Heydər ƏLİYEV:
Bizim hamımızı
birləşdirən azərbaycançılıq
ideyasıdır
XX əsrin
sonunda miqrantların sayının sürətlə
artması və onların
institutlaşması sosioloq alimləri bəşəriyyətin
inkişaf ssenarilərindən biri kimi “dünyanın
diasporlaşması” haqqında mübahisələr
açmağa sövq etmişdir. Həqiqətdə miqrasiya
prosesi bu və ya başqa şəkildə dərinləşməkdə
və yeni-yeni formalar almaqda, diasporların rolu və təsir
gücü isə sürətlə artmaqdadır.
Müasir qloballaşan
dünyanın bir xarakterik
xüsusiyyəti də məhz miqrasiya
proseslərinin sürətlənməsidir. Ümumiyyətlə
qlobollaşma “milli sərhədləri”
daha şəffaf edir
və buna görə də milyonlarla insan yaxşı
həyat axtarışı naminə Vətənini tərk edib başqa ölkələrə
üz tutur. Son 50 ildə beynəlxalq miqrantların sayı təqribən
üç dəfə artıb. Əgər
1960-cı ildə bütün dünyada öz doğulduğu ölkədən kənarda yaşayanların
sayı 75,5 milyon nəfər olubsa, 2000-ci ildə bu rəqəm
176,6 milyon, 2009-cu ilin sonunda isə artıq onların sayı
213,9 milyona çatmışdır. BMT
ekspertlərinin rəyinə görə hazırda Yer kürəsinin hər 35-ci sakini,
inkişaf etmiş
ölkələrdə isə hər onuncu
sakin beynəlxalq miqrant
sayılır.
Miqrasiyanın
miqyasının kəskin artımı ilə paralel
olaraq miqrantların etnik
cəmiyyətlərinin konsolidasiyası da
sürətlənir. Bir qayda olaraq yeni yaşayış yerinə düşən
köçkünlər, onlara yad olan etnomədəni
mühitdə təkcə yaşamaq naminə
deyil, həm də öz
adət-ənənələrini, mədəniyyətlərini
və dillərini qorumaq üçün
birləşməyə çalışırlar. Bu məqsədlə də onlar
ya mövcud diaspor təşkilatlarına birləşir, ya da yenilərini
yaradırlar. Nəticədə dünyada
diasporların sayı sürətlə artır.
Diasporlar bir ictimai
institut kimi əsrlərlə,
hətta minilliklərlə mövcud olmuş, onların yaşı haqlı olaraq mədəni-tarixi proseslərin subyektləri
olan etnos və
dövlətlərin tarixi ilə ölçülür. Bu
və ya digər etnosa,
dinə mənsubiyyətindən, məşğuliyyətindən asılı olmayaraq,
köçkün insanların öz tarixi vətənlərindən
kənarda ictimai fəaliyyəti nəticədə
diasporun yaradılmasına gətirib
çıxarmışdır. Bəzi etnosların tarixi ənənəvi olaraq
diasporla bağlıdırsa,
başqalarının tarixi demək olar ki, diaspor
institutu tanımır.
Yerusəlim Universitetinin professoru Q.Şeffer dünyada daha çox tanınan bir çox diasporların
sayını müəyyənləşdirməyə
çalışmışdır. Onun
hesablamalarına görə “tarixi”
baxımdan ən böyük diaspor çinlilərin diasporudur
ki, onun üzvlərinin
sayı 35 milyon nəfəri keçir. Hind diasporu 9 milyon, yəhudi və
qaraçılar 8 milyon, bədxah
qonşularımız olan ermənilər
5,5 milyon, yunanlar 4 milyon, almanlar isə 2,5 milyondur. Müasir diasporlardan isə ən böyüyü hesab edilən
afro-amerikalılar 25 milyon nəfər,
kürdlər 14 milyon, irlandiyalılar 10 milyon, italyanlar 8 milyon, macarlar və polyaklar hərəyə 4,5 milyon,
türklər və iranlılar hərəyə 3,5 milyon, yaponlar 3 milyon, livanlılar(əsasən xristianlar) isə 2,5 milyon
nəfər təşkil edirlər. Bu
sırada bizim adımız olmasa da, zənnimizcə,
iranlıların siyahısında şübhəsiz azərbaycanlılar
böyük çoxluq
təşkil edirlər.
Azərbaycan diasporunun formalaşmasına gəldikdə isə, bu kifayət qədər
uzun bir tarixi əhatə edir. Onun ilkin addımları barədə məlumatın azlığına baxmayaraq, tədqiqatçı alimlərimiz bir sıra tarixi mənbələrə əsasən bəzi
faktları aşkara çıxarmağa
müvəffəq olmuşlar. Əldə olunan
elmi nəticələrə görə,
Azərbaycan diasporunun təşəkkül
və formalaşma tarixi
bir neçə mərhələyə
bölünür. Lakin
biz bu yazıda xarici ölkələrə səpələnmiş
azərbaycanlıların diaspor kimi təşkilatlanmasında müstəsna
xidmətləri olan Heydər Əliyevin
hakimiyyət illərinə nəzər salacağıq.
Alimlərimiz
SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların
yeni nəsillərinin məskunlaşmasını
diasporun təşəkkülünün son mərhələsi kimi
qiymətləndirirlər.Yaxın tarixdən məlumdur ki, SSRİ-də
dissident hərəkatının, azad fikrin genişləndiyi
bir dövrdə - 1969-cu ildə ümummilli
lider Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin təməlini qoydu və zaman-zaman azərbaycançılıq
ideyasını milli ideologiyanın əsas
fəlsəfəsinə çevirməyi bacardı.
Heydər
Əliyev ölkənin ictimai həyatının
bütün sahələrində sürətli
inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi
göstəricilərinə, intellektual
potensialına görə SSRİ miqyasında ön
sıralara çıxdı. Heydər Əliyevin
apardığı islahatlar yalnız iqtisadi sahəni
əhatə etmirdi. Bu
köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə
də böyük
sıçrayışlarla nəticələndi. Azərbaycanda
elmin inkişafının
stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Heydər
Əliyev elmə, mədəniyyətə, ədəbiyyata xüsusi diqqət və qayğı göstərirdi.
Azərbaycanın bir çox
elm və mədəniyyət xadimlərinin,
ədib və şairlərinin həyat və
yaradıcılığında özünü
göstərən bu diqqət, respublikada azad fikirli ziyaliların təqibinə birdəfəlik
son qoydu. Təsadüfü
deyildir ki, məhz Heydər
Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər
də olsun dissident
qeydə alınmamışdır.
Ümummilli lider Heydər
Əliyev təbiətən demokratik ruhlu bir şəxsiyyət
olduğundan ayrı-ayrı bədii əsərlərdə,
elmi monoqrafiyalarda sovet quruluşunun
ünvanına yönəldilmiş tənqidlərə olduqca dözümlü
münasibət bəsləyir və cəmiyyətin müxtəlif
sahələrində təzahür edən
çatışmazlıqların üzə
çıxarılmasına imkan
yaradırdı. O, xüsusilə Azərbaycan xalqının
milli-mənəvi dəyərlərinin qorunmasını,
xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti
ortaya çıxaran əsərlərin
yaradılmasını daha çox
diqqətdə saxlayırdı.
XX əsrin
70-ci illərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf, mənəvi mühitin
sağlamlaşdırılması bütövlükdə
ölkədə milli özünüdərk
prosesinin təkamülünə də böyük təkan verdi.
70-80-ci illərdə Heydər Əliyev qətiyyət, müdriklik
və cəsarətini xalqın tarixi
yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə,
Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdi.
Həmin
dövrün mövcud
siyasi reallıqları diaspor
problemi ilə milli-ideoloji
zəmində açıq və sistemli
şəkildə məşğul olmağa
imkan verməsə də, dünya
azərbaycanlılarının tarixi Vətənlə
əlaqəsinə xidmət edəcək imkandan
səmərəli istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin
qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan
Mədəni Əlaqələr Cəmiyyətinin (lVətən»
cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinin və Vətənlə ayrılmaz
tellərlə bağlanmasının mühüm
addımlardan biri idi. Eyni zamanda respublikamızın hərtərəfli
inkişafı onlarda milli
qürur hissi
oyadır, Ata
yurduna maraq və
bağlılığı artırdı.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycan xalqının elmi
və intellektual potensialının
gücləndirilməsinə diqqət və
qayğısı sayəsində yüzlərlə azərbaycanlı
gənc SSRİ-nin ən nüfuzlu
elm ocaqlarında təhsil almaq
imkanı qazanmışdır. Məhz onun düşünülmüş
və gələcəyə hesablanmış siyasəti nəticəsində
keçmiş SSRİ məkanının
50-dən çox böyük
şəhərinin 170-dən artıq ali
təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə
edən və Azərbaycanda zəruri ehtiyac
duyulan 250-dən çox
ixtisas üzrə 15 mindən çox mütəxəssis
hazırlanmışdır. Bu kadrların
bir çoxu yenidən
Azərbaycana qayıdıb respublikanın inkişafına öz töhfələrini versələr də
onların bir qismi təhsil
aldıqları şəhərlərdə məskunlaşırdılar.
Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən
respublikalararası inteqrasiya prosesləri,
gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq
imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan
verirdi. Respublikamızdan kənarda
əmək fəaliyyətinə başlayan
həmin mütəxəssislər bir tərəfdən
həmvətənlərimizin mütəşəkkilliyinin
güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin
inkişafına əhəmiyyətli yardım göstərirdi.
80-ci illərin əvvəllərində
Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən
biri kimi fəaliyyəti
dünya azərbaycanlıları
arasında milli təfəkkürün
güclənməsində xüsusi rol oynamışdır. Bu gün
xarici ölkələrdə “azərbaycanlı”
adını şərəf və ləyaqətlə
daşıyan neçə-neçə dünya
şöhrətli alim, ziyalı, incəsənət
xadimi, iş adamı var və onlar
yaşadıqları ölkələrin ictimai-siyasi
həyatında bu gün
də yaxından iştirak edirlər.
Ötən
əsrin 80-ci illərin sonlarında SSRİ məkanında cərəyan
edən hadisələr imperiyanın sərhədləri
çərçivəsində demokratik
düşüncə tərzinin genişlənməsinə və
milli azadlıq hərəkatlarının
güclənməsinə zəmin yaratmış oldu.
Azərbaycanda
milli oyanış daha
geniş vüsət almışdı.
Erməni işğalçılarının ölkəmizin
ayrılmaz parçası olan Dağlıq Qarabağın ərazisinin qəsb
edilməsinə yönəldilmiş terror-təxribat
aksiyaları xalqımızın milli
özünüdərk hissinin güclənməsinə
yeni bir təkan oldu.
1990-cı il 20 Yanvar faciəsi Azərbaycan
xalqının milli bütövlüyünü
təsdiqləyən ən böyük
hadisələrdən biri kimi
tarixin yaddaşına əbədi həkk
edilmişdir. Bu faciə
harada, hansı ölkədə
yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı sayan bütün
insanları vahid qüvvə kimi birləşdirdi. Heydər Əliyev imperiya ağalarının təqib və təzyiyqlərinə
baxmayaraq, mürəkkəb vəziyyətdə
vətəndaş mövqeyi və Vətən
təəssübkeşliyi nümayiş
etdirərək 20 Yanvar
qırğını ilə bağlı Moskvada
etiraz səsini ucaltdı. Onun
verdiyi bəyanat çökməkdə olan Sovet
imperiyasını lərzəyə gətirdi. Məhz
bundan sonra faciənin şokundan ayılan dünya azərbaycanlıları ayağa qalxdı və xalqın siyasi
iradəsini bəyan edən dahi azərbaycanlının
səsinə səs verərək ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində
olan yeganə siyasi xadim və milli lider ətrafında sıx birləşməyə
başladılar. Lakin həmin məqamda
respublikamızda bu imkandan
istifadə edilmədi və nəticədə mövcud
problemlər daha da dərinləşdi.
Sonralar bu tarixi
məqamları dəyərləndirərkən Heydər
Əliyev deyirdi: “Yaxın və
uzaq tarix göstərir
ki, bütün bu hücumlara Azərbaycan
xalqı cavab verməyə qadir idi. Əgər o zaman xalqı hiddətləndirən
vahid, sarsılmaz qüvvə kimi bir araya
toplayan milli qürur və oyanış hisslərindən konstruktiv istifadə olunsaydı, biz bu gün
Dağlıq Qarabağ
probleminin həlli ilə məşğul
olmazdıq.”
Usta siyasətçi milli
həmrəyliyin və birliyin dövlət
quruculuğunda və onun
inkişafında müstəsna əhəmiyyət
daşıdığını çox
gözəl bilirdi. Xüsusilə Azərbaycanın
imperiyadan qopub müstəqilliyə
doğru getdiyi dönəmdə
bu, daha çox vacib idi. Məhz buna
görə də Heydər Əliyevin təşəbbüsü
ilə hələ 1991-ci ildə Naxçıvan Ali Məclisində
31Dekabr Dünya Azərbaycanlıların
Həmrəylik Gününün təsis
edilməsi haqqında qərar qəbul olundu və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan
Milli Məclisi qarşısında məsələ
qaldırıldı.
1993-cü
ildə Heydər Əliyevin siyasi hakimiyyətə
gəlişi ilə bütün Azərbaycan
vətəndaşlarının — dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin azadlığını
və müstəqilliyini dəstəkləyən
insanların vahid Azərbaycan dövlətçiliyi
ətrafında birləşdirilməsi
üçün ciddi
iş aparılmağa başlandı.
Heydər
Əliyev azərbaycançılıq ideyasına tamam yeni bir
məzmun verərək onu Azərbaycanın
milli etnik xüsusiyyətlərinə,
müasir dövrün
tələblərinə və dünyanın hazırki
dönəminə uyğunlaşdırdı. Azərbaycançılıq
ideologiyası məhz Heydər Əliyevin həyata keçirdiyi
ardıcıl siyasi xətt olaraq mükəmməl
ideoloji bir təlim kimi ölkənin dövlət siyasətinə
çevrildi.
Məhz bu dövrdə azərbaycanlıların həmrəyliyi
və birliyi ideyası artıq bütün dünyaya səpələnmiş
soydaşlarımızın düşüncələrinə
hakim kəsildi və dövlət siyasətinin
prioritetlərindən birinə çevrildi.
Yaşadıqları ölkələrdə
soydaşlarımızın təşkilatlanması, azərbaycanlı
icmalarının fəaliyyətinin genişlənməsi, tarixi Vətənlə -müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin güclənməsi
istiqamətində çox böyük işlər görüldü.
Heydər
Əliyev azərbaycançılığı bütöv bir xalqın -bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla
hər hansı şəkildə bağlılığı olan bütün
soydaşlarımızın və həmvətənlərimizin
milli birlik simvoluna və milli ideologiyasına
çevirdi. Ümumən bu
mövzuda söhbət açılanda istər
-istəməz gözlərimiz önündə ulu öndərin xarici
ölkələrə səfərləri zamanı mütləq
bu ölkələrdə yaşayan
azərbaycanlı icmalarının nümayəndələri
ilə görüşləri canlanır.
Ümummilli lider Heydər
Əliyev hələ sovetlər dönəmindən
yaxşı bilirdi ki,
diasporların müasir düzəndə ciddi əhəmiyyət verilməsinin mühüm məqamlarından biri
ondan ibarətdir ki, onlar mövcud olduqları
ölkələrə ciddi təsir
göstərə bilirlər. Onlar bu ölkələrin
demoqrafik, etnik və konfessional strukturunu dəyişirlər.
Diasporlar təkcə öz
adət-ənənələrini, mənəvi dəyərlərini,
dillərini qorumur, həm də
yaşadıqları yerdə cəmiyyətə yad olan dəyərlərini
aşılayırlar. Diasporların ölkələrin təkcə daxili yox, həm də xarici siyasətinə
təsir gücü artır, çünki əhəmiyyətli maliyyə
resurslarına malik böyük
transmilli diasporlar bir qədər əvvəl onlara
doğma olan, müntəzəm
əlaqədə olduqları ölkələrin maraqlarına
fəal şəkildə lobbiçilik edirlər.
Erməni alimləri nahaq demirlər ki, “diasporlar dünyanı idarə edirlər, beynəlxalq
normaları müəyyənləşdirirlər, hökumətləri
və dövlətləri formalaşdırırlar və hətta
qarşıya dünya hakimiyyəti yaratmaq vəzifəsi qoyurlar...”
Bu mənada mübaliğəsiz qeyd etmək olar ki, son yarım əsrlik bir tarixi mərhələdə
dünyada gedən proseslər diasporların
iqtisadi və hətta ideya
hökümranlığı altında baş
verir.
Bu
dövlət siyasətinin yaradıcısı və əsas
icraçısı Heydər Əliyev dövlət
başçısı kimi xarici ölkəyə elə ilk
səfərə yollandığı Fransada,
iş qrafikinin gərgin
olmasına baxmayaraq, Avropada
söz sahibi olan bu dövlətin azərbaycanlı
vətəndaşları ilə çox
maraqlı bir görüş keçirdi. Heyrət və sevinc dolu baxışlarla müstəqil Azərbaycanın
dövlət başçısını dövrəyə alan və sanki Azərbaycan
müstəqilliyinin gerçək olduğuna
arxayınlaşmaq üçün ciddi cəhdlə onun, məhz
Azərbaycan Prezidentinin əlini
sıxmağa şans arayır, bunu qazanandan sonra isə bir çoxlarının,
bəlkə də həsrəti uzun
çəkənlərin gözündən sevinc
yaşları gilələnirdi. Vətən həsrəti bilməyənlər,
çəkməyənlər
belə bu mənzərədən təsirlənməyə
bilməzdilər. Heydər Əliyev bu
görüşlərdə sözü o yerə gətirirdi ki, o yerdə bu Vətənin
taleyi həll olunurdu və
bu missiyda bu nisgillilərin payı daha
çox ola bilərdi.
Ulu öndərin
siyasi ritorikadan uzaq və gerçək mənzərəni
canlandıran nitqi, içində
azacıq vətəndaşlıq hissi olan bir azərbaycanlını
belə rahat buraxa bilməzdi
və buraxmırdı da. Onun bir lider olaraq verdiyi
tövsiyyələr, diaspor quruculuğu istiqamətində heç
şübhəsiz öz işini
görürdü. Sonra
bu səpkili görüşlər
Türkiyədə, İranda, İngiltərədə,
bir sözlə, bütün
xarici səfərlərdə prezident protokolunun əsas
bəndlərindən birinə çevrilirdi.
Nəhayət, 2001-ci il noyabrın 9-10-da məhz Heydər
Əliyevin təşəbbüsü və himayəsi ilə
Bakıda Dünya Azərbaycanlılarının
ilk qurultayı keçirildi.
Məhz bu qurultay
xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması
baxımından tarixi dönüş
nöqtəsi oldu. Böyük təşkilatlanmanın
start tədbirinə çevrilən bu qurultaydan sonra dünyanın hər yerində Azərbaycan
diaspor təşkilatlarının fəaliyyəti
canlandı, Azərbaycan diaspor quruculuğu və onların fəaliyyətlərinin
əlaqələndirilməsi istiqamətində səylər
gücləndi. Dünyanın 36 ölkəsindən
403 nümayəndənin, bütövlükdə isə 1105
nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlılarının
İ Qurultayında bütün azərbaycanlıların
lideri Heydər Əliyev
çıxış edərək dedi: “İnsan
hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz
milliliyini qoruyub
saxlasın. Dünyada, eyni
zamanda assimilasiya prosesi var. İnsanlar
-mən azərbaycanlılar haqqında danışıram, gərək
yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün
yaxşı mövqe tutsunlar.
Ancaq daim öz milli-mənəvi dəyərlərinə,
milli köklərinə sadiq
olsunlar. Bizim
hamımızı birləşdirən məhz bu amillərdir. Bizim
hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.
Azərbaycan müstəqillik
əldə edəndən sonra azərbaycançılıq
aparıcı ideya kimi
həm Azərbaycanda, həm də bütün
dünyada yaşayan
azərbaycanlılar üçün əsas
ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq
öz milli mənsubiyyətini
qoruyub saxlamaq, eyni zamanda, onların
ümumbəşəri dəyərlərlə sintezindən,
inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin
olunması deməkdir."
Qurultaydan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında
yeni bir mərhələ
başladı. Prezident
Heydər Əliyev bu sahədə sistemli
dövlət siyasətinin həyata keçirilməsini təmin
etmək məqsədi ilə 2002-ci ildə Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
yaradılması
haqqında fərman imzaladı. Daha sonra “Azərbaycan diasporu”
anlayışı elə həmin
ildə Milli Məclis tərəfindən
qəbul olunmuş “Xaricdə yaşayan azərbaycanlılara münasibətdə
dövlət siyasəti haqqında” qanun qəbul
olundu ki, bu da xaricdə yaşayan həmvətənlərimizə
dövlət qayğısının hüquqi
əsaslarını müəyyənləşdirdi.
Həmin ərəfədə
dünyanın əksər ölkələrində 300 -dən
artıq azərbaycanlı icması və təşkilatı
fəaliyyət göstərirdi və onların təşkilatlanması
prosesi bu gün də davam etməkdədir. Ayrı-ayrılıqda fəaliyyət
göstərən içma və təşkilatlar
artıq Federal Azərbaycan birlikləri kimi birləşməyə
başlamışlar. Bunlara Ümumrusiya Azərbaycan Konqressini, Ukrayna Azərbaycanlıları
Konqresini, Rusiya Azərbaycanlılarının
Federal Milli-Mədəni
Muxtariyyatını, Almaniya Azərbaycanlı
Cəmiyyətlərinin Federasiyasını, İsveç-Azərbaycan
Federasiyasını, Qazaxıstan, Qırğızıstan və
Özbəkistan Azərbaycanlılarının Konqresini və sairləri nümunə göstərmək
olar.
Azərbaycana
güclü insan
potensialını hərəkətə gətirə biləcək
parlaq və yaradıcı milli
ideologiya lazım gəldiyi bir vaxtda, böyük
tarixi şəxsiyyət, ideoloq
və dövlət xadimi Heydər
Əliyev tarixin, cəmiyyətin gələcək
inkişaf hədəflərini fəhmlə
təyin edən
mütəfəkkir kimi müstəqil
dövlət ideologiyası olaraq azərbaycançılığın
siyasi, iqtisadi təməllərini
formalaşdırdı, onu dövlətçiliyə
tətbiq etdi, azərbaycançılığa
əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini
formalaşdırdı.
Azərbaycançılıq
məfkurəsi əməllərində, qəlbində və
zəkasında, daxili-mənəvi varlığında, əzəmətli
şəxsiyyətində parlaq şəkildə
görünən Heydər Əliyevin Vətən
qarşısında tarixi xidmətlərindən
biri də bu
ideologiyanı fəlsəfi təlim kimi
sistemə salması və müstəqil
Azərbaycan dövlətçiliyinə uğurla
tətbiq etməsi oldu. Məhz
bunu əsas götürərək tədqiqatçı
alimlər qeyd edirlər ki,
“böyük nəzəri-tarixi ənənələri
olsa belə, azərbaycançılıq
Heydər Əliyevin misilsiz xidmətləri
sayəsində yeni
siyasi dövrün
ifadəsi, xalqımızın yeni təfəkkür
mərhələsinin fəlsəfəsi kimi
formalaşmışdır”.
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq
fəlsəfəsinə sökənən həmrəylik və birlik siyasəti
Prezident cənab İlham
Əliyevin idarəçiliyi dövründə keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu. Aparılan məqsədyönlü
tədbirlər nəticəsində təkcə 2004-cü ildə
Avropada, Şimali Amerikada, MDB məkanında, Norveçdə, Hollandiyada, İspaniyada, Almaniyada, İtaliyada, Belçikada, Çexiyada,
Finlandiyada, Estoniyada, Polşada, Birləşmiş Ərəb
Əmirliklərində, Misirdə, Türkiyədə, ABŞ-da və bir çox digər xarici
ölkələrdə 40-dan artıq yeni
Azərbaycan icması yaradıldı.
Azərbaycan
Prezidentinin 2006-cı il
8 fevral tarixli sərəncamı
ilə keçirilən Dünya Azərbaycanlılarının
II Qurultayı isə bir daha
göstərdi ki, dövlət siyasətinin
prioritetlərindən biri kimi
dünyaya səpələnmiş
soydaşlarımızın milli birliyini inkişaf etdirmək,
yeni səviyyəyə
qaldırmaq istiqamətində həyata keçirilən
işlər öz müsbət nəticəsini
verməkdədir.Çünki artıq bu
qurultaya dünyanın 49 ölkəsindən
1218 nümayəndə seçilmiş və
388 qonaq dəvət olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bundan sonra
qarşıda duran vəzifələrin nədən
ibarət olduğunu bəyan edərək
dedi:
“Azərbaycan xalqı
böyük xalqdır. Biz
50 milyonuq. Bu, dünya miqyasında böyük
xalqdır. Bizim hamımızın bir Vətəni var-Azərbaycan.
Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək,
zənginləşdirək, qüdrətli dövlətə
çevirək.”
Bu
qurultaydan sonrakı illərdə dövlətimizin
“Güclü dövlət - güclü diaspor” prinsipi əsasında
yaradılmış Dünya Azərbaycanlı
Gənclər Birliyi, Moskva,
Hyuston, Paris, Türkiyə
və bir çox
qabaqcıl ölklərdə fəaliyyətə
başlamış Azərbaycan mədəniyyət mərkəzləri
Azərbaycan diasporunun sıralarını daha
da möhkəmləndirir və həmvətənlərimizin
hüquqlarının və milli dövlət
maraqlarının qorunmasına töhfələr verir.
Dövlət
başçısının və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu işlər harada
yaşamasından asılı olmayaraq, hər
bir azərbaycanlıda qürur
və fərəh hissi doğurur.
Tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmiş bu müqəddəs
bayram münasibətilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dünya
azərbaycanlılarına ünvanladığı ənənəvi
təbrikində deyir: “Müstəqillik
dövrünün qısa tarixi
dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq
ideologiyasına söykənən siyasətin düzgünlüyünü
sübut edir. Əminəm
ki, dünya azərbaycanlılarının
həmrəyliyi bundan sonra
da xalqımızın qarşısında dayanan bütün
vəzifələrin öhdəsindən uğurla
gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın
işğalından azad etməyə,
sürətlə dəyişən, ziddiyyətli
dünyanın çağırışlarına adekvat cavab verməyə
kömək edəcəkdir. Bunun üçün
biz sıralarımızı daha da möhkəmləndirməli,
əcdadlarımızdan miras qalmış
çoxəsrlik mədəniyyətimizi inkişaf
etdirməli və hamımızın pənah yeri
olan müstəqil Azərbaycanımızın
güclənməsinə birgə əməli fəaliyyətimizlə
yeni töhfələr verməliyik.”
Arzuman MURADLI,
politoloq,
YAP Səbail rayon təşkilatının
sədr müavini
Xalq qəzeti.-
2014.- 31 dekabr.-
S.3.