Vergilər Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdir

 

Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 14-cü ildönümüvergi xidməti əməkdaşlarının peşə bayramı münasibətlə  vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov başda olmaqla  nazirliyin kollektivi Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər Xiyabanına gələn nazirliyin kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 3.