Təhsil islahatlarının uğurla aparılmasında müəllimlərin rolu danılmazdır

 

Azərbaycanın dövlət müstəqilliyi qazanmasından ötən 20 ildə ölkəmiz dünyada geniş tanınaraq Qafqaz regionunun aparıcı gücünə çevrilmişdir. Xalqımız bu dövr ərzində öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün mövcud imkanlardan səmərəli istifadə edə bilmişdir.

Unudulmaz dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevinşah əsəri sayılan müstəqil Azərbaycan respublikası ulu öndərin mükəmməl zəkası, geniş əhatəli idarəetmə qabiliyyəti, siyasi-iqtisadi islahatlatın uğurla aparılması,həmçinin xalqımızın mental potensial gücüvəbaşqa bu kimi amillər ölkəmizi və dövlətimizi öncül mövqelərə çıxardı. Bu, həmçinin imkan verdi ki, Azərbaycan dövlət siyasətinin strateji sütunu sayılan təhsil sahəsində dəköklü dəyişikliklər baş versinaşkar nailiyyətlər qazanılsın.

Milli təhsilimizin dünya təhsil sisteminə sürətli inteqrasiyası artıq danılmaz və fərəh doğuran bir fakta çevrilmişdir. Ümummilli liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı 24 oktyabr 2013-cü il tarixli sərəncamı bizdə belə bir qəti əminlik yaradır ki, təhsil islahatları prosesinin əhatə dairəsi getdikcə genişlənir və Azərbaycan təhsili əsl mənada, hərtərəfli şəkildə dünyəvi xarakter alır.

Azərbaycanın dünya təhsil sisteminə uğurlu inteqrasiyası davam edir.Adıçəkilən Dövlət Strategiyasından irəli gələn prinsiplərin həyata keçirilməsinitəmin etmək üçün məsələlərə qlobal yanaşma tərzinə, müasir idarəetmə bacarığına malik olması ilə diqqət çəkən yeni təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan Müəllimlərinin XIV Qurultayındakı məruzəsi təhsil cəmiyyətinin qarşısında duran vəzifələri punktual bir tərzdə müəyyənləşdirdi. Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, innovativ bacarıqlara söykənən və səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin yaradılması məsələsi bir daha gündəmə gətirildi.

Azərbaycan Müəllimlər İnstitutuonun filiallarının yaradılması da məhz təhsil islahatlardan irəli gələn zərurət idi. On dörd il öncə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığını, ömürboyu təhsili reallaşdırmaq üçün təşkil  edilmiş Azərbaycan Müəllimlər İnstitutu əvəzolunmaz bir missiya üçün proqnozlaşdırılan sistemdir. Hazırda Azərbaycan Müəllimlər İnstitutu təhsil şəbəkəmizin ayrılmaz hissəsi kimi fəaliyyət göstərir. İslahatlar gedən bir ölkədə 14 il təhsil və təhsil müəssisəsi üçün o qədər böyük bir müddət olmasa da, Azərbaycan Müəllimlər İnstitutu və filialları təqdirəlayiq nailiyyətlər qazanmışdır.

Yenə də titanik Heydər Əliyevin alternativsiz siyasəti və möhtərəm Prezidentimiz İlham Əliyevin regional sosial-iqtisadi inkişaf proqramları! AMİ-nin - əyalətlərdə əksəriyyətin istinad edə biləcəyi elm, mədəniyyət,ideoloji-siyasi bir mərkəzin formalaşması ölkənin bütün bölgələrinin dəyərlərinin qaynayıb-qarışmasına və regional dəyərə çevrilməsinə başlanğıc verir. Heç şübhəsiz, institutumuzun filialları da Azərbaycanın gələcəyi olan gənclərin mənəvi cəhətdən zənginləşməsinə, onların dünyagörüşünə, yaşam tərzinə çox müsbət təsirini göstərir.

Sovetlər dönəminin təsiri ilə uzun illər insanlarda belə bir stereotip formalaşmışdı ki, ali təhsil müəssisələri yalnız mərkəzdə, paytaxtlarda olmalıdır. Gözümüz önündə azyaşlı filiallarda tez bir zamanda formalaşan gənc elmi potensial bunun heç də belə olmadığını sübut etdiöz gələcəyinə böyük inam yaratdı. Elmin ən böyük nailiyyətlərindən olan informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi qlobal dünyanı hər kəsin pəncərəsinə çevirməklə bərabər, imkan verir ki, təhsil və xüsusən də ali təhsil ölkənin istənilən nöqtəsində qlobal təhsilə qoyulan standartlar səviyyəsində həyata keçirilsin.

Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı qeyd olunan sistemin bir hissəsi olmaqla dahi siyasətçi, böyük lider H.Əliyevin uzaqgörən siyasətinin bəhrələrindəndir. Cəlilabad rayonunun yerləşdiyi strateji məkan məhz burada ali təhsil ocağının yaradılmasını zərurətə çevirmişdir. Gənc nəslin xarici ideoloji təsirlərdən qorunması, cənub bölgəsi üçün bütün dövrlərdə aktual olan gender probleminin aradan qaldırılması, bölgədə fəaliyyət göstərən pedaqoji kadrların ömürboyu təhsilinin həyata keçirilməsi istiqamətində filialımız çox önəmli rol oynayır.

Filial təhsil sahəsində ölkəyə gətirilən bütün innovasiyaların bölgəyə inteqrasiyasını sürətləndirir. Qısa zaman kəsiyində bölgədə olandövrün tələblərinə cavab verən elmi potensialın burada səfərbər olunması regionda elm və mədəniyyət mərkəzinin formalaşmasına, intellektual təbəqənin inkişaf etdirilməsinə şərait yaradır.

Filial dövlətimizin, Azərbaycan təhsilinin qarşımızda qoyduğu tələblər səviyyəsində intellektual, vətənpərvər, sağlam düşüncəli, dünyəvi dəyərlərə malik insan kapitalının formalaşması yönündə uğurla fəaliyyət göstərir.

Azərbaycan Müəllimlər İnstitutuonun filiallarının formalaşmasında, inkişafında, idarəetmə mexanizminin gücləndirilməsində, gənclərin elmi-tədqiqata cəlb edilməsində, elmi potensialın sürətlə formalaşmasında professor Aqiyə xanım Naxçıvanlının əzm və iradəsini, prosesə sistemli yanaşmasını məmnunluqla qeyd etmək olar. O, Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin edildikdən sonra ilk öncə burada günün tələblərinə uyğun zəruri dəyişikliklərə başlamışdır. İslahat gedən bir ölkədə çevik və bazarın konyukturasına uyğun olaraq dəyişən bir idarəetmə sistemi, məhz öyrənənin maraqları baxımından onun hüquqlarını qoruya biləcək bir pedaqoji yanaşma tətbiq olunur. Məhz belə yanaşma Azərbaycan Müəllimlər İnstitutu rəhbərliyinin əsas idarəetmə prinsipinə çevrilmişdir.

Azərbaycan təhsilinin inkişafı naminə atılan son addımlar ölkəmizin təhsil cəmiyyətinin üzvlərinə işiıqlı gələcək üçün təminat verir. İnamla deyə bilərik ki, Azərbaycan Müəllimlər İnstitutuonun filialları təhsilimizdə gedən davamlı islahatın həyata keçirilməsində özünəməxsus rol oynayır və bundan sonra da cəmiyyətimizə layiqli töhvələr verəcəkdir.

 

Mənzilə RƏHİMOVA,

 

AMİ Cəlilabad filialı pedaqoji fakültəsinin dekanı

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 6.