Xalça muzeyi fəaliyyətini genişləndirir

 

Ölkəmiz hər zaman öz yüksək xalça mədəniyyəti ilə seçilib, zəngin sənət nümunələri ilə tanınıb. 1967-ci ildə bu zəngin mədəniyyət nümunələrini yaşadıb gələcək nəsillərə çatdırmaq üçün xalça muzeyi təşkil olunub, 1972 -ci ildə dünyada ilk xalça muzeyi kimi fəaliyyətə başlayan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, qazanılmış nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında əvəzsiz rol oynayır.

Yarandığı gündən daim fəaliyyəti yaradıcılıqla, yeni-yeni layihələrlə, elmi nailiyyətlərlə bağlı olan muzeyin əsas prinsipi eksponatların mühafizəsi, bərpası, sərgilərin təşkili və qədim xalq sənətinin təbliğindən ibarətdir.

Ötən 2013- ildə muzeydə müxtəlif maraqlı proqramlar reallaşdırılmış, beynəlxalq miqyasda xarici ölkələrin muzeyləri, xalça mütəxəssisləri ilə qarşılıqlı əlaqələr yaradılmış, işbirliyi qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2004-cü il tarixdə imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunu və həmin qanunun tətbiqi haqqında 7 fevral 2005-ci il tarixli fərmanın 4.1.4 maddəsindəki “Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması” bəndini əsas tutan muzey bu yönümdə daha fəal təbliğat işi apararaq bir çox qədim Azərbaycan xalçalarının ölkəmizə qaytarılmasına nail olmuşdur. Belə ki, xanım Beverli Şilts öz həyat yoldaşı, ABŞ -ın Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü Qrover Şiltsin xatirəsinə iki ədəd Azərbaycan xalçasını (“Əjdahalı”. Qarabağ, XVII əsrin sonu və “Səlyan Xiləsi” Şirvan XIX əsr) muzeyə hədiyyə etmişdir.

18 iyun 2013-cü ildə muzeydə hədiyyə olunan xalçaların təqdimat mərasimi və “Azərbaycanın Əjdahalı xalçaları” sərgisi keçirildi. Tədbirə ABŞ, Almaniyaİtaliyadan 15 nəfər xalça mütəxəssisi və kolleksiyaçıları, o cümlədən ICOC (Şərq xalçaları üzrə konfrans) akademik komitəsinin sədri Alberto Boralevi dəvət olunmuşdular. Qeyd edək ki, ICOC təşkilatı 1976-cı ildən Şərq xalçalarını təbliğ və tədqiq edir, konfranslar keçirir. Muzey 30 ildən artıqdır ki, bu təşkilatla əməkdaşlıq edir.

Tədbir çərçivəsində 17-23 iyun tarixində qonaqlar üçün xalça turu təşkil olundu. Nümayəndə heyəti Bakıda muzey, tarixi abidələrlə, xalça muzeyinin yeni binası ilə tanış olub, daha sonra səfərlərini Azərbaycanın Lahıc, Şəki, Şamaxı, Naxçıvan bölgələrində davam etdirdilər.

Digər bir önəmli hadisə İtaliyanın Florensiya şəhərində yerləşən “Qədim xalçalartekstil” qalereyasından XIX əsrə aid iki ədəd xalçanın – “Qazax” və “Qollu Çiçi” (Quba) xalçalarının muzey tərəfindən satın alınmasıdır. Bu xalçaların Azərbaycana gətirilməsi dünyada məşhur olan “Azərbaycan xalçası” adınının özünə qaytarılması sahəsində atılan uğurlu addımlardan biridir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, xalça muzeyi və “Burqanovlar eviMoskva Dövlət muzeyinin təşkilatçılığı ilə 30 yanvar 2013-cü il tarixində “İqor Burqanov- Müasir Xalça” beynəlxalq elmi konfrans keçirildi. Konfransda ən yaxşı məqalə müəllifləri diplom və hədiyyələrlə mükafatlandırıldı. Diplomlar Rusiyanın Azərbaycandakı səflri tərəfindən təqdim edildi. Muzeyin dörd nəfər əməkdaşı da bu mükafata layiq görüldü. Konfransın materialları əsasında Azərbaycan və rus dillərində kitab nəşr olundu.

Ötən il dekabr ayında muzeyin əməkdaşları Şəkidə oldular. Səfər çərçivəsində “Şəki-İpək” ASC-nin xalça sexində olub xalça ustaları ilə maraqlı fikir mübadiləsi etdilər. Daha sonra muzeyin direktoru Röya Tağıyeva Azərbaycanın 85 faiz ərazisində yayım əhatəsinə malik olanKanal S” region televiziya kanalına müsahibə verdi. 2013- ildə R. Tağıyevanın “Nizami obrazları xalçalardaminiatür kitab işıq üzü görmüşdür.

Bundan əlavə, respublikadaondan kənarda təşkil olunan sərgilər üçün muzeyin fondundan xalçaxalça məmulatları, tətbiqi sənət nümunələrinin digər növləri seçilmişdir. Sentyabr ayında Muğam Mərkəzində təşkil olunan “Qarabağı unutma” adlı tədbir və Makedoniyada təşkil olunan sərgi üçün muzeyin fondundan dörd xalça seçilmişdir. 1 aprel tarixində Masazır qəsəbəsində qaçqınlar üçün salınmış şəhərciyin açılışı münasibətilə təşkil olunan sərgidə də muzeyin eksponatlarından istifadə edilmişdir.

Ötən il Braziliyanın Rio-de-Janeyro şəhərində ICOM-un XXIII baş konfransı və xxvııı baş assambleyası keçirildi. Konfransda respublikamızı ICOM Azərbaycan Milli Komitəsinin üzvləri təmsil etdilər.

Çinin Pekin şəhərində - Çin saray kompleksi muzeyində ICOM Beynəlxalq Tədris Mərkəzinin “Çoxsahəli və dəyişən dünyada muzeyin idarə edilməsi sahəsində ən yaxşı təcrübələr” adlı ilk uğurlu seminarı keçirilmişdir. Treninqdə Azərbaycan tərəfindən muzeyin əməkdaşı Yalçın Səlimov iştirak etmişdir. Bundan başqa, Sankt-Peterburqda (Rusiya Federasiyası) UNESCO/İCOM tərəfindən “Yeni informasiyakommunikasiya texnologiyaları muzeylərin inkişafında” adlı MDB ölkələrinin muzey mütəxəssisləri üçünYeni informasiyakommunikasiya texnologiyaları muzeylərin inkişafında” adlı regional treninq keçirilib. Treninqdə Azərbaycan tərəfindən ICOM Azərbaycan Milli Komitəsinin üzvü İradə Qasımova iştirak etmişdir. Elmi sahədə də muzey əməkdaşları məhsuldar işləmiş, nəşrlərdə və dövri mətbuatda oxucular üçün maraqlı olan faktlara müraciət edərək məqalələr hazırlamışlar.

Ümumiyyətlə, ötən ilmuzeyin fəaliyyəti genişlənmiş, milli xalça sənətimizin qorunması, təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

 

 M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 8 fevral.- S. 7.