Ağsu: daha bir uğurlu il tarixə yazıldı

 

Rayonun sosial-iqtisadi həyatındakı yeniliklərin  uğurların təkcə səsləndirilən hesabatla deyil, həm sərgidə - əyani şəkildə  nümayiş etdirilməsi ənənəsi Ağsuda da maraqla qarşılanır. 2013-cü ilin sosial-iqtisadi uğurlarına  2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağının iştirakçıları da öncə Rayon Mədəniyyət Sarayının foyesində açılmış sərgi ilə tanış oldular. Sərgidə Ağsunun sənaye müəssisələrində istehsal olunmuş mallar kənd təsərrüfatı məhsulları nümayiş etdirilirdi. Başqa bir guşədə isə tamaşaçılar son bir ildə görülmüş tikinti-quruculuq işlərinin miqyasını özündə əks etdirən foto-şəkillər diaqramlarla tanış olurdular.  Hamı  bu faktlara rəqəmlərə baxdıqca  bir kənd rayonunun timsalında ölkənin ümumi inkişaf səviyyəsi ilə fəxr edirdi.

Daha çox faktlar rəqəmlər isə rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyevin yuxarıda adını çəkdiyimiz ümumrayon yığıncağında söylədiyi hesabatda öz əksini tapırdı. Ənvər müəllim qeyd etdi ki,    2013-cü ildə respublikanın bütün bölgələrində olduğu kimi Ağsu rayonunda  da  inkişaf tərəqqi meylləri davam etdirilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci ikinci Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Həyata keçirilən  abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın  ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə  158 dəfə ataraq ötən il 44,4 milyon  manata çatıb.

2013-cü ildə yeni obyektlərin tikilməsinə istifadəyə verilməsinə diqqət  artırılıb, təhsil, səhiyyə, mədəni-məişət  obyektlərinin inşası  hər il  olduğu  kimi  nəzarətdə  saxlanılıb.  Qəşəd  Rəhimli   kənd  tam  orta  məktəbləri  üçün  180 şagird yerlik müasir  binalar tikilib  istifadəyə  verilib, Dilman, Muradlı  kənd  tam orta, Keşdiməz kənd ümumi orta məktəbləri  üçün binalarda  tikinti-quraşdırma  işləri davam  etdirilib. Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə  dövlət vəsaiti hesabına Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4244 olan 19  yeni məktəb binası  inşa olunub. 2013-  ildə  Azərbaycan  Kənd  İnvestisiya  Laihəsi  çərçivəsində  rayonun 13 kəndində yolların, səhiyyə müəssisəsinin təmiri abadlaşdırma işləri  görülüb.

Son illərdə rayonda miqyasına görə ən böyük  layihə olan  Dünya Bankı Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən 50 milyon ABŞ  dolları dəyərindəMilli Su Təchizatı Kanalizasiya xidmətləri üzrə İkinci Layihəçərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması kanalizasiya sistemi yaradılıb.

Rayonda sənaye  sahəsinin, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı sənayesinin  maddi-texniki bazası möhkəmləndirilib. 2011-ci  il oktyabr  ayının 30-da açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham  Əliyevin  iştirak  etdiyiAz-Granata” MMC-nin  şirə    şərab  emalı  zavodunda ötən il  3 milyon  468 min   manatlıqdan  çox  şirələr    şərab istehsal  olunub  ki, bu da 2012-ci illə  müqayisədə 1 milyon 834  min manat çox olmaqla ümumi  sənaye  məhsulunun 65,6  faizini təşkil edir.

Son illər rayonda elektrik qaz təsərrüfatının, əhalinin su təchizatının, yol infrastrukturunun təzələnməsi  sahəsində xeyli görülüb. Ağsu şəhərində Çiyni  kəndində  elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunub smart-kart tipli sayğaclar quraşdırılıb. Yaşayış məntəqələrinin  qazlaşdırılması davam etdirilib. Ötən il 14 kəndə təbii qaz verilişi bərpa olunub, 7 kənddə - Ərəbmehdibəy, Qasımbəyli, Dədəli,  Xəlilli, Mustafalı, Çaparlı Qiyaslı kəndlərində qaz xətləri ilə bağlı  tikinti-quraşdırma işləri davam etdirilib. Artıq Ağsu şəhəri ilə yanaşı  33 kənddə əhali təbii qazdan istifadə edir.

Rayon icra  hakimiyyətinin təşkilatçılığı sayəsində son illərdə ümumtəhsil məktəblərinin göstəricilərində  kifayət qədər  irəliləyişə nail olunub. 2012-2013-cü dərs ilinin sonunda  90 nəfər ağsulu məzun ali məktəblərə qəbul olunub.  Məzunlardan 2 nəfəri 600, 6 nəfəri isə 500 baldan yuxarı  nəticə göstərib.

Hesabatda qeyd olundu ki, 2008-ci ildən başlayaraq əhaliyə mədəni xidmətin göstərilməsi, yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların istedad bacarıqlarının üzə çıxarılması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi  məqsədilə rayonda Heydər Parkı, Qəhrəmanlar Parkı Abidə Kompleksi, Heydər Əliyev Mərkəzi, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, Heydər Əliyev Seyrəngahı tikilib, Ağsu Şəhər Mədəniyyət İstirahət Parkı, Tarix Diyarşünaslıq Muzeyi rayon Mədəniyyət sarayı yenidən qurulub.  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyələrinə qrafikə uyğun olaraq bu il fevral-may aylarında   Heydər Əliyev Mərkəzində keçiriləcək dərslərdə rayon üzrə on birinci sinif şagirdlərinə ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi tədris olunacaq.

Ənvər müəllim  qarşıda duran vəzifələr barədə söz açaraq qeyd etdi ki, 2014-cü ildə qarşıda çox mühüm vəzifələr dayanır. Qarşıdakı illər üçün qəbul ediləcək üçüncü Dövlət Proqramına uyğun olaraq rayonda sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sosial problemlərinin həllini nəzərdə tutan geniş miqyaslı işlər görüləcəkdir.  Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, sənaye, tikinti, nəqliyyat rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün  məqsədli proqramlar həyata keçiriləcəkdir.

Yeni  Azərbaycan Partiyası rayon təşkilatının İcra Aparatı üçün inzibati binanın inşasına başlanacaq, hər cür şəraitə malik müasir xəstəxana binasının tikintisində işlər davam etdiriləcək, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüləcəkdir.

Dünya Bankı tərəfindən maliyyələşdirilən Ağsu şəhərinin su təchizatının yenidən qurulması kanalizasiya sisteminin yaradılması layihəsinin icrası, şəhər kənd yollarının təmiri asfaltlaşdırılması işləri davam etdiriləcəkdir.

Rayonun kəndlərində əhalinin, müəssisə təşkilatların elektrik enerjisi ilə  dayanıqlı təminatı üçün əsaslı təmir yenidənqurma işləri aparılacaq regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasının sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçiriləcəkdir. Müəssisə, idarə təşkilatlarda çalışanların şəraitinin yaxşılaşdırılması üçün imkanlardan tam istifadə ediləcəkdir.

Sonda isə rayon rəhbəri belə bir əminlik dilə gətirdi:  - Əminəm ki, ağsulular bundan sonra da respublikada bütün sahələrdə aparılan sürətli inkişaf tədbirlərindən kənarda qalmayacaq, qarşıya qoyulan vəzifələrin uğurla həll edilməsi üçün bütün imkanlardan tam səmərəli şəkildə  istifadə edəcəklər.

Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak çıxış etdilər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 4.