Prezident İlham Əliyev: Hər
bir
bölgədə quruculuq, inkişaf sürətlə
getməlidir
Regionların tarazlı və yüksək inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindəndir. Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq ölkəmizdə regionların inkişafı ilə bağlı mühüm dövlət proqramları icra olunur. Bunun da nəticəsində ötən müddətdə regionların sosial-iqtisadi inkişafında ciddi dönüşə nail olunmuş, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarmışdır.
Azərbaycanda
qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu
ilə iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin
rifah halının
yaxşılaşdırılmasına xüsusi
önəm verən ölkə Prezidenti İlham Əliyev regionların sürətli
inkişafına xüsusi diqqət və
qayğı ilə yanaşır, müntəzəm olaraq bölgələrə
səfər edir. Həmin səfərlər
çərçivəsində yerlərdə görülmüş işlərlə
yaxından tanış olan dövlət
başçısı sakinlərin də rəyini nəzərə
alır, onları narahat edən məsələlərin
həlli ilə bağlı təxirəsalınmaz tədbirlər
həyata keçirir.
Ölkə Prezidentinin dekabr
ayının 15-də Sabirabad rayonuna səfəri də bu
baxımdan diqqət çəkir.
Aran iqtisadi bölgəsinə
daxil olan Sabirabad ölkəmizin
mühüm aqrar
rayonlarından biridir. Son illər Prezident
İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən sosial-iqtisadi
inkişaf strategiyası, mühüm
dövlət proqramları, bütün rayonlarda olduğu kimi, Sabirabadda da ümumi tərəqqiyə
geniş yol
açmış, rayonun iqtisadi
mənzərəsinə əlavə çalarlar
gətirmişdir. Belə ki, son illərdə
rayonun sosial-iqtisadi həyatında
əsaslı dəyişikliklər baş
vermiş, əhalini narahat
edən problemlərin həlli və infrastruktur
layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə
Sabirabadda əsas kapitala
yönəldilmiş vəsait 168,5 dəfə, o cümlədən tikinti-quraşdırma
işləri 178,5 dəfə artmışdır. Olimpiya İdman Kompleksi, Bayraq meydanı, “Asan Xidmət”
Mərkəzi tikilmiş, rayon
mədəniyyət evi əsaslı təmir
olunmuş, 3800 şagird
yerlik 12 məktəb, 100 yerlik
uşaq bağçası inşa edilmiş, şəhərin
su təchizatı sistemi
yenidən qurulmuş, yeni
kənd təsərrüfatı və emal
müəssisələri yaradılmış, 29 modul tipli sutəmizləyici
qurğu quraşdırılmış, müasir istixana kompleksləri,
12 min tonluq regional logistik baza istifadəyə verilmiş,
avtomobil yolları çəkilmiş,
körpülər salınmış, genişmiqyaslı
abadlıq-quruculuq işləri aparılmışdır.
Yeri gəlmişkən, müasir Azərbaycan
dövlətçiliyinin qurucusu və
yaradıcısı, ümummilli lider Heydər Əliyev respublikamızın
aparıcı kənd təsərrüfatı rayonlarından
sayılan Sabirabadın inkişafına xüsusi
diqqət göstərmiş, Azərbaycana
rəhbərlik etdiyi illərdə buraya 14 dəfə
səfər etmişdir. Bu
gün rayonda uğurla fəaliyyət göstərən bir sıra sosial obyektlər
ulu öndərin göstərişi və
yaxından köməyi sayəsində ərsəyə gəlmişdir.
Məhz buna görədir ki,
rayon sakinləri Heydər Əliyevin bu tarixi xidmətlərini
hər an minnətdarlıqla
xatırlayır, onun siyasi
kursunu qətiyyətlə müdafiə
edirlər. Elə Sabirabad şəhərinin
mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin əzəmətli
abidəsi də ulu öndərə olan sonsuz el
məhəbbətinin parlaq təcəssümüdür.
Əvvəlcə ulu öndərin abidəsini ziyarət edən
dövlət başçısı İlham
Əliyev səfər çərçivəsində rayonda bir sıra infrastruktur və sosial təyinatlı
obyektlərin açılışında iştirak
etmişdir.
Son illər ölkəmizdə yol infrastrukturunun əsaslı şəkildə
yenidən qurulmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev
kənd yollarının da bərpası,
xüsusən də yolsuz kəndlərə
yeni, rahat yolların
çəkilməsi üçün
kifayət qədər vəsait ayırır. Məhz bunun
nəticəsidir ki, ölkədə kənd yollarının çəkilişi
getdikcə geniş vüsət alır. İndi ölkəmizin elə bir
rayonu yoxdur ki, orada kənd
yollarının çəkilişi ilə bağlı
lazımi işlər görülməsin. Sabirabad rayonuna səfəri
zamanı Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun
açılışında iştirak edən
dövlət başçısı bu barədə
demişdir: “...Kənd yolları indi bizim üçün
içməli su kimi vacib olan məsələlərdəndir.
İnsanların rahatlığı, eyni zamanda, hər bir rayonun inkişafı üçün
kənd yolları böyük əhəmiyyət
daşıyır. Kənd yolları yaxşı olanda inkişaf da gedir, biznes
imkanları da artır. Biz
bunu insanların rahatlığı üçün edirik və
edəcəyik. Artıq bir çox məsələlər həllini
tapıb. Ancaq hələ yaxşı vəziyyətdə
olmayan kənd yolları var
ki, biz gələcək
illərdə onları da həll edəcəyik”.
Elə səfər çərçivəsində
Prezidentimizin yeni avtomobil yolunun
açılışında iştirak
etməsi bir daha sübut etdi ki, bu məsələ
dövlətin həyata keçirdiyi sosial-iqtisadi strategiyanın əsas hədəflərindəndir.
Xatırladaq ki, 22 min nəfərin yaşadığı 12
yaşayış məntəqəsini birləşdirən
Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolu ən müasir səviyyədə inşa
edilmiş, uzunluğu
46 kilometr olan yolun inşası zamanı 36 su
keçidi tikilmiş,
yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal
dirəyi, 12 dayanacaq
quraşdırılmışdır.
Dövlət
başçısı əsaslı şəkildə yenidən
qurulan Sabirabad rayon Mədəniyyət evində yaradılan
şəraitlə də tanış olmuşdur.
Xatırladaq ki, bu mədəniyyət
ocağı 1976-cı ildə
Heydər Əliyevin xüsusi göstərişi
əsasında inşa edilmiş
və ulu öndər onun
açılışında şəxsən iştirak
etmişdir. O vaxtdan bəri burada əsaslı
təmir işləri aparılmadığı üçün Prezident İlham Əliyevin tapşırığı
ilə 2013-cü ilin aprelində Mədəniyyət
evinin ikimərtəbəli binasında əsaslı
təmir işlərinə başlanılmış və bu ilin dekabrında başa çatdırılmışdır.
Məlum olduğu kimi, son illər ölkəmizdə dövlət
qurumlarının fəaliyyətində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli
işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır.
Artıq əksər dövlət orqanlarında əhaliyə
elektron xidmətlərin göstərilməsi
təmin edilmişdir. Xatırladaq
ki, bürokratik əngəllərin
və mümkün korrupsiya
hallarının aradan
qaldırılması məqsədi daşıyan bu kimi xidmətlər vətəndaşlar
tərəfindən dərin razılıqla
qarşılanır. 2012-ci il iyulun 13-də isə ölkəmizdə ilk dəfə Prezident
yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN
xidmət” mərkəzləri yaradıldı. Vətəndaşlara
birbaşa xidmət göstərəcək
“ASAN xidmət” mərkəzlərinin vahid
şəkildə idarə edilməsini qarşısına məqsəd
qoymuş agentliyin
funksiyasına
xidmət mərkəzlərinə qoşulan
dövlət orqanlarının əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsi, nəzarət
və qiymətləndirmənin aparılması, dövlət
qurumlarının informasiya
bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və
bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Artıq 10 dövlət
orqanı tərəfindən vətəndaşlara 30 növ xidmət göstərilir. Ötən
müddətdə “ASAN xidmət” mərkəzləri, əsasən,
paytaxt Bakıda fəaliyyət göstərirdilərsə,
dövlət başçısının xüsusi
tapşırığı əsasında ölkənin
digər bölgələrində də əhaliyə bu sahədə səyyar xidmətlər təşkil
olunurdu. Yeri gəlmişkən,
2014-cü ilin ötən dövrü
ərzində 25 məntəqədə 30 rayonun
əhalisinə səyyar xidmət göstərilmiş, 59 mindən
çox müraciətin 90 faizə
yaxını təmin olunmuşdur.
Son zamanlar isə “ASAN
xidmət”in coğrafiyası genişlənməyə
başlamışdır. Elə dövlət
başçısı İlham
Əliyevin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət”
mərkəzinin açılışında iştirak
etməsi onu deməyə əsas verir ki, yaxın illərdə
ölkənin bütün vətəndaşları
bu xidmətdən yararlana
biləcəklər.
Xatırladaq ki, Sabirabad regional
“ASAN xidmət” mərkəzinin dördmərtəbəli
binasının tikintisi ən yüksək
standartlara uyğun həyata
keçirilib. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb
və burada balacaların yol
hərəkəti qaydalarını öyrənmələri və
yol nişanlarını tanımaları üçün bütün
şərait var. Mərkəzin
fəaliyyətindən Sabirabadla
yanaşı, Saatlı, İmişli, Kürdəmir,
Hacıqabul, Salyan, Beyləqan
rayonlarının və Şirvan şəhərinin
900 minə yaxın sakini yararlanacaq.
Ölkəmizdə fəaliyyət göstərən digər
“ASAN xidmət” mərkəzlərində olduğu
kimi, burada da internetə açıq olan
kompüterlər qoyulmuş və vətəndaşların
bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hərtərəfli şərait
yaradılmışdır.
Yeri gəlmişkən, dekabrın 16-da Sabirabadda,
Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin
birinci ümumrespublika
forumunun açılış mərasimində
iştirak edən Prezident
İlham Əliyev tədbirdə geniş nitq söyləmişdir.
Ölkəmizdə iki il
əvvəl yaradılmış “ASAN xidmət”in ötən
müddətdə uğurlu yol keçdiyini diqqətə çatdıran
dövlət başçısı qeyd etmişdir ki, artıq bu xidmətə 3 milyon 500
min müraciət daxil
olmuş, 3 milyona
yaxın vətəndaşa müxtəlif sənədlər verilmişdir. Prezident İlham Əliyev demişdir:
“Yəni, bu, ictimai
xidmətlər sahəsində ciddi dönüş olmuşdur
və deyə bilərəm ki, təkcə
Azərbaycanda deyil, dünya
miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir
təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik
keyfiyyətlərini göstərmişdir və biz intellektual məhsulun
yaradılmasına nail ola
bilmişik... Mən bu
təşəbbüsə çox böyük dəstək verirəm və səmimiyyətlə
deyə bilərəm ki, son
illər ərzində Azərbaycanda aparılan islahatlar arasında “ASAN xidmət”in xüsusi yeri vardır. “ASAN xidmət”in yaradılması Azərbaycanda,
ümumiyyətlə, islahatların aparılmasında önəmli
hadisə olmuşdur və bizim
islahatlarımızın təzahürüdür. Çünki bugünkü
Azərbaycanın reallıqları ondan
ibarətdir ki, əldə etdiyimiz
uğurlar məhz düşünülmüş
islahatlar nəticəsində mümkün olmuşdur”.
Ölkəmizdə
korrupsiyaya qarşı təsirli tədbirlərin
həyata keçirildiyi indiki
şəraitdə cəza tədbirlərinin, inzibati
tədbirlərin bəzən yetərli
olmadığını vurğulayan
dövlət başçısı İlham
Əliyev bu cür hallarda sistem xarakterli, institusional tədbirlərin
görülməsinə də böyük
ehtiyac olduğunu qeyd etmiş, “ASAN xidmət”i burada
nadir bir vasitə kimi dəyərləndirmişdir. Çünki “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur
və bu, onu deməyə
əsas verir ki, hər
bir sahədə belə bir
sistem yarana bilər.
Forumda gənclərdən ibarət
könüllülər qarşısında
çıxış edən Prezident İlham Əliyev Azərbaycanın nadir inkişaf modelini ortaya qoyduğunu və öz təcrübəsini bölüşməyə
hazır olduğunu vuğulayaraq
demişdir: “ Hər bir
gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki,
Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha
da güclü olsun, bizim təsir
imkanlarımız artsın. Hər bir gənc
milli köklərə, milli
ənənələrə, bizim adət-ənənələrə
bağlı olmalıdır. Xarici təsirdən
azad olmalıdır. Biz
müstəqil siyasət aparırıq. Heç
bir kənar qüvvə bizim
iradəmizə təsir edə bilməz. Biz
heç kimin diktəsi
ilə oturub durmuruq və
oturub durmayacağıq. Öz
sözümüzü daim
açıq deyəcəyik və prinsipial
mövqeyimizi nümayiş
etdirəcəyik. Həmişə də belə
olmalıdır. Siz də bu
ruhda böyüməlisiniz, tərbiyə
almalısınız ki, heç
bir kənar qüvvə bizim
iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin”.
Səfər çərçivəsində Prezidenti İlham Əliyev Sabirabad
şəhərinə içməli suyun
verilməsi mərasimində iştirak etmişdir. Məlumat üçün bildiririk ki, Sabirabad şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə
maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya
xidmətləri” layihəsi çərçivəsində həyata
keçirilir. Layihə
2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli,
Bulaqlı, Balakənd kəndlərində 50 min
nəfərdən artıq insanın su təchizatının
yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı
şəhərlərində istehlakçıların keyfiyyətli
və dayanıqlı su təchizatının
təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və
Abşeron yarımadasını içməli
su ilə təmin edən Kür
sutəmizləyici qurğularından 62 kilometr
uzunluğunda magistral
su kəməri tikilib.
“Sabirabad şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsinin icrasına başlanandan
indiyə qədər şəhərdə layihələşdirilmiş
151 kilometr uzunluğunda
daxili su şəbəkəsinin
130 kilometrlik hissəsi tikilib,
3640 ünvana ev birləşmələri
verilib. İçməli su
və kanalizasiya xidmətlərindən
istifadənin dəqiq uçotunun aparılması məqsədilə
hər bir abunəçinin “smart-kart” tipli sayğacla təmin edilməsi nəzərdə
tutulur. Hazırda paylayıcı su şəbəkəsinin və hər birinin tutumu 5 min kubmetr olan
iki su anbarının
inşası davam etdirilir.
Layihənin davamı olaraq Sabirabad
şəhərində 135 kilometr uzunluğunda kanalizasiya
şəbəkəsi inşa olunacaq. Tullantı suların təmizlənib zərərsizləşdirilməsi
məqsədilə Sabirabad şəhərinin
kənarında məhsuldarlığı sutkada
80 min kubmetr olan çirkab sutəmizləyici
qurğu tikiləcək. Gələcəkdə
Saatlı şəhərinin tullantı suları da burada təmizlənib zərərsizləşdiriləcək.
Layihənin icrası 2017-ci ildə başa
çatdırılacaq. Yeri gəlmişkən, Kür sutəmizləyici
qurğuları, Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv
inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun
28 kəndinin 100 min, Saatlı şəhəri
və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin
10 min əhalisinin içməli suya olan tələbatını
ödəyəcək. Sabirabad və
Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan
4 anbarın inşası davam etdirilir.
Bu münasibətlə keçirilən mərasimdə
çıxış edən Prezident İlham Əliyev demişdir:
“İçməli su bu
bölgədə və bütövlükdə Azərbaycanın
müxtəlif bölgələrində ən ciddi
məsələlərdən biridir. Biz bunu da
tədricən həll edirik. Azərbaycanda
içməli su layihələri geniş vüsət almışdır və o cümlədən bu
zonanın problemləri də öz həllini
tapır. İçməli su, bildiyiniz kimi, insan orqanizmi üçün başlıca amildir.
Təmiz, keyfiyyətli içməli su
insanın sağlamlığı üçün
böyük əhəmiyyətə malikdir. Beləliklə, bu
böyük sosial məsələnin
həlli artıq reallaşır”.
Yazının əvvəlində
qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev regionlara
səfərləri zamanı sakinlərlə görüşərkən
onları diqqətlə dinləyir, rəylərini nəzərə
alır. Məhz bu
görüşlər zamanı qaldırılan məsələlərə
həssaslıqla yanaşan dövlət
başçısı paytaxta qayıdan kimi bununla bağlı müvafiq sərəncamlar imzalayır, əlaqədar
təşkilatlara konkret göstərişlər
verir. Sabirabad rayonuna səfərin məntiqi nəticəsi olaraq imzalanmış sərəncamlar da bunu bir
daha təsdiq edir. Belə ki, “Sabirabad
rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama
əsasən, rayonunun sosial-iqtisadi
inkişafının daha da
sürətləndirilməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2014-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat
ayrılmışdır. Dövlət
başçısının imzaladığı digər sərəncamla
isə 20 min nəfər əhalinin
yaşadığı 10 yaşayış məntəqəsini
birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-
Nərimankənd-Həşimxanlı avtomobil
yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılmışdır.
Ölkə Prezidentinin imzaladığı hər iki sərəncam, heç
şübhəsiz, Sabirabadın
sosial-iqtisadi inkişafına təkan
verəcək, rayonda mövcud
problemlərin həllini xeyli sürətləndirəcək
və sakinləri yeni həyat
standartlarına qovuşduracaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.1.