O özü bir məktəb idi

 

RZA TƏHMASİB - 120

 

Azərbaycanın  mədəniyyət  tarixində elə simalar  var ki,  onların  sənəti əsl mənada  xalqımızın  mənəvi   sərvətinə çevrilmişdir.  Belə  sənətkarların yaradıcılığı  nəsillərin mənəvi tərbiyəsində   böyük rol oynamaqla  mənəviyyatımızı   daha da zənginləşdirir. Xalq artisti, kinorejissor, aktyorpedaqoq  Rza Təhmasib  də belə  sənət  fədailərindəndir.

Bu böyük  sənətkar haqqında  çox  yazılıb, tədqiqat əsərləri  çap olunub. Ancaq onun  anadan olmasının 120 illiyi  ərəfəsində  kinoteatr tariximiz üçün  əhəmiyyətli xatırlanası  çox məqamlar var.       Milli teatrımızın inkişaf edib formalaşmasında onun  xidmətləri əvəzsizdir.  R.Təhmasibin  genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.

Rza Abbasqulu oğlu Təhmasib  1894-cü il aprelin 20-də Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə, teatra meyli olub. 16 yaşında ikən Tbilisidə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Rza 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluqrejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.

Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda peşəkar teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün XX əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.

Teatr tariximizdə oynanılan klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin əksəriyyətində Rza Təhmasibin aktyor, yaxud rejissor kimi iştirakı olmuşdur. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatrkinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblisArif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd şah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov Yarovaya”), Stricin (“Eskadranın məhvi”), Karl Moor (“Qaçaqlar”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur.

Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi personajları  səhnədə xüsusi  istedadla canlandırmışdır.

Teatrda rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin Naxçıvan teatrındakı ilk tamaşası  olub. O dövrün mətbuatında onun quruluşunda “Ölülər” yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. Qeyd edək ki, İsgəndər obrazının ilk ifaçısı da R.Təhmasib olmuşdu."Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. “Şeyx Sənan” (1931), “Sevil” (1934), “Özgə uşağı” (1936), “Madrid” (1938), “Vəfa” (1943), “Hacı Qara” (1958) kimi tamaşalar Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.

Ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın  inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.

Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu, kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərinin, rejissor və aktyorların iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. İlk  vaxtlar  Azərbaycan kinosunda  digər  respublikadan dəvət olunmuş  mütəxəssislər   işləyir, milli mənəviyyatımıza yaxından bələd olmayan   bu  insanların yaratdıqları  filmlər    Azərbaycan mentalitetini   kifayət  qədər  əks etdirə bilmirdi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərinə götürdülər. Onlardan biriRza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkmişdi.

Müharibənin qızğın dövründə –1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi.

Ancaq onun kinoda rejissor kimi ən uğurlu işiArşın mal alanfilmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenkonun iştirakı ilə  yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü. Təhmasib bu  film haqqında  yazırdı: “ Müharibənin ağır  illərində  biz filmi Moskvaya təhvil  verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ   gediş-gəliş  bərpa edilməmişdi.  Filmi qəbul edən komissiyanın  bəzi üzvləri bizi  soyuq  qarşıladılar.  Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər oldu. Açıqca deyirdilər ki, bu vurhavurda  Arşın mal alan  yeridir.  Sən  demə,  film elə məqamındaca  çəkilibmiş. Baxışdan iki gün sonra film Moskvanın  iki kinoteatrında  ekrana buraxıldı. Üç  gün sonra isə  18 kinoteatrdan  Arşin mal alan”ın sədası eşidildi."

Film ağ-qara plyonkada  çəkilmişdi. Yalnız ötən il  bu  kino əsəri   rəngli  filmə  çevrildi.  Arşın mal alankinokomediyası milli kinomuzun ən gözəl nümunələrindəndir    70 ilə yaxındır ki, dünyanı  dolaşmaqdadır.

Filmin uğurlu taleyinin bir səbəbi rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar.

 R.Təhmasib 1950-ci ildə A. Zarxi M. Xeyfitslə birlikdəBakının işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla birgəMahnı belə yaranırfilmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor  işi isəOnu bağışlamaq olarmı?” filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu rejissor həllinə görə diqqəti çəkən, maraqlı kino əsəridir. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim, professor Məmmədhüseyn Təhmasib yazmışdı.

Rza Təhmasibin kinomuzda həm bir  aktyor kimi yadigarları var. 1947-ci ildə istehsal olunmuşFətəli xanfilmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən dəyərli aktyor işi isəQanun naminəfilmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə ifa üslubuna görə kino tariximizin  qiymətli  obrazlarındandır.

Rza Təhmasib ömrünün böyük bir dövrünü  həm pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor aktyor nəslinin yetişməsində mühüm əhəmiyyətli rol oynamışdır. Bu gün  onun tələbələri müstəqil Azərbaycanın  teatr   kino  sənətinin inkişafında yaxından iştirak etməkdədirlər.

Rza Təhmasibin yaradıcılığı  yüksək qiymətləndirilmiş, Azərbaycanın əməkdar incəsənət xadimi (1946), SSRİ Dövlət mükafatı laureatı (1946), Azərbaycanın xalq artisti (1964) adlarına layiq görülmüş, “Şərəf nişanıordeni başqa mükafatlarla təltif olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 7.