Ulu öndər Heydər Əliyevin təhsil
sahəsində siyasəti uğurla davam etdirilir
Azərbaycan bu gün dinamik və hərtərəfli inkişaf edir.
Ölkəmizdə köklü sosial-iqtisadi islahatlar, dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı üçün işləyib hazırladığı əsaslardan, bu siyasətin uğurla davam etdirilməsindən qaynaqlanır. Məhz bunun sayəsində Azərbaycan son illərdə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur.
Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən,
ilk növbədə, sabitlik,
inkişaf və demokratikləşmə ön plana çəkilir.
Cənubi Qafqazın lideri statusunu inamla
daşıyan ölkəmiz artıq mövcud
olduğu regionda hadisələrin
inkişaf istiqamətini müəyyənləşdirən
aparıcı rola malikdir
və təsadüfi deyil ki,
bölgəyə iqtisadi, siyasi
maraq göstərən dünya
dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə qətiyyətlə
həyata keçirilən daxili və xarici siyasətin uğurlu
olduğunu, onun praqmatizm üzərində qurulduğunu,
milli maraqların müdafiəsinə
yönəldiyini əyani surətdə təsdiqləyir.
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən
müəyyən edilmiş gələcək
inkişaf istiqamətlərini səciyyələndirən
Prezident İlham
Əliyev demişdir: “Güclü iqtisadiyyat, güclü sosial siyasət,
vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi,
qanunun aliliyinin bərqərar
olunması, demokratiyanın inkişafı, siyasi
islahatların aparılması və dərinləşməsi
- bütün bunlar Azərbaycanı
hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir.
Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar
aparılır. Bizim əməlimizlə sözümüz arasında heç
bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq,
öz hesabımıza
yaşayırıq”. Son on bir ildə Azərbaycanın davamlı olaraq sürətli inkişafı, 1 milyon 300 min yeni iş yerinin
açılması, enerji sahəsi ilə
yanaşı, qeyri-neft sektorunun
önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və
inkişafı, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi,
Azərbaycanın milli mənafeyinə
cavab verən
balanslaşdırılmış xarici
siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi
vahid siyasi platformaya söykənən, çoxşaxəli
və genişmiqyaslı qlobal strateji xəttin prioritet
istiqamətləridir.
Dövlət
başçısı İlham
Əliyevin on bir illik prezidentliyi
dövründə əldə olunan
möhtəşəm nailiyyətlərin canlı şahidləri
kimi qəti əminliklə deyə bilərik
ki, müstəqil Azərbaycan dövləti
bu illər ərzində on
illərə bərabər inkişaf yolu keçmişdir. Dövlətimizin
başçısının yürütdüyü
uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli
maraqlarının maksimum dərəcədə
təmin olunmasına yönəlmişdir. Ölkə daxilində
gedən proseslər, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli
və çoxformatlı əlaqələrinin daim genişlənməsi indiyədək
aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kursun düzgünlüyünü
bir daha təsdiqləyir.
Müasir dövrdə ən inkişaf
etmiş dövlətlərin təcrübəsi
təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə
nail olurlar. Bu dövrün əsas
xüsusiyyətlərindən biri ümummilli lider Heydər
Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna
diqqət və
qayğısının davamı olaraq sahəyə ayrılan xərclərin
ildən-ilə artırılmasıdır. Bu
isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən
biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət
proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilməkdədir.
Təhsilin
ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında
hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində
tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi,
infrastrukturun müasir
tələblərə uyğun
qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni
dərslik siyasətinin reallaşdırılması, təhsil
alanların nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və
mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına
uyğun kadr
hazırlığı və təminatının
yaxşılaşdırılması, xüsusi
qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkili, deinstitutlaşdırma
və digər istiqamətlərdə əhəmiyyətli
nailiyyətlər əldə olunmuşdur. Təhsilin
informasiyalaşdırılması sahəsində də əhəmiyyətli
nailiyyətlər əldə edilmişdir.
Ölkənin ümumtəhsil məktəbləri İKT ilə
təmin edilmiş, hər 20 şagirdə
bir kompüter nisbəti
təmin olunmuşdur. Xatırladaq ki, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. Həmin ildən bəri
ümumtəhsil məktəblərinin İKT ilə təminatı
yüksək səviyyədədir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər
üzrə elektron tədris resursları
hazırlanaraq məktəblərə verilmişdir.
Təhsilin keyfiyyətinin
ən inkişaf etmiş
ölkələrin səviyyəsinə yüksəlməsi
ilə bağlı uğurlarımızla, təhsil sahəsində
beynəlxalq proqram və layihələrdə
iştirakımızla haqlı olaraq fəxr
edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi,
ümummilli lider Heydər
Əliyevin və onun ən layiqli davamçısı Prezident
İlham Əliyevin təhsilə, təhsil
işçilərinə diqqət və qayğısı,
müstəqillik illərində səmərəli fəaliyyət
üçün yaradılmış əlverişli
şərait və imkanlar sayəsində
mümkün olmuşdur.
Ölkəmizdə
dövlətin təhsil sahəsinə diqqəti
ardıcıl və müntəzəm xarakter
daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində
islahatların daha sürətlə davam etdirilməsi,
ən mütərəqqi texnologiyaların tətbiqi,
müəllimlərin əmək haqlarının müntəzəm
olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi
bu sahənin dünya
səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Ulu öndər
Heydər Əliyevin siyasi kursuna
uyğun olaraq milli təhsilimizin inkişafı məsələsi
öz məzmununu daha
da genişləndirərək Azərbaycanın
gələcək uğur modelinin
əsasını formalaşdıran başlıca amil kimi gündəmə
gətirilmişdir. Prezident İlham Əliyevin müstəsna səyləri
ilə dövlətin təhsil sahəsində siyasəti insan kapitalının möhkəmlənməsi
və inkişafına xidmət edən ümummilli
hərəkata çevrilmişdir.
Dövlət
başçısı xüsusi qeyd edir ki,
respublikamızda “qara qızıl”ı insan kapitalına çevirməyin vaxtı gəlib
çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda
güclü intellektual
bazanın, müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi sistemin
formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılması məqsədi
dayanır. Prezident İlham
Əliyev bütün bunları nəzərdə
tutaraq demişdir: “Bizim gənc nəslimiz bilikli,
dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Dünyada
uğur qazanmış, inkişaf
etmiş ölkələrin təcrübəsinə
baxsaq, görərik ki,
o inkişafın, tərəqqinin əsas
səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz
savad, yeni texnologiyalar – bütün bunlar ölkəyə uğur,
rifah gətirir, inkişaf,
müasirlik gətirir”.
Göründüyü kimi, Azərbaycan
dövləti ümummilli lider
Heydər Əliyevin ideyalarını ardıcıl gerçəkləşdirən
Prezident İlham
Əliyevin rəhbərliyi ilə daha
yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm
uğurların təməlində
isə əsasını ulu öndərin
qoyduğu sarsılmaz iqtidar
– xalq yekdilliyi
dayanır. Təsadüfi deyil
ki, 2013-cü ilin prezident seçkilərində xalqımız
növbəti dəfə dövlət başçısı
İlham Əliyevə yekdilliklə səs
verməklə bir daha
Heydər Əliyev siyasətini tam dəstəklədiklərini, onun siyasi varisinə inam və
etibarını ifadə etmişdir. Bundan sonra da ölkənin Heydər
Əliyev yolu ilə uğurlu
inkişafını təmin edəcəyini bildirən
dövlət başçısı İlham
Əliyev demişdir: “Bizim
siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət
göstərir. Azərbaycan xalqının
maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
mənim üçün və bilirəm
ki, hər bir Azərbaycan
vətəndaşı üçün ən
başlıca vəzifədir, ən başlıca məqsəddir”.
Nazilə MƏMMƏDOVA,
Bakının Nərimanov rayonundakı
45 saylı orta məktəbin direktoru
Xalq qəzeti.- 2014.- 21 dekabr.- S.3.