Regionlarda mədəni həyatın yeni yüksəliş dövrü başlayıb

 

Bu yaxınlarda cənab Prezident İlham Əliyevin sədrliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi. Konfransda nitq söyləyən dövlət başçısı I və II Dövlət proqramlarının icrası vəziyyətindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açdı. Cənab Prezident bildirdi ki, bu proqramlarda qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilmişdir. Dövlət başçısı çıxışında regionların mədəni həyatının da son illər əsaslı şəkildə yeniləşdiyini xüsusi olaraq vurğulamışdır.

Həqiqətən, son on ildə şəhər və kəndlərimizin mədəni həyatında yeni bir dövr başlanmışdır. Rayon mərkəzlərində yeni mədəniyyət evləri, kitabxanaklublar inşa edilmliş, köhnələri təmir edilərək yenidən istifadəyə verilmişdir. Teatr, kino müəssisələri də öz qapılarını tamaşaçıların üzünə açmışdır.

Regionlarda milli mədəni irsin qorunmasına yüksək səviyyədə qayğı göstərilməyə başlanmışdır. Bu, dövlətin, onun başçısının mədəniyyətin inkişafına göstərdiyi diqqətin real nəticələridir. Cənab Prezident dəfələrlə bölgələrdə mədəniyyət obyektlərinin açılışlarında iştirak etmiş, ölkədə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyinibu tendensiyanın gələcəkdə də davam etdiriləcəyini bildirmişdi. Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın, Gədəbəy Aşıq Musiqisi Məktəbinin, Balakən Rayon Mədəniyyət Mərkəzinin və digər rayonlarda yeni mədəniyyət ocaqlarının açılışlarını buna misal göstərmək olar. Cənab Prezident mədəniyyətin inkişafı ilə bağlı demişdir: “Hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi əhəmiyyət daşıyır. Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik. Ancaq müstəqilliyə olan sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi qorudubu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən dövlətdir”.

Bu inkişafın nəticəsidir ki, mədəniyyət sahəsində də regionlarımız son vaxtlar ciddi irəliləyişə nail olmuşdur. Təkcə 2013-cü ildə regionlarımızda 45 mədəniyyət müəssisəsi inşa olunmuşdur. Artıq 20-dən artıq rayonda kitabxana-informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər region oxucularının istənilən informasiyanı asanlıqla əldə etməsinə imkan yaratmışdır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu başlanıb. Bu gün Qəbələ rayonu ölkənin mədəni tədbirlər keçirilən mərkəzlərindən birinə çevrilmişdir. Burada hər il keçirilən Beynəlxalq Musiqi festivalı Azərbaycan musiqi sənətinin dünyaya inteqrasiya prosesində əhəmiyyətli rol oynayır.

Regionlarda milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizim Nazirliyi tərəfindən xüsusi bir layihənin həyata keçirilməsinə başlanılıb.Xalq yaradıcılığı paytaxtları” adlı layihə artıq neçə ildir ki, həyata keçirilməkdədir. Mədəniyyət və turizm nazirinin müvafiq əmri ilə bu il üçün Qəbələ “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron rayonu isə “Sənətkarlıq paytaxtı” elan edilib.

Qeyd edək ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı Azərbaycanın maddiqeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir. Proqramın əsas məqsədləri regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir.

Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir. Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, milli adət-ənənələrin təbliği, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxilixarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır. Xatırladaq ki, 2013-cü ilinXalq Yaradıcılığı Paytaxtları” Xaçmaz, ZaqatalaGöygöl idi. Azərbaycan dövləti mədəniyyətin bütün ölkədə inkişafına böyük əhəmiyyət verdiyi üçün həyata keçirilən mədəniyyət layihələrinin böyük hissəsi bölgələrdə reallaşdırılır. Məlumdur ki, regionlarımız öz tarixi missiyasını yerinə yetirərək böyük mədəniyyət mərkəzləri kimi öz varlıqlarını qoruyurlar. Dövlətimizin apardığı uğurlu mədəniyyət siyasətinin nəticəsi olaraq regionlarda teatrların, kitabxanaların dirçəldilməsini, onların yeni texnologiyalarla işləmək gücündə olmasını göstərmək olar. Qeyd etməliyik ki, regionlarda mədəniyyətin yüksək səviyyədə inkişaf etdirilməsi ictimaiyyətin maraqlarına uyğundur. Azərbaycan ictimaiyyəti hər zaman mədəniyyətin dirçəlişinə, tərəqqisinə böyük önəm verib. Xalqımız mədəniyyətsevər olduğu üçün hər zaman mədəniyyət ocaqlarını işlək görmək istəyir. Regionlarda mədəniyyətin inkişafı müxtəlif rakurslardan müzakirə edilə bilər, çünki bölgələrimizdə bu proses kompleks şəkildə həyata keçirilir, mədəniyyətin ayrı-ayrı sahələri inkişaf etdirilir.

Bu gün regionlarda kitabxana, muzey işlərinin genişləndirilməsi, folklor kollektivlərinin, xalq teatrlarının dirçəldilməsi, eləcə də müxtəlif festivalların keçirilməsinə xüsusi önəm verilir.

Son illər mədəniyyətin inkişafından danışanda kadr hazırlığını da nəzərdən qaçırmaq olmaz. Bilirik ki, axır zamanlara qədər mədəniyyət sahəsində yüksək hazırlıqlı kadrların azlığı müşahidə edilirdi. Bu da sözsüz ki, həmin sahələrdə xeyli problem yaradırdı. Kitabxanalarda, muzeylərdə, teatrlarda yüksək ixtisaslı işçilərin hazırlığı prosesinə dövlət böyük dəstək verdi. Bu gün paytaxtda olduğu kimi, regionlarda da ixtisaslı kadrlar yetərincədir. Regionların maddi mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində də davamlı aparılmışdır. Şəki rayonunda “Şəki Xan Sarayı”, qala divarları, “Kişalban məbədi, “Aşağı Karvansara”, “Şəkixanovların evi”, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində “Möminə Xatun”, Şərur rayonundaQudi-Xatun” türbələri, Culfa rayonunda “Xanəgah” memarlıq kompleksi, Babək rayonunda “Əshab-ül-Kəhf” ziyarətgahı dini mədəni abidə kompleksi, Qusar rayonundaŞeyx Cüneyd” türbəsi, Qax rayonundaKürmük” məbədi, “Sumuqqala” abidəsi, Gəncə şəhərində Qala divarı, Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonundaPir Hüseyn” xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır.

Əlbəttə, bunlarla yanaşı regionlarımızda milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəslə çatdırılması üçünmühüm tədbirlər həyata keçirilmişdir ki, bunlar da öz müsbət nəticəsini vermişdir. Regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda yaxın beş ildə də bölgələrimizdə mədəniyyətin inkişafına xüsusi diqqət yetiriləcəyi məxsusi olaraq vurğulanmışdır. Cənab Prezident konfransdakı yekun nitqində demişdir: “Regionların sosial infrastrukturu növbəti beş il ərzində, əlbəttə ki, yeniləşəcəkdir. Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikintisi davam etdiriləcək, məcburi köçkünlərin problemləri öz həllini tapacaqdır”.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 2.