Mətbuat Şurasında yeni media layihəsi: “Tanıyaq-tanıdaq!”

 

Jurnalistlərin ilk qonağı professor Afiq Bərdəli haqqındaİzmir. Soydaşlarımızın biri” kitabı da oxuculara təqdim olundu

 

 Azərbaycan Mətbuat Şurasının “Tanıyaq-tanıdaq!” layihəsi çərçivəsində Türkiyənin Egey Universitetinin kök hüceyrəsi kafedrasının qurucusuprofessoru, Türkiyədə ilk molekulyar tibbi laboratoriyanın yaradıcısı və rəhbəri, həmyerlimiz professor Afiq Bərdəli (Afiq Hüseynov) ilə jurnalistlərin görüşü keçirildi. Şuranın beynəlxalq əlaqələr komissiyasının gerçəkləşdirdiyi layihənin ilk tədbirində əməkdar jurnalist Namiq Əhmədovun dünya şöhrətli soydaşımız haqqnda qələmə aldıgı “İzmir. Soydaşlarımızın biri” kitabı media ictimaiyyətinə təqdim olundu.

Görüşü giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov “Tanıyaq-tanıdaq!” layihəsi ilə bağlı bildirdi ki, məqsəd xarici ölkələrdə Azərbaycanı tanıdan həmvətənlərimizin həyat yolu və fəaliyyəti barədə ölkə mediasını və ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir. İlk tədbirin qardaş Türkiyənin Egey Universitetinin professoru Afiq Bərdəli ilə keçirildiyini vurğulayan natiq belə görüşlərin davamlı olacağını bildirdi və əlavə etdi ki, həmyerlimizin yaratdığı laboratoriya bu gün nəinki Türkiyənin, eləcə də dünya səhiyəsinin tanınan və istinad edilən, çox şöhrətli bir elm mərkəzidir.

MŞ-nin beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirdi ki, xarici ölkələrdə müxtəlif sahələrdə çalışan soydaşlarımızın belə uğurları hamımız üçün sevindiricidir. Onlar da öz vətənlərində fəaliyyətlərinə maraq və diqqət görəndə sevinirlər. MŞ də məhz bunu əsas götürərək “Tanıyaq-tanıtdıraq!” layihəsinin icrasına başlayıb. Hədəf kütləvi informasiya vasitələrinin köməyi ilə dünya şöhrətli soydaşlarımızı geniş ictimaiyyətə daha yaxından təqdim etməkdir: “Belə dəyərli simalarımızdan biriprofessor Afiq Bərdəlidir. Onun çoxşaxəli elmi yaradıcılığı dünya tibb elminə böyük töhfədir. Hesab edirəm ki, belə adamları cəmiyyətimiz daha yaxından tanımalıdır”.

İzmir. Soydaşlarımızın biri” kitabının müəllifi Namiq Əhmədov isə bildirdi ki, professor Afiq Bərdəli Türkiyə Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyigenetik xəstəliklər mütəxəssisi”, “uşaq xəstəlikləri mütəxəssisi”, “revmatoloji xəstəliklər mütəxəssisi” kimi 3 uzmanlıq diplomunun sahibidir. İtaliyanın Genova, Triest, Pisa, Bolonya universitetlərində çalışıb, Milan Universitetinin molekulyar genetika sahəsində fəlsəfə doktorudur. Elmi fəaliyyəti ilə bağlı soydaşımız ABŞ, Kanadan, Avstraliya, Almaniya, Fransa, Hollandiya, İspaniya, Avstrya, RusiyaLüksemburq unversitetlərindən dəfələrlə dəvətlər alıb. O, Türkiyədə ilk molekulyar-genetik labarotoriyanı yaradıcısıdır. Onun fəaliyyəti qardaş ölkənin KİV-lərində böyük maraq doğurub.

Çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, MŞ-nin İdarə Heyətinin üzvləri - “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Orta AsiyaGüney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, mədəniyyət müşaviri Seyid Əhməd Arslan, Bioloji Təbabət Klinikasının təsisçisi və direktoru Elxan Yaqubov və başqaları Afiq Bərdəli kimi Azərbaycandan kənarda uğurla fəaliyyət göstərən həmvətənlərimizin həyat və fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladılar, bu işdə medianın üzərinə böyük missiya düşdüyünü bildirdilər.

Sonda çıxış edən professor Afiq Bərdəli xoş sözlərə və səmimi görüşə görə təşkilatçılara və jurnalistlərə təşəkkürünü bildirdi.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 5.