Heydər Əliyev və Azərbaycanın iqtisadi

inkişaf strategiyasında sistemli transformasiya

 

Hər bir cəmiyyət insanlar arasında iqtisadi, siyasi, sosial, mənəvi əlaqələrdən yaranan ictimai varlıqdır. Sosial sahənin iqtisadiyyatla, iqtisadiyyatın siyasətlə, mənəviyyatın siyasətlə, bir sözlə, bunların hamısının bir-biri ilə üzvi əlaqələrindən cəmiyyət yaranır.

İqtisadi həyatda baş verən dəyişiklikləri müntəzəm izləsək də, onların həqiqi səbəblərinin izahı və müxtəlif mərhələlərdə real nəticələrinin irəlicədən proqnozlaşdırılması o qədər də asan deyil. Çünki mahiyyət iqtisadi proseslərin, dəyişikliklərin səthində deyil, onların daxilində, görünməyən tərəfində, məzmununda təzahür edir. Həqiqi mahiyyət dəyişiklikləri yalnız elmi tədqiqat yolu ilə aşkara çıxarıla bilər.

 

İqtisadi fikir bəşər tarixi qədər qədimdir. Həqiqi iqtisadi biliklər və fikirlər sivilizasiyanın ilk mərhələlərindən yaranmağa başlamışdır. İqtisadi şəraitin dəyişkənliyi, onun davamlı inkişaf meyli uyğun iqtisadi düşüncə tərzinin formalaşmasını tələb edir. İqtisadi fəaliyyətin üç səviyyəsini (maddi predmet, idarəetmə və dərketməni) bir-birindən fərqləndirməklə iqtisadi təfəkkür iqtisadi fikrin irəliləyən hərəkət prosesi olaraq iqtisadi gerçəkliyə baxışlar və müəyyən ideyalar sistemini özündə ehtiva edir.

Kapitalist münasibətlərinin təşəkkül tapdığı dövrdə iqtisadiyyatın ayrıca bir elm sahəsi kimi formalaşmasına əlverişli şərait yarandı. Tarixi faktlar və məntiqi ümumiləşdirmə bütöv elmi sistemin formalaşması prosesinin bir neçə mərhələdən keçdiyini göstərir.

Merkantilistlər əsas diqqəti ölkənin və dövlətin xəzinəsinə, daha çox qiymətli metallar yığılmasına, nəzəri cəhətdən isə ticarətin və pul tədavülünün iqtisadi qanunauyğunluqlarının öyrənilməsinə yönəltmişdilər. Əsası fransız təbiətşünas alim Fransua Gene tərəfindən qoyulmuş fiziokratlar məktəbinin nümayəndələri sərvətin yaradılması və artırılması mənbəyini ticarət, alqı-satqı prosesindən bilavasitə istehsal prosesinə, kənd təsərrüfatı sahəsinə keçirməyi iqtisadiyyatın inkişafının başlıca şərti hesab edirdilər.

Vilyam Petti, Adam Smit, David Rikardo kimi iqtisadçılar iqtisadiyyatı sistem şəklində tədqiqat obyektinə çevirərək, merkantilistlərdən və fiziokratlardan fərqli olaraq iqtisadiyyatın sərbəst bazar qanunları və rəqabət əsasında inkişaf etdirilməsi ideyasını irəli sürdülər. Zaman keçdikcə iqtisadi inkişafın aparıcı amillərini araşdırmaq və onların kompleks halında inkişafa təsirini öyrənmək ön plana çıxdı. Klassik sintez adı ilə iqtisadi fikir tarixinə daxil olan həmin istiqamətin J.SeynN.SeniorunÜçlü formula”ları dayanır. Onlar hesab edirdilər ki, ölkənin gəlirlərinin və onun artırılmasının mənbəyi üç amildən - əmək, torpaqkapitaldan asılıdır.

İqtisadi hadisə və proseslərin qarşılıqlı asılılıq halında təhlili və tədqiqi iqtisadiyyatda diferensial hesablamaların riyazi metodlarını diqqət mərkəzinə keçirdi. “Kembric iqtisad məktəbi”nin yaradıcısı A.Marşal, Nobel mükafatı laureatı L.Samuelson iqtisadi prosesləri qeyri-adi üsullarla sintezləşdirməklə neoklassik sintez konsepsiyasının əsasını qoydular. Bu nəzəriyyəyə görə, bazar qiyməti üç amilin - tələb və təklifin, son faydalı nəticənin və istehsal xərclərinin təsiri altında formalaşır. Müasir elm ictimai həyatın istehsal-təsərrüfat sahəsində insanların davranışına daha güclüdaha sabit təsir edə bilən daxili hərəkətverici qüvvəni iqtisadi fikrin mühüm tədqiqat predmeti kimi qəbul edir.

Dünya təsərrüfatı yekcins olmayan mürəkkəb iqtisadi sistemdir. Bu sistemdə dövlətin sosial-iqtisadi təbiətinə görə üç qrup fərqləndirilir: inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələr (ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Kanadas.), inkişaf etməkdə olan dövlətlər (Cənubi Koreya, Sinqapur, Səudiyyə Ərəbistanı və s.), mərkəzləşmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid mərhələsində olan ölkələr (Rusiya, Polşas.).

Ötən əsrin sonunda dünyada elə radikal dəyişikliklər baş vermişdir ki, onların miqyası təkcə iqtisadisiyasi sahələri deyil, bütövlükdə cəmiyyətin, təhsil, sivilizasiya və təfəkkür sistemlərinin əsaslarını əhatə etmişdir. Qloballaşma, hamılıqla inteqrasiya ideyaları ətrafında yer almış yeni anlayışların formalaşması prosesinin davam etməsinə baxmayaraq, artıq çoxları aydın dərk etmişdir ki, yeni inkişaf, yeni münasibətlər, yeni hədəflər erası başlamışdır. Dünya siyasəti kollektiv təhlükəsizliyin, təbii resursların ədalətli bölgüsünün prioritetə çevrildiyi uzlaşdırılmış konsepsiyaların reallaşdırılmasını hədəfə almışdır. Tarixi təcrübə də göstərir ki, vahid dünya, bəşəri vəhdət ideyaları hansısa fövqəldövlətin ekspansionist, hegemonçuluq iddialarına qurban verilə bilməz.

SSRİ və onun müttəfiqlərinin “soyuq müharibə”də məğlubiyyəti dünyanın siyasi mənzərəsini dəyişməklə yanaşı, nəticə etibarilə beynəlxalq münasibətləri də yeni məcraya yönəltdi, ciddi siyasi-iqtisadi proseslərə yol açdı. Yeni dünya nizamı yaradılmasının əsas meyarları və hədəfləri ola bilsin ki, bu gün o qədər də aydın dərk olunmur, lakin onun konturları bəllidir, müasir cəmiyyətlər firavansabit dünya quruculuğu yolundan dönmək niyyətində deyil. Dünya birliyi gələcək nəsillərin həyatı üçün daha təhlükəsiz, qanunun aliliyinə ciddi əməl edilən ümumi məkanda daxili inteqrasiyada maraqlıdır. Hamıya aydındır ki, dövlətlərarası münasibətlər hüquq bərabərliyi əsasında deyil, dövlətlərin iqtisadisiyasi təsir gücü ilə müəyyən edilərsə, həqiqi hüquq bərabərliyi və yeni dünya nizamı heç vaxt gerçəkləşə bilməz. Odur ki, bu gün müxtəlif cərəyanların ideoloqları, sosial-demokratlar, kommunistlər, mühafizəkarlar təmas nöqtəsi tapmağa çalışır. Humanist ideyaları, liberalsosialist ictimai fikri, Qərb dünyagörüşü ilə Şərq etiketini birləşdirə biləcək konsepsiyaların axtarışı davam edir. Ötən əsrin sonunda müstəqillik qazanmış Azərbaycan da çağdaş dövrün tələblərinə etinasızlıq göstərə, millətin maraqlarına toxunan, dövlətçiliyin taleyi ilə sıx bağlı olan bu proseslərdən kənarda qala bilməz, etinasızlıq göstərə bilməzdi.

Tədqiqatçılar SSRİ-nin süqutunu yalnız 15 suveren dövlətin yeni tarixinin başlanğıcı kimi deyil, həm də üçüncü minillikdə dünyanın geosiyasətinin, geoiqtisadiyyatının, geomədəniyyətinin, sivilizasiyaların yeni təməl üzərində dialoqunun başlanğıcı kimi qəbul edirlər.

Müstəqillik qazanmış Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəlində dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşən xalq 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevi təkidli tələblərlə yenidən hakimiyyətə dəvət etdi, ölkənin idarəçilik sükanını ona etibar etdi. Sovet cəmiyyətinin mahiyyətinə dərindən bələd olan ulu öndər yaxşı bilirdi ki, sistemin süqutunun əsas səbəblərindən biri təsərrüfatın postindustrial tipinin mühüm resursu olan intellektual kapital yaratmağaondan istifadə etməyə qadir olmaması idi. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf konsepsiyasında formalaşmaqda olan Azərbaycan cəmiyyətinin mahiyyəti milli siyasət, milli təhlükəsizlik və postindustrial iqtisadi münasibətlərlə əlaqələndirilirdi. Bu səbəbdən də Azərbaycan 1993-cü ildən sonra öz resurslarını xalqın potensial ehtiyatlarının inkişafına yönəltmək imkanı qazandı.

İstənilən iqtisadi sistemin inkişafının son məqsədi cəmiyyətin tələbatını ödəməkdir. Bütün istehsal prosesi, maddi nemətlərin istehlakı üçün cəmiyyətin sərəncamında olan resursların istifadəsi həmin məqsədin reallaşdırılmasına istiqamətləndirilir. Son məqsəd zaman və məkan kateqoriyaları nəzərə alınmaqla dörd qrupa bölünür:

- xalqın gündəlik həyatı ilə bağlı təcili məqsədlər (ərzaq təminatı, səhiyyə xidməti, sosial problemlərin həlli və s.);

- iqtisadi sistemin ilkin inkişafını təmin edəcək modelin əsas elementlərinin formalaşmasına xidmət edən qısamüddətli təcili məqsədlər;

- iqtisadi sistemin sabit və səmərəli fəaliyyətinə, ölkənin geniş sosial-iqtisadi inkişafına istiqamətlənmiş ortamüddətli perspektiv məqsədlər;

- beynəlxalq iqtisadi inteqrasiyanın tələblərinə bütünlüklə cavab verən sosial-iqtisadi inkişaf mərhələsinə keçidi təmin edən uzunmüddətli son iqtisadi məqsəd.

Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin rəhbərliyi altında mülkiyyət üzərində dövlətin inhisarçı mövqeyini ləğv və xüsusi mülkiyyəti bərqərar etməklə sovet sisteminin çökməsindən sonra dərin tənəzzül keçirən iqtisadiyyatın dirçəlməsinə nail oldubununla da qısamüddətli konkret məqsədləri uğurla reallaşdırdı. Heydər Əliyevin islahatlar kursunun diqqətəlayiq xüsusiyyətlərindən biri ondan ibarət idi ki, “hakimiyyət məntiqi” ilə “qazanc məntiqinin sintezi” dövlətin özəl - korporativ hakimiyyət üzərində nəzarəti altında həyata keçirilirdi. Beləliklə də özəl kapitalın dövlətçilik maraqlarını üstələməsinə imkan verilmədi. Strateji əhəmiyyət daşıyan müəssisə və sahələrin mürəkkəb geostrateji məkanda yerləşən ölkədə dövlətin nəzarətində qalması ölkənin iqtisadi müstəqilliyinin təminatı baxımından böyük əhəmiyyət kəsb edirdi. Lakin nəzərə almaq lazımdır ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk dövrdə Azərbaycan mürəkkəb, hətta ilk baxışda çıxılmaz görünən iqtisadi-siyasi reallıqla üzbəüz qalmışdı. Ardı-arası kəsilməyən xarici təzyiqlər, daxili böhran və xaos, hakimiyyət çəkişmələri, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı iqtisadiyyatı iflic vəziyyətinə salmışdı. Yaranmış dərin böhrandan çıxmaq həyati vəzifəyə çevrilmişdi. 1992-1993-cü illərdə iqtisadiyyatda tənəzzül o həddə çatmışdı ki, pul kütləvi bazardakı qiymət artımı fonunda dəyər funksiyasının böyük qismini itirmişdi. İnflyasiya hiperinflyasiya həddinə çataraq 1600 faizə yaxınlaşmışdı.

Azərbaycan iqtisadiyyatının inkişafında yeganə təkanverici rol oynayacaq sahə neft sənayesi və neft ehtiyatları idi.    

Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində ölkə daxilində siyasi sabitliyin bərqərar edilməsi, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatı verilməsi yeni neft strategiyasının işlənib hazırlanmasına və reallaşdırılmasına zəmin yaratdı. Heydər Əliyev 1994-cü il fevralın 4-də “Azərbaycanda dəniz, neftqaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncam dünyanın aparıcı neft-qaz şirkətlərinin Azərbaycana münasibətini dəyişməklə yanaşı, investisiya yatırımlarını stimullaşdıraraq “Əsrin müqaviləsi”nin imzalanmasına yol açdı.

Ölkənin zəngin karbohidrogen ehtiyatlarının mövcudluğunu nəzərə alan ulu öndər dahiyanə uzaqgörənlik və müdrikliklə müasir dinamik inkişafın əsasını təşkil edən yeni neft strategiyasının hazırlanmasını və reallaşdırılmasını təmin etdi. Dünyanın 11 aparıcı transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, onu həm də Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirdi. Beləliklə, Heydər Əliyevin təbirincə desək, əsrlər boyu neft ölkəsi kimi tanınan Azərbaycanın milli sərvəti - “qara qızıl” xalqın rifahının yüksəldilməsinə, ölkənin gələcək inkişaf məqsədlərinə istiqamətləndirildi:Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Transmilli xarici neft şirkətlərinin ölkəyə böyük məbləğdə investisiya yatırması, dünya siyasətində karbohidrogen resursları uğrunda gedən kəskin mübarizədən diplomatik məharətlə yararlanmaq, bu yolda ciddi qarşıdurma və açıq-gizli təzyiqlər önündə yenilməz siyasi iradə nümayiş etdirmək milli maraqlarımıza ciddi sədaqət nümunəsi idi. Heydər Əliyevin neft strategiyası da, dövlətçilik və geosiyasət konsepsiyası da Azərbaycan xalqının milli maraqlarına xidmət edirdi. Ulu öndər 1993-cü il iyun ayının 18-də ABŞ-ın aparıcı mətbuat orqanlarından biri olanÇikaqo - Tribun” qəzetinə verdiyi müsahibəsində demişdir: “Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin maraqlarından üstün tutmalıyıq”.

Neft strategiyası işlənib-hazırlanarkən qarşıya çıxan mühüm məsələlərdən biri də beynəlxalq səviyyədə danışıqlar aparmaq qabiliyyəti olan, Xəzər hövzəsində neft-qaz hasilatının perspektivinə xarici şirkətləri inandıra bilən, eyni zamanda, ölkənin maraqlarını arıdıcıl müdafiə etməyə qadir olan professional mütəxəssislərə və diplomatlara böyük ehtiyac duyulması idi. Bu məsul məqamda ümummilli lider cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin olunması haqqında sərəncam imzaladı. Hadisələrin sonrakı gedişatı bu addımın nə qədər doğru olduğunu sübuta yetirdi. Azərbaycanın o dövrdəki çətin durumundan istifadə edərək müqavilə imzalanarkən özləri üçün daha əlverişli şərtlər irəli sürən transmilli şirkətlərin əsassız iddialarının, güzəşt istəklərinin qarşısına birdəfəlik sədd çəkildi. Bu mənada həmin illərdə neft müqavilələri sahəsində danışıqlar prosesinə rəhbərlik etmiş, ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışmış cənab İlham Əliyevin fikirləri olduqca təqdirəlayiqdir: Neft müqavilələrini imzalayarkən mən, ilk növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunandan sonra texniki-iqtisadi problemlərin həllinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım”.

Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasında sistemli transformasiyanı dərin elmi məntiq əsasında reallaşdırmağı tövsiyə edirdi: “İstədiyimiz məqsədlərə çatmaq üçün vəzifə iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaqdanbu islahatlar vasitəsi ilə Azərbaycanın mövcud iqtisadiyyatını sərbəst iqtisadiyyat - bazar iqtisadiyyatı prinsipləri əsasında irəlilətməkdən ibarətdir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadi inkişafın dünya təcrübəsinin nəzəri və praktiki dərslərini nəzərə almaqla yanaşı, islahatlar kursunu həyata keçirərkən heç bir kənar tövsiyə buketinə və maddi stimullarla pərdələnmiş “kömək” təşəbbüslərinə etimad göstərmədi. Yəni tənəzzülün qarşısının alınmasının, dirçəliş istiqamətində reallaşdırılan tədbirlərin ağır yükü daxili resursların səfərbər olunması hesabına qaldırıldı. Resurslar, tranzit potensialı, təsərrüfatçılıq mexanizminin çevik transformasiyası, sahibkarlığın və sosial siyasətin genişlənməsinə dövlət qayğısı daxili mənbələrdən düzgün istifadə strategiyasının əsas prioritetləri idi.

Hər bir ölkədə müstəqil iqtisadiyyatın yaradılması həm iqtisadi, həm sosial-siyasi, həm də mənəvi məsuliyyət doğurur. İqtisadi məsuliyyətin, əmək və istehsal intizamının gücləndirilməsi, fərdi, kollektiv, ümumdövlət mənafelərinin bazar metodları ilə uzlaşdırılması, ölkənin iqtisadi müstəqilliyini, iqtisadi fəaliyyət azadlığını genişləndirməyin ilkin şərtləridir. Azad istehsal-təsərrüfat əlaqələri ölkədə köhnəlmiş istehsal-təsərrüfat formalarından uzaqlaşmağı, çevik istehsal, mütərəqqi əmək vərdişlərinin tətbiqini tələb edir. Bu isə müntəzəm potensial ehtiyatlar axtarmaq, qüvvəsi, yeni texnologiya, maliyyə vəsaitləri ilə çevik manevr deməkdir. Müasir dövrdə iqtisadi müstəqilliyin və mənəvi-hüquqi məsuliyyətin mahiyyəti də məhz bunda özünü ifadə edir.

Ulu öndər Heydər Əliyev bildirirdi ki, bazar iqtisadiyyatına keçid yalnız iqtisadi müstəqilliyin əldə edilməsi, bazar mexanizminin elementlərinin formalaşdırılması ilə məhdudlaşdırıla bilməz. Öncə, iqtisadi məsuliyyəti və mədəniyyəti formalaşdırmaq, mülkiyyət formalarının təşəkkülünə iqtisadi şərait yaratmaq, istehsal haqqında düzgün və müstəqil qərarlar qəbul etmək üçün istehsalçılara hüquq vermək, vətəndaşların rifahını təmin etmək gərəkdir.

İqtisadi yüksəlişin yeni texnologiyadanmüasir kreativ təfəkkürə malik kadrlardan asılılığı, real iqtisadiyyatda xüsusi mülkiyyət növlərinin üstün mövqeyi, rəqabət mühiti, makroiqtisadi müvazinətin həlledici əhəmiyyət kəsb etməsi industrialpostindustrial dövrün başlıca cəhətləridir.

Daxilixarici istehsal əlaqələrinin yeni iqtisadi məzmun kəsb etdiyini yaxşı dərk edən ümummilli lider Heydər Əliyev meqoiqtisadiyyata - beynəlxalq əmək bölgüsünün doğurduğu irimiqyaslı ərazi-təsərrüfat sisteminə xüsusi diqqət yetirməyi tövsiyə edirdi. İqtisadi-ərazi sisteminin istehsalfunksional sahələrə ayrılması nə qədər dərinləşirsə, onların qarşılıqlı əlaqələnməsi də bir o qədər güclənir. Bu sistemin formalaşmasında təbii, əmək, maddi, maliyyə və digər resurslar ilkin amillər kimi çıxış edir. Lakin ərazi-istehsal sistemi formalaşdırılarkən konkret tələblər, iqtisadi meyarlar, regional xüsusiyyətlər, istehsal amillərinin tətbiqi nisbəti mütləq nəzərə alınmalıdır. Azərbaycanda regional xüsusiyyətlər, əsasən belə qruplaşdırılır:

- torpaq, kapital əmək resurslarının strukturu;

- istehsal sahələrinin strukturu;

- məhsul növləri istehsalının ərazicə yerləşdirilməsi;

- ərazi üzrə istehsal olunan məhsulların təbii resurs potensialı.

Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında ictimai meyllər, hadisə proseslər tarixi şərait təbii resurslarla kompleks əlaqədə ümumiləşdirilir, istehsal-təsərrüfat fəaliyyətində, müxtəlif proqram layihələrin işlənib-hazırlanmasında diqqətlə nəzərə alınırdı.

 

(ardı gələn sayımızda)

 

 Həsən HƏSƏNOV,

Xalq qəzeti”nin baş redaktoru

 

Xalq qəzeti.- 2014.- 14 dekabr.- S.3.