Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan milli mətbuatı

 

Azərbaycan Mətbuat Şurasının milli mətbuatımızın tanınmış simalarının geniş kütləyə tanıdılması layihəsinə uyğun olaraq çəkilməsi nəzərdə tutulan silsilə filmlərin ilki olanBir kərə yüksələn bayraq bir daha enməz” ekran əsəri bu tarixi nidanın müəllifi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli publisistictimai xadim Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuşdur. Bu günlərdə 130 illik yubileyi ölkəmizdə təntənəli tədbirlərlə qeyd olunan ölməz ideya və əməl sahibinin doğum günündə Mətbuat Şurasında filmin təqdimat mərasimi oldu.

AMŞ sədri Əflatun Amaşov Azərbaycan demokratik mətbuatının maarifçilik ideyaları ilə yoğrulmuş ilk 40 illik mərhələsinin sonrakı illərdə həm də istiqlal məfkurəsinin başlıca daşıyıcısına çevrilməsində, dövlət müstəqilliyimizin bərpa edilməsi məramına xidmət göstərməsində Məhəmməd Əmin Rəsulzadənin müstəsna rolundan danışdı və filmdə bu tarixi faktın aparıcı mövzu olduğunu vurğuladı.

Milli Məclisin deputatı, Mətbuat Şurası idarə heyətinin üzvü, layihənin ideya müəllifi və hamisi Cavanşir Feyziyev demokratik mətbuatımızın zəngin və öyünclü tarixinin, onun aparıcı simalarının tarixi xidmətlərinin çağdaş nəsilə çatdırılmasının zəruriliyini söylədi, bu işdə vizual xronikanın yaradılmasının təsirli vasitə olduğunu qeyd etdi. Natiq bu silsilədən ilk filmin milli mətbuatımızı parlaq siyasi publisistika örnəkləri ilə zinətləndirmiş, ilk rəsmi dövri nəşrimiz “Azərbaycan”qəzetinin fəliyyətinə ideya rəhbərliyi etmiş Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmasının uğurlu başlanğıc olduğunu da söylədi.

Filmin ssenari müəllifi və çəkiliş rəhbəri şair-jurnalist Bəxtiyar Qaraca qısa müddətdə ərsəyə gətirilmiş videosalnamə üzərində yaradıcılıq işindən danışdı, silsilənin sonrakı filmlərinin yaradılmasında həmkarlarını fəal iştiraka dəvət etdi.

Sonra filmə ilk baxış oldu.

Mərasimin davamındaİki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının içraçı direktoru Rəhim Hüseynzadə, “Xalq qəzeti”nin əməkdaşı Namiq Qədimoğlu, “Zaman Azərbaycanqəzetinin redaktoru Ürfan Məmmədli başqa yazarlar filmi görkəmli siyasət dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat mübarizəsinin aparıcı yönlərindən birinə işıq salan videoxronika olmaqdan əlavə, həm anadilli mətbuatımızın milli oyanışdan istiqlal savaşına yönəlik dövrünü əks etdirən gərəkli ekran əsəri kimi dəyərləndirdilər. Bakı Dövlət Universitetinin professoru, görkəmli mətbuat tarixçisi Şirməmməd Hüseynovun söylədiyi şərh açıqlamalar filmin diqqətçəkən cəhətlərindən biri kimi qeyd olundu.

Mərasimdə layihənin uğurla davam etdirilməsi ilə bağlı mülahizələr səsləndi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 7.