Xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab

 

Bu günlərdə Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitabı işıq üzü görmüşdür.

Kitabın girişində deyilir ki, müasir Azərbaycan və türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azərbaycan şeirinin örnəklərini əzbərdən bilən və hər yerdə  yorulmadan təbliğ edən, özübu poeziyanın yeni gözəl nümunələrini yaradan Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş məqalələrin toplandığı bu kitab, hər şeydən əvvəl, onun genişmiqyaslı ədəbi-mədəni və ictimai- siyasi fəaliyyətinə ümumxalq ehtiramının məhsuludur.

Professor Nizami Cəfərov daha sonra yazır: Dahi sələflərə mükəmməl istedadla (və ləyaqətlə!) xələflik edən Zəlimxan Yaqubun xalq arasında qeyri-adi populyarlığı təsadüfi deyil. Çünki, o, mənsub olduğu millətin ruhundan qopmuş, təbiətindən - mentalitetindən doğulmuş mütəfəkkir sənətkarlardandır”.

Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.

 

 R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 8.