Nizami rayonunda ötən
ilə yekun vuruldu
Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları
öncə müasir Azərbaycan dövlətinin
qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki
büstü önünə
tər gül dəstələri düzdülər,
ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Rayonun sənaye,
təhsil, səhiyyə,
mədəniyyət, xidmət
sahələrinin, hüquq-mühafizə
orqanlarının, eləcə
də ictimaiyyət nümayəndələrinin iştirak
etdikləri yığıncağı
Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Budaqov açdı. Tədbirdə Nizami rayonunun 2013-cü ilin sosial-iqtisadi inkişafını əks
etdirən film nümayiş etdirildi. Rayonda həyata keçirilmiş
genişmiqyaslı abadlıq-quruculuq
işlərindən bəhs
edən film yığıncaq
iştirakçılarının dərin marağına səbəb oldu. Belə ki, kadrlardan
da aydın olduğu kimi, 2013-cü ildə ölkəmizin ümumi inkişafına mühüm töhfələr
vermiş Nizami rayonunun iqtisadi göstəricilərində
xeyli artım müşahidə olunmuş,
rayon ərazisində fəaliyyət
göstərən müəssisələr
tərəfindən 424,2 milyon
manat dəyərində
məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir
ki, bu da
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Rayon sənayesində
ümumi istehsalın
65,3 faizi dövlət, 34,7 faizi isə qeyri-dövlət sektoruna aid olmuşdur. Hesabat ilində rayon üzrə öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 552 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki
ilə nisbətən
43,2 faiz artım deməkdir. İl ərzində rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı
üçün bütün
maliyyə mənbələri
hesabına əsas kapitala 186,5 milyon
manat həcmində investisiya yönəldilmiş,
bu sahədə 32,6 faiz artım qeydə alınmışdır.
Əsas kapitala yönəldilmiş investisiyaların
177,2 milyon manatı və ya 95 faizi dövlət,
9,3 milyon manatı və ya 5 faizi
qeyri-dövlət müəssisələrinin
payına düşür.
Ötən il rayonda pərakəndə ticarət
dövriyyəsinin həcmi
2,3 faiz artaraq
1 milyard 554,1 milyon manat olmuşdur. İlin əvvəlindən
fəaliyyət dairəsi
bir qədər də genişlənmiş
özəl müəssisələr əhalinin
ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının
ödənilməsində müstəsna rol oynamış, əhaliyə
172,2 milyon manatlıq pullu xidmətlər göstərmişlər. Hesabat
ilndə iaşə müəssisələri tərəfindən
əhaliyə 24,9 milyon manatlıq və ya 0,6 faiz çox xidmət göstərilmiş,
əhaliyə göstərilən
pullu xidmətlərin
həcmi isə 7,3 faiz artaraq 205,7 milyon manat olmuşdur. İl ərzində rabitə sahəsində 136,6 milyon manat, nəqliyyat sahəsində isə 75 milyon manatlıq xidmətlər göstərilmişdir
ki, bu da
əvvəlki illə
müqayisədə müvafiq
olaraq 2,5 dəfə və 22,8 faiz çoxdur.
Rayonun ötənilki
sosial-iqtisadi inkişafından
bəhs edən filmdə ayrı-ayrı sənaye müəssisələri
və xidmət sahələrinin fəaliyyəti
ilə bağlı süjetlər tədbir iştirakçılarının dərin marağına səbəb oldu. Onu da qeyd etmək lazımdır ki, həmin müəssisələr
öz uğurlu fəaliyyətləri ilə
rayonda məşğulluq
strategiyasının reallaşdırılmasına
mühüm töhfələr
vermişlər. Məhz
bunun nəticəsidir
ki, 2013-cü ildə rayonda 1996
yeni iş yeri açılmışdır
ki, bunun da 434-ü yeni açılmış, 99-u mövcud
müəssisə və
təşkilatların, 1463-ü isə fiziki şəxslərin payına
düşür. Bütövlükdə
isə son on ildə burada 23363-ü daimi olmaqla 23460 yeni iş yeri yaradılmışdır.
Hazırda Nizami rayonu paytaxtımızın
ən abad, ən yaraşıqlı guşələrindən birinə
çevrilmişdir. Bu, rayonda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq
işlərinin məntiqi
nəticəsidir. Yeri gəlmişkən,
rayon ərazisində reallaşdırılan
abadlıq-quruculuq tədbirləri
dövlət başçısı
İlham Əliyevin daim diqqət mərkəzində olduğu
üçün bu işlər xüsusi zövqlə aparılır.
Məlum
olduğu kimi, hazırda ölkəmizdə
uğurlu sosial siyasət həyata keçirilir, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm
tədbirlər reallaşdırılır.
Bunun da real nəticələri getdikcə
aydın hiss olunur. Bu vacib məsələ
Nizami rayonunda da diqqət mərkəzində saxlanılmış,
əhalinin həyat səviyyəsinin yüksəldilməsi
üçün mühüm
tədbirlər həyata
keçirilmişdir.
2013-cü ildə rayonda
sosial infrastrukturun yenidən qurulması, sakinlərin elektrik enerjisi, qaz, içməli su və istilik təchizatı sahələrində
həyata keçirilən
tədbirlər bu sahədə xidmətlərin
səviyyəsinin xeyli
yaxşılaşmasına səbəb olmuşdur. Hesabat ili rayonun
təhsil, səhiyyə,
mədəniyyət və
idman sahələri üçün də nailiyyətlərlə zəngin
olmuş, bu sahədə yüksək
uğurlar əldə
edilmişdir. Sözügedən sahələrin işinin canlandırılmasında Prezident
İlham Əliyev tərəfindən təsdiq
edilmiş dövlət
proqramlarının müstəsna
əhəmiyyəti olmuşdur.
Bundan əlavə, xeyirxah və nəcib əməllərin
carçısı olan
Heydər Əliyev Fondu tərəfindən bütün
ölkədə olduğu
kimi, Nizami rayonunda da bir
sıra uğurlu sosial layihələr həyata keçirilmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət
Vəliyeva, Flora Qasımova,
Rasim Musabəyov və Rüfət Quliyev son illər dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi
tərəqqisində mühüm
nailiyyətlərin əldə
olunmasından bəhs
etdilər, paytaxtın
Nizami rayonunda gedən sürətli inkişafı məhz bu tendensiyanın məntiqi nəticəsi kimi səciyyələndirdilər.
Prezident
Administrasiyasının məsul
işçisi Tağı
Tağıyev isə öz çıxışında
yola saldığımız
2013-cü ildə ölkə
həyatının bütün
sahələrində əldə
olumuş nailiyyətləri
statistik göstəricilər
əsasında bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı,
ötən il
Nizami rayonunun sosial-iqtisadi inkişafı
ilə bağlı görülmüş işləri
ölkənin ümumi
tərəqqisinə verilmiş
mühüm töhfə
kimi dəyərləndirdi.
Hesabat yığıncağına yekun
vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov 2014-cü ildə
rayonda həllini gözləyən bir sıra məsələlərdən
söhbət açdı,
bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret
tapşırıqlar verdi.
Tədbirin sonunda Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Fondun icraçı direktoru Vüqar Səfərli dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə medianın inkişafına göstərilən qayğı və diqqətdən söhbət açdı. Axırda müsabiqə qaliblərinə mükafatlar təqdim olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 14 fevral.- S. 6.