Naxçıvan:
Şahbuz Rayon Rabitə
İdarəsinin yeni binası istifadəyə
verilmişdir
Fevralın 11-də Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov açılış mərasimində iştirak etmişlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming uğurlu əməkdaşlığa görə “Huawei” şirkətinin idarə heyəti adından minnətdarlığını bildirmiş və şirkətin məhdud fiziki imkanlı uşaqların təhsil almasına köməklik məqsədilə hazırladığı “Elektron təhsil” sistemini muxtar respublikaya hədiyyə etmişdir.
Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirdə
çıxış edərək demişdir
ki, rabitə
və informasiya texnologiyaları sahəsində
görülən işlər qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir.
Hazırda muxtar respublika ən müasir informasiya-kommunikasiya
texnologiyaları infrastrukturuna
malikdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov
Şahbuz rayonunda rabitə idarəsinin yeni binasının və Yeni Nəsil
Texnologiyalı Avtomat Telefon Stansiyasının istifadəyə verilməsi
nəticəsində rayonda
3500-dən artıq abonentə
müasir tələblər
səviyyəsində telekommunikasiya
xidmətlərinin göstəriləcəyini
bildirmiş, bu münasibətlə kollektivi
və istifadəçiləri
təbrik etmişdir.
Ali Məclisin sədri
muxtar respublikada telekommunikasiya sisteminin inkişafı sahəsində
həyata keçirilən
tədbirlərin bundan
sonra da davam etdiriləcəyini bildirmiş, qarşılıqlı
əməkdaşlığa və göstərdiyi köməkliyə görə
Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə və Çin Xalq Respublikasının “Huawei”
şirkətinə təşəkkürünü
bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov, Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov və Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları
üzrə prezidenti
Sun Ming binanın açılışını
bildirən lenti kəsmişlər.
İkimərtəbəli binada ən müasir rabitə və poçt avadanlıqları quraşdırılmış,
ATS, poçt, mühasibatlıq,
mühəndis otaqları
və elektron köşk istifadəyə
verilmişdir. İş
otaqlarında rabitəçilərin normal
fəaliyyəti, əhaliyə nümunəvi xidmət
göstərilməsi üçün hər
cür şərait
yaradılmışdır.
Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 4.