Sevastopol şəhər radiosunun Azərbaycan dilində yayımlanan “Qobustan” proqramı beynəlxalq müsabiqənin mükafatına layiq görülmüşdür

 

Proqramın aparıcısı isə jurnalistlərin Gümüş qələm” müsabiqəsinin laureatı  olmuşdur

 

Ukraynanın Krım Muxtar Respublikasının Sevastopol şəhərinin yerli radio kanalında Azərbaycan dilində yayımlanan “Qobustan  proqramı XII Beynəlxalq açıq yaradıcılıq müsabiqəsində “İlin ən yaxşı radioproqramı” nominasiyasının qalibi olub.  Proqramın  aparıcısı Həbib Əliyev  də mükafatsız qalmayıb. Həmyerlimiz jurnalistlər arasında keçirilən ənənəvi “Gümüş qələm” XII Beynəlxalq açıq yaradıcılıq müsabiqəsinin  laureatları arasındadır.

 Müsabiqədə 14 ölkədən jurnalistlər iştirak etmişlər. Qalibləri peşəkarlardan ibarət beynəlxalq tərkibli münsiflər heyəti müəyyənləşdirib. Müxtəlif sahələr üzrə təqdim edilmiş 700-dək işdən 60-ı qalib  hedsab olunub. Belə bir nüfuzlu müsabiqədə Azərbaycan dilində yayımlanan “Qobustan” proqramının mükafata layiq görülməsi  mədəniyyət və incəsənətimizin, milli - mənəvi dəyərlərimizin beynəlxalq aləmdə geniş təbliğnin və yüksək reytinqinin nəticəsidir.

Qobustan  proqramı on beş ildən artıqdır ki, fəaliyyət götərir. Bu müddət ərzində  efirdə əsasən milli mədəniyyətimiz və incəsənətimizlə bağlı silsilə verilişlər səsləndirilmiş, muğamlarımız, aşıq sənətimiz, tariximiz, ədəbiyyatımızla bağlı maraqlı məlumatlar yayımlanmışdır. Proqramın getdikcə yerli ziyalıların və ictimai - siyasi xadimlərin böyük marağına səbəb olması Sevastopol şəhərində yaşayan erməniləri ciddi narahat etmişonlar Azərbaycan dilində yayımlanan bu proqramın dayandırılması üçün dəridən - qabıqdan çıxmışdılar. Onların bəhanəsi bu olmuşdur ki, guya bu proqram  münaqişə yaradır və siyasətlə məşğul olur. Separatçı rejimin nümayəndələri xəbis niyyətlərinə bir neçə ay nail ola bilmişdilər.  Qobustan” proqramının aparıcısı Həbib Əliyev — yeri gəlmişkən qeyd edək ki, o da XII Beynəlxalq açıq yaradıcılıq müsabiqəsinin laureatı olmuş və jurnalistlərin “Gümüş qələm”  mükafatına layiq görülmüşdürredaktorla görüşdükdən sonra əsl həqiqəti ona bildirib  konkret faktlarla  Azərbaycan və Ukrayna xalqlarının dostluğundan danışıb. Hər şey aydınlaşdıqdan sonraQobustan” proqramı yenidən fəaliyyətə başladı. Həmin  vaxtdan indiyədək"Qobustan" proqramı fəaliyyətini davam etdirir. Onu da qeyd edək ki, bu proqram  ermənilərin xalqımız haqqında yaratmaq istədikləri bütün mənfi rəyləri alt - üst etdi. Ermənilər yerli radio ilə öz dillərində yayımladıqları  verilişlərdə azərbaycanlıları vəhşi, qaniçən, qəddar xalq kimi təqdim edirdilər. Onlar iddia edirdilər ki, guya Qarabağda demokratiya qalib gəlib, Qarabağ erməniləri Azərbaycanın zülmündən azad olublar, özlərinin azad, demokratik respublikalarını qurublar. Ancaq Azərbaycan dilində yayımlanan “Qobustan” proqramı bu yalanlara son qoydu və ermənilərin işğalçı dövlət olması faktlarla sübut olundu. Bundan sonra Sevastopol şəhər yerli radiosunun redaktoru belə təxribat xarakterli  verilişi hazırlayan jurnalistlərə və erməni cəmiyyətinin nümayəndələrinə kəskin iradını bildirdi.

Sevastopol radiosunda bir sıra xalqlara məxsus proqramların yayımlandığını nəzərə alaraq  həmin verilişlər həm rus, həm də həmin xalqların ana dilində olmaqla ayda bir dəfə yarım saat müddətinə efirdə səslənir. Azərbaycan dilində  Qobustan” proqramı fəaliyyətə başladığı  gündən indiyədək burada 180-dən çox maraqlı veriliş hazırlanaraq efirdə səsləndirilib.

Həm “Qobustan” proqramının, həm də onun aparıcısı Həbib Əliyevin beynəlxalq mükafata layiq görülməsi  Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun təntənəsidir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 5.