...Təki Vətən
yaşasın!
“Haqq”-deyib hayqıran, Vətən və torpaq keşiyində ayıq-sayıq dayanan, yurdumuzun azadlığı,
ərazimizin bütövlüyü
amalıyla döyüşən,
alın yazısını
da öz qanıyla torpağa-daşa
həkk edən oğullardan biriydi Adil.
Adil Məmməd oğlu Məmmədov
1969-cu il dekabrın 24-də Ağdaş
rayonunun Aşağı
Nemətabad kəndində
anadan olmuşdu. O, əzəmətli Bozdağın
təmiz nəfəsi
altında böyümüş,
qırçın donlu
Türyançayın nəğməsini
layla kimi dinləmişdi. Doğma Ağdaşı göz bəbəyi kimi sevmiş, torpağına dirsəklənib
boy göstərdiyi Aşağı
Nemətabadın daşını-kəsəyini,
tozunu-torpağını, ağacını–otunu
canı qədər əziz tutmuşdu. Tay-tuşları kimi Adil də adi
uşaqlıq həyatı
keçirmiş, orta məktəbdə təhsil
almış, sovet ordusu sıralarında hərbi xidmət keçmişdi...
... Şəhidlik zirvəsinə
ucalan bu igidi kiçik bir məqalədə tanıtmağa çalışarkən
biz “klassik tərcümeyi-hal”
formasına üstünlük
vermək istəmədik,
çalışdıq ki,
ön planda iştirak etdiyi vuruşlarda qəhrəmanlıq
nümunəsi göstərən,
sərrast atıcılığı
ilə ad qazanan bir döyüşçünün
həyatına xüsusi
yer verək. Heç olmasa, onun gördüyü işlərin ən başlıcasına toxunaq...
...1992-ci ilin mart ayında
erməni faşistləri
Qarabağın kəndlərinə
aramsız hücum edib faciələr törədəndə, kəndlərimizi
oda qalayanda qeyrətli eloğlumuz Adil Məmmədov qəzəbindən – yerə-göyə
sığmadı, “qana
qan”, “savaşa – savaş” deyərək özləri ilə ölüm gətirən erməni quldurlarının
layiqli cəzasını
vermək üçün
döyüşə yollandı.
Könüllü olaraq xalqımızın
qəhrəman oğlu
Ramiz Qəmbərovun dəstəsinə yazıldı
və döyüşlərə
atıldı. Qanlı müharibə
onun başqa keyfiyyətlərini – cəsurluğunu,
qorxmazlığını, ən qısası isə yurdsevər, torpaqcanlı, vətənpərvər
olduğunu üzə
çıxartdı.
O zaman Şuşanın
və onun kəndlərinin təhlükəsizliyi
Ramiz Qəmbərov kimi qeyrətli oğulların hünəri
hesabına qorunurdu. Adilin döyüş yolunun ilk və son günləri də Qarabağın dilbər guşəsi olan Şuşanın və onun kəndlərinin
səngərlərində keçmişdi.
İlk gündən qorxmazlığı
ilə Ramiz Qəmbərovun və döyüş dostlarının
hörmətini qazanan
Adil dəstənin üzvləri ilə birlikdə ən qaynar nöqtələrdə
olur, düşmənin
layiqli cəzasını
verməyə çalışırdı.
Adil dəfələrlə Şuşaətrafı
kəndlərin müdafiəsində
fəal iştirak etmiş, həmin istiqamətdə gedən ağır döyüşlərdə,
strateji əhəmiyyətli
yüksəkliklərin qorunub
saxlanılmasında fəallıq
göstərmişdi. Bir neçə düşmən
postunun məhv edilməsində onun da iştirakı olmuşdu.
Qısa
müddətdə Adil
bir neçə ağır döyüşlərin
iştirakçısı olmuşdu. Onların dəstəsi bir gündə bir neçə istiqamətdə
aparılan əməliyyatlara
qoşulurdu. Dəstənin göstərdiyi hünər,
düşmənə vurduğu
zərbələr gündən-günə
artırdı.
... Adilin son savaşı göz-bəbəyi
kimi qoruyub saxlamağa çalışdığı
Şuşanın girişi
olan “Qala qapısı” uğrunda gedən açıq döyüş oldu.
Şəhərin müdafiəsində son nəfəsinə qədər
döyüşdü. 1992-ci ilin may ayının 8-də
ermənilər Şuşa şəhərinə
hər tərəfdən
hücuma keçəndə
Adil doyüş yoldaşları ilə birlikdə şəhərin
girişindəki yanacaqdoldurma
məntəqəsindəki postda düşmən hücumunu dəf edirdi.
Döyüş
zamanı Adil qüvvələrin qeyri-bərabər
olduğunu görüb
yoldaşlarına geri
çəkilməyi tələb
edir. Özü isə onlardan
xeyli patron gotürüb
postu tərk etmir. Düşmənlə
son gülləsinə kimi
döyüşən Adil
patron qurtardıqdan sonra
əsir düşməmək
üçün qumbara
ilə özünü
partladır...
O ağır və
üzüntülü gündə
Adilin anasının sinəsindən qopan bir bayatı eşidənlərin qəlbində
qanı dondurdu:
Ələmin dağ da yanar,
Bu dərdə dağ
dayanar?
Dərdim
elə böyükdür,
Söykənsəm dağ da yanar.
Qınamalı
deyil ananı, dərdi çox böyükdür. Amma bu itki hamımızı yandırır. Təsəllimiz təkcə budur ki, Adil müqəddəs
və şərəfli
bir yolda - Vətən, Torpaq uğrunda şəhid olub.
Subay
idi. Deyirlər ki, onun ürəyində kəndin
gözəl bir qızına məhəbbət
varmış. Deyirlər, onun
sevgi məktubları bir dilbərə ünvanlanarmış.
Döyüş yoldaşları
indi Adili sədaqətli dost, etibarlı
yoldaş, cəsur döyüşçü və
qeyrətli vətəndaş
kimi xatırlayırlar.
Adil
Məmmədov adi vaxtlarda nə qədər yumşaq, idisə, döyüş zamanı da o qədər sərt və tələbkar idi. Onun ürəyi bir ananın göz yaşını, bir uşağın ağlamasını
götürmürdü, amma
insanların qanını
tökənləri də
bağışlamırdı. Adil yalnız nümunəvi döyüşçü deyildi,
həm də uzaqgörən bir əsgər idi. Yaşasaydı, 45 yaşını qeyd edəcəkdi bu günlərdə.
Amma hamının qəlbində
23 yaşlı qaynar, düşmənə baş
əyməyən bir gənc kimi qaldı. Bu gənc bizim
xoşbəxt gələcəyimiz
üçün sinəsini
Vətənə tuşlanan
güllələrə sipər
etdi. Ürəyi
Vətən eşqi ilə döyünən cəsur və qorxmaz döyüşçü,
igid əsgər Adil Məmmədov torpaqlarımızın bölünməzliyi
yolunda canını qurban verdi.
Canını qurban verdi ki,
təki Vətən yaşasın!
Faiq
ŞÜKÜRBƏYLİ,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.- 2014.- 23 dekabr.- S.11.