci
illərdə Heydər Əliyevin həyata keçirdiyi
məqsədyönlü tədbirlər (kənd təsərrüfatının,
turizmin, səhiyyənin inkişafına aid sahəvi proqramların qəbulu, Neft və Sahibkarlığa kömək milli fondlarının, Kiçik
və Orta Sahibkarlara
Kömək Agentliyinin yaradılması, bu fondlar vasitəsilə
sahibkarlığın inkişafına maliyyə-kredit dəstəyi
verilməsi) iqtisadiyyatın bütün sahələrinin davamlı
inkişafına, islahatların dərinləşməsinə,
özəl sektorun rolunun
artmasına, kiçik və orta sahibkarlar təbəqəsinin
formalaşmasına kömək etdi.
2000-2002-ci illərdə ÜDM hər il orta hesabla 10 faizə
yaxın artdı.
Yaranmış
əlverişli şəraiti nəzərə alaraq
Heydər Əliyev regionlarda kiçik və orta
sahibkarlığın inkişafına maliyyə
yardımı göstərilməsini və davamlı
inkişafı təmin edən, bu zaman regionların xüsusiyyətlərini nəzərə
alan siyasət aparmağa
başladı. 2002-2003-cü illər belə regional
siyasət aparmaq
üçün eksperiment
proqramlar hazırlanması illəri kimi diqqəti cəlb edir.
2002-ci ildə “Kiçik və orta sahibkarlığın inkişafı Dövlət
Proqramı” (2002-2005-ci illər) qəbul edildi.
Bu proqramda ilk dəfə olaraq regionda qeyri-neft sektorunun və sahibkarlığın
inkişafına şərait yaratmaq və
beləliklə də regionları inkişaf
etdirmək məsələsi ayrıca qeyd
olunur. Nəticə etibarı ilə bu proqram 2002-ci ildən başlayaraq neft sektoru ilə yanaşı qeyri-neft
sektorunun, o cümlədən
qeyri-neft sənayesinin inkişafına diqqət
yetirilməyə başlandığını göstərən
çox mühün
dövlət sənədi oldu.
2003-cü ildə qəbul
edilən “Yoxsulluğun azaldılması və
iqtisadi inkişaf
üzrə Dövlət Proqramı”nda (2003-2005-ci illər)
respublikamızın iqtisadi inkişaf strategiyası və aparılan regional siyasət formalaşdırıldı. Bu proqramda ilk
dəfə olaraq regionların
inkişafı məsələsi nisbətən geniş formada qarşıya qoyuldu. 2003-cü ilin mart ayında Prezident Heydər
Əliyev “Yoxsulluğun azaldılması və
iqtisadi inkişaf
üzrə Dövlət Proqramı”nın (2003-2005-ci illər)
təqdimat mərasimindəki çıxışında Azərbaycan
iqtisadiyyatının gələcək inkişafının strateji məqsədini və istiqamətlərini
müəyyən edərək demişdir:
“Bazar iqtisadiyyatı bütün
sahələrdə inkişaf etməlidir.
Neft fondu onun inkişafının təminatçıdır.
Ancaq eyni zamanda bizim qeyri-neft
sektorunda da böyük imkanlarımız vardır. Bu imkanlardan istifadə etməklə
qeyri-neft sektorunu inkişaf etdirmək, yoxsulluğu
və işsizliyi azaltmaq
bizim vəzifəmizdir”.
Prezident İlham Əliyev özünün
“Azərbaycanda sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” 24 noyabr 2013-cü il tarixli fərmanında
Heydər Əliyevin qarşıya qoyduğu
strateji vəzifəni yerinə yetirmək
üçün həyata keçirilməsi
vacib olan tədbirləri
müəyyən etməklə
özünün Heydər Əliyev siyasətinə
sadiqliyini və bu
siyasəti davam etdirəcəyini bəyan
etdi.
Bu
fərmana uyğun olaraq,
Prezident İlham
Əliyevin təşəbbüsü və rəhbərliyilə
qəbul edilmiş proqramları (2004-2008;
2009-2013) həmin strateji xəttin
reallaşmasının başlıca təşkilati-iqtisadi
vasitəsinə çevrildi, neft strategiyasının və islahatların həyata
keçirilməsində həlledici mərhələ oldu.
Bu
proqramların reallaşması nəticəsində respublikamız
bazar iqtisadiyyatına keçid
vəzifələrini müvəffəqiyyətlə yerinə
yetirmiş, dünya
iqtisadiyyatına hərtərəfli inteqrasiya
olunmuş, dünyanı narahat
edən davamlı inkişaf, işsizlik və yoxsulluq
problemlərinin həllində böyük
müvəffəqiyyətlər
qazanmışdır. Respublikamızın maliyyə
imkanları artmış, o kapital idxalına möhtac
olan ölkədən böyük
maliyyə ehtiyatlarına malik kapital ixrac edən ölkəyə
çevrilmişdir.
Regionların
inkişafı üzrə birinci və ikinci dövlət proqramlarını müvəffəqiyyətlə
yerinə yetirilməklə 10 ildən artıqdır ki, Azərbaycan iqtisadi inkişaf, əhalinin rifahının
yaxşılaşması, davamlı insan
inkişafı, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi səviyyəsini əks etdirən göstəricilərin artım sürətinə görə
dünyanın 10 sürətlə inkişaf
edən ölkəsi sırasındadır. Azərbaycan beynəlxalq
miqyasda da kifayət qədər
layiqli yer tutmuşdur. 2013-cü ildə “Qlobal
rəqabət qabiliyyətlilik indeksi”nə görə Azərbaycan
dünyada 46-cı yeri,
MDB-də birinci yeri tutmuşdur.
Beynəlxalq
Telekommunikasiya ittifaqının “İnformasiya cəmiyyətinin
ölçülməsi-2012” hesabatında Azərbaycan
“İKT inkişaf indeksi”nə görə
əvvəlki mövqeyindən 6 pillə yüksələrək
155 ölkə arasında 68-ci yeri tutmuş, 10 ən dinamik inkişaf edən ölkə arasında öz yerini möhkəmlətmişdir”. Bütün bu nailiyyətlərin qazanılmasında
respublikamızda aparılan düzgün regional siyasət müstəsna rol oynamışdır və yenə
oynayır.
Müstəqillik
illərində regionların inkişafına aid
apardığımız təhlil bizə belə bir qənaətə gəlməyə əsas
verir ki,
respublikamızda regional siyasət birinci növbədə
iqtisadiyyatımızın tarixi inkişaf xüsusiyyətlərini, 80-ci illərin
axırları və 90-cı illərin birinci
yarısında dərin hərtərəfli
böhran vəziyyətini, dünyada gedən qloballaşma
proseslərini və ölkəmizin maliyyə-investisiya
imkanlarını nəzərə almaqla
aparılmışdır. Həmin proqramların tamamilə
yerinə yetirilməsi respublikanın bütün
regionlarının inkişafında bir çox yeni keyfiyyətlərin
əmələ gəlməsinə səbəb olmuşdur.
Əvvəla,
bütün regionlarda
iqtisadiyyatın gələcək inkişafı, güclü sənaye potensialının
yaranması və əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsi üçün əsas
ola bilən güclü
istehsal və sosial infrastruktura yaranmışdır (neft və qaz kəmərləri,
dəmir yol, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizi,
olimpiya idman kompleksləri,
məktəblər, səhiyyə obyektləri və i.a.). Ən başlıcası güclü
energetika sistemi
formalaşmışdır (14 elektrik
stansiyası tikilmiş, elektrik
stansiyalarının gücü 21%
artmışdır) ki, hər bir regionda özünün
energetika bazası yaranmışdır.
Bu da regionlarda məhsuldar qüvvələrin gələcək
inkişafının hərəkətverici qüvvəsidir.
İkincisi, keçən illərdə regionlarda qeyri-neft sektoruna aid başlıca olaraq kiçik və orta müəssisələr tikilmiş,
bunların böyük bir
hissəsi, əsasən kiçik və orta şəhərlərdə yerləşdirilmişdir.
Respublikada fəaliyyətdə olan 2700 sənaye
müəssisəsinin təqribən 45 faizi
regionlarda, əsasən kiçik
və orta sahələrdə
(Naxçıvan, Ağstafa, Şəmkir,
Zaqatala, Qazax, Qəbələ,
Şamaxı, Xaçmaz, Lənkəran,
Masallı, Biləsuvar, Şabran,
İsmayıllı, İmişli) yerləşdirilmişdir.
Bunlar da 2008-ci ildən başlayaraq
əvvəllər aqrar mərkəz olan kiçik şəhərlərdə
yeni istehsal və xidmət
müəssisələrinin yerləşməsi, onların sənaye
və aqrar sənaye mərkəzləri kimi inkişafına, yeni
şəhər və qəsəbələrin yaranmasına səbəb
olmuşdur.
Son 12 ildə respublikada
9 yeni şəhər yaranmış,
şəhərlərin sayı 69-dan 78-ə, qəsəbələrin
sayı 2 dəfə artaraq 130-dan 261-ə
çatmışdır. Respublikamızda hər min kvadratkilometr əraziyə 3 qəsəbə və
demək olar ki, bir şəhər düşür.
Digər
tərəfdən, tikilmiş və tikilməkdə
olan müəssisələr regionların
inkişafında fərqlərin müəyyən dərəcədə
azalmasına və tarazlı regional inkişaf proseslərinin başlanmasına səbəb
olmuşdur. 2009-2013-cü illərdə tikilmiş müəssisələrin və ümumi investisiya qoyuluşunun 70 faizdən çoxu Abşerondan kənar
iqtisadi rayonların payına düşmüşdür. Son
illərdə ÜDM-in ümumi
artımına nisbətən qeyri-neft sektorunda məhsul istehsalının daha sürətlə artması da regionların tarazlı inkişafına
müsbət təsir göstərmişdir.
Nəticədə, Abşeron
iqtisadi rayonunun
Bakı şəhərilə birlikdə əsas kapitala investisiya qoyuluşunda xüsusi
çəkisi 2003-cü ildəki 94,6 faizdən 2012-ci ildə
67,5 faizə, 2013-cü ildə 64,2 faizə düşmüşdür.
ÜDM istehsalında 2008-ci ildəki
müvafiq olaraq
81 faiz, 2012-ci ildə 74,4 və 2013-cü
ildə 70 faiz olmuşdur.
Beləliklə, ÜDM istehsalında da
regionların xüsusi çəkisi
sürətlə artmaqdadır.
Dağlıq
Qarabağın və ona yaxın bir neçə rayonun Ermənistanın
işğalı altında olması regionların iqtisadi göstəricilərdə xüsusi çəkisini azı 4-5 faiz aşağı salır. Əgər bu cəhəti də nəzərə alsaq onda Abşeron
iqtisadi rayonunun
Bakı şəhərilə birlikdə xüsusi
çəkisi təqribən
ÜDM üzrə 66 faizə, sənaye məhsulu
istehsalında 84-85 faizə, əsaslı kapital
qoyuluşunda təqribən 60 faizə
düşə bilər. Bütün bunlar 2009-2013-cü illərdə regionların
tarazlı inkişafı vəzifəsinin yerinə yetirilməsində
xeyli nailiyyətlər
qazanıldığını göstərir.
Üçüncüsü, 2009-cu ildən başlayaraq bir çox orta və böyük şəhərlərdə sənayenin
müxtəlif sahələrinə aid nisbətən
böyük müəssisələr (Gəncə
alüminium istehsalı zavodu,
Bakıda Gəmiqayırma və Məişət
tullantıları emalı zavodları, Sumqayıtda 20-yə qədər müəssisəni birləşdirən
Texnopark, Qaradağda sement zavodu, Şirvan şəhərində 800 min kvt gücündə istilik elektrik stansiyası,
Bakıda 409 min kvt.
gücündə Şimal 2 elektrik stansiyası, Sumqayıtda 525 mvt gücündə elektrik
stansiyası tikilmiş və tikilməkdədir.
Bunlar da yaxın gələcəkdə sənayenin ərazi
təşkilində yeni keyfiyyətlərin
yaranmasına, Qaradağ-Səngəçal-Ələt qəsəbələri
bazasında böyük ərazi-istehsal komplekslərinin
formalaşması və sənaye istehsalının səmərəliliyinin
yüksəlməsinə əlverişli şərait
yaradır.
Prezident İlham Əliyev
2011-ci ildə sosial-iqtisadi inkişafın
yekunlarına həsr edilmiş konfransda sənaye müəssisələrinin
tikintisində əldə olunmuş nailiyyətləri
xüsusi qeyd etmiş və demişdir:
“Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzun müddətli
strategiyamızı müəyyən edəcəkdir”. Beləliklə, bu müəssisələr
və yeni tikilən nisbətən böyük müəssisələr Azərbaycanın
müasir sənaye siyasətinin həyata
keçirilməsində mühüm rol oynayır. 2014-cü ilin
Respublikamızda sənaye ili elan edilməsi və bu
istiqamətdə həyata keçirilən tədbirlər
bu çox vacib sahənin inkişafına yaxın illərdə
də böyük diqqət yetiriləcəyini
göstərir.
Bu
yaxınlarda Prezident İlham
Əliyev İran İslam
Respublikasının Prezidenti ilə
görüşündəki çıxışında Azərbaycanın
uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədinin
respublikamızı hərtərəfli inkişaf
etdirməkdən, zəngin və iqtisadi cəhətdən
qüdrətli dövlətə
çevirməkdən ibarət olduğunu
bir daha qeyd etdi. Bu
məqsədə çatmağın əsas istiqamətləri
də Azərbaycan hökumətinin sosial-iqtisadi
inkişaf konsepsiyasında çox
aydın müəyyənləşdirilmişdir. Bunlar iqtisadiyyatın çoxşaxəli,
davamlı və innovasiya yönümlü
inkişafından, onun modernləşməsi,
səmərəliliyinin və rəqabət qabiliyyətinin
artmasından ibarətdir.
İndi əsas vəzifə bu
strateji xəttin regionların
inkişafına düzgün tətbiqindən,
həm də elmi qüvvələrin səylərini
bu vacib vəzifələrin
yerinə yetirilməsinə səfərbər etməkdən
ibarətdir.
Əli NURİYEV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.5.