Yasamal rayonu: qarşıya qoyulan vəzifələr uğurla icra olunur

 

2013-cü il Azərbaycan dövlətinin tarixinə ən uğurlu illərdən biri kimi daxil oldu. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar ölkəmizi inkişaf etmiş dövlətlər sırasına yüksəltdi. İqtisadi inkişaf tempi Azərbaycanı kosmik dövlətlər cərgəsinə qoşdu.

2013-cü ildə qazanılmış nailiyyətlər ölkəmizin dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq münasibətlərini də inkişaf etdirdi. Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi etibarlı məkana çevrildi. Cəmi 22 il əvvəl Birləşmiş Millətlər Təşkilatına adi üzv kımi qəbul edilən ölkəmiz 2013-cü ili dünyanın bu ən mötəbər qurumunun Təhlükəsizlik Şurasının sədri kimi başa vurdu. Beləliklə, Azərbaycan dünyanın taleyinin müzakirə olunduğu ən yüksək qurumun qərarlarına təsir etdi.

Ötən il Azərbaycanın iqtisadi potensialının perspektivləri ilə də yaddaqalan oldu. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin mühüm bir qolu olduğu sübut edilərək “Şahdəniz-2” müqaviləsinin məhz Bakıda imzalanması da bundan xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyilə keçirilən Nazirlər Kabinetinin 2013 - ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında da bütün bunlar barəsində geniş məlumat verildi. Qeyd olundu ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı təxminən 6 faiz, qeyri-neft sektoru 10 faiz, əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faiz olmuşdur. Ölkə iqtisadiyyatına rekord həddə - 28 milyard dollar investisiya qoyulmuşdur ki, onun 17,5 milyard dolları daxili investisiyadır. Valyuta ehtiyatlarımız da rekord həddə çataraq 50 milyard dollar təşkil edir. Keçən il 110 min yeni yeri açılmışdır ki, onun 80 mini daimi yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Ötən il qazanılan uğurlarda Yasamal rayonunun da zəhməti və payı az olmamışdır. Bütün iqtisadi göstəricilər rayonun sürətli inkişafından xəbər verir. Rayon üzrə sənaye məhsulu istehsalının ümumi həcmi 205 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 491 milyon manat olmuşdur ki, bu da 2012 - ci illə müqayisədə müvafiq olaraq 116,3 faiz və 94,8 faiz təşkil edir. Rabitə xidmətlərinin həcmi 225 milyon manat, ümumi investisıyadan tikinti-quraşdırma işləri 587 milyon manat olmuşdur. Bu sahələrdə də irəliləyişin olduğu göz qabağındadır. Rayon üzrə əsas kapitala yönəldilən investisiyalar 1 milyard 8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 1 milyard 236 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 660 milyon manat təşkil etmişdir. Bu göstəricilər 2012- ci illə müqayisədə 110,1 faiz, 157,1 faiz və 100,5 faiz deməkdir. 2013 - ildə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 9,6 faiz artaraq 532 manat olmuşdur. Ötən il yeni yerlərinin açılması ilə də yadda qalmışdır. Rayonda 3503 yeni yeri açılmışdır ki, onlardan 111-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 640-ı mövcud və bərpa olunmuş müəssısələrdə, 2752-si isə fiziki şəxslərdən ibarət olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkışafına dair Dövlət Proqramı”nın Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Əlavə Tədbirlər Planı” çərçivəsində həyata keçırilən irimiqyaslı işlər Yasamal rayonunun da iqtısadi və sosial sferalarında əsaslı dönüş yaratdı. Son bir ildə rayon ərazisində böyük vüsətlə aparılan tikinti-quruculuq işləri ilə yanaşı, geniş miqyaslı abadlıq işləri də görülmüşdür. Ümid Əkbərov, 8-ci keçid, A.Abbasov, 11-ci xrebtovı, Vasif Əliyev, Şəhriyar, Seyfəddin Dağlı küçələrinə, H.Zərdabi küçəsindəki 87 saylı binanın həyətinə, 1-ci Alatava yaşayış massivinə 46500 kvadratmetr asfalt örtüyü salınmışdır. Zahid Xəlilov küçəsində asfalt vurma işləri başa çatdırılmışdır. A.M.Şərifzadə küçəsində isə bu işlər davam etdirilir. Ümumilikdə, 2011-2013-cü illərdə Yasamal rayonunda məhəllədaxili yollara 264 min kvadratmetr, magistral yollara isə 916 min kvadratmetr asfalt örtüyü salınmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində rayon ərazisində aparılan abadlıq və yenidənqurma işləri paytaxtın ümumi görünüşünə də öz müsbət təsirini göstərmişdir.

Rayon icra hakimiyyətinin köməkliyi ilə Yasamal Bələdiyyəsi tərəfindən A.M.Şərifzadə küçəsi, 108, 110, 112, 114 saylı evlərin və rayon bələdiyyəsinin mərasim evinin ətrafında nümunəvi həyət salınaraq abadlıq işləri aparılmışdır. Burada bir çox avadanlıqlar quraşdırılaraq sakinlərin istirahəti üçün zəruri olan bütün şəraitlə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində Yeni Yasamalda abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır. Rayonun bu ərazisində əhalini daha çox narahat edən problemlərin aradan qaldırılması prioritet vəzivə kimi qarşıya qaoyulmuşdur. Yeni Yasamal - 1, 1 və 2 saylı evlərin qarşısında nümunəvi məhəllə yaradılmışdır. Həyətdə abadlıq işlərinə mane olan qeyri-qanuni tikililər və zəbt olunmuş torpaq sahələri ətrafına çəkilmiş hasarlar sökülmüşdür. Nümunəvi məhəlləyə 4 ədəd günlük, 12 ədəd oturacaq, 10 ədəd işıq dirəkləri quraşdırılmış, 1100  metr bardür, 100 kvadratmetr tamet, 4400 kvadratmetr asfalt örtüyü vurulmuş, 60 ədəd ağac əkilmiş və 1200 nəfərdən çox sakinin gözəl bir məkanda istirahəti üçün əlverişli şərait yaradılmışdır.

Rayon sakinlərinə xidmət səviyyəsinin yüksəldilməsi və onların ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, yerli sahibkarlığın dəstəklənməsi və süni, qiymət artımının qarşısının alınması məqsədilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin arxa tərəfində yerləşdirilmiş yarmarkanın fəaliyyəti davam etdirilmişdir. 5 kənd rayonunun təhkim olunduğu bu yarmarkaya şənbə və bazar günləri 60-75 ton kənd təsərrüfatı məhsulları satışa çıxarılır. 2013-cü ilin mart ayında Novruz bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyi, İqtısadi İnkişaf NazirliyiYasamal Rayon İcra Hakimiyyətinin xətti ilə 6 gün kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunmuş, məhsullar bazar qiymətlərindən 15 - 20 faiz ucuz satılmışdır.

Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi tapşırıqların icrası daim rayon icra hakımiyyətinin nəzarətində olmuşdur. Əhalini daha çox narahat edən məsələlərdən biri də qış aylarında istıliklə təmin olunmaqdır. 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi və yaranmış problemlərin operativ surətdə aradan qaldırılması məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 oktyabr 2013-cü il tarixli sərəncamı ilə rayon qərargahı yaradılmış, tədbirlər planı təsdiq edilmişdir. Bu tədbirlərin həyata keçirilməsi üçün “Azəristiliktəchizat” ASC-nin 8 və 14 saylı istilik sahələri tərəfindən xeyli görülmüşdür. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq mənzil fondunun qorunub saxlanması və qışa hazırlığı ilə əlaqədar ötən ildə rayon mənzil-kommunal təsərrüfat birliyinin yaşayış binalarının istilik xətlərində cari təmir işləri aparılmışdır. Mərkəzi istilik sisteminə qoşulmuş 274 yaşayış binasından 190-ı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə istiliklə təchiz edilir. Ümumilikdə isə rayonun mərkəzi istilik şəbəkəsinə qoşulmuş 418 yaşayış binasının 334-ü, eləcə də digər mənbələrdən istilik alması nəzərdə tutulan 113 yaşayış binasının 57-si istiliklə təmin edilir.

Rayon sakinlərinin içməli su pobleminin aradan qaldırılması istiqamətində də səmərəli işlər görülmüşdür. Rayon Sukanal İdarəsi tərəfindən 7000 paqonometr müxtəlif diametrli su borusu dəyişdirilmiş, 1300 paqonometr boru təmir edilmiş, 7 nasos, 39 siyirtmə, 4 ədəd mühərrik yenısi ilə əvəz olunmuş, 500-ə qədər nasoselektrik mühərriki təmir edilmişdir, 300 paqonometr kanalizasiya xətti çəkilmişdir.

3500 ədəd mexaniki və 9500 ədəd smart tipli sayğac quraşdırılmışdır. Zirzəmilərdə 600 paqonometr su xətti yenisi ilə əvəz olunmuşdur. 75163 abonentin 66,5 faizi sayğaclaşdırılmış və dekabr ayında ödəniş 93,1 faizə çatdırılmışdır. Görülmüş tədbirlər nəticəsində rayon ərazisində istehlakçıların 75,3 faizi fasiləsiz su ilə təmin olunur ki, bu da keçən ilin göstəricisindən 10,3 faiz çoxdur. Əhalinin su ilə fasiləsiz təmin olunması sahəsində işlər davam etdirilir, 2014-cü ilin sonunadək başa çatdırılacaqdır. Bununla yanaşı, əhalinin və müəssisələrin təbii qazaelektrik enerjisinə olan tələbatının ödənilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılmışdır.

Ötən ildə əhalinin sosial müdafiəsi istiqamətində işlər davam etdirilmiş, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4332 nəfərə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Halbuki, 2012-ci ildə 4673 nəfər sosial yardım alırdı. Bu da yoxsulluğun azalmasının göstəricisidir. Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsi tərəfindən 33825 nəfər təqaüdçüyə xidmət göstərilmiş, pensiyaların ödənməsində gecikmələrə yol verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində işlər uğurla davam etdirilmişdir. Bakı Dövlət Universitetinin tələbə şəhərciyində məskunlaşmış 5508 nəfər üzvü olan 767 ailə Müşviqabad qəsəbəsində inşa edilmiş müasir tipli və hər bir məişət təminatı olan mənzillərə köçürülmüşlər.

Ötən ilin ən mühüm hadisəsi Azərbaycan Respublikası Prezidentinin seçkiləri olmuşdur. Azərbaycan Respublikasının Prezıdenti İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması respublikamızda, o cümlədən Yasamal rayonunda da həyata keçirilən dövlət proqramlarının, infrastruktur və sosıal layihələrin, geniş abadlıq-quruculuq işlərinin məntiqi nətıcəsidir. Seçkilər ərəfəsində rayon icra hakimiyyətinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatı elektoratın müəyyən edilməsi məqsədilə təxminən 80 min nəfər arasında sorğu keçirdi. Müəyyən edildi ki, respondentlərin 84 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləyir. Bu zaman paralel olaraq sakinləri narahat edən problemlər öyrənilmiş, onların qısa müddətdə həll edilərək aradan qaldırılması üçün tədbirlər planı hazırlanmış, iri həcmli işlər həyata keçirilmişdir. Rayonun 136658 nəfər seçicisindən 91,535 nəfəri, yəni 66,98 faizi səsvermədə iştirak etmişdir. Seçicilərin 84,73 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səs verdi. Xaricdə yaşayan 22343 nəfər vətəndaşla birlikdə, cəmi 159,001 nəfər seçici olmaqla bu göstəricilər daha da yüksəkdir: müvafiq olaraq 68,23 və 85,63 faiz!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində əsaslı işlər görülmüş, məktəblər, uşaq bağçaları və səhiyə ocaqlarında təmir və yenidənqurma işləri aparılmışdır. Belə müəssisələrdən 7-sınin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onların bir çoxunda isə Heydər Əlıyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehrıban Əliyeva iştirak etmişlər. Belə bir diqqət həmin müəssısələrin kollektivləri ilə yanaşı, bütövlükdə rayon sakinlərində böyük ruh yüksəkliyi yaratmışdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən rayonun 20 və 308 saylı tam orta məktəbləri “İlin ən yaxşı məktəbi” adına layiq görülmüş, 20 saylı məktəbin ingilis dili müəllimi Təranə Əliyeva, həmin məktəbin kimya müəllimi Fatma Mustafazadə, 60 saylı məktəbin ibtidai sinif müəllimi Gülçöhrə Məmmədova və 158 saylı məktəbin ibtidai sinif müəllimi Mahuzər Əliyeva “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi elan edilmişlər.

Vətəndaşların qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması məsələsi Yasamal rayonunda həmişə prioritet vəzifələrdən hesab olunub. Rayon içra hakimiyyəti başçısının bu məqsədlə yerlərdə mütəmadi səyyar qəbullar keçirilməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır. Çünki belə səyyar qəbullarda vətəndaşları narahat edən problemlər yerindəcə həll olunur. Ümumilikdə, 2013-cü ildə rayon icra hakımiyyətinə vətəndaşlardan 3592 müraciət daxil olmuşdur. Halbuki, 2012-ci ildə bu müraciətlərin sayı 2837 olmuşdu. Onlardan 1861-i yuxarı dövlət orqanlarından, o cümlədən 118-i nəzarətlə göndərilmişdir. Rayon icra hakimiyyəti başçısının qəbulunda 573 nəfər, ümumilikdə, aparatda 3319 nəfər qəbul edilmişdir. Rayon icra hakimiyyəti başçısının 20 səyyar qəbul-görüşündə 11246 nəfər rayon sakini iştirak etmişdir. Müxtəlif sosial-məişət problemlərlə bağlı 232 müraciət bütünlüklə öz müsbət həllini tapmışdır.

2013-cü il rayonda keçirilən tədbirlərin mütəşəkkilliyi və zənginliyi ilə də yadda qalıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubıleyi ilə əlaqədar konfranslar, dəyirmi masalar, sərgilər, açıq dərslər, seminar-müşavirələr, inşa yazı müsabiqələri, idman yarışları, konsert proqramı və digər mədəni-kütləvi tədbirlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Akademik Milli Dram Teatrında təntənəli surətdə qeyd edilmiş, ulu öndərin məzarı ziyarət olunmuşdur. “İdeal”, “Karvan”, “Elit”, “Qismət” və “Şahdağ” şadlıq evlərində təşkil olunmuş anım tədbirlərində 1200 nəfərdən cox rayon sakini iştirak edərək ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Bu və digər mövzularda tədbirlərin keçirilməsində Heydər Əliyev Mərkəzi də fəal iştirak etmişdir. Ötən il Yasamal rayonundakı Heydər Əliyev Mərkəzini 9800 nəfər ziyarət etmişdir.

Narkomaniya ilə mübarizə, Yasamal Rayon İcra Hakımiyyətinin Veteranlar Təşkilatının rayon şöbəsi ilə birgə təcrübəsinə həsr olunmuş konfranslar, hesabat iclasları, 20 Yanvar Milli Hüzn Günü, Əlillər Günü, Ahıllar Günü, Müəllimlər Günü, 8 Mart Qadınlar Bayramı və digər tədbirlər kütləvi xarakter almışdır.

2013-cü ilin sosial-iqtisadi yekünları bir daha təsdiqləyir ki, Yasamal rayonunda qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuşdur. 2014-cü ildə daha böyük sferaları əhatə edən yeni hədəflər müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkışafına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramında rayonun qaz, elektrik enerjisi, su, istilik təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması, küçə və yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində Fizika, Riyaziyyatİnformatika Təmayüllü Lisey, Bakı Avropa Liseyi, 2 nömrəli qadın məsləhətxanası, 1nömrəli vərəm əleyhinə dispanser, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi və V.Mustafayev adına 2 nömrəli incəsənət məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılacaqdır. Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsində yeni uşaq bağçası yaradılacaqdır. Həmçinin, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Bakı kənar dairəvi yoldakı “StompeyKanada şirkətindən A.M.Şərifzadə küçəsinədək yeni yolun açılması da Dövlət Proqramına daxil edilmişdir.

Bundan başqa, “Bakı şəhərinin Baş Planı”na uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri ilə əlaqədar rayon icra hakımiyyətinin üzərinə mühüm vəzıfələr qoyulmuşdur. Vergilər Nazirliyinin arxa tərəfindən N.Nərimanovun heykəlinədək yolun çəkiləcəyi və Azərbaycan prospektindən N.Nərimanov prospektinədək ərazidən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi nəzərdə tutulur. Ümumbakı əhəmiyyətli və ağır zəhmət tələb edən bu işlərin icrası məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən, artıq 5 komissiya fəaliyyətə başlamışdır. İlin sonunadək 4 mərhələdə köçürülmə planı başa çatdırılacaqdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 5 fevral.- S. 5.