Kütləvi İnformasiya Vasitələrınin
İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının
növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadənin sədrliyi ilə keçirilən iclasın gündəliyinə 3 məsələ daxil edilmişdir: 2013-cü ildə fondun fəaliyyəti haqqında yekun hesabat; 2014-cü ildə fondun tədbirlər planının təsdiqi; 2014-cü il üçün fondun ekspertlərinin tərkibinin təsdiqi.
2013-cü il üzrə fəaliyyəti barədə yekun hesabatı fondun icraçı direktoru Vüqar Səfərli təqdim etmişdir. 2013-cü ildə görülən işlər və xərclənmiş vəsait barədə məlumat verən Vüqar Səfərli Müşahidə Şurası üzvlərinin suallarını da cavablandırmışdır.
Şura üzvləri hesabata və ümumilikdə, 2013-cü ildə görülmüş işlərə münasibətlərini bildirmişlər. Şura üzvlərindən Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, İntiqam Hümbətov fondun 2013-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirmiş və qənaətbəxş saymışlar. Hesabat yekdilliklə qəbul edilmişdir.
2014-cü il üzrə fondun tədbirlər planı layihəsi ilə tanış olan şura üzvləri əlavə və təkliflərini bildirmişlər. Şura üzvlərindən Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli layihənin qənaətbəxş olduğunu, bəzi texniki xarakterli düzəlişlərlə qəbul edilməsinin mümkünlüyünü bildirmişlər. Tədbirlər planı yekdilliklə qəbul edilmişdir.
Sonda 2013-cü ildə həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün ekspertlərin tərkibinə baxılmış, təqdim olunan siyahı təsdiq edilmişdir.
R.TAHİR
Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 7.