Meliorativ tədbirlər ölkəmizin
sosial-iqtisadi inkişafına müsbət təsir
göstərir
Heç
kəsə sirr deyil ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin
təmin ediıməsində su ehtiyatları önəmli rol
oynayır. Ölkəmizdə də bu sahədə mövcud
problemləri həll etmək və qarşıda duran strateji
məqsədə çatmaq üçün elmi əsaslara
söykənən təhlil aparılaraq mühüm tədbirlər
həyata keçirilir. Məsələn, qeyri-neft sektorunda
öz strateji əhəmiyyətinə və kapital
qoyuluşuna görə ən böyük layihə ötən
il reallaşdırılıb. Bu, Şabran rayonu ərazisində
inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü su
elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan su
kanalıdır. Hazırda həmin layihənin icrası
ölkəmizin şimal bölgəsindəki bir neçə
rayonla bərabər, Abşeron yarımadasındakı minlərlə
hektar torpaq sahəsinin suvarılmasına şərait
yaradır. Bundan əlavə, layihənin başa
çatması əhalisi sürətlə artan Bakının
su təminatına da etibarlı zəmindir.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bu sahənin əhəmiyyətinə toxunaraq deyib: “Hesab edirəm ki,
eyni zamanda, meliorasiya ilə bağlı olan
layihələr - Taxtakörpü və
açılışı nəzərdə tutulan
Şəmkirçay su anbarları layihələrinin
icrası nəticəsində on minlərlə
hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir.
Əlbəttə ki, biz
o torpaqlarda
görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə
hansı məhsullar yetişdiriləcək, dövlət
hansı addımlar atacaq - əlbəttə
ki, biz bu
barədə düşünürük və
yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik”.
Dövlət
başçısının bu il noyabrın 15-də Şəmkirçay
su anbarının açılış mərasimində
iştirak etməsi də bu
sahənin ölkə üçün əhəmiyyətini
bir daha göstərir.
Qeyd edək ki, Şəmkirçay
su anbarının tikilməsi ideyası ümummilli lider Heydər
Əliyevə məxsusdur. Ulu öndər bu ideyanı həyata
keçirmək üçün hələ
1981-ci ildə layihənin texniki-iqtisadi əsaslandırılması
sənədlərini hazırlatdırmışdı. Sevindirici haldır ki, ümummilli lider Heydər
Əliyevin bu xoşməramlı
ideyası onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi.
Xatırladım ki, sözügedən layihənin icrası böyük kapital qoyuluşu tələb edirdi.
Təsadüfi deyil ki,
tikintinin layihəyə uyğun
icrasına 700 milyon manatdan
çox vəsait xərclənib. Bu, Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda həcminə
görə həyata keçirilən ən böyük
layihədir.
Şəmkirçay su anbarının tikintisinə isə 2008-ci
ildən başlanılıb. Ötən dövr
ərzində burada nəhəng inşaat işləri görülüb,
müxtəlif avadanlıqlar quraşdırılıb. Su anbarının mərkəzi bəndinin daha möhkəm və etibarlı olması üçün daş-qaya
materiallarından istifadə edilib. Şəmkirçay
su anbarının ümumi
su tutumu 164,5 milyon, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Su anbarı bəndin nüvə hissəsindən
hündürlüyü 196 metrdir. Layihəyə əsasən, orta illik su
ehtiyatı 265,2 milyon kubmetr
olan Şəmkirçay
çayının suyunu bu
anbarda nizamlamaqla ildə
207,9 milyon kubmetr sudan istifadə olunacaq.
Şəmkirçay su anbarı ölkəmizin iqtisadi
və sosial inkişafına böyük töhfə verəcək strateji bir layihədir.
Xüsusilə, aqrar sektorda
məhsul istehsalının böyük həcmdə
artmasına təkan verəcək. Prezident
İlham Əliyev Şəmkirçay su anbarının
açılışında layihənin əhəmiyyəti
barədə deyib: “Şəmkirçay su anbarı, su elektrik stansiyası, su
kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektlərinin
fəaliyyəti nəticəsində ölkə
iqtisadiyyatına, kənd təsərrüfatına,
sahibkarlığın inkişafına çox
böyük dəstək verəcək. Bu su anbarının fəaliyyəti
nəticəsində 54 min hektar
torpaqda suvarma
yaxşılaşacaq, 17 min hektar torpaq isə yenidən
suvarılacaq. Yəni bu, kənd təsərrüfatının
inkişafı üçün çox böyük əhəmiyyət
daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə
istifadə etməlidilər. Əminəm ki,
belə də olacaq. Yeni
suvarılacaq sahələrdə bəri başdan
düzgün planlaşdırma işləri
aparılmalıdır ki, orada
hansı məhsullar yetişdiriləcək, o
məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni hesab edirəm ki, biz bu məsələlərə
indidən kompleks şəkildə
yanaşmalıyıq və əslində artıq müəyyən
işlər görülmüşdür.
Bu gün Şəmkir
rayonunda böyük
aqroparkın təməli qoyulacaq və əgər
bu su anbarı tikilməsəydi,
əlbəttə ki, o
aqropark da tikilməzdi.
Çünki oraya da çox böyük
həcmdə investisiya qoyulacaq
və əsas şərt suvarılacaq ərazilərdir”.
Göründüyü kimi, bu
layihənin icrası aqrar sektorun
inkişafında böyük
dönüşə səbəb olacaq. Daha doğrusu, ölkəmizin
qərb bölgəsində aqrar sektorda məhsul istehsalının həcminin dəfələrlə
artmasına imkan verəcək.
Açılacaq yeni imkanlar
kənd təsərrüfatı məhsullarına olan daxili tələbatımızı
ödəməklə bərabər xaricə məhsul ixrac etməyə də gücümüz
çatacaq. Layihənin icrası regionun inkişafına, əhalinin məşğulluğuna
və sosial rifahının da artmasına müsbət təsir göstərəcək.
Qeyri-neft sektorunda xüsusi çəkisi böyük
olan aqrar sahənin
inkişafı, eyni zamanda,
ümumi iqtisadiyyatın balanslı
inkişafına da zəmin yaradacaq, ölkənin məhsul istehsalı və
ixrac potensialında aqrar
sektorun payı artacaq.
Şəmkirçay su anbarı barədə belə geniş söhbət açmağım təsadüfi
deyil. Bu məsələyə
diqqət yetirməyimin səbəbi əsasən onunla bağlıdır ki,
Şəmkirçay su anbarı Şəmkir,
Göygöl və Samuxla
yanaşı, bizim rayonun
da su təminatını
yaxşılaşdıracaq. Goranboyun kənd
təsərrüfatının inkişafı, əlbəttə,
bu layihənin icrası nəticəsində
daha da sürətlə
gedəcək.
Yeri gəlmişkən, rəhbərlik etdiyim idarənin fəaliyyəti barədə
də fikirlərimi qısa şəkildə bildirmək istərdim.
Goranboy Subartezian
Quyularının Istirması Idarəsi 2014-cü ildə rayonun ərazisində fəaliyyət göstərən
791 ədəd subartezian quyusunun
və 4 ədəd nasos
stansiyasının istismarını təmin edib.
Subartezian quyular vasitəsilə 23 min hektar əkin sahəsinin
suvarılması nəzərdə tutulduğuna
baxmayaraq, bu ilin yayında havaların isti
və quraq keçməsi vəziyyəti
çətinləşdirdi, təbii su mənbələrində
suvarma suyunun həcmi
kəskin azaldı. Belə də isə faktiki
olaraq 31 min 500 hektar sahənin suvarılması məcburiyyəti
ilə üzləşdik. Çətinliyə baxmayaraq, bütün
imkanları səfərbər edərək əkin sahələrinə
150 milyon kubmetr 3 suvarma suyu verilib
və bu sahələrin 4 dəfə
suvarlması təmin olunub.
Hazırda 4 ədəd
nasos stansiyası Səfikürd, Borsunlu, Qızılhacılı və Boluslu nasos stansiyaları mənbəyini
Yuxarı Qarabağ kanalından
götürən boru kəməri vasitəsi
ilə 5 min hektar əkin
sahəsinin suvarılmasını təmin edir.
Bu ilin 10 ayı ərzində
həmin sahələrə 18 milyon kubmetr suvarma suyu verilib ki,
bu da 5 min
hektar sahənin 3 dəfə
suvarılması deməkdir.
Subartezian quyularının və nasos
stansiyalarının fasiləsiz iş rejimini təmin etmək məqsədi ilə
idarə tərəfindən bir sıra əsaslı
və cari təmir işləri
aparılıb. Belə ki, 92 ədəd subartezian quyusunda sayğac və idarəetmə şitlərini
yerləşdirmək üçün əlavə
çəpərləmə işləri aparılıb, 193 ədəd
subartezian quyusunun nasos aqreqatı təmir olunub.
Əlavə investisiya hesabına 10 ədəd
subartezian quyusu təmir
olunub.
Boluslu nasos stansiyası əlavə
investisiya hesabına tamamilə yenidən qurulub. Stansiyasının elektrik
avadanlıqları yenilənib, işçilər üçün yeni 3
otaqlı bina tikilib və
zəruri məişət avadanlıqları
quraşdırılıb. Stansiyanın ətrafı tamamilə
çəpərə alınıb, yaşıllıqlar
salınıb. Borsunlu nasos
stansiyasının II və III pilləsində işçilər
üçün xidməti bina təmir olunub. Bundan başqa, Boluslu və Borsunlu nasos stansiyalarının 720 millimetrlik
boru kəmərlərində hissə-hissə
2 kilometr məsafə təmir olunub. Bunun nəticəsində
boru kəmərlərinin məhsuldarlıqları
10-15 faiz artıb. Səfikürd, Borsunlu, Qızılhacılı nasos stansiyalarında müxtəlif markalı nasoslar əsaslı təmir olunub.
Rayonda suvarma suyuna olan tələbatı
nəzərə alıb Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən
bu il 14 ədəd subartezian quyusu qazılaraq
istismara verilib.
Hazırda daha 15 subartezian
quyusu qazılır ki,
onların gələn ilin yanvar
ayında istismara verilməsi nəzərdə
tutulur.
İdarənin nasosların təmiri sexində də əsaslı təmir işləri aparılıb. Sexin dam örtüyü təzələnib, otaqların qapı və pəncərələri yenilənib. Daxili elektrik xətləri və işıqlandırma sistemləri yenidən təmir olunub. Sexdə yeni gözətçi binası tikilib. İdarənin həyətində ulu öndər Heydər Əliyev guşəsi yaradılıb. Əraziyə asfalt örtük salınıb.
Rauf TEYYUBOV,
Goranboy Subartezian
Quyularının
İstismarı İdarəsinin rəisi
Xalq
qəzeti.- 2014.- 21 dekabr.- S.6.