O, uşaqlar
üçün böyük
kino yaradırdı
Şamil Mahmudbəyov – 90
Sakit və təvazökar insan idi. Kinostudiyanın dəhlizlərində görünəndə elə bilirdin ki, adi bir insandır. Amma Şamil müəllim böyük
sənətkar idi. Onun filmləri
kino sənətimizin çox dəyərli nümunələridir.
Ümumiyyətlə, Şamil Mahmudbəyovun milli kino sənətimizin
inkişafında əvəzsiz xidmətləri
var. Məhz
ona görə də bu günlər Əməkdar
incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Mahmudbəyovun 90 illik yubileyini xalqımız təntənə
ilə qeyd edir.
1924-cü il dekabrın 5-də Bakıda doğulmuşdu.
Orta məktəbi
bitirən il müharibə qapını döydü. Şamil Dəmiryol Texnikumuna qəbul olunsa da, məktəbi
bitirməmiş könüllü olaraq cəbhəyə yollandı və müharibənin sayagəlməz
mərhumiyyətləriylə üzləşməli oldu. Qroznıda hərbi-texniki məktəbə
üz tutdu. Sonra isə onu Birinci Ukrayna Cəbhəsinə
göndərdilər. Döyüş yolu
müxtəlif cəbhələrdən
keçdi, yaralandı, neçə dəfə
ölümlə üz-üzə
dayandı. Amma tale onu Azərbaycan kinosu üçün
qorudu. Ümumiyyətlə, cəbhə xatirələrindən
danışmağı
xoşlamırdı. – Vuruşmuşuq da, – deyirdi, – hamı necə, mən də elə.
1945-ci ildə yaralanan, sağalıb
yenə hərbi hissəyə
qayıdan Şamil Mahmudbəyov dinc həyata üç il sonra - 1948-ci ildə qayıtdı.
İlk iş yeri də Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyası) oldu. Studiyada
işlədiyi bir il ərzində
rejissor assistenti kimi ətrafdakıların diqqətindən
yayınmadı. Onu Moskvaya
- Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq
fakültəsində oxumağa göndərdilər.
Sovet kinosunun Sergey Gerasimov, Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov ilk kursdaca kinoda
təsadüfi adam
olmadığını isbata yetirmişdi, ekrana ciddi münasibəti, düşüncə tərziylə
diqqəti çəkmişdi.
Bakı kinostudiyasına
qayıdanda artıq Azərbaycan kinosunda yeni canlanma ilə
üzləşdi. Moskvada peşəkar təhsil almış Şamil Mahmudbəyov
bu
axına qoşularaq
milli kinomuzun bir çox dəyərli əsərlərinə ekran həyatı verdi. Doğrudur, ilk vaxtlar ona böyük ekran əsərləri yaratmağı etibar
etmirdilər. Çünki studiyada Hüseyn
Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov kimi Moskvada təhsil
almış rejissorlar
çalışırdılar.
Əvvəlcə “Görüş” (1955), “Qara
daşlar” (1956) filmlərində ikinci rejissor işləmişdi,
özünü
sınamaq xətrinə poçtla
kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan
uzunömürlüləri, Naxçıvanda sosializm
quruculuğu
haqqında sənədli
filmlər çəkmişdi.
Əslində həmin filmlərı özü də xoşlamırdı. Elə ilk bədii filmi “Sol gediş” də yaddaşlarda çox yaşamadı. 1963-cü ildə Şamil müəllim ilk
tammetrajlı filmini
çəkdi. “Romeo mənim qonşumdur”
adlı bu ekran əsəri bəstəkar Rauf
Hacıyevin eyniadlı musiqili komediyasının motivləri əsasında
ekranlaşdırılmışdı. Maraqlı film idi. Rejissor bu əsərin
ümumi ahəngini saxlasa da maraqlı detallarla onu daha da
zənginləşdirə bilmişdi.
“Şərikli
çörək” filmi Azərbaycan kinosunun qiymətli nümunələrindəndir.
Filmdə söhbət
müharibə dövrünün
uşaqlarından gedir. Demək olar ki, filmin qəhrəmanı
da müaribə
dövrünün Bakısıdır. Rejissor uşaqlarla işləməyi çox
sevirdi. Bu filmdən əvvəl çəkdiyi “Qaraca
qız”da da
uşaqlar onun sevimli qəhrəmanları idi.
Şamil müəllim deyirdi
ki, uşaqlarla işləmək çətin olduğu
qədər də maraqlıdır.
Onun
filmlərindəki uşaqlar elə bil professional
aktyorlardır. 1970-ci ildə ekranlara
çıxarılan “Şərikli çörək” filmi əslində
uşaq filmi deyil, amma uşaqlar filmdə
hadisələrin əsas
iştirakçılarıdır. Onlar zamanın, dövrün
ağrılarını yaşayırlar. Həm də elə
məharətlə yaşayırlar ki,
tamaşaçı
onların ifasına, əsl
mənada, heyran olur. Şamil müəllim deyirdi ki, “ Çəkdiyim filmlərdə vətəndaşlıq
ideyasını, humanistliyi, insanlarda gözəlliyi axtarmışam.
Ekranı uşaqlar və yaşlılar
arasında bölmək düzgün deyil. Film vahid kino
əsəridir. Uşaq auditoriyası üçün
nəzərdə tutulan filmlərdə
“yaşlı” filmlərin davam etdirdikləri
işin bünövrəsi qoyulur. Həmin filmlərdə gələcəyin qurucuları tərbiyə
olunur, onlarda
yaradıcı əməyə, kollektivçiliyə məhəbbət oyadılır və
s. Uşaqlar üçün ən yaxşı filmlərin nəcib rolu
da bundan ibarətdir."
“Şərikli
çörək” filminə görə ona Dövlət mükafatı verildi. Əfsus
ki, bu filmin dövlət
mükafatçıları arasında rejissorun “kəşf
etdiyi” Qırçı Məhəmməd
rolunun ifaçısı Fazil
Salayevin adı yox idi. Rejissorun ekran həyatı verdiyi filmlər arasında “Həyat bizi sınayır”, “Torpaq.
Dəniz. Od. Səma”, “Skripkanın sərgüzəştləri”
kimi bədii filmlər də var
idi. Şamil müəllim ara-sıra aktyor kimi də filmlərdə çəkilirdi. “Fəryad” filmindəki erməni həkim rolu bu cəhətdən əlamətdardır.
Şamil Mahmudbəyov həyatla
barışmış adam idi, ömrünün ən yaxşı
çağlarında, istedadı, imkanı müqabilində
arzuladıqlarını gerçəkləşdirə bilməyən
sənətçi hələ
sağlığında ikən az qala hamı tərəfindən unudulmuşdu. Özünü
gözə soxmağı
xoşlamazdı, yüksək kürsüləri, televiziya
ekranlarını sevməzdi, gördüyü
işləri dilinə gətirməyi belə özünə
ar bilərdi. 73 yaşında
dünyasını dəyişdi. Amma bizlərə gözəl əsərlər qoyub getdi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 14 dekabr.- S.7.