İki fərqli siyasi sistemin lideri
Sovetlər Birliyinin çöküşündən sonra müstəqillik qazanan respublikaların hamısında yeni dövlət quruculuğunun başlıca ideyasını dünənin inkarı təşkil edirdi. Yaxşı xatırlayıram, o zaman Azərbaycan parlamentində köhnə “partnomenklatura” nümayəndələrindən biri tribunaya çıxaraq pafosla xalqa xitab edib belə bir fikir söyləmişdi: “İki dövrün qəhrəmanı olmaq mümkün deyil”. Bunu başa düşmək olar, çünki ictimai proseslərin xarakterində bir şüarçılıq və inqilabi əhval-ruhiyyə vardı.
Lakin ibarəli kəlamlarla silahlanan
xalq hərəkatının təmsilçilərinin
əsas məqsədi ölkəni xaosdan
çıxarmaq üçün real imkanlara malik olan siyasi
liderin qarşısını kəsmək
idi. Dövlətə rəhbərlik
etməyə haqqı olan gerçək
şəxsiyyətlərə inamsızlıq yaratmaq
üçün hər cür
vasitələrə əl atılırdı. Tarixin
ironiyasına baxın, totalitar quruluşun özündə yüksək mərtəbə
tutan bir sıra bürokratlar da yeni “inqilabçıların” rəğbətini
qazanmaq, şəxsi
toxunulmazlıqlarını təmin etmək üçün
“xalis demokratlar”a çevrilərək, keçmişi
qılınclamaqla məşğul idilər. Bu
mövqe savaşlarının, şəxsi
hikkə və qisasçılıq mübarizəsinin
altını çəkən isə xalq
oldu.
Lakin tarixi proseslərin gedişini
dəyişə bilməyən qüvvələr 1993-cü
ildə siyasi səhnəni tərk edəndə
hakimiyyət olimpinə qayıdan ulu
öndər özünün xilaskarlıq missiyası ilə
yanaşı, həm də sübut etdi ki, iki
fərqli siyasi sistemin
qəhrəmanı olmaq mümkündür.
Bəli, Heydər
Əliyevin şəxsi tərcümeyi-halının tutumlu bir hissəsi
dünyanın üçdə birinə nəzarət edən
Sovet imperiyasının
hökmranlığı dövrünə düşür.
Yetmiş il mövcud olan fərqli bir ideoloji sistemin
tarixdəki yerinə zaman-zaman fərqli
qiymətlər verilməkdədir. Lakin bir həqiqət danılmazdır ki, xalqına bağlı olan
insanların hansı quruluşda millətinə
başçılıq etməsinin heç
bir fərqi yoxdur.Bunu ədalətli
hakim olan zaman sübut edir.
Məgər müqəddəs
səmavi dinləri dünyaya gətirən
peyğəmbərlərin varlığı bunu
təsdiqləmirmi? Köləliyin hökm sürdüyü,
hüquqsuzluğun tüğyan
etdiyi cəmiyyətlərdə irəliyə
çıxıb, kütləni arxasınca aparmaq
qabiliyyəti hər bir insana
nəsib olmur. İndi,
az qala,
ayrı-ayrı şəxsiyyətlərin həyatı kimi tədqiq olunan tarixi simaların sırasında əbədi yerini tutan görkəmli
dövlət xadimi Heydər Əliyevin
adı Azərbaycan xalqı üçün
müstəsna əhəmiyyətə malikdir.
Ulu öndərə verilən qiymət, onun
xilaskarlıq və quruculuq missiyasına həsr
edilən kitablar heç
zaman son söz, bitkin və yekun fikir kimi
qəbul olunmayacaq. Şübhəsiz, hamımız bir dəyərli kitabı müxtəlif zamanlarda oxuyarkən onun səhifələrindəki
yeni mənanı tapıb heyrətlənmişik. Bax,
Heydər Əliyevə xalq münasibəti
də belədir – zaman keçdikcə ümummilli liderin böyüklüyünün yeni-yeni
qatları açılır.
Böyük adamlar zamanı
qabaqlayır və müqəddəs varlıqlar kimi hər dövr yeni obrazda, ayrı
biçimdə xəyallara qayıtmağı bacarırlar. Amma Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın dediyi kimi, ulu
öndərin bütün insani
keyfiyyətlərini və liderlik
istedadını tam açıb təhlil
edən kitablar hələ
yazılmayıb. Bunun səbəbi qələm
ustalarımızın ədəbi-bədii gücünün
yetərsizliyi deyil, sadəcə ulu öndəri sona qədər
dərk etmək və onun böyüklüyünün
sirrini anlamaq çox çətindir.
On minlərlə sadə əmək
adamının ötən əsrin 70-80-ci illərində qəhrəmanlıq
mərtəbəsinə ucalmaları, elmi-intellektual
elitanın məhz o dövrdə
formalaşması xalqın mənən böyüməsinin
gerçək nümunələridir. Onun
adı ilə zirvələrə yüksələn, medallar qazanan,yaxud siyasi uğura can atan hər kəs məgər
özündəki ali keyfiyyətləri səfərbər
etmirdimi? Tanınmış siyasətçilər
nəhəng dövlət xadimləri Heydər Əliyevin böyüklüyünü hörmət və
ehtiramla etiraf edirlər.
Həyatının
son illərində ulu
öndərin bütün fiziki
halı onu sevənlərin və məchulluq
axtarışında olanların baş
yaşantısıydı. Ağır-ağır nəfəs
alan bir insanı sona qədər təqib edərək, gündəlik
pulsunu, ürək döyüntülərini sayır və bir
adamın nəbzilə ölkəsinin gələcəyinə
diaqnoz qoymağa
çalışırdılar. Halbuki, unudurdular ki,
bu məmləkət 1993-cü ildə reanimasiyada can üstə olanda bütün fiziki varlığını Vətənə
köçürən bir böyük
dövlət xadimi vardı. Ulu öndərin qəlbini sürətlə
döyündürən və ona ruh verən yalnız bir
qüvvə vardı – VƏTƏN!
ABŞ Prezidenti Franklin Ruzvelt millətini ağır iqtisadi-siyasi
böhranlardan, II Dünya
müharibəsindən qalib
çıxarandan sonra həyatının
sonlarında iflic xəstəliyi
qazanıb əlil arabasına möhtac olsa da xalqının ona münasibəti dəyişmədi. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill də əlindəki əsaya
dirənərək yeriməli olmuşdu.
Şərq mentallığı isə rəhbəri belə
görkəmdə qəbul etmək istəmir.O nöqteyi-nəzərdən
yanaşanda Heydər Əliyevin bütün fiziki və mənəvi
varlığının mükəmməllik etalonuna çevrildiyini və
Tanrının sona qədər bu obrazı qoruyub saxlamağa ona imkan verdiyini heç kəs inkar edə
bilmir. Tək bircə dəfə Respublika Sarayında ağır can krizisinə məruz qalsa
da, səhnəni, tribunanı şax vüqarla, sərkərdə
yenilməzliyilə tərk etməyi bacarmış, xalqın
nəzərində qüdrətli, iradəli lider
kimi qalmışdı.
Dünyadan köçmək bütün
bəndələrin tale qismətidir, yaxud mükafatıdır. Necə deyərlər,
bu, Haqq işidir. Yaddaşlarda əbədiləşmək isə
yalnız seçilmişlərə məxsusdur.
Yəqin, diqqət etmisiniz, xalq rəhbərlərinin
bir çoxu siyasi kursunu ədəbi-poetik
priyomlar, folklor, yaxud mifologiyanın sehrli gücü ilə reallaşdırmağa
çalışır. Bunlar dövləti yönləndirməyin təbii üsuludur və hamı tərəfindən qəbul
olunub. İnkişaf etmiş cəmiyyətlərdə geniş yayılmış bir
ənənə – Allahdan öz
taxt-tacına yardım istəmək, Yerusəlim divarlarına
dualar bağlamağın bir
hikmətli mənası vardır, demək. Şah
İsmayılın öz xalqına
xitablarını göz önünə gətirin,
yaxud Rəcəb Tayyib
Ərdoğanın yüksək ilhamla
söylədiyi şeirlərin əleyhdarlarının belə
şah damarına necə işlədiyini
xatırlamağa çalışın.
Heydər Əliyevsə,
cəmi bircə dəfə – böyük
siyasi müharibəni qazanandan
sonra özünün
inşa etdirdiyi Gülüstan Sarayında bir
bənd şeir söyləmişdi. Körpələrimizin dilini açan həmin misralar sanki ulu öndərin özü üçün
yazılmışdı. O, yeddi illik fasilədən sonra
yenidən hakimiyyət birinciliyinə qayıtmış,
varlğını həsr etdiyi məmləkəti
ilə bütövləşməyi
bacarmışdı.Misraların sonunda
“Ayrılarmı, könül candan, Azərbaycan, Azərbaycan” deyərək,
qəhərlənən ümummilli lider bununla öz
taleyini, cismində və ruhunda
daşıdığı Vətəni hər kəsə anlada bilmişdi. Bax budur, Heydər
Əliyevin heç zaman
torpağından qopub ayrılmayan canı
– Azərbaycanı!
Zahid ORUC,
Milli Məclisin deputatı
Xalq qəzeti.-2014.- 14 dekabr.- S.4.