Heydər Əliyev və
müasir
Azərbaycan dövlətinin
yüksəlişi
Mən tam səmimi olaraq etiraf eləmək istəyirəm ki, ulu öndər haqqında düşüncələrimi bölüşməyə, bildiklərimi qələmə almağa hər zaman daxili tələbatım olub. Lakin xatırladıqca əməllərinin əzəməti, xidmətlərinin nəhəngliyi qarşısında özümü zəif hiss etdiyimdən bu dahi şəxsiyyət barəsində söz deməkdə mənəvi acizliyimi hiss edirəm.
Hər dəfə
Heydər Əliyevi xatırladıqca xəyalımdan keçən
ilk fikir bu olur ki,
o, Azərbaycan qurtuluş
savaşının öndəridir! Həm də
başqalarından məntiqi cəhətdən fərqli olaraq mən ulu öndərin
hakimiyyət illərini xalqın dövlətçilik tarixində
misilsiz xidmətlərinə görə
dövrlərə bölmədən onu
azərbaycançılıq ideologiyasının banisi, Azərbaycan dövlətinin yaradıcısı
hesab edirəm. Əminəm ki, ulu öndər Azərbaycan
tarixinin bütün
dövrlərində mübağiləsiz olaraq
əbədi lider kimi
səciyyələnəcək.
Sovet dönəmində hələ Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsinə rəhbərliyi
dövründən Heydər
Əliyev azərbaycançılıq məfkurəsinin əsaslarını
qoymağa nail olmuş, o vaxta
qədər mövcud olan
mənfur stereotipləri məhv etməyi
bacarmışdır. Yabançı qüvvələri məharətlə
Azərbaycanın təhlükəsizlik sistemindən
uzaqlaşdırmaq, milli qüvvələri
bu orqanlara cəlb etməklə
xalqımızın zəka sahiblərinə açılan yollarda mayak olmaq kimi şərəfli
bir missiyanın öhdəsindən
layiqincə gələ bilmişdir.
Azərbaycan
xalqının çox çətin
sınaq dövrləri və bu dövrlərin
ayrı-ayrı rəhbərləri olmuşdur.
Lakin Azərbaycan
tarixində öz rəhbərləri tərəfindən
törədilən milli faciələr zəminində
məhz xalqın təkidi ilə hakimiyyətə gətirilən
və “ ...mən Azərbaycanın bu
ağır vəziyyətində yükü
öz üzərimə götürürəm
və yaşadığım müddətdə
xalqım üçün
çalışacağam...” kimi cəsarətli
və taleyüklü fikirləri Heydər
Əliyevdən başqa heç
kim deməmişdir. Bu
kəlmələri işlətmək üçün
ulu öndərin timsalında xalqın seçdiyi əvəzsiz lider
olmaq tələb olunur.
Xatırlatmaq
yerinə düşər ki, hətta Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olarkən
o zamankı totalitar mühitin sahiblərinə belə azərbaycançılıq
ideologiyasının danılmazlığını təlqin
edə bilmiş və bunun
nəticəsi olaraq 1978-ci ildə ulu öndərin təşəbbüsü və
rəhbərliyi ilə Azərbaycan
dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan
Konstitusiyasına daxil edilmiş
və təsbit olunmuşdur.
Mən bəşəriyyətin
ən qorxunc imperiyası olan
sovet imperiyası dövründə ulu öndərin bu qəhrəmanlığını
Sakarya döyüşlərində Qazi Mustafa Kamal
Raşa Atatürkün
qəhrəmanlığı ilə eyniləşdirirəm. Zaman hər şeyi arxada qoyur və insanlara unutdurur. Unutmaq istəmədən buna
məcbur edildiyimiz tarixi
anlar çox olub.
Sovet imperiyasının bizə dilimizi, milli mənsubiyyətimizi
unutdurmaq istədiyi məqamda Tanrı ulu öndəri xalqımıza bəxş etdi, şəxsi şücaəti və siyasi ustalığı sayəsində Heydər
Əliyev milli yoxluq təhlükəsinin
qarşısını almağa nail oldu.
Həmin
dövrdə quruculuq, yeni
sənaye müəssisələri, yeni
yaşayış massivləri, yeni qəsəbələr,
İttifaq əhəmiyyətli zavodlar, mədəniyyət və incəsənət
sarayları və.s salınmış və təbii ki, bunların hamısı onun
adı ilə bağlı olmuşdur.
Şübhəsiz, bu işlər müxtəlif mərhələlərdən,
həm də o zamankı mərkəzdən
israrla tələb olunaraq
həyata keçirilirdi.
Bu mərhələlərin hər biri Azərbaycan tarixinin
şanlı səhifəsi, ulu öndərin
xalqımız qarşısında misilsiz
xidmətlərinin çox dəyərli
salnaməsidir.
Xalqın öz sevimli oğluna olan dərin inamı
günbəgün artır və bu inam hətta xalqın mandatı ilə onun adından ulu öndərin
qərarlar qəbul etmək səviyyəsinə qədər
yüksəlir.
20 Yanvar
faciəsindən dərhal sonra Moskvada xalqla birgə olduğunu, onun
ağır günündə ona mənəvi
dayaq durduğunu nümayiş etdirdi. Ulu öndərin Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə
gələrək tarixi
çıxış etməsi xalqı yenidən
düşünməyə, Heydər Əliyevin timsalında xilaskar və həqiqi liderin
mövcudluğu barədə gerçəkliklərlə
hesablaşmağa bir stimul verdi. Bu,
ulu öndərin öz
xalqına, Azərbaycanın dövlətçilik və milli ənənələrinə
bağlılığının bariz
nümunəsidir. Qürbətdə, özü müəyyən
sıxıntılar içində olduğu
halda, hər şeyi milli qürur və milli dəyərlərə qurban
verərək, o zamankı rejim
və onun rəhbərlərini ittiham edən ulu öndər
bir də Naxçıvan Muxtar
Respublikasının Ali Sovetinin
binası üzərində ucaltdığı
üçrəngli bayrağımızla təkrarən tarixi dövlətçilik ənənələrinə,
milli əqidəmizə sədaqətini və
sarsılmaz bağlılığını göstərdi. Bu, o zaman
ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri olarkən xüsusi qərarla həyata
keçirilən ilk presidenti
idi.
Azərbaycan ərazisində
1918-20-ci illər Xalq Cümhuriyyətinin
bayrağı ilk dəfə rəsmi olaraq Heydər Əliyev tərəfindən
dalğalandırılmışdır. Bunun
əlavə şərhə ehtiyacı yoxdur.
Ulu öndər təkrarsız lider olduğunu müstəqil
Azərbaycan dövlətini qurduğu illərdə
bir daha sübut etdi.
Doğrudur, keçmiş sovet geosiyasi məkanında
mövcud olan respublikalar müstəqillik əldə etdilər.
Lakin
onların əksəriyyətindən fərqli olaraq, Azərbaycan formal deyil, faktiki olaraq öz müstəqilliyini
qoruyub saxladı. Heydər Əliyev parlaq dühası qarşısında məkrli
daxili və xarici
qüvvələr Azərbaycanın tam
müstəqil dövlət kimi mövcudluğuna mane ola bilmədilər.
Azərbaycan
xalqının milli xüsusiyyətlərini
dərindən bilən Heydər Əliyev xalqa
güvənərək bu qüvvələri
tərkisilah edə bildi, dövlətin bütün mövqelərdə tam müstəqilliyini qoruyub
saxladı və müstəqillik prinsipini
bir milli ideologiyaya çevirməyi bacardı.
Ulu öndərin taleyinə ikinci dəfə
də dövlət qurmaq kimi
tarixi bir missiya düşdü və
o, bu təhəddüdlərin
öhdəsindən layiqincə, mən dəyərdim ki, hələ artıqlaması ilə gəldi.
Ölkədə əvvəlki hakimiyyətlərin miras qoyub getdiyi
hərc-mərclik, xaos, separatizm,
silahlı qruplaşmalar, Azərbaycanın müstəqilliyinə
ikrah hissi ilə baxan və onun mövcudluğu üçün
real təhlükə yaradan
bütün qüvvələr
neytrallaşdırıldı. Dövlətə məxsus ən
sivil, dünyəvi, demokratik
prinsiplərə söykənən atributların təsbit
olunması istiqamətində ulu öndər səylərini əsirgəmədi. Nəticədə
xalqın milli maraqlarına uyğun bir unitar dövlət qurmağa
müyəssər oldu.
Bütün bunlar ulu öndərin gərgin fəaliyyəti və
tükənməz enerjisi hesabına başa gəlirdi. Bir tərəfdən, Qarabağ münaqişəsinin həllində
ətaləti aradan qaldıraraq, məsələyə
yeni müstəvidən yanaşmaq
xəttini qəbul elətdirmək, digər tərəfdən,
sosial-iqtisadi sistem
formalaşdırmaq və müstəqil dövlətə xarakterik olan özünəməxsus
ictimai-siyasi mühit yaratmaq lazım idi. Bütün bunları
Heydər Əliyevin şəxsiyyəti fonunda
həyata keçirmək, həm də çox
qısa bir zamanda başa çatdırmaq mümkün
oldu.
“Bişkek paktı”, Heydər Əliyevin rəhbərliyi
ilə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul olunması, Milli Ordunun qurulması, yeni dövlət təsisatlarının
yaradılması, “Əsrin müqaviləsi” və.s kimi tarixi mərhələləri
xalqımız Heydər Əliyevin rəhbərliyi altında qısa bir
zaman kəsiyində başa
vura bildi.
İndi bütün
bunları xatırladıqca anlamaq olur ki, ulu
öndər üçün dövlət
başçısı olmaq, vəzifə,
rəhbər işlər milli maraqlar naminə olan məqsədlərə
çatmaqda bir vəsilə
rolunu oynamışdır.
Təbii ki, nəinki bir yazıya, heç cildlərlə ədəbiyyatlara sığışmayan bu və ya digər xidmətlərinə görə Heydər Əliyev xalqımızın böyük və dahi oğlu olaraq qalacaq, Azərbaycan dili, müstəqil Azərbaycan dövləti yaşadıqca, o da yaşayacaqdır.
Mürsəl ƏLİYEV,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Mineral
Xammal Elmi-Tədqiqat İnstitutunun
direktoru,
texnika elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 14 dekabr.- S.5.