Birmingem Universitetinin internet-jurnalında Qarabağ problemi haqqında

 

Böyük Britaniyanın Birmingem Universitetinin dövlət idarəetmə fakültəsində təhsil alan azərbaycanlı tələbə Savalan SüleymanlınınKonfliktlər mədəni irsə necə təhlükə törədir. Dağlıq Qarabağ konfliktinin acı gerçəkləri” (How Confilcts Pose a  Threat to Cultural Heritage: Bitter Realities of the Nagorno-Karabakh Confilict”) adlı məqaləsi dünyada məşhur olan bu universitetin 11 dildə yayımlanan internet-jurnalında (http:// thelinguistmagazine.otg) çap edilmişdir.

Gənc müəllif Qarabağ probleminə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər insan hüquqları kontekstində yanaşmış, Qarabağı müstəqil bir dövlətin–Azərbaybcanın işğal edilmiş bir ərazisi olaraq faciəsinə beynəlxalq diqqəti yönəltməyə çalışmış, bu faciənin müasir dünyanın demokratiya dövlətlərarası münasibətlər,  mədəniyyət irsinə ehtiram əxlaqına sığmadığını göstərmişdir. Məqalə Birmingem Universitetinin tarixində ilk dəfə olaraq Qarabağın işğalı milli mədəniyyət dəyərlərinin məhv edilməsi faktına real münasibətin bildirilməsi baxımından əhəmiyyət kəsb edir.

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2014.- 8 fevral.- S. 6.