Standard & Poor’skredit reytinqləri xidməti Azərbaycanın reytinqiniSabitproqnozla təsdiqləmişdir

 

Standard & Poor’skredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “VVV-/A-3” səviyyəsində “Sabitproqnozla təsdiqləmişdir. “Standard & Poor’sun  yaydığı xəbərdə deyilir ki, “Sabitproqnoz Azərbaycanda iri neft-qaz yataqlarının işlənməsinin iqtisadi artımı dəstəkləyəcəyi barədə faktı əks etdirir. Lakin bu proqnoz ötən illərdə olduğu kimi yüksək profisiti təmin etməyəcək.

Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycan genişləndirilmiş hökumətin xalis aktivləri və xarici xalis aktivlər üzrə güclü mövqelərini qoruyur. Belə ki, bu aktivlər həmişə olduğu kimi gözlənilən  stress vəziyyətlərin qarşısını  əhəmiyyətli dərəcədə alır.

Agentliyin hesablamalarına görə, 2013-cü ildə ölkə iqtisadiyyatının artımı 5,8 faiz təşkil etmişbu, 2009-cu ildən sonra ən yüksək göstəricidir: “Neft sektorunun yenicə durğunluqdan çıxmağa başladığı dövrdə, xüsusilə infrastruktur obyektlərinə  ayrılan dövlət xərcləri qeyri-neft sahələrində daha yüksək artım tempinə xidmət edir. Proqnozlara əsasən, ortamüddətli perspektivdə ÜDM-in artımı təqribən 4 faiz təşkil edəcəkdir”.

Standard & Poor’skredit reytinqləri xidməti qeyd edir ki, neft hasilatının illik həcmi 2017-ci ilədək təqribən eyni səviyyədə olacaq, lakin qaz hasilatının artan həcmi iqtisadi artıma təkan verəcəkdir: “Biz ”Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin cədvələ uyğun olaraq 2018-ci ildə başlayacağını gözləyirik”.

Analitiklərin fikrincə, kapital xərclərin payı yüksək olaraq qalır, yəni məcmu xərclərin 40 faizi səviyyəsindədir. Başqa sözlə, bu, ölkə iqtisadiyyatında maliyyə şokları halında büdcənin çevikliyini təmin edir.

Standard & Poor’skredit reytinqləri xidmətinin Azərbaycanın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “VVV-/A-3” səviyyəsində ”Sabitproqnozla təsdiqləməsi təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasətin,  yüksək iqtisadi artım dinamikasının formalaşmasının, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın  dinamik inkişafa, sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyasının nəticəsidir.  Məhz elə buna görə də Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.

Yeri gəlmişkən, burada bir məqamı da qeyd edək. Son illər Azərbaycan hökuməti ölkəni xarici sərmayədarlar üçün daha cəlbedici etmək istiqamətində mühüm addımlar atmışdır. Bu gün  2013-cü ilin uğurlarından olan, XXI əsrin müqaviləsi kimi dəyərləndirilən “Şahdəniz-2” layihəsinin perspektivlərindən bəhs edilərkən ölkəyə investisiya axınının daha da sürətləndiriləcəyi daha çox önə çəkilir. ”Şahdəniz-2” investisiya sazişi tarixi nailiyyət, tarixi qələbədir”– söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu layihə Azərbaycana böyük dividentlər gətirəcək. Ölkəmizin nüfuzu, iqtisadi gücü artacaq, böyük həcmdə investisiyalar cəlb olunacaq.

Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatında böyük imkanlara malik Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarından istifadə məsələlərinin müzakirəsində regionda geosiyasi cəhətdən daha əlverişli məkanda yerləşən Azərbaycana üstünlük verilməsi də siyasi cəhətdən sabit, sərmayələr üçün etibarlı imkan olan ölkəmizə maraqdan irəli gəlir. Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer alanHeç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyilfikri də Azərbaycanın artan nüfuzuna və çəkisinə inamdan qaynaqlanır. Ölkəmiz tərəfindən irəli sürülən layihələrin heç birinin iflasa uğramadığını, hər birinin gözəl nəticələrlə sonuclandığını bildirən dövlət başçısı İlham Əliyev TANAP, TAP layihələrinin də əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırır: “Şahdəniz-2”, TANAP, TAP – yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaqdır. Əlbəttə, biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə standartlara uyğun işlər görülür bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsinonlara şərait yaradılsın”.

XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş Azərbaycan iqtisadiyyatı son 5 ildə yaşanan qlobal iqtisadi və maliyyə böhranı şəraitində də uğurla inkişaf etməkdə davam edir. Aparıcı ölkələr hələ də böhran qarşıdurması problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri uğurla həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.

Bu il ölkədə iqtisadi artım və inkişaf proseslərinin yüksək daxili iqtisadi fəallıq şəraitində davam edəcəyi gözlənilir. Mərkəzi Bank özünün siyasət prinsiplərinin irsiliyini saxlamaqla, 2014-cü ildə ölkə iqtisadiyyatının qarşısında duran yeni strateji vəzifələrin həllinə hərtərəfli dəstək verəcək və qlobal iqtisadiyyatdan gələ bilən risklərin neytrallaşdırılmasına çalışacaqdır.

Bu il Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi aktivliyinqlobal əmtəə bazarlarında qiymətlərin dəyişkən olacağı istisna deyildir. Neftin dünya qiyməti ölkənin tədiyə balansına əhəmiyyətli təsir göstərən amil kimi qalır. BVF-nun son proqnozlarına görə, 2014-cü ildə neftin 1 barrelinin orta dünya qiyməti 101.4 ABŞ dolları səviyyəsində gözlənilir.

Ortamüddətli dövrdə və bu il Azərbaycanın tədiyə balansında profisitin qalacağı gözlənilir. Mərkəzi Bankın proqnozlarına görə, 2014-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında əhəmiyyətli profisitin olacağı (ÜDM-in 15 faizi qədər) və valyuta ehtiyatlarının artmaqda davam edəcəyi gözlənilir.

Əlverişli xarici iqtisadi mövqe şəraitində nəzərdə tutulan sosial-iqtisadi siyasət 2014-cü ildə də ölkədə iqtisadi artımı təmin edəcəkdir. İqtisadi artımın aparıcı amili daxili tələb qalsa da, şaxələnmə strategiyası qeyri-neft sektorunun ixracını genişləndirməklə xarici tələbin də iqtisadi artımda fəallaşmasını tələb edir.

Proqnozlara görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım tempi (5,2 faiz) dünya və MDB üzrə orta artım tempini 2-2,5 faiz bəndi üstələyəcəkdir. Növbəti ildə də qeyri-neft sektorunda ikirəqəmli artım gözlənilir. Daxili investisiya fəallığının formalaşmasında dövlət investisiyaları mühüm rol oynayacaqdır. Məşğulluğun yüksəlməsi, əhalinin real gəlirlərinin artması və istehlak kreditləri istehlak tələbinin müsbət dinamikasını dəstəkləyəcəkdir.

Daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxilixarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlılığının artırılmasına xidmət edir. İxracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur. Bunun ən vacib şərtlərindən biri makroiqtisadi dayanıqlıq və sabitlikdir. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması yeni strateji çağırışlara tam adekvatdır. Neftin dünya qiymətlərinin dəyişkənliyi şəraitində bu, dünya bazarlarının ölkə iqtisadiyyatına konyunktur təsirlərini mərhələlərlə optimallaşdırmağa imkan verir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 5 fevral.- S. 1; 2.